Məhkəmə qərarları › İş №2(102)-3874/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3874/2021

17.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3874/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3874/21 (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(103)324/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehdən 2016-cı ilin sentyabr ayından 2017-ci ilin mart ayınadək olan dövr üzrə hesablanmaqla 16 yanvar 2006-cı ildə doğulmuş X3 və 20 aprel 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 75 manat müəyyən edilmiş ödənilməmiş, cəmi 1.050 manat alimentin; 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla sözügedən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 120 manat sabit pul məbləğində müəyyən edilmiş ödənilməmiş alimentin; 16 yanvar 2006-cı ildə doğulmuş X2 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat vəsaitin, cəmi 4.050 manat pulun; 2017-ci ilin iy ul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla 20 aprel 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmiş ödənilməmiş, cəmi 3.240 manat alimentin; 01 oktyabr 2019-cu ildən etibarən qeyd olunan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat alimentin; habelə 16 yanvar 2006-cı ildə doğulmuş X2 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) iddia qismən təmin edilərək, 30 sentyabr 2019-cu ildən başlayaraq cavabdehdən 16 yanvar 2006-cı ildə doğulmuş X2 və 20 aprel 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 160 manat, habelə 16 yanvar 2006-cı ildə doğulmuş X2 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat olmaqla, cəmi 350 manat alimentin tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının qızı Vəfa Tağıyeva rəsmi nikah əsasında Cavabdehlə ailə qurub və onların birgə nikahından 16 yanvar 2006-cı ildə Ömər, 20 aprel 2007-ci ildə Nuray adlı iki uşaqları doğulub. Sonradan Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin 28 mart 2014-cü il tarixli qətnaməsi ilə Cavabdehlə Vəfa Tağıyeva arasında bağlanmış nikah pozulub, hər iki uşaqların anaları Vəfa Tağıyevanın yanında saxlanılması, 28 mart 2014-cü ildən başlayaraq Cavabdeh hər ay uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutulub Vəfa Tağıyevaya verilməsi qət edilib. Eyni zamanda, Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Vəfa Tağıyevanın iddiası qismən təmin edilərək, sözügedən qətnamə ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay, hər uşağa görə 120 manat alimentin, habelə 16 yanvar 2016-cı ildə doğulmuş Ömərin müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat, artıq çəkilmiş xərclərə görə 98,65 manat pulun tutulub Vəfa Tağıyevaya verilməsi qət edilib. 18 iyul 2017-ci ildə Vəfa Tağıyeva ölüb və 07 oktyabr 2016-cı il tarixli icra s ənədi üzrə icra icraatına tələbkar Vəfa Tağıyeva öldüyü üçün xitam verilib. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və Fərhad Tağıyevə qarşı “uşaq tələbinə və mənzildən çıxarılma” barədə iddia tələbləri rədd edilib. Qüvvədə olan qanunvericiliyə görə, valideynlər uşaqlarını saxlamağa borcudurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Hazırki halda Cavabdeh Vəfa Tağıyevanın xeyrinə hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi, ailə vəziyyətlərinə, işin diqqətəlayiq digər hallarına, habelə 2019-cu ildə uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş yaşayış mini mumuna tam uyğundur. Əvvəlki illərə görə ödənilməmiş alimentin tutulması tələbinə gəlincə isə, həmin hissədə iddia təmin edilə bilməz. Çünki, əvvəlki illər üzrə ödənilməmiş aliment borcunun tutulması tələbi bilavasitə icra məmurunun səlahiyyətinə aiddir. Ona görə də iddiaçıya icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair şikayətlə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 78, 81.1, 81.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməs inin qətnaməsinin qismən iddianın təmin edilməyən hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.A.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75-79, 82ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şika yətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil2, Cavabdeha, üçüncü şəxslər Bakı şəhəri Xətai Rayon Qəyyumluq və Himayəçilik Komissiyası və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 261.0.2-ci maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmən in qanuni qüvvəyə minmiş qətnaməsi...olarsa məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmı r və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını ar aşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Əvvəla, apellyasiya instansiyası məhkəməsi işə baxırkən bir sıra mülki prosessual pozuntulara yol verib. Belə ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi nin qətnaməsini yalnız iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyi halda, apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslığını tam yoxlayıb. Halbuki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını o, vaxt tam yoxlaya bilər ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəlmiş olsun və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olsun. Hazırki işdə, mübahisənin predmeti bölünəndir və iddiaçı, tələblərinin təmin olunan hissəsindən apellyasiya şikayəti verməyib. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyib. Mü lki Prosessual Məcəllənin 392.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayətini təmin etmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyib. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, bir tərəfdən iddiaçının uşaqların üzərində qəyyum və ya himayədar valideyn təyin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməməsini və onun hazırki iddia tələblərini irəli sürməsi üçün müvafiq subyektiv hüquqa malik olmamasını və bütün bunların mülki iş materialları ilə öz təsdiqini tapmamasını qeyd etdiyi halda, digər tərəfdən birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə, yəni həm iddianın təmin, həm də rədd olunan hissələrində dəyişdirilmədən saxlamaqla ziddiyyətli nəticə gəlib. Əksinə, işin mübahisə olunmayan hallarına görə, iddiaçının qızı Vəfa Tağıyeva rəsmi nikah əsasında Cavabdehlə ailə qurub və onların birgə nikahından 16 yanvar 2006cı ildə Ömər, 20 aprel 2007-ci ildə Nuray adlı iki uşaqları doğulub. Sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2014-cü il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub, hər iki uşaq anaları Vəfa Tağıyevanın yanında saxlanılıb. 18 iyul 2017-ci ildə isə Vəfa Tağıyeva ölüb və uşaqlar faktiki olaraq ana nənələri İddiaçı yanında qalıb. Bundan sonra, Cavabdeh uşaqları İddiaçı geri tələb edib, lakin qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiası əsassız olduğundan rədd edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qızı Vəfa Tağıyevanın ölümündən sonra uşaqları faktiki olaraq iddiaçı saxladığından, sonuncu uşaqların atası Cavabdeh qarşı hazırki tələblərlə məhkəməyə müraciət etməkdə haqlı olub. Həmçinin, işə baxan məhkəmələr əvvəlki illərə görə ödənilməmiş alimentin tutulması ilə bağlı tələblərin icra məmurunun səlahiyyətinə aid olmasını və buna görə də iddiaçının icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə şikayətlə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməli olmasını göstərsələr də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, işdən görünür ki, iddiaçının cavabdehə qarşı təmin olunmayan tələbləri2016-cı ilin sentyabr ayından 2017-ci ilin mart ayınadək olan dövr üzrə hesablanmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 75 manat müəyyən edilmiş ödənilməmiş, cəmi 1.050 manat; 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 120 manat; 16 yanvar 2006-cı ildə doğulmuş X2 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat vəsaitin, cəmi 4.050 manat pulun; 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmiş ödənilməmiş, cəmi 3.240 manat alimentin tutulmasından ibarətdir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən tələblər üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olub-olmamasını və həmin tələblərin mərhum Vəfa Tağıyevanın sağlığında qaldırdığı iddia tələbləri ilə əhatə olunub-olunmamasını araşdırmadan və beləliklə də həmin tələblərə aid hissədə işin icraatına xitam verilməsi üçün Mülki Prosessual Məcəllənin 261.0.2, 233.3-cü maddələrində nəzərdə tutulan əsasların olubolmamasını yoxlamadan, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə də dəyişdirilmədən saxlamışdır. Halbuki, qeyd olunan maddələrin mənasına görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi...olarsa məhkəmə iş üzrə icraata xitam verir. Eyni zamanda qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iddiaçının irəli sürdüyü tələblərin əvvəlki məhkəmə baxışının predmeti olub-olmadığı yoxlanılmalı və nəticəsindən asılı olaraq iddiaçının hazırki tələblərinin əsaslılığına Ailə Məcəlləsinin 100.3cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Həmin Maddənin tələblərinə görə, məhkəmə iddiaçının aliment alm aq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətna məsi qismən iddianın təmin olunmayan hissələrində ləğv edilməli, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(103)-324/2021 saylı qətnaməsi qismən iddianın təmin olunmayan hissələrində ləğv edilsin, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar