Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3871/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı QA qızının Cavabdeh qarşı ilk, Cavabdeh QA qızına qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: vindikasiya tələbi, cehiz əşyalarının qaytarılması, əmlak xarakterli öhdəliklərin bölünməsi, iddianın cavab verməli olmayan şəxsə qarşı sürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X6 (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı QA qızının Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair ilk, Cavabdeh QA qızına qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2662/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı QA qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. QA qızı (bundan sonra - iddiaçı) xx.xx.2017-ci il tarixdə Cavabdeh (bundan sonra - cavabdeh) ilə rəsmi nikah bağlayaraq, cavabdehin atası X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, məhəllə 31/23, bina 1, blok 3, mənzil 813 ünvanında yerləşən mənzilə (bundan sonra - 7-ci mikrorayonda yerləşən mənzil) gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını həmin mənzilə aparmışdır.
2. Təxminən 1 il sonra tərəflər Mərdəkan qəsəbəsindəki bağ evinə köçmüş və iddiaçıya məxsus bir sıra mebel və s. cehiz əşyaları həmin evə aparılmışdır. 3. xx.xx.2019-cu il tarixdə X8 7-ci mikrorayonda yerləşən mənzili orada quraşdırılmış mebel və s. əşyalarla birlikdə X1.
4. Tərəflərin birgə nikahda olduqları dövrdə "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007İKUMAZN109868 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə illik 20% olmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit üzrə borc tam ödənilmişdir.
5. Tərəflər bir müddət bağ evində birlikdə yaşadıqdan sonra ailə münasibətləri pisləşmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2(011)4205/2020 nömrəli qətnaməsi ilə aralarındakı nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların (xx.xx.2017-ci il təvəllüdlü Nigar və xx.xx.2018-ci il təvəllüdlü Murad) idd iaçının yanında qalması, xx.xx.2020-ci il tarixdən (tərəflərin faktiki ayrıldıqları tarix) hesablanmaqla cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 7-ci mikrorayondakı mənzildə olan cehiz əşyaları 18300 manat dəyərində POLO Yataq mebeli (böyük şifoner, termo) - 1 dəst, masa stullarla (8 ədəd) birlikdə (Türkiyə istehsalı), yumşaq mebel - divan dəsti, jurnal masası 1 ədəd (Türkiyə istehsalı), divan (dəyirmi masa və 4 ədəd stullarla birlikdə) - 1 dəst; 5625 manat dəyərində mətbəx mebeli (6,5 m2 avtomobil boyası ilə hazırlanmış) - 1 dəst; 1040 manat dəyərində qonaq və yataq otağında LG markalı kondisioner (40 m2 ) - 2 ədəd; 150 manat dəyərində yataq otağında çilçıraq 4 lampalıq- 1 ədəd; 150 manat dəyərində giriş koridorda çilçıraq 4 lampalıq - 1 ədəd; 2274 manat dəyərində mətbəxdə, qonaq və yataq otağında pərdələr - 1 dəst; 1390 manat dəyərində soyuducu 732 İHQGU LG (1.82 metr hündürlüyündə) - 1 ədəd; 1275 manat (750 ABŞ dolları) dəyərində yemək qızdıran, soba özü tənzimləyən Hotpoint-Ariston FK1041LP0X/HAS (Luce) - 1 ədəd; 272 manat (160 ABŞ dolları) dəyərində mikrodalğalı soba Hotpoint - Ariston MVVH L 2022 X (alman malı) 1 ədəd; 442 manat (260 ABŞ dolları) dəyərində hava çəkən ELEYUS Troy 750 60 BL LED (Ukrayna istehsalı) - 1 ədəd; 340 manat (200 ABŞ dolları) dəyərində qaz sobası Hotpoint Ariston PC 631 (BK)/HA - 1 ədəd; 1050 manat dəyərində qabyuyan Hotpoint Ariston LTF 11M116 EU - 1 ədəd; 60 manat dəyərində əlüzyuyan - 1 ədəd; 750 manat dəyərində LG markalı paltaryuyan maşın - 1 ədəd; 50 manat dəyərində qab qurudan - 1 ədəd; 100 manat dəyərində gecə lampaları 2 ədəd; 80 manat dəyərində mətbəxdə çilçıraq 2 lampalıq - 1 ədəd; 170 manat dəyərində yumşaq yumru oturacaq (Pufik) - 2 ədəd, cəmi: 33.518 manat dəyərində; - Mərdəkan qəsəbəsindəki bağ evində olan cehiz əşyaları - 670 manat dəyərində yemək servis dəsti - 84 parça hərəsindən 12 ədəd; 150 manat dəyərində elektrikli Samovar qara rəngdə - 1 ədəd; 750 manat dəyərində Bagema qab - 1 ədəd, rumkalar (çexiya malı) - 6 ədəd; 300 manat dəyərində Bagema Meyvə qabları - 2 ədəd; 300 manat dəyərində Bagema Güldan - 2 ədəd; 750 manat dəyərində Firuzəyi s ervis 1 ədəd qab, rumkalar - 6 ədəd; 850 manat dəyərində 1 ədəd Bagema çaydan 6 ədəd stəkanla padnosda (Sinqapur malı) – 1 dəst; 650 manat dəyərində kamodun qabağında Bagema qabları - 1 ədəd güldan və meyvə qabı - 2 ədəd; 150 manat dəyərində plov, sous, salat və kabab üçün boşqablar (gündəlik istifadə) hərəsindən - 12 ədəd; 50 manat dəyərində şirniyyat üçün büllur vaz - 2 ədəd; 200 manat dəyərində büllur qrafinka dəsti qrafinka - 1 ədəd, stəkan - 6 ədəd; 200 manat dəyərində büllur mürəbbə qabları - 2 ədəd; 150 manat dəyərində büllur konfet qabları - 2 ədəd; 180 manat dəyərində tavalar (ayrı-ayrı ölçüdə) - 4 ədəd; 150 manat dəyərində xalat - 1 ədəd; 36 manat dəyərində gündəlik boşqablar hərəsindən 6 ədəd, cəmi - 18 ədəd; 30 manat dəyərində dolmalıq dərin boşqab - 6 ədəd; 50 manat dəyərində bulud böyüklü-kiçikli 3 növdə hərəsindən - 6 ədəd, cəmi - 18 ədəd; 36 manat dəyərində maskoralar - 12 ədəd; 24 manat dəyərində kiçik salat və limon üçün qablar - 6 ədəd; 40 manat dəyərində gündəlik istifadə üçün qrafinka – 1 ədəd, stəkanları ilə 12 ədəd; 36 manat dəyərində kasalar 2 ədəd; 20 manat dəyərində yağ, pendir və ləbləbi qabları hərəsindən 2 ədəd; 36 manat dəyərində büllur rozetkalar 12 ədəd; 50 manat dəyərində büllur armudu stəkan nəlbəkisi ilə 12 ədəd; 80 manat dəyərində şirə içmək üçün büllur stəkan 12 ədəd; 20 manat dəyərində mürəbbə bişirmək üçün tas 2 ədəd; 9 manat dəyərində vedrə 12 litrlik 1 ədəd; 35 manat dəyərində dərin kiçik qablar dəsti - 1 dəst 6 ədəd; 10 manat dəyərində sarımsaq əzən, fındıq sındıran - 1 dəst 2 ədəd; 20 manat dəyərində ayrıca bıçaq dəsti 12 ədəd; 30 manat dəyərində çömçə və kəfkir dəsti hərəsindən 2 ədəd, 4 ədəd; 20 manat dəyərində aşsüzən plastmas 1 ədəd, dəmir 2 ədəd; 40 manat dəyərində «Tefal» balıq çevirən 1 ədəd; 30 manat dəyərində dəm çayniki 2 ədəd; 48 manat dəyərində çaşkalar nəlbəki ilə 2 dəst 12 ədəd, cəmi: 6.200 manat dəyərində, göstərilən cehiz əşyalarının 39.718 (6200+33.518) manat ümumi dəyərinin ona ödənilməsi, onun və uşaqların doğum haqqında şəhadətnamələrinin, diplomunun, xarici pasportunun və disklərin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə cavabdehlə arasında nikah qeydə alınmış, ailə qurduqdan sonra onlar cavabdehə məxsus 7-ci mikrorayonda yerləşən mənzilə köçmüşlər. Atasının vəsaiti hesabına alınmış bütün cehiz əmlakı da həmin ünva nda yerləşdirilmişdir. Təxminən 1 il müddətində orada yaşadıqdan sonra cavabdehin valideynlərinin yaşadıqları Mərdəkan qəsəbəsindəki bağ evinə köçmüşlər. Həmin vaxtdan uşaqları ilə birlikdə daimi bu ünvanda yaşamış, bu səbəbdən də, cehiz əşyalarının bir hissəsi həmin ünvana, 1 ədəd 32 LG markalı televizor isə cavabdehin Lənkəran rayonu Girdəni kəndində yerləşən evinə aparılmışdır. 2020-ci ilin iyun ayının sonunda xəstəliyi ilə bağlı müalicənin aparılması məqsədilə neçə gün müddətinə uşaqları ilə birlikdə valideynlərinin yaşadığı evə getmiş, evdən müvəqqəti olaraq, yəni müalicə məqsədi üçün çıxdığına görə bir çox fərdi istifadəsindəki əşyaları, hədiyyələri, zinət əşyalarını və uşaqlara məxsus əşyalarını özü ilə götürməmişdir. İyul ayının 11-də öz doğum gününün keçirilməsindən sonra cavabdeh valideynlərinin yaşadığı ünvana gələrək mübahisə yaratmış və atasına nalayiq sözlər demişdir. Bu mübahisədən sonra nikahın pozulması qərarına gəlmiş və həmin vaxtdan cavabdehlə yaşadığı evə qayıtmamışdır. Hazırda valideynləri ilə birlikdə yaşayır. Dəfələrlə cehiz əşyalarının qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina edir.
8. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Azər-Türk BankASC-dən götürülmüş 10.000 manat vəsaitin ailə münasibətləri pozulduqdan sonra ödənilməmiş qalan 7480 manat hissəsinin 50 %-ni təşkil edən 3740 manatın iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, alınmış cehizlərin qiymətləri süni şəkildə y üksək göstərilməklə yanaşı, alınmış cehiz mebellərinin dəyəri birgə keçirilmiş toyda əldə edilmiş vəsait hesabına toydan sonra müştərək qaydada ödənilmişdir. Başqa sözlə, mebellərin dəyərinin çox hissəsini cavabdehin atası ödəmişdir. Bütün cehiz əşyaları atasına məxsus olmuş 7-ci mikrorayondakı mənzildə yerləşdirilmiş, sonradan atasının ağır xəstələnməsi səbəbindən müalicəsini təmin etmək məqsədilə atası həmin mənzili satmaq məcburiyyətində qalmışdır. 2019-cu ilin may ayında mənzil orada olan mebellərlə birlikdə satılmışdır. Mebellər mənzilin divar ölçülərinə uyğun yığıldığından həmin mebelləri başqa sahələrə yerləşdirmək mümkünsüz olardı. Bu səbəbdən, həmin vaxt iddiaçının razılığı əsasında mənzil orada quraşdırılmış mebellərlə birlikdə yeni alıcıya təqdim edilmiş, alıcı tərəfindən mənz ildəki əşyaların dəyəri olaraq 6500 manat ödənilmişdir. Həmin pul vəsaitini ailə və uşaqları üçün 2019-2020-ci illərdə birgə təsərrüfatda xərcləmişlər. Müəyyən ailədaxili maddi çətinlikləri aradan qaldırmaq məqsədilə xx.xx.2019-cu ildə “Azər-Türk Bank ASC-dən 10.000 manat kredit götürərək ailə təsərrüfatına xərcləmiş və iddiaçı bundan məlumatlı olmuşdur. Hal-hazırda həmin kredit məbləğini ödəyir, son ödəniş tarixi xx.xx.2021-ci ildir.
10. X15 (7-ci mikrorayonda yerləşən mənzilin yeni alıcısı) məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, sözügedən mənzili xx.xx.2019-cu il tarixdə X4 əşyaları ilə birlikdə almışdır. Mənzildə olan əşyalara görə 10.000 manat ödəniş etmişdir. Mənzildə olan əşyalar aşağıdakılardır: «Polo» yataq mebel dəsti (böyük şifoner, çarpayı, termo); Qonaq otağı mebeli (di van dəsti, 1 ədəd jurnal masası, 1 masa, 8 ədəd stul), 1 ədəd komod, 1 ədəd şkaf (tumba); Mətbəxdə divan dəsti (künc) və 1 ədəd masa, 4 ədəd stul; Mətbəx mebeli dəsti (6,5 kv.m avtomobil boyası ilə hazırlanmış); Yataq və qonaq otağında olan 2 ədəd «LG» markalı kondisioner (40 kv.m üçün); yataq otağında olan 1 ədəd 4 lampalıq çilçıraq; 1 ədəd dəhlizdə 4 lampalıq çilçıraq; 3 ədəd pərdələr (yataq, qonaq və mətbəxdə); 1 ədəd soyuducu 732 HQ GU LG (1,82 m hündürlükdə); 1 ədəd «LG» markalı paltaryuyan maşın; 1 ədəd Soba (duxovka) «Hotpoint Ariston FK 1041 POX/NAS (Luce)»; 1 ədəd (alman malı) Mikrodalğalı soba «Hotpoint Ariston MW HA 2022 X»; 1 ədəd havaçəkən «Eleyeus Troy 750 60 BLLED» (Ukrayna istehsalı); 1 ədəd qaz sobası «HotpointAriston LTF 11M116 EU»; 1 ədəd umıvalnik; 1 ədəd qab qurudan (s uşilka); 1 ədəd mətbəxdə iki lampalı çilçıraq.
11. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 7-ci mikrorayonda yerləşən mənzil qardaşının mənzilidir. Həmin mənzil müəyyən səbəblərdən satılmışdır. Mənzildə olan əşyaların bir hissəsi bağ evinə aparılmış, əşyaların aparılmasında o da iştirak etmişdir. Həmin əşyalar bağa hissə-hissə aparılmışdır. Mənzildə qalan əşyaların dəyərində mənzili alan şəxs pul ödəmiş, həmin pul ailə xərcləri üçün istifadə edilmişdir. Mənzilin satılmasından iddiaçının məlumatı olmuşdur. Mənzilin niyə satılmasını dəqiq bilmir, mənzil satılanda iştirak etməmişdir. Mənzilin birgə nikah dövründə alınıbalınmaması barədə dəqiq məlumatı yoxdur. Mənzil satılanda evdə olan hər kəsin məlumatı olmuşdur.
12. Digər şahid X7 isə ifadəsində bildirmişdir ki, ailənin dos tudur. Faiqlə bağa gəlmiş, əşyaları metallik furqonla bağa aparmışlar. Bağ Mərdəkanda yerləşir. Onlar əşyaları 7-ci mikrorayonda yerləşən mənzildən bağa aparmışlar. Mənzilin neçəyə satılması və kimə satılması barədə məlumatı yoxdur.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3643/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) ilk iddia qismən təmin edilərək, iddiaçıya məxsus 170 manat dəyərində 2 ədəd yumşaq yumru oturacaq (pufik), 670 manat dəyərində hərəsindən 12 ədəd olmaqla 84 parçadan ibarət yemək servis dəsti, 750 manat dəyərində 1 ədəd bagema qabı və 6 ədəd rumka (Çexiya malı), 300 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 300 manat dəyərində 2 ədəd bagema güldanı, 750 manat dəyərində firuzəyi serv is (1 ədəd qab, 6 ədəd rumka), 850 manat dəyərində 1 ədəd bagema çaydan və 6 ədəd stəkanla podnosda (Sinqapur malı), 650 manat dəyərində komodun qabağında bagema qabları (1 ədəd güldan və 2 ədəd meyvə qabı), 150 manat dəyərində hərəsindən 12 ədəd olmaqla plov, sous, salat və kabab üçün boşqablar, 50 manat dəyərində 2 ədəd şirniyyat üçün büllur vaz, 200 manat dəyərində büllur qrafinka dəsti (1 ədəd qrafinka, 6 ədəd stəkan), 200 manat dəyərində 2 ədəd büllur mürəbbə qabları, 150 manat dəyərində 2 ədəd büllur konfet qabları, 150 manat dəyərində 1 ədəd xalat, 36 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd gündəlik boşqablar, 30 manat dəyərində 6 ədəd dolmalıq dərin boşqab, 50 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd 3 növdə böyüklü kiçikli bulud, 36 manat dəyərində 12 ədəd maskura, 24 manat dəyərində 6 ədəd kiçik salat və limon üçün qablar, 40 manat dəyərində 1 ədəd gündəlik istifadə üçün qrafinka 12 ədəd stəkanları ilə, 36 manat dəyərində 12 ədəd kasa, 20 manat dəyərində hərəsindən 2 ədəd olmaqla yağ, pendir və ləbləbi qabları, 36 manat dəyərində 12 ədəd büllur razetka, 50 manat dəyərində 12 ədəd büllur armudu stəkan nəlbəkisi ilə, 80 manat dəyərində 12 şirə içmək üçün büllur stəkan, 20 manat dəyərində 2 ədəd mürəbbə bişirmək üçün tas, 9 manat dəyərində 1 ədəd 12 litrlik vedrə, 35 manat dəyərində 6 ədəd dərin kiçik qablar naboru 1 dəst, 10 manat dəyərində 2 ədəd sarımsaq əzən, fındıq sındıran, 20 manat dəyərində 12 ədəd ayrıca bıçaq naboru, 30 manat dəyərində hərəsindən 2 ədəd olmaqla çömçə və kəfkir naboru, 20 manat dəyərində 1 ədəd plasmaz, 1 ədə d dəmir aşsüzən, 40 manat dəyərində 1 ədəd tefal balıq çevirən, 30 manat dəyərində 2 ədəd dəm çayniki, 48 manat dəyərində 12 ədəd çaşkalar nəlbəki ilə 2 dəst və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, ilk iddianın qalan hissədə rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin atası mülkiyyətində olan mənzili özünün ağır xəstəliyi ilə əlaqədar mənzildə olan, mənzilin ölçülərinə uyğun yığılmış mebel və s. əşyalarla birlikdə hazırkı iş üzrə tərəflərin razılığı ilə satmışdır. Mənzil satılarkən mənzilin alıcısı evdə qalan bəzi əşyalara görə əlavə pul ödəmiş, müəyyən əşyalar isə Mərdəkanda yerləşən bağ evinə aparılmış, tərəflər də yaşamaq üçün həmin evə köçmüşlər. Bağ evində xeyli müddət yaşadıqdan sonra münasibətləri pisləşdiyindən iddiaçının təşəbbüsü ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur.
15. İddiaçı mənzilin satılmasından xəbərinin olmadığını bildirsə də, məhkəmə onun bu izahatını inandırıcı saymır, ona görə ki, iddia ərizəsində və izahatında təxminən 1 il müddətində 7-ci mikrorayonda yerləşən mənzildə yaşadıqdan sonra cavabdehin valideynlərinin yaşadıqları Mərdəkan qəsəbəsindəki bağ evinə köçmələrini, həmin vaxtdan uşaqları ilə birlikdə daimi bu ünvanda yaşamalarını, bu səbəbdən də, cehiz əmlakının bir hissəsinin həmin ünvana aparılmasını göstərmişdir. İddiaçı bağ evinə daimi yaşamaq üçün köçərkən mənzilin alıcısı X10 ərizəsində sadalanan, onun mənzili alarkən dəyərini ödədiyi əşyaların bağ evinə aparılmamasını bildirmişdir.
16. Cavabdeh mənzildə olan mebellərin iddiaçının razılığı ilə satılaraq əldə edilən vəsaiti ailə təsərrüfatına xərclənməsini, çoxsaylı ev əşyalarının xarab olduğundan atılmasını bildirsə də, mənzilin alıcısının məhkəməyə təqdim etdiyi ərizəsində sadalanan əşyalar istisna olmaqla iddiaçının sonuncu ərizəsində sadalanan, ona məxsusluğu iddia edilən digər əşyaların mənzildən aparılması faktı təsdiq edilmişdir.
17. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, cavabdeh tərəfindən birgə nikah dövründə bankdan kredit götürülərək, ailənin ümumi mənafeyi tələb edən məsələlərin həll edilməsinə xərclənmiş, kredit cavabdeh tərəfindən ödənilmiş və tərəflər arasında ailə münasibətləri faktiki olaraq (xx.xx.2020-ci il tarixdən) pozulduqdan sonra banka olan qalıq borc 7480 ma nat təşkil etmişdir.
18. Məhkəmə mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 36, 37.3, 41.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətində işin halları sadalanmaqla göstərilmişdir ki, məhkəmə faktiki sübutlara deyil, cavabdehin təqdim etdiyi formal mülahizələrə əsaslanmışdır. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçı 7-ci mikrorayonda olan mənzilə köçdükdən bir müddət sonra cavabdehin təkidi ilə Mərdəkandakı bağ evinə köçmüş və əşyaların az hissəsini - gündəlik istifadə üçün nəzərdə tutulanlar bağ evinə aparılmışdır. Nikah dövründə və nikahdan sonra məhkəmədə iddia qaldırılanadək 7-ci mikrorayondakı mənzilin satılmasından xəbəri olmamışdır. Cavabdeh məhkəmə baxışı zamanı götürülmüş kreditin nəyə xərcləndiyini əsaslandıra bilməmişdir.
21. Apellyasiya baxışı zamanı iddiaçı tərəfdən təqdim edilmiş qaimələrdən görünür ki, «Polo» yataq mebel dəsti xx.xx.2016-cı il tarixdə 18300 manata, mətbəx mebeli dəsti xx.xx.2016- cı il tarixdə 5625 manata, Yataq və qonaq otağında olan 2 ədəd «LG» markalı kondisioner xx.xx.2016-cı il tarixdə 1040 manata, 3 ədəd pərdələr (yataq, qonaq və mətbəxdə) xx.xx.2016-cı il tarixdə 2274 manata, 1 ədəd soyuducu 732 HQ GU LG xx.xx.2016-cı il tarixdə 1390 manata, 1 ədəd «LG» markalı paltaryuyan maşın xx.xx.2016-cı il tarixdə 750 manata, 1 ədəd Soba (duxovka) «Hotpoint Ariston FK 1041 POX/NAS (Luce) xx.xx.2016-cı il tarixdə 682,5 ABŞ dollarına, 1 ədəd (alman malı) Mikrodalğalı soba «Hotpoint Ariston MW HA 2022 X» xx.xx.2016-cı il tarixdə 145,6 ABŞ dollarına, 1 ədəd havaçəkən «Eleyeus Troy 750 60 BLLED» (Ukrayna istehsalı) xx.xx.2016-cı il tarixdə 236,6 ABŞ dollarına, 1 ədəd qaz sobası «HotpointAriston LTF 11M116 EU» xx.xx.2016-cı il tarixdə 182 ABŞ dollarına, 1 ədəd qabyuyan Hotpo intAriston LTF 11M116 EU xx.xx.2016-cı il tarixdə 445,9 ABŞ dollarına alınmışdır.
22. Məhkəmə kollegiyası tərəfindən 7-ci mikrorayonda yerləşən mənzildə olan əşyaların X2 xx.xx.2019-cu il tarixə (aşınma nəzərə alınmaqla) qiymətinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC-nin 14 aprel 2022-ci tarixli, 15/0396 saylı hesabatına əsasən, qiymətləndirməyə təqdim edilmiş 2016-cı ilin avqust-sentyabr aylarında alınmış mebel və ev əşyalarının satıldığı xx.xx.2019-cu il tarixə (aşınma nəzərə alınmaqla) real bazar dəyəri 27.384 manat müəyyən edilmişdir.
23. Cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli, 9/3445 nömrəli ekspert rəy inə əsasən, göstərilən əşyaların 2016-2019-cu il tarixədək istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 16.480 manat müəyyən edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1871/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin 7-ci mikrorayonda yerləşən satılmış mənzildə olan cehiz əşyalarının dəyərinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia qismən təmin edillərək, mənzildə olan cehiz əşyalarının dəyəri kimi 27.299 manatın cav abdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsi, qarşılıqlı iddianın rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 7-ci mikrorayonda yerləşən mənzilin onun ölçülərinə uyğun yığılmış mebel və s. avadanlıqlarla birlikdə iddiaçının razılığı ilə satıldığını qeyd etsə də, mənzilin əşyaları ilə birlikdə satılmasından iddiaçının xəbərinin olması işin hallarından müəyyən edilmir. Belə ki, tərəflər evləndikdən sonra həmin mənzilə köçmüş, təxminən 1 il yaşadıqdan sonra bağ evinə köçmüşlər. Bağ evində yaşadıqları dövrdə mənzil və əşyalar satılmışdır. Göründüyü kimi, mənzil əşyalarla birlikdə satılarkən iddiaçının xəbəri olmamışdı r, iddiaçıya məxsus əşyaların satılmasına iddiaçının razılığının olması sübuta yetirilməmişdir. Odur ki, mənzillə bərabər satılmış cehiz əşyaları iddiaçıya qaytarılmalıdır. Lakin hazırda əşyalar satıldığı üçün onların dəyəri iddiaçıya ödənilməlidir.
26. Məhkəmə kollegiyası həmin əşyaların satıldığı xx.xx.2019-cu il tarixə (aşınma nəzərə alınmaqla) qiymətinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyini daha mötəbər hesab etmişdir. Belə ki, MMC tərəfindən illər üzrə aşınma nəzərə alınmaqla əsaslandırılmış rəy verilmişdir, Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi isə ümumi ifadələrdən ibarət olmaqla kifayət qədər əsaslandırılmamışdır. Odur ki, "xxxx" MMC tərəfindən müəyyən edilmiş məbləğ əsas götürülməklə, qeyd e dilən məbləğ iddiaçıya ödənilməlidir. Lakin iş materiallarında olan bəzi cehiz əşyalarının cavabdeh tərəfindən iddiaçıya və onun nümayəndələrinə təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 2 ədəd gecə lampası iddiaçıya təhvil verilmişdir. Bu səbəbdən, həmin iki ədəd gecə lampasının müəyyən edilmiş dəyəri olan 85 manat ümumi məbləğ 27.384 manatdan çıxılmalı və 27299 manat (27384-85) iddiaçıya ödənilməlidir.
27. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, işə rayon və apellyasiya icraatı qaydasında baxılarkən cavabdeh kredit vəsaitinin ailənin ümumi ehtiyaclarına sərf olunmasına dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh götürülən kreditin ailə üçün xərcləndiyini bildirərək, Şəki rayonuna səfər etdiklərini, uşağı dənizə a pardığını və s. göstərmişdir. Əvvəla, cavabdeh tərəfindən kredit noyabr ayında götürülmüş, məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, tərəflər Şəkiyə yay aylarında getmişlər. Digər tərəfdən, uşağın dənizə aparılması və ya Şəkiyə gəzməyə gedilməsi üçün kredit götürülmüş 10.000 manat vəsaitin sərf edilməsi ağlabatan deyildir. Göründüyü kimi, cavabdeh kredit məbləğinin ailənin ümumi ehtiyaclarına sərf olunmasını iddia etdiyi halda, bu halı sübuta yetirə bilməmiş, işin müəyyən edilmiş halları ilə isə bu təkzib edilmişdir. Odur ki, qətnamə bu hissədə də ləğv edilməli və qarşılıqlı iddia rədd edilməlidir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
28. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxı şına qaytarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin gəldiyi qənaət işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçının iddia tələbinin dəqiqləşdrilməsi adı altında təqdim etdiyi ərizədən aydın olur ki, cavabdehin aktla qaytardığı əmlak təkrarən ondan tələb olunur və bu hal guya ki, həmin əşyanın iki ədəd olması, birinin qaytarılması, digərinin yaddan çıxması və sonradan əlavə edilməsi ilə əsaslandırılır. Eyni zamanda, sonradan təqdim olunmuş ərizədə əşyaların qiyməti ilə əvvəlki iddia ərizəsində əşyaların qiymətləri arasında kəskin fərqlər olması açıq-aydın görünür. İşin birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçının nəinki 7-ci mikrorayondakı mənzilin, o cümlədən həmin mənzildə olan mebellərin bir qisminin mənzillə bi rlikdə satılmasından məlumatlı olması şahid ifadələri ilə tam təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi isə bu ifadələrə ümumiyyətlə toxunmamış, nəyə görə sübut qismində nəzərə almadığını əsaslandırmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində iddiaçının atası Əlimərdan Quliyev izahatında göstərmişdir ki, qızı Mərdəkan qəsbəsinə köçdükdən bir müddət sonra o, qızının yanına qonaq getmiş və onların 7-ci mikrorayonda yaşadıqları evdən asılmış çilçırağın Mərdəkandakı bağ evindən asıldığının şahidi olmuşdur. Bununla bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, qızından çilçırağın hansı səbəbdən bağ evindən asılmasının səbəbini soruşduqda, qızı bunun səbəbini izah edə bilməmişdir. Lakin hamıya məlum olan fakt ondan ibarətdir ki, çilçıraq asıldığı yerdən mənzilin satıldığı və şəx sin daimi yaşamaq üçün başqa bir yerə getdiyi halda sökülür. İddiaçının iddiasında və izahatında uşaqları ilə birlikdə daimi bağ evi olan ünvana köçərək yaşamalarını, bu səbəbdən də cehiz əmlakının bir hissəsinin həmin ünvana aparılmasını etiraf etməsi onun sözügedən mənzilin satılmasından nəinki xəbəri olmasının, həmçinin onun mənzildə olan mebelin və s. əşyaların mənzillə birlikdə satılmasına razılıq verməsinin təsdiqidir. Digər tərəfdən, iddiaçı əşyalarla bağlı bir neçə qaimə təqdim etmiş, məhkəmə tərəfindən onların həqiqiliyi araşdırılmadan və sübuta yetirilmədən qəbul edilmişdir. Halbuki, bu qaimələr əlyazma olmaqla, hər hansı ödəniş qəbzi qaiməyə əlavə edilməmişdir. Bununla da, hətta qaimələrin həqiqiliyi qəbul olunsa belə, onlarda göstərilən məbləğlərin həqiqətən ödənilib-ödənilmədi yi müəyyən olunmur. Tələb olunan əşyaların qiyməti ilə bağlı apellyasiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin rəyi əsas götürülmüşdür. Lakin həmin rəydən görünür ki, əşyaların amortizasiyası, hazırkı bazar dəyəri və likvidliyi nəzərə alınmamış, malların alış qiymətinə yaxın qiymətlər verilmişdir. Eyni zamanda, adı çəkilən MMC məhkəmə ekspertizası idarəsi və ekspertizanı həyata keçirən şəxs isə özəl məhkəmə eksperti olmadığı üçün (şəhadətnamə yoxdur) məhkəmə tərəfindən məhkəmə ekspertizasının həyata keçirilməsinin bu hüquqi şəxsə tapşırılması qanunvericiliklə yolverilməzdir. Buna görə də, həmin rəyin eksperti rəyi kimi qiymətləndirilməsi, onun Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən daha mötəbər hesab edilməsi qanunsuzdur. İstənilən halda ekspert rəyi mütəxəssis rəyindən da ha mötəbər və tutarlı sübut hesab olunur. Məhkəmə verilən ekspert rəyini natamam hesab etmişdirsə, əlavə və ya təkrar ekspertiza təyin edə bilərdi. Qeyd olunanlardan əlavə, ilk iddianın hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 164.2-ci maddəsinin məzmunundan aydın olduğu kimi, sahibliyin itirilməsi halında şəxs 1 il ərzində iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçının da təsdiq etdiyi kimi tərəflər 2019-cu ildə bağ evinə köçmüşlər. Bu halda, hətta iddiaçının razılığının olmaması fərz edilsə belə, əşyalar barədə növbəti il ərzində iddia qaldırıla bilərdi. Hazırkı iddianın 2021-ci ilin aprel ayında qaldırılmasına baxmayaraq, məhkəmə tərəfindən qanunla müəyyən edilmiş 1 illik kəsici müddətin ötürülməsi nəzərə alınmamışdır.
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməklə qanuni və əsaslı qətnamə çıxarmışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2023- cü il tarixli, 2(102)-498/2023 nömrəli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), E.Şamayev, A.Abbasov) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1871/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissələrdə - ilk iddianın təmin olunmuş qalan hissələrində və qarşılıqlı iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mebel və s. cehiz əşyalarının (siyahısı mənzilin alıcısı X15 tərəfindən verilmiş ərizədə göstərilmiş) dəyərinin qaytarılması hissəsi istisna olmaqla, ilk iddianın təmin olunmuş hissələrində və qarşılıqlı iddianın rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlillərində bu hissələrlə bağlı qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
34. Kollegiya, həmçinin bildirmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tələblərin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, qətnamə bu hissələrdə qüvvəsində saxlanılmalıdır.
35. Bununla belə, apellyasiya instansiyası məhkəməsi 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mübahisəli əşyalarının dəyərinin qaytarılması hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
36. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla bir müddət cavabdehin atasına məxsus 7-ci mikrorayonda yerləşən mənzildə yaşamışlar və iddiaçı özünə məxsus cehiz əşyalarını həmin mənzilə aparmışdır. Təxminən 1 il sonra Mərdəkan qəsəbəsindəki bağ evinə köçmüşlər və iddiaçıya məxsus bir sıra cehiz əşyaları da həmin evə aparılmışdır. xx.xx.2019-cu il tarixdə cavabdehin atası 7-ci mikrorayonda yerləşən mənzili orada quraşdırılmış iddiaçıya məxsus bir sıra mebel və s. cehiz əşyaları ilə birlikdə X1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarındak ı nikah pozulmuşdur.
37. Hazırda iddiaçı 7-ci mikrorayonda yerləşən mənzildə qalmış mübahisəli cehiz əşyalarının və ya onların dəyərinin qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, həmin əşyaların iddiaçının razılığı ilə mənzillə birlikdə satıldığını və əldə edilmiş vəsaitin ailənin ehtiyacları üçün xərcləndiyini bildirir.
38. Apellyasiya instansiya məhkəməsi bu tələbi rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə ləğv edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, mənzilin əşyaları ilə birlikdə satılmasından iddiaçının xəbərinin olması işin hallarından müəyyən edilmir. Belə ki, tərəflər evləndikdən sonra həmin mənzilə köçmüş, təxminən 1 il yaşadıqdan sonra bağ evinə köçmüşlər. Bağ evində yaşadıqları dövrdə mənzil və əşyalar satılmışdır. Göründüyü k imi, mənzil əşyalarla birlikdə satılarkən iddiaçının xəbəri olmamış, iddiaçıya məxsus əşyaların satılmasına iddiaçının razılığının olması sübuta yetirilməmişdir. Odur ki, mənzillə bərabər satılmış cehiz əşyaları iddiaçıya qaytarılmalıdır. Lakin hazırda əşyalar satıldığı üçün onların dəyəri iddiaçıya ödənilməlidir.
39. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə vasitələ rinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
40. Hazırkı iddia tələbi vindikasiya tələbi olmaqla iddiaçı cavabdehin qanunsuz sahibliyində qaldığını iddia etdiyi cehiz əşyalarının geri qaytarılmasını tələb edir.
41. Bu tələbin hüquqi əsasını təşkil edən mülkiyyətin müdafiəsini təmin edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
42. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Qeyd olunan şərtlərin hər biri ödənməlidir və onların mövcudluğunu sübuta yetirmək vəzifəsi iddia edən tərəfi n üzərinə düşür.
43. Baxılan işdə cavabdehin atasına məxsus 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mübahisəli cehiz əşyalarının iddiaçıya məxsus olması, həmin əşyaların mənzillə birlikdə satılaraq hazırda başqa şəxsin (alıcının) sahibliyində olması işin mübahisəsiz hallarıdır.
44. Göründüyü kimi, iddiaçının vindikasiya tələbi çərçivəsində geri qaytarılmasını tələb etdiyi əşyaların hazırda cavabdehin sahibliyində olması şərti ödənilmir. Belə olan halda, iddiaçının cavabdehə qarşı həmin əşyaların qaytarılması barədə iddia tələbi ilə çıxış etmək hüququ olmamışdır.
45. Faktiki vəziyyət bu şəkildə olduqda, iddiaçı mübahisəli əşyaları qaytarılması barədə hazırkı tələbini yalnız həmin əşyalara faktiki olaraq qanunsuz sahiblik edən şəxsə qarşı irəli sürə, əks təqdirdə isə ona məxsus mübahisəli əşyalarının satılmasına razılığının olmamasına istinad edərək, məhz həmin əşyaları qanunsuz satmış və onların dəyərini əldə etmiş şəxsə qarşı mülki hüquq pozuntusu qaydaları çərçivəsində düşdüyü zərərin əvəzinin ödənilməsi barədə iddia qaldıra bilər.
46. Apellyasiya instansiyası məhkəməsi isə bütün bunlara baxmayaraq, cavabdehin həmin tələbə cavab verməli olan şəxs olub-olmadığını müzakirə etməmişdir.
47. Məlum olduğu kimi, iddia ona cavab verməli olan şəxsə qarşı irəli sürülməlidir. Bu səbəbdən iddia ona cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
48. Qeyd ed ilənlər məhkəmə qətnaməsinin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə, maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmadığına dəlalət edir.
49. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
50. Məhkəmə kollegiyası mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 225.2-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 33.1, 33.3, 34.1, 37.1, 37.3, 41.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3- cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına,eləcə də Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1, 54.2, 77.1, 88, 217.3, 407.2, 416.1, 416.2, 417.1.3, 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) apellyasiya instansiya məhkəməsində ikinci icraat
51. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2662/2023 saylı iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev, X.Sarıyev) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2021-cü il tarixli, 2(006)-3643/2021 nömrəli qətnaməsindən iddiaçı QA qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2021-cü il tarixli, 2(006)-3643/2021 nömrəli qətnaməsi qismən – ilkin iddia üzrə 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyal arının dəyərinin qaytarılması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək QA qızının Cavabdeh qarşı iddiası 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması hissəsində rədd edilməsi qət edilmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması hissədə ləğv elilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi bu hissədə maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.
53. Belə ki, birinci instansiya məhkəməsi hazırda yoxlanılan - ilk iddia üzrə 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması tələbini rədd edərkən, mövqeyini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə cavabdehin atası, mülkiyyətində olan mənzilini, özünün ağır xəstəliyi ilə əlaqədar mənzildə olan, mənzilin ölçülərinə uyğun yığılmış mebelin və s. əşyaları ilə birlikdə hazırki iş üzrə tərəflərin, yəni QA qızının və Cavabdeh razılığı ilə satmışdır. Mənzil satılarkən mənzilin alıcısı evdə qalan bəzi əşyalara görə əlavə pul da ödəmiş, müəyyən əşyalar isə Mərdəkanda yerləşən bağ evinə aparılmış, tərəflər də yaşamaq üçün həmin evə köçmüşlər. İlk iddia çı mənzilin satılmasından xəbərinin olmamasını bildirsə də, məhkəmə onun bu izahatını inandırıcı saymamışdır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, bu iddia tələbi mahiyyət baxımından vindikasiya tələbidir və iddiaçı cavabdehin qanunsuz sahibliyində qaldığını iddia etdiyi cehiz əşyalarının geri qaytarılmasını tələb edir.
55. Bu tələbin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
56. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: 1) iddiaçının əşyanın mülkiyyətçisi olması; 2) cavabdehin əşyanın sahibi olması; 3) cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Qeyd olunan şərtlərin hər biri ödənməlidir və onların mövcu dluğunu sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.
57. Hazırkı işdə cavabdehin atasına məxsus 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mübahisəli cehiz əşyalarının iddiaçıya məxsus olması, həmin əşyaların mənzillə birlikdə satılaraq hazırda başqa şəxsin (alıcının) sahibliyində olması işin mübahisəsiz hallarıdır.
58. Göründüyü kimi, iddiaçının vindikasiya tələbi çərçivəsində geri qaytarılmasını tələb etdiyi əşyaların hazırda cavabdehin sahibliyində olması şərti ödənilmir. Belə olan halda, iddiaçının cavabdehə qarşı həmin əşyaların qaytarılması barədə iddia tələbi ilə çıxış etmək hüququ olmamışdır. Bu baxımdan məhkəmə kolleygiyası hazırkı cavabdehin mövcud tələbə cavab verməli olan şəxs olmadığı qənaətinə gəlir.
59. Belə olan halda, iddiaçı mübahisəli əşyaları qa ytarılması barədə hazırkı tələbini yalnız həmin əşyalara faktiki olaraq qanunsuz sahiblik edən şəxsə qarşı irəli sürə, əks təqdirdə isə ona məxsus mübahisəli əşyalarının satılmasına razılığının olmamasına istinad edərək, məhz həmin əşyaları qanunsuz satmış və onların dəyərini əldə etmiş şəxsə qarşı mülki hüquq pozuntusu qaydaları çərçivəsində düşdüyü zərərin əvəzinin ödənilməsi barədə iddia qaldıra bilər.
60. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə cavabdeh bu hissədə iddia tələbinə cavab verməli olmayan şəxs olduğundan, ona qarşı yönəlmiş bu tələb üzrə birinci instansiya məhkəməsi, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməmişdir.
61. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiy ası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması tələbinin rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin bu hissəsində ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə maddi hüquq normalarının düzgün tətbiq olunmaması baxımından qismən – ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması tələbi ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia rədd olunmalı, şikayət qismən təmin olunmalıdır.
62. Məhkəmə kollegiyas ı mövqeyini Mülki Məcəllənin 157.2, 225.2, Ailə Məcəlləsinin 32.2, 33.1, 33.3, 34.1, 37.1, 37.3, 41.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3- cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 81, 217.1, 217.3, 384, 385.1, 386, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. KASSAS İYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
63. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(103)-2662/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
64. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən 157.2-ci maddə öz əmlakını geri tələb edə bilər. Bununla bağlı bildirirlər ki, AR Ali Məhkəməsinin mövqeyinə görə baxılan işdə cavabdehin atasına məxsus 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mübahisəli cehiz əşyalarının iddiaçıya məxsus olması, həmin əşyaların mənzillə birlikdə satılaraq hazırda başqa şəxsin (alıcının) sahibliy ində olması işin mübahisəsiz hallarıdır.Lakin apellyasiya məhkəməsi faktiki olaraq cehiz əşyaların qaytarılması tələbi üzrə nə əsl cavabdehi əvəz etmiş, nə də iddianın əsasının və predmetinin dəyişdirilməsi barədə vəsatətləri təmin etmədən mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə baxışında cavabdehin əsl cavabdeh X15 ilə əvəz olunması barədə vəsatət verilmiş, vəsatət Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2023-cü il tarixli, 2(102)-498/2023 nömrəli qərarında qeyd olunan mövqeyə uyğun olaraq əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması üçün əsasın məhkəmə baxışında yaranması ilə əsaslandırılmışdır. Lakin apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən əsl olmay an cavabdehin əsl cavabdehlə əvəz olunduqdan sonra işə yenidən baxılmağa başlanması nəzərdə tutulduğundan, həmçinin, apellyasiya instansiyasında bu prosessual hərəkətin mümkünsüzlüyü nəzərə alınaraq vəsatət təmin olunmamışdır. Eynilə də iddianın əsasının və predmetinin dəyişdirilməsi ilə bağlı vəsatətə də bu cür yanaşma tətbiq edilmişdir. Lakin hesab edirlər ki, cavabdeh 7-ci mikrorayonda yerləşən həmin əmlakları faktiki olaraq satdığı və bu satışdan əldə etdiyi pulu ələ keçirdiyi üçün faktiki olaraq başqasına məxsus əmlaka (pula) sahiblik etmişdir. Bu baxımdan iddiaçının mülkiyyət hüquqları pozulmuş hesab edilməlidir.
65. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsin əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
66. İşə baxan apellyasiya məhkəməsi cehiz əşyalarının qaytarılması hissəsində qeyri-müəyyən qərar qəbul etməklə iddiaçının qeyd olunan maddədə təsbit edilmiş hüququnu pozmuş oldu.
67. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın ayrıca mülkiyyətindədir.
68. Eynilə cehiz əşyalarının qaytarılmasının təmin edilməməsi iddiaçının mülkiyyət hüququnun pozuntusu hesab edilməlidir.
69. MPM-nin 54.1-ci maddəsinə əsasən də iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkə mə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı iləiddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
70. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, bu əsaslar iddiaçıya məhz məhkəmə baxışı gedişində məlum olmuş, eyni zamanda bu hal Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 498/2023 saylı qərarının 72-73-cü bəndlərində nəzərdə tutulmuşdur. Həmin qərarın 73-cü bəndində də göstərilir ki, apellyasiya instansiyası məhkəməsi isə bütün bunlara baxmayaraq, cavabdehin həmin tələbə cavab verməli olan şəxs olub-olmadığını müza kirə etməmişdir. Məlum olduğu kimi, iddia ona cavab verməli olan şəxsə qarşı irəli sürülməlidir. Bu səbəbdən iddia ona cavab verməli olmayan şəxsə veri ldikdə məhkəmə iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
71. Bununla da hesab edirlər ki, Ali Məhkəmə məhz apellyasiya baxışında da əsl olmayan tərəfin əvəz edilməsinin mümükünlüyünü öz qərarında təsbit etmişdir. Lakin apellyasiya məhkəməsi Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin tələblərinə əsasən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunduqdan sonra işə yenidən baxılmağa başlanması nəzərdə tutulduğundan, həmçinin, apellyasiya instansiyasında bu pro sessual hərəkətin mümkünsüzlüyünü nəzərə alınaraq bununla bağlı vəsatəti təmin etməmişdir. Belə çıxır ki, apellyasiya baxışında bu prosessual hərəkətin mümükünlüyünü Ali Məhkəmə qəbul edir apelyasiya məhkəməsi isə yox.
72. Hesab edirlər ki, apellyasiya məhkəməsi bununla bağlı normanı düzgün tətbiq etməməklə əsassız qətnamə qəbul etmişdir.
73. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasəndə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə b axışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
74. Eynilə də bununla bağlı vəsatət verilsə də qəbul edilməmişdir. AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-498/2023 saylı qərarının 77-ci bəndində göstərilir: qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılmasına aid hissədə ləğv edilməli, həmin tələblərin göstərilən hüquq normaları əsasında araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apelya siya baxışına göndərilməli, məhkəmə aktı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmin qərarın 72-ci bəndində göstərilir ki, faktiki vəziyyət bu şəkildə olduqda, iddiaçı mübahisəli əşyaları qaytarılması barədə hazırkı tələbini yalnız həmin əşyalara faktiki olaraq qanunsuz sahiblik edən şəxsə qarşı irəli sürə, əks təqdirdə isə ona məxsus mübahisəli əşyalarının satılmasına razılığının olmamasına istinad edərək, məhz həmin əşyaları qanunsuz satmış və onların dəyərini əldə etmiş şəxsə qarşı mülki hüquq pozuntusu qaydaları çərçivəsində düşdüyü zərərin əvəzinin ödənilməsi barədə iddia qaldıra bilər.Hesab edirlər ki, Ali Məhkəmə bu hissədə göstərilən hüquq normaları dedikdə əsl olmayan tərəfin əvəz edilməsi, iddianın predmetinin və əsasının dəyişdirilməsi yolu ilə işin araşdırılmasının müm künlüyünü nəzərdə tutsa da apelyasiya instansiyası bu tələbi düzgün tətbiq etməmişdir.
75. Kassator şikayətini Mülki Məcəllənin 225.2, Ailə Məcəlləsinin 34.1, Mülki Prosessual Məcəllənin 53, 54.1-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
76. Cavabdeh (vəkil Nümayəndə2) tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir.
77. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin əsl cavabdehlə əvəz olunması məsələsi yalnız birinci instansiya məhkəməsi zamanı həll oluna bilərdi. Əks təqdirdə, məhkəmə icraatına apellyasiya instansiyasında cəlb olunan yeni cavabdehin yalnız 2 məhkəmə instansiyasında iştirakı təmin olunardı ki, bu da şəxsin məhkəmə təminatı hüququnun pozulması olardı. Digər tərəfdən, iddiaçı məhkəmənin qeyri-müəyyən qə rar qəbul etməsinə istinad etsə də, əksinə həm Ali məhkəmə, həm də apellyasiya instansiya məhkəməsi qəbul etdikləri qərarlarda iddiaçıya düzgün iddia qaldırmaq barədə hüquqi yardım göstərmiş, yalnız mülki hüquq pozuntusu qaydaları çərçivəsində vurulan zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırıla biləcəyi qeyd edilmişdir. Hazırda iddiaçının tələb etdiyi əşyalar cavabdehin istifadəsində olmadığı üçün onların qaytarılmasının da cavabdehdən tələb edilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsinin çıxardığı qətnaməsi əsaslıdır, dəyişdirilməsi və ya ləğv olunması üçün hər hansı səbəb mövcud deyildir. Ona görə də cavabdeh, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2662/2023 saylı qətnaməs inin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
78. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
79. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
80. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ö dənilən məbləğ, maddi yardımın məbləği və s.) (32.2.1); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (32.2.2.)
81. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
82. Maddə 34.1. Nikaha daxil olanadək onla ra məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
83. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
84. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
85. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklə r üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
86. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun
87. Maddə 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3- cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı
88. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri ərarvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyihesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədiləəmələ gəlmişöhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Ər- arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar.
89. Ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəf lərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir, yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünü Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
90. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
91. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
92. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
93. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
94. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
95. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
96. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
97. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
98. Maddə 418.3. P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
99. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
100. Ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
101. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən medilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
102. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsl olmayan cavabdehin əsl cavabdehlə ə vəz olunması, iddianın dəyişdirilməsi barədə vəsatətlərinin apellyasiya instansiyası məhkəməsi tətəfindən təmin olunmayaraq prosessual hüquq normalarının pozuntusuna yol verdiyi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, işə təkrar apelyasiya qaydasında baxılarkən tərtib edilmiş məhkəmə iclası protokolundan (İş v., 231, 238) görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, cavabdehin əsl cavabdehlə əvəz olunması məsələsi müzakirə olunmuş və Azərbaycan Respublikasının Melki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən cavabdehin əsl cavabdehlə əvəz olunmasına birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər yol verildiyindən və həmin maddənin tələbinə əsasən apelyasiya i nstansiyası mərhələsində işə əvvəldən baxılmağa başlanması mümkün olmadığından Cavabdeh əsl cavabdeh X16 ilə əvəz edilməsi barədə iddiaçının nümayəndəsinin vəsatətinin təmin edilməməsi qərara alınmış və X12 qarşı müstəqil olaraq iddia irəli sürmək hüququ iddiaçının nümayəndəsinə izah edilmişdir.Apellyasiya məhkəməsi tərəfindən həmçinin iddianın dəyişdirilməsi barədə iddiaçı tərəfin vəsatəti müzakirə olunmuş (i.v. 239) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsində tərəflərin iddianın yalnız hüquqi əsasının dəyişdirilməsi hüququnun olması nəzərdə tutulduğundan və ərizədə hüquqi əsasla yanaşı iddianın predmetinin də dəyişdirilməsi nəzərdə tutulduğundan ərizənin icraata qəbul olunmasından imtina olunmuşdur.
103. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdır maq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
104. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
105. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı QA qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli 2(103)-2662/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.