Məhkəmə qərarları › İş №2(102)-3879/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3879/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3879/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı “alqı-satqqı aktının bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14686/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinə açıq məhkəmə iclas ında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0,77 ha torpaq sahəsinə dair onunla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında alqı-satqı aktının xx.xx.2006-cı il tarixdən bağlanmış hesab edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6966/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Səadət Səlimova) İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14686/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6966/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Abiddin Hüseynov, Vahid Sadıqov). İddiaçı (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərilən torpağı 2006-cı ildə cavabdehdən dəyərini ödəməklə almışdır. Lakin cavabdeh orqan qanuna müvafiq olaraq alqı-satqı aktını qeydə aldırmamışdır. Bu səbəbdən iddiaçı torpaq üzərində hüquqlarını qeydə aldıra bilmir. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin təsiri altına düşür. Həmin qanunvericilik normalarına əsasən iddiaçının torpaq sahəsi üzərində 2006-cı ildən mülkiyytə hüquq yaranmışdır. Lakin məhkəmələr qeyd edilən qanunvericilik normalarını tətbiq etməmişlər. Bundan əlavə, cavabdeh orqan iddianı qəbul etmişdir. Bu isə iddianın təmin olunması üçün əsasdır. İddianın etirafı o halda qəbul edilmir ki, etiraf digər şəxslərin hüquqlarını və ya qanunla qorunan mənafelərini pozsun və ya qanuna zidd olsun. Hazırki işdə isə bu hal olmadığından etiraf qəbul edilməli idi. Məhkəmələr isə buna qiymət verməmiş, etirafı hansı əsasla qəbul etmədiklərini əsas landırmamışlar. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İddiaçı Novxanı bağ massivində yerləşən sahəsi 0,77 ha olan torpaq sahəsinə dair onunla cavabdeh arasında alqı-satqı aktının xx.xx.2006-cı il tarixdən bağlanmış hesab edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qəbul etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi alqı-satqı aktının qeydə alınmaması halının iddianın təmin edilməsinə əsas olmamasını, ümumiyyətlə, tərəflər arasında hazırki məsələ ilə bağlı hər hansı mübahisənin olmamasını, məhkəmələrin isə bələdiyyələrlə torpaq sahibləri arasındakı mübahisələrə baxmasını əsas göstərərək iddianı təmin etməmişdir. Məhkəmə gəldiyi nəticəniTorpaq Məcəlləsinin 47, 56, Mülki Məcəlləsinin 6, 389, 390-cı, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.8-ci maddələri ilə əsaslandırmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. İddia tələbi Novxanı bağ massivində yerləşən sahəsi 0,77 ha olan torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh arasında alqı-satqı aktının xx.xx.2006-cı il tarixdən bağlanmış hesab edilməsi barədədir. İddiaçı tələbini onunla əsaslandırıb ki, həmin tarixdə cavabdeh orqanla alqı-satqı aktı bağlayıb, amma həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydə alınmayıb. Məhkəmələrin tətbiq etdiyi maddi hüquq normalarına görə bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahələrinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halı da ondan ibarətdir ki, cavabdeh orqan iddiaya etiraz etmir, əksinə iddianı etiraf edir. Belə olan halda, tərəflər arasında mübahisə yoxdur. Məhkəmələr isə bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələrə baxır. Göründüyü kimi, qaldırılmış iddia ilə bağlı tərəflər arasında mübahisə olmadığı üçün apelyasiya instansiyasının gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Apelyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh orqanın iddianı qəbul etməsinə məhkəmələrin qiymət verməməsi, etirafın hansı əsasla qəbul edilməməsinin əsaslandırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Qətnamədən görünür ki, müqavilə bağlamaq hüququnun mülki hüquq subyektlərinə aid olması səbəbindən iddiaçının iddia tələbinin əsassız, cavabdehin isə əsassı z iddia tələbini etiraf etməsi qanunsuz hesab edilmişdir. Başqa sözlə, cavabdehin iddia tələbini etiraf etməsinə qiymət verilmiş və etiraf qanuna zidd hesab olunduğu üçün qəbul edilməmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi hüquq və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ X1-Ağa Bahadır oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)14686/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar