Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3865/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Göygöl rayonu İcra və Probasiya şöbəsi və “xxxx” MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “ipotekaya xitam verilməsi və daşın maz əmlak üzərində hüquqların yüklülüyünün ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3252/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(006)4780/2019 saylı qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia təmin edilərək, Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış 10 iyun 2011-ci il tarixli, 819 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış 10 iyun 2011-ci il tarixli, 819 nömrəli ipoteka müqaviləsinə əsasən Göygöl şəhəri, Aşıq Alı küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evinin Cavabdeh ASC-nin xe yrinə ipoteka ilə yüklü edilməsinə (ipotekasına) xitam verilməsi və həmin yüklülüyün ləğv edilməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3252/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və X.A.Mərdanova), Cavabdeh ASC apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4780/2019 saylı saylı iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Göygöl rayonu İcra və Probasiya şöbəsi və “xxxx” MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürmə yən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Göygöl şəhəri, Aşıq Alı küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evinin 10.06.2011-ci il tarixli, 819 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə (ipotekasına) xitam verilməsinə və həmin yüklülüyün ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ASC ilə 10.06.2011-ci ildə 819 saylı kredit müqaviləsi bağlayaraq, həmin bankdan 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit almış, həmin kreditin təminatı kimi ASC ilə 10.06.2011-ci il tarixli, 819 saylı ipoteka müqaviləsi bağlayaraq Göygöl şəhəri, Aşıq Alı küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerlə şən 23 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Qeyd olunan fərdi yaşayış evinin yüklülüyü ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsində (hazırda 3 saylı Gəncə Ərazi İdarəsi) 11.06.2011-ci il tarixdə qeydiyyata alınıb və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Kredit məbləğini vaxtında ödəyə bilmədiyi üçün ASC ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-150/2013 saylı, 02.04.2013-cü il tarixli qətnaməsi ilə ondan ASC-nin xeyrinə 20.071,56 ABŞ dollları məbləğində kredit borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının manata olan məzənnəsi ilə manat hesabı ilə tutulması, qeyd olunan məbləğin onun mülkiyyətində olan fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə olunmuş vəsait hesabına ödənilməsi, ev satıldıqda onun və ailə üzvlərinin 1 ay ərzində evdən çıxarılması qət olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-788/13 saylı, 31.07.2013-cü il tarixli qətnaməsi ilə həmin qətnamə ipoteka predmeti olan olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilib, fərdi yaşayış evinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4546/2013 saylı, 09.12.2013-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 31.07.2013-cü il tarixli qətnaməsi ləğv edilib və işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)273/2014 s aylı, 18.02.2014-cü il tarixli qərardadı ilə onun apelyasiya şikayəti qismən təmin edilmiş və Göygöl Rayon Məhkəməsinin 02.04.2013-cü il tarixli qətnaməsi ipoteka predmeti olan fərdi yaşayış evi hərracda satıldıqdan 1 ay ərzində onun və ailə üzvlərinin evdən çıxarılmasına dair hissəsi ləğv olunmuş, həmin hissədə işin icraatına xitam verilmiş, 2(104)-273/2014 saylı, 18.02.2014-cü il tarixli qətnamə ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 02.04.2013-cü il tarixli qətnaməsi ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilmiş,qətnamə ondan ASC-nin xeyrinə 20.071,56 ABŞ dollları pulun tutulması (ABŞ dollarının manata olan məzənnəs i ilə manatla) və evin açıq hərracdan satılaraq kredit borcunun ödənilməsi, habelə satışdan artıq qalan pul vəsaitinin ona qaytarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və o qanuni qüvvəyə minmişdir. Göygöl rayon İcra Qrupu həmin qətnamənin icrası ilə bağlı ipoteka predmetinin açıq hərracda satılması üçün Hərrac Mərkəzi “xxxx” MMC-yə sifariş vermişdir. Hərrac Mərkəzi “xxxx” MMC 10.12.14-cü il və 24.12.2014-cü il tarixlərdə ipoteka predmeti olan Göygöl şəhəri, A.Alı küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinin 12.01.2015-ci ildə açıq hərracda satılacağına dair ona, Göygöl rayon İcra Qrupuna və Cavabdeh ASC-yə bildiriş göndərib və qanunvericiliyin tələblərinə uyğun olaraq kütləv informasiya vasitələrində elan vermişdir. Lakin həmin ipoteka predmeti alıcı olmadığından hərracda satılmamışdır. Bundan sonra Hərrac Mərkəzi “xxxx” MMC 21.01.2015-ci il və 04.02.2015-ci il tarixlərdə ipoteka predmeti olan fərdi yaşayış evinin 23.02.2015-ci ildə ikinci açıq hərracda satılacağına dair ona, Göygöl rayon İcra Qrupuna və Cavabdeh ASC-yə bildiriş göndərmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq kütləvi informasiya vasitələrində elan vermişdir. Lakin həmin ipoteka predmeti alıcı olmadığından hərracda satılmamışdır. Buna görə də Hərrac Mərkəzi “xxxx” MMC 30 gün müddətində ipoteka predmeti olan fərdi yaşayış evinin ipoteka saxlayan qismində əldə olunması barədə Cavabdeh ASC-yə rəsmi qaydada 04.03.2015-ci il tarixli məlumat göndərmişdir. Lakin Cavabdeh ASC Hərrac Mərkəzinin xəbərdarlığına baxmayaraq, həmin fərdi yaşayış evini balansına qəbul etməmişdir. İpoteka saxlayan qeyd olunan ipoteka predmetini balansa qəbul etməkdən imtina etdiyindən qanunvericiliyin tələbinə görə ipotekaya xitam verilməli idi. Lakin həmin ipoteka predmetinin hərrac yolu ilə satılmasına dair daha bir qanunsuz cəhd edilmişdir. Belə ki, Hərrac Mərkəzi “xxxx” MMC 16.12.2016-cı il və 30.12.2016-cı il tarixlərdə ipoteka predmeti olan fərdi yaşayış evinin 16.01.2017-ci ildə açıq hərracda satılacağına dair ona, Göygöl rayon İcra Qrupuna və Cavabdeh ASC-yə bildiriş göndərmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq kütləvi informasiya vasitələrində elan vermişdir. Lakin həmin ipoteka predmeti alıcı olmadığından hərracda satılmamışdır. Bundan sonra Hərrac Mərkəzi “xxxx” MMC 19.01.2017-ci il və 03.02.2017-ci il tarixlərdə ipoteka predmeti ola n fərdi yaşayış evinin 23.02.2017-ci ildə ikinci açıq hərracda satılacağına dair ona, Göygöl rayon İcra Qrupuna və Cavabdeh ASC-nə bildiriş göndərmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq kütləvi informasiya vasitələrində elan vermişdir. Lakin həmin ipoteka predmeti alıcı olmadığından hərracda satılmamışdır. Buna görə də Hərrac Mərkəzi “xxxx” MMC 30 gün müddətinə ipoteka predmeti olan fərdi yaşayış evinin ipoteka saxlayan qismində əldə olunması barədə Cavabdeh ASC-nə rəsmi qaydada 04.03.2017-ci il tarixli məlumat göndərmişdir. Bu zaman Cavabdeh ASC Hərrac Mərkəzinin təklifini qəbul etmiş və bununla bağlı Göygöl rayon İcra şöbəsinin iştirakı ilə Hərrac Mərkəzi “xxxx” MMC və Cavabdeh ASC arasında hərracın yekunları barədə müqavilə qüvvəsinə malik 17.03.2017ci il tarixli, 17/06 nömrəli alqı-satqı protokolu imzalanmışdır. O, “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(005)-792/2018 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş və ona məxsus olan fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən keçirilmiş 17.03.2017-ci il taixli, 17/06 nömrəli hərracın yekunları barədə protokol və 17.03.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)6359/2018-ci il tarixli, 07.06.2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ASC həmin qətnamədən k assasiya şikayəti verməmişdir. “xxxx” MMC 17.03.2017-ci il tarixli, 17/06 nömrəli hərracın yekunları barədə protokol və 17.03.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Nərimanov rayon İcra və probasiya şöbəsinə məktub göndərmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh ASC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh ASC və vəkili Cavadov Habil Azad oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh ASC-nin, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin, Göygöl rayonu İcra və Probasiya şöbəsinin və “xxxx” MMC-nin nümayəndələri üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh ASC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən MA seriyalı, ******* №li çıxarışdan görünür ki, Göygöl şəh əri, Aşıq Alı küçəsi, 23 saylı fərdi yaşayış evi (0,07 ha torpaq sahəsi) İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə 04.06.2011-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. 10.06.2011-ci ildə 819 saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 10.06.2011-ci il tarixli, 819 saylı ipoteka müqaviləsinə əsasən həmin kreditin təminatı kimi Göygöl şəhəri, Aşıq Alı küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən öhdəlik lazımınca yerinə yetirilmədiyi üçün Cavabdeh ASC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-150/2013 saylı, 02.04.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin iddia tələbi təmin edilmiş, İddiaçı 20.071,56 ABŞ dollları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, habelə ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, qeyd olunan məbləğin İddiaçı mülkiyyətində olan Göygöl şəhəri, Aşıq Alı küçəsi, 23 saylı evin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına ödənilməsi, əldə olunmuş vəsait hesabına ipoteka saxlayanın tələbləri ödənildikdən sonra qalan məbləğin ipoteka qoyana qaytarılması, ipoteka predmeti olan evə tutma yönəldikdə və ev satıldıqda İddiaçı, X2 və X1 1 ay ərzində evdən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-273/2014 saylı, 18.02.2014-cü il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 02.04.2013-cü il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan evə tutma yönəldikdə və ev satıldıqda İddiaçı, X2 və X1 1 ay ərzində evdən çıxarılmalarına aid hissədə ləğv edilmiş, həmin hissədə işin icraatına xitam verilmişdir. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-273/2014 saylı, 18.02.2014- cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-150/2013 saylı, 02.04.2013-cü il tarixli qətnaməsi fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş, fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilmiş, qətnamə İddiaçı 20.071,56 ABŞ dolları kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, habelə ƏMDK yanında DƏDRXdə qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, qeyd olunan məbləğin İddiaçı mülkiyyətində olan evin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına ödənilməsi, əldə olunmuş vəsait hesabına ipoteka saxlayanın tələbləri ödənildikdən sonra qalan məbləğin ipoteka qoyana qaytarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin 2(104 )-273/2014 saylı, 18.02.2014-cü il tarixli icra sənədinə əsasən hərracda ipoteka predmeti cavabdeh tərəfindən əldə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(005)-792/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı məxsus Göygöl şəhəri, Aşıq Alı küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evinə dair cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi “xxxx” MMC tərəfindən keçirilmiş 17 mart 2017-ci il tarixli, 17/06 nömrəli hərracın yekunlarına dair protokol və 17 mart 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə e tibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6359/2018-ci il tarixli, 07.06.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-792/2018 saylı, 26.02.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hərrac qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin ipotekaya xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə d air 28 oktyabr 2014-cü il Qərarına əsasən “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının po zulmasına gətirib çıxarar. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, ipoteka predmetinin satılması ilə əlaqədar hərrac qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmiş, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi qaydaları pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsi mövcud mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3252/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3865/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3865/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver