Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3861/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Maraqlı şəxs X1 vəkili X9 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)-439/2019 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Kommersiya Şirkətitərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim A.Süleymano va) 03.06.2014-cü il tarixli, 2(001)-4855/2014 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Kommersiya Şirkətinə qarşı “icbari sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası təmin olunaraq, Azərbaycan Respublikası Dövlət Sosial Kommersiya Şirkətinin üzərinə İddiaçı 11000 manat məbləğində sığorta ödənişi ödəməsi vəzifəsinin qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Sarıyev, E.Şamayev, Ş.Məhərrəmova) 16.01.2019-cu il tarixli, 2(103)-439/2019 nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03.06.2014-cü il tarixli, 2(001)-4855/2014 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin olunması, Azərbaycan Respublikası Dövlət Sosial Kommersiya Şirkətinin üzərinə İddiaçı 5500 manat məbləğində sığorta ödənişi ödəməsi vəzifəsinin qoyulması qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Kommersiya Şirkətinin vəkili Məmmədli Gündüz Zakir oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Kommersiya Şirkətinə qarşı “icbari sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.04.2014-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı Xocavənd rayonu ********* kəndi uğrunda gedən döyüşlərdə 06.05.1992-ci il tarixdə şəhid olmuş, keçmiş hərbi qulluqçu X2 qanun üzrə varisi kimi ona 11000 manat məbləğində sığorta pulunun ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Kommersiya Şirkətinin vəkili Məmmədli Gündüz Zakir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər h aqqında Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 saylı Fərmanının 7.2-ci bəndinə əsasən baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədilə maliyyələşmə Azəırbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılmışdır. Həmin Fərmanın icrası ilə əlaqədar İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 11000 manat sığorta məbləği ödənilmişdir. Qanunvericiliyə əsasən hərbi qulluqçular və onların vərəsələrinə sığorta məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin məlum fərmanından sonra sığorta ödənişinin ödə nillməsi vəzifəsi Dövlət Sosial Sığorta Şirkətinin deyil, Maliyyə Nazirliyinin üzərində qalmış və Şirkət həmin məqsədlər üçün sığorta məbləğinin ödənilməsi vəzifəsini daşıya və cavabdeh ola bilməz. Bundan başqa qanunvericiliyə əsasən X3 digər vərəsəsi X4 5500 manat məbləğin ona ödənilməsi ilə əlaqədar yalnız iddiaçıya qarşı iddia qaldıra və ondan tələb edə bilər. Məhkəmə isə bu halı nəzərə almayaraq X3 ölümü ilə əlaqədar təkrar ödəniş üçün qətnamə qəbul etmişdir. Hərbi qulluqçu T.Cəfərovun ölümü ilə əlaqədar onun varislərinə birdəfəlik sığorta ödənişi verildiyindən təkrar sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdı r. Göstərdiklərinə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)-439/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı,cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Kommersiya Şirkətinin vəkili Məmmədli Gündüz Zakir oğlu və maraqlı şəxs X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X1 vəkili X9 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X5 N () saylı hərbi hissənin tərkibində hərbi xidmətdə olmuş və 06.05.1992-ci il tarixdə Xocavənd rayon ********* kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçı onun anası, üçüncü şəxs X4 isə onun arvadıdır. Apellyasiya kollegiyası “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci, “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 151-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 3-cü, “H ərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2-ci bəndinə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.012014-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, X5 hərbi xidmətə çağırıldığı vaxtdan dövlət tərəfindən icbari sığorta edilmişdir. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur ki, bu sığorta hadisəsi hesab olunur və buna görə də sığorta ödənişi ödənilməlidir. X2 ölümünə görə varislərinə sığorta ödənişi ödənilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı olan anası İddiaçı və 3-cü şəxs olmaqla X4 mərhum X2 birinci növbə vərəsələridir. Buna görə də sığorta ödənişi olan 11000 manatın 5500 manatı İddiaçı ödənilməlidir. Belə ki, sonuncunun bununla bağlı iddia tələbi mövcuddur 3-cü şəxs X1 isə bununla bağlı iddia tələbi olmadığından ona düşən 5500 manatla bağlı məsələ açıq saxlanılmalıdır. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassatorun kassasiya şikayətində göstərdiyi dəlillər apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Maliyyə xidmətləri üzrə siyasət şöbəsi 13/03-372-4276 saylı, 24.09.2018-ci il tarixli məktubla Binəqədi rayon İcra və Probasiya şöbəsinə müraciət edərək 11000 ma nat məbləğində sığorta pulunun İddiaçı bank hesabına köçürüldüyü bildirilmişdir. Buradan da aydın olur ki, cavabdehin üzərinə qoyulmuş vəzifə yerinə yetirilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də cavabdehin kassasiya şikayətində göstərilən hallar apelyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya kollegiyası belə qə naətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)439/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m
Məhkəmə qərarları › İş №2(102)-3861/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3861/2019
24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver