Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3859/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)-468/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Süleymanov Famil Şamil oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim A.Süleymanova) 05.11.2018-ci il tarixli, 2(001)-8486/2018 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı cаvаbdeh X8 оğlunа qаrşı “аlimentin tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, 03.10.2018-ci il tarixdən başlayaraq Cavabdeh 24.10.2015-ci il təvəllüdlü X4 və 24.04.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin və 24.04.2017-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, E.Şamayev, Ş.Məhərrəmova) 16.01.2019-cu il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.11.2 018-ci il tarixli, 2(001)-8486/2018 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə-yəni yetkinlik yaşına çatmamış X4 və X1 üçün Cavabdeh hər uşağa görə tutulan aliment məbləğinin 120 manat, cəmi 240 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi, hər uşağa görə tutulan aliment məbləğinin 154 manat, cəmi 308 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə-yəni uşağın 3 yaşına çatanadək alimentin tutulmasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiаçı İddiaçı cаvаbdeh X8 qаrşı “аliment” tələbinə dair iddia ərizəsi ilə 03.10.2018-ci il tarixdə məhkəməyə müraciət ed ərək, cavabdeh X7 ilə birgə nikah münasibətlərindən anadan olmuş 24.10.2015-ci il təvəllüdlü X4 və 24.04.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları xərcləri ilə əlaqədar olaraq hər ay hər bir uşaq üçün 155 manat sabut pul məbləğində aliment tutulmaqla iki uşağa görə 310 manat sabit pul məbləğində alimentin və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində ərin arvadı saxlamaq vəzifəsi ilə əlaqədar ona görə hər ay 200 manat alimentin cavabdeh X2 onun xeyrinə tutulub ödənilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi qismən əsassız, qeyri-obyektiv, maddi və prosessual hüquq normalarının pozulması i lə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvləri tam aşkar edib aradan qaldırmamış, iş üçün mühüm əhəmiyyəti olan işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamasını yoxlamamış, bu kimi pozuntular sonda düzgün olamyan qətnamə çıxarılması ilə nəticələnmişdir. Hazırda iddiaçı heç yerdə işləmir, ev işləri ilə və uşaqlara qulluq etməklə məşğuldur. Cavabdeh isə onlara maddi köməklik göstərmir. Baxmayaraq ki, o, Göyçay rayonu, ********* kəndində kənd təsərrüfatı ilə məşğul olur, istifadəsində 5 ədəd parnik sahəsi vardır, pomidor əkib-becərir və pomidorun topdan satışı ilə məşğul olur və yaxşı gəlir əldə edir. Apellyasiya instansiyası məhkəməsi isə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, süb utları birtərəfli qaydada cavabdehin mənafeyinə uyğun qiymətləndirmiş, maddi və prosessual hüquq normalarının tətbiqində açıq-aşkar səhvə yol vermiş, tətbiq edilməsi olan Ailə Məcəlləsinin 84-cü maddəsini tətbiq etməmiş, Azərbaycan Respublikasının MPM-nin 372, 380, 386, 387, 389 və 390-cı maddələrinin tələblərini pozmuşdur. Ona görə də onlar, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsinin qismən-təmin edilməyən dəyişdirilmədən saxlanılmış hissəsində ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində ərin arvadı saxlamaq vəzifəsi ilə əlaqədar iddiaçıya görə Cavabdeh 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulub ödənilməsi barədə yeni q ərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Süleymanov Famil Şamil oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apel lyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 16.01.2019-cu il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı apelyasiya şikayətini qismən təmin edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli, 2(001)-8486/2018 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə-yəni yetkinlik yaşına çatmamış X4 və X1 üçün Cavabdeh hər uşağa görə tutulan aliment məbləğinin 120 manat, cəmi 240 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi, hər uşağa görə tutulan aliment məbləğinin 154 manat, cəmi 308 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə-yəni uşağın 3 yaşına çatanadək alimentin tutulmasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanun i və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı cavabdehlə 13.01.2015-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və bu nikahdan 24.10.2015-ci il tarixdə X6, 24.04.2017-ci il tarixdə X12 adlı iki uşaqları dünyaya gəlmişdir. Tərəflər arasında nikah pozulmasa da, münasibətlərin kəskinləşməsi səbəbindən onlar faktiki olaraq bir yerdə yaşamırlar. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak t ələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, də yişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2018-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 154 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, uşaqların saxlanması üçün alimentin məbləğinin hər ay hər uşaq üçün 120 manat məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğun deyildir. Belə ki,“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırla r. Həmin Qanunun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflərin maddi və əmlak vəziyyəti, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi və uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyi nəzərə alınmaqla, qətnamə uşaqların saxlanılmaları üçün alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, hər uşağa görə alimentin məbləği 154 manat olmaqla, cəmi məbləğ 308 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəl lənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın alimentin ödənilməsini tələb etmək üçün digər tərəfin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim olunmalıdır. Göründüyü kimi iddiaçı tərəf cavabdehin zəruri vəsaitə malik olması barədə sübutlar təqdim etmədiyindən, kollegiya həmin hissədə iddianın tam olaraq təmin edilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillər ini əsassız hesab etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər apelyasiya şikayəti üzrə dəlill ər ilə eynilik təşkil etmiş, apelyasiya instansiyası məhkəməsi həmin hallara iddiaçı tərəfindən cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutların təqdim olunmaması ilə münasibət bildirmiş və mübahisənin həllinə düzgün yanaşmışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)468/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvə yəminir.
Məhkəmə qərarları › İş №2(102)-3859/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3859/2019
10.06.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver