Məhkəmə qərarları › İş №2(102)-3862/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3862/2023

24.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3862/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qanunsuz sahibliyindən geri tələb edilməsi, özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, (məruzəçi) X3 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “cavabdeh tərəfindən özbaşına inşa edilmiş daş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin hesabına hasarın əvvəlki yerində bərpa edilməsi, İddiaçı ASC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməklə cavabdehin istifadəsində olan torpaq sahəsinin qa nunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1081/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında inzibati bina və digər tikililər, habelə torpaq sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra “iddiaçı” və ya “ASC”) məxsusdur.

2. Ərazinin baş planında “Z” işarəsi ilə işarələnmiş dəmirçi sexinin yan hissəsindəki hasar Cavabdeh (bundan sonra-cavabdeh) həyətyanı torpaq sahəsi ilə həmsərhəddir.

3. Mübahisə iddiaçıya məxsus torpaq sahəsində cavabdehin tikili inşa etməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Xaçmaz Rayon Məhkəməsində iddia qaldıraraq iddiaçının torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş daş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin hesabına hasarın əvvəlki yerində bərpa edilməsi, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməklə cavabdehin istifadəsində olan torpaq sahəsinin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh bir müddət bundan əvvəl özbaşına olaraq iddiaçıya məxsus əraziyə müdaxilə edərək iddiaçıya məxsus beton plitələrdən quraşdırılmış təxminən 10 metr hissəsini sökmüş, beton plitələri aparmış, ərazinin 10x2 metr hissəsini daş hasarla öz torpaq sahəsinə birləşdirərək orada talvar tikmişdir. Bu barədə cavabdehə irad bildirilsə də nəticəsi olmamışdır. Bu hal torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarını pozur.

5. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 152.1-152.4, 157.2, 157.4, 180.1 və 180.4-cü maddələrinə istinad etmişdir.

6. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - yaşadığı fərdi yaşayış evi iddiaçının ərazisi ilə yanaşıdır. Cavabdeh iddiaçının əmlakına heç bir zərər vurmayıb və iddiaçının torpaq sahəsini özbaşına tutmayıb; - aralarındakı hasar primitiv üsulla olduğu üçün kobud görsənmiş, ASC-nin sədri onun ailə vəziyyətini, maddi durumunu, oğlunun ağır xəstə olmasını nəzərə alaraq cavabdehə icazə verib ki, hasarın yerini dəyişsin (hasar üçbucaq formasına olmaqla çəp idi); - cavabdehə razılığıa əsasən hasarın yerini dəyişib və bu zaman cəmi 2-3 m2 ərazi cavabdehin istifadəsinə keçib. Hətta bu barədə torpaq sahəsinə görə iddiaçıya təşəkkür etmək istəsə də, ASC-nin sədri razı olmayıb və deyib ki, xəstə uşağı olduğu üçün ona heç nə lazım deyil; - yaşadığı ev arvadının adına dövlət qeydiyyatına alınıb. Evin faktiki mülkiyyətçisi arvadıdır, bu səbəbdən cavabdeh düzgün seçilməyib.

7. Birinci instansiya məhkəməsi zəbt faktının müəyyən edilməsi məqsədilə tikintitexniki ekspertizası təyin etmişdir.

8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7813 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikili inşa edilmişdir və cavabdeh iddiaçının mülkiyyətinə aid torpaq sahəsindən istifadə edir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin 9 m2 hissəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin 9 m2 hissəsi mübahisəli torpaq sahəsinin şimal tərəfindən 6 m 45sm, şərq tərəfindən isə 2 m 54 sm mişar daşı ilə əhatə olunmuşdur.

9. Məhkəmə iclasında cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirərək 9 kv.metr torpaq sahəsinin onun istifadəsində olmadığını, iddiaçıya məxsus 2-3 m2 torpaqdan istifadə etdiyini bildirmişdir.

10. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-19/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan (ünvan 1 ünvanında) torpaq sahəsinin cavabdehin istifadə etdiyi 9 kv.metr hissəsinin cavabdehin qanunsuz sahi bliyindən alınaraq iddiaçının istifadəsinə qaytarılaraq mülkiyyət hüququnun bərpa edilməsi, iddiaçının mülkiyyətində olan (ünvan 1 ünvanında) torpaq sahəsində cavabdehin istifadə etdiyi 9 kv.metr hissədə cavabdeh tərəfindən inşa edilmiş (şimal tərəfdən 6m 45sm, şərq tərəfdən isə 2m 54sm ölçüdə) daş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi və əvvəlki yerində bərpa edilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 317 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakim A.Sadıqov)

11. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən ekspert rəyinə istinadən müəyyən etmişdir ki, ünvan 1 ünvanında iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tikili inşa etmişdir və cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 9 m2 hissəsindən istifadə edir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin 9 m2 hissəsi mübahisəli torpaq sahəsinin şimal tərəfindən 6m 45sm, şərq tərəfindən isə 2m 54sm mişar daşı ilə əhatə olunmuşdur.

12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslıdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21,152.1, 152, 157.2, 157.5-ci Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

15. A pellyasiya şikayətinin dəlilləri: -məhkəmə qətnamə qəbul edərkən sübut kimi yalnız ekspert rəyinə əsaslanmışdır; - məhkəmədə çıxış edərkən tərəfindən ekspert rəyinin əsaslı olmadığı və obyektiv həqiqəti əks etdirmədiyi vurğulansa da, məhkəmə ekspert rəyini mötəbər hesab etmişdir; - məhkəmə təkrar ekspertiza təyin etməməklə onun hüquqlarını pozmuş, ədalətli məhkəmə araşdırması həyata keçirməmişdir. Ekspert rəy verərkən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestr Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mühəndisinin mütəxəssis rəyinə əsaslanmış, özü yerində torpaq sahəsinə və tikililərə baxış keçirməmişdi; - ekspert rəyinin əsaslı olmadığının sübutlarından biri də odur ki, ekspert qeyd edir ki, Mərkəzdə torpaq sahələrinə dair baza məluma tlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Belə olan bu rəyin əsaslılığına şübhələr mövcuddur. Mütəxəssis və ekspert rəyi obyektiv həqiqəti əks etdirmir. Məhkəmə tərəfindən yenidən əlavə və ya təkrar ekspertiza təyin edilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi ayrıca qərardadla cavabdehin əlavə və ya təkrar ekspertiza təyin edilməli olması barədə vəsatəti təmin etməmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1081/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Fuad Məmmədov)

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və m araqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

19. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.

20. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7813 nömrəli ekspert rəyi ilə ünvan 1 ünvanında İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikilinin inşa edilməsi, cavabdeh tərəfindən İddiaçı ASC-nin mü lkiyyətinə aid torpaq sahəsindən istifadə edilməsi öz təsdiqini tapmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan, iddiaçı mülkiyyətində olan torpaq sahəsində baş verən qanunsuz müdaxilələrin aradan qaldırılmasına və torpağın cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq geri qaytarılmasına dair tələblərini irəli sürmək hüququna malikdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki Məcəllənin 239.2-ci maddəsi ilə əsaslandırmışdır. Kas sasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi ica zələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçiləri nin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiy a instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.4.6. Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

30. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iddiaya etirazında yaşadığı evin arvadı X1 adına dövlət reyestrində qeydə alınmasını, həmin evə dair texniki pasport verilməsini bildirərək, özünün cavabdeh qismində işdə iştirak etməli olmamasını göstərmişdir.

31. Cavabdeh etirazı na X1 adına olan Çıxarışı və evin texniki pasportunu da (i.v. 40, 42) əlavə etmişdir. Çıxarışda evin X1 mülkiyyətində olması, evin yerləşdiyi 0,015 ha torpağın isə dövlət mülkiyyətində olmaqla X1 istifadəsində olması göstərilib. Texniki pasportda isə sənəd üzrə torpaq sahəsinin 0,0150 ha, faktiki sahənin 0,0180 ha olması qeyd edilib.

32. Birinci instansiya məhkəməsi iddia tələbinin birinci hissəsini “iddiaçının mülkiyyətində olan (ünvan 1 ünvanında) torpaq sahəsinin cavabdehin istifadə etdiyi 9 kv.metr hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının istifadəsinə qaytarılaraq mülkiyyət hüququnun bərpa edilməsi” formasında təmin etmişdir.

33. Nəzərə alınsa ki, torpağın 9 kv.metr hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınması qət edilibsə, belə olan halda, həmin 9 kv.m etr hissə fərdi evin mülkiyyətçisi və evin yerləşdiyi 0,015 ha torpağın istifadəçisi olan cavabdehin arvadının da qanunsuz sahibliyində olması deməkdir. Buna baxmayaraq, birinci instansiya X2 işə cəlb etməmiş, hazırki qətnamənin X1 maraqlarına toxunmasına əhəmiyyət verməmiş, onu işdə iştirak etməyə cəlb etmədən sonuncunun hüquq və vəzifələrinə dair onun hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarmışdır.

34. Apellyasiya məhkəməsi də işin qeyd edilən bu xüsusatına əhəmiyyət verməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qə rardadı ləğv edilməlidir

35. Qeyd edilənlər baxımından bu hal həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin də şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. (MPM, 418.4.6-cı maddə.)

36. Bundan əlavə, işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ekspert rəyinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində rəyə etiraz olaraq göstərib ki, rəydə Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılmasının mümkün olmaması qeyd edilib. Həmçinin cavabdeh eyni dəlili apellyasiya şikayətində də göstərərək, apellyasiya bax ışında əlavə və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatət də vermişdir.

37. Apellyasiya instansiyası məhkəməsi ayrıca qərardadla cavabdehin vəsatətini təmin etməmişdir. Lakin həmin qərardadda apellyasiya instansiyası məhkəməsi ekspert rəyi ilə bağlı cavabdehin dəlillərinə heç bir qiymət vermədən, ekspert rəyinin kifayət qədər aydın olmasına istinad etmişdir. Halbuki cavabdeh ekspert rəyində torpaq sahələrinə və mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən tədqiqatın aparılmasının mümkün olmamasını əsas dəlili kimi irəli sürmüşdür.

38. Eləcə də qətnamədə apellyasiya instansiyası məhkəməsi rəyə istinad etməklə kifayətlənmiş, həmin rəyi MPM-in 88, 103.1 və 206-cı maddəsinin tələblərinə uyğun olaraq tədqiq edib, qiymətləndirməmişdir.

39. Ekspert rəydə bir tərəf dən torpaq sahələrinə və mübahisəli əraziyə dair baza məlumatlarının işə əlavə edilməməsini göstərmiş, digər tərəfdən də cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyini qeyd etmişdir. Torpaq sahələrinə və mübahisəli əraziyə dair baza məlumatlarının olmadığı halda ekspertin cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsinin nə ilə müəyyən etməsi həmin rəyə prosessual qanunvericiliyin tələbinə əsasən qiymət verilmədiyi üçün açıq qalmışdır.

40. Göründüyü kimi, birinci instansiya məhkəməsi ziddiyyətli, tam olmayan ekspert rəyinə istinad etməklə iddianı qismən təmin etmiş, apellyasiya məhkəməsi də cavabdehin ekspert rəyi ilə bağlı dəlillərinə əhəmiyyət verməmiş, ekspert rəyindəki ziddiyyətin aradan qaldırılması yönündə heç bir prosessual hərəkət etməmiş, eyni səhvi təkrarlayar aq qətnaməni dəyişdirmədən saxlamaqla düzgün olmayan nəticəyə gəlmişdir.

41. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin istifadəsində olmasının ekspert rəyi ilə müəyyən edilməsini ekspert rəyinin düzgün qiymətləndirilməməsi kimi qiymətləndirir.

42. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr iddianı mülkiyyətin müdafiəsi ilə bağlı maddi hüquq normalarına əsasən təmin etsələr də, torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmaması müəyyən edilməyib. İddiaçı tələbinin əsası kimi ASC-nin Texniki Pasportunu əlavə etmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Buna görə də həmin pasporta əsasən iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olub-olmamasına məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi aydınlıq gətirmədən Mülki Məcəllənin mülkiyyətin müdafiəsi ilə bağlı maddi hüquq normalarını tətbiq etməsi düzgün olmamışdır. Mülki Məcəllənin mülkiyyətin müdafiəsi ilə bağlı maddi hüquq normaları o halda tətbiq edilə bilər ki, əmlakın müdafiə edilən şəxsin mülkiyyətində olması müəyyən edilmiş olsun.

43. Əks halda, iddianın hüquqi əsası kimi Mülki Məcəllənin sahibliyin müdafiəsi və pozulması ilə bağlı 164, 165 və 166.3-cü maddələri nəzərdən keçirilə bilərdi ki, işin halları baxımından apellyasiya instansiyası məhkəməsi qeyd edilən normaların dispozitiv şərtləri kontekstində də hər hansı qiymətləndirmə aparmamışdır.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

45. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1081/2023 nömrəli, 14 iyun 20 23-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar