Məhkəmə qərarları › İş №2(102)-3881/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3881/2021

23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3881/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar X6 və X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: dəymiş ziyanın ödənilməsi ) 23.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1895/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə ic lasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 30 iyun 2017-ci il tarixdə iddiaçılar X6 və X3 ilə cavabdeh X4 arasında icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 197-də yerləşən ümumi sahəsi 79.0 kv.metr olan iki otaqlı 16 saylı mənzil 25 iyul 2022-ci il tarixə kimi iddiaçılara icarəyə verilmişdir. İcarə müqaviləsi icarəyə verən adından onun nümayəndəsi Cavabdeh tərəfindən imzalanmış, mənzilin ½ hissəsi X6, ½ hissəsi isə X2 icarəyə verilmişdir. İcarə müqaviləsində hər bir icarəçi üçün icarə haqqı 150 manat, cəmi 300 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandıqdan sonra iddiaçılar həmin mənzildən kafe kimi istifadə etmək üçün müəyyən təmir işləri aparmış və orada kafenin fəaliyyətinin təmin edilməsi üçün avadanlıqlar yerləşdirilmişdir. İcarə obyektindən bir müddət kafe kimi istifadə olunsa da, sonradan tərəflərin münasibəti pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin sentyabr ayında iddiaçılar X6 və X3 iddia və əlavə iddia ərizələri ilə məhkəməyə müraciət edərək icarəyə götürdükləri mənzilin təmirinə 9600 manat sərf etmələrini və eləcə də, kafenin fəaliyyət göstərməsi üçün ora 5100 manat dəyərində müxtəlif məişət cihazları və avadanlıqları yerləşdirmələrini, lakin cavabdehin təqsiri üzündən münasibətlərinin pozulması ilə əlaqədar icarə obyektinə buraxılmamalarını əsas göstərməklə mənzilin təmirinə sərf etdikləri 9600 manatın və orada yerləşdirdikləri avadanlıqların və yaxud onların dəyərini təşkil edən 5100 manatın Cavabdeh alınar aq onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək icarəyə verilmiş mənzilin normal təmirli olmaqla əlavə təmirə ehtiyacının olmamasını, icarə müqaviləsində icarə haqqının 300 manat göstərilsə də, bunun vergidən yayınmaq məqsədi ilə edilməsini, əslində isə aralarında olan razılaşmaya əsasən icarəçilərin ona 1250 manat məbləğində icarə haqqı ödəməli olmalarını və həmin məbləğin ona yalnız 1 ay üçün ödənilməsini, icarə müqaviləsinin 8-ci bəndinə əsasən onun razılığı olmadan təmir işlərinin aparılmasının müqaviləyə uyğun olmamasını, bundan başqa cavabdehlərin onun anasına məxsus N saylı mənzilində 600 manata kirayədə qalmalarını və kirayə haqqının yalnız 1 ay üçün ödəmələrini, bir sıra avadanlıqların yarı dəyərinin onu n hesabına ödənilməsini, icarə münasibətlərinin cavabdehlərin təqsiri üzündən pozulmasını və s. əsas göstərməklə cavabdehlərdən ödənilməmiş icarə haqqına görə 6300 manatın, anasının kafedə işləməsinə görə ödənilməmiş zəhmət haqqına görə 2700 manatın, evlərində yaşaması ilə əlaqədar ödənilməmiş kirayə haqqına görə 3600 manatın, alınmış əşyaların yarı dəyərinə görə 1550 manatın, ümumilikdə 14.150 manatın cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-142/2020 saylı, 21 sentyabr 2020ci il tarixli qətnaməsi ilə (hakim: C.Ə.Tağıyev) ilkin iddia tələbi qismən təmin edilərək Cavabdeh qab-qacaq və avadanlıqların, onlar mövcud olmadıqda dəyərlərini təşkil edən 4695 manatın alınaraq iddiaçılara ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin olunmaması eləcə də Cavabdeh qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia tələbi üzrə iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını, təmir xərclərinə dair hissədə məhkəmənin nəticəsinin işin həqiqi hallarına uyğun olmamasını, Mülki Məcəllənin 680.1-ci maddəsinə əsasən mənzilin təmirinə çəkdikləri xərcin onlara ödənilməli olmasını və s. əsas göstərməklə qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilib həmin hissədə iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1895/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin olunmamış hissəsində qismən ləğv edilib iddianın həmin hissədə qismən təmin edilərək icarə obyekti olan mənzildə aparılmış təmir–tikinti işlərinə görə Cavabdeh iddiaçıların xeyrinə 3515,0 manat tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək təmir-tikinti işlərinin aparılmasına onun razılığının olması barədə işdə sübutların olmamasını və s. əsas g östərməklə avadanlıqların, əşyaların qaytarılması və zərərin ödənilməsi tələbinə dair hissədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı S.Sayyadi və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İcarə haqqında” Qanunun 9-cu maddəsinə görə icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ilkin iddia tələbinə aid hissədə ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi həmin hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndiri lən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, ilkin iddia tələbində cavabdehdən icarə obyektində aparılmış təmir-tikinti işlərinin dəyəri kimi 9600 manatın tutulması və orada yerləşdirilmiş 5100 manat dəyərində avadanlıqların, onlar mövcud olmadıqda dəyərinin tutulması tələb olunmuşdur. Birinci instansiya məhkəməsində həmin iddia tələbi avadanlıqlara aid hissədə qismən təmin olunmuş, təmir-tikinti işlərinə çəkilmiş xərclərin tutulmasına dair hissədə isə iddia təmin olunmamışdır. Məhkəmənin həmin qətnaməsi Cavabdeh tərəfindən avadanlıqların və ya onun dəyərinin ondan tutulmasına dair hissədə mübahisələndirilməmiş və apellyasiya qaydasında işə yalnız ilkin iddia tələbi üzrə iddiaçıların qətnamənin qismən, yəni təmirtikinti işlərinə görə çəkilmiş xərcin tutulmas ı tələbinin rədd olunmasına dair hissəsində verilmiş apellyasiya şikayəti əsasında baxılmışdır. Beləliklə, Cavabdeh avadanlıqların qaytarılması tələbinin qismən təmin olunmasından apellyasiya şikayəti vermədiyi halda həmin hissədən də kassasiya şikayəti vermişdir. Həmin hissəni apellyasiya qaydasında tərəflərin heç biri mübahisələndirmədiyindən, kollegiya hesab edir ki, işə həmin hissədə kassasiya qaydasında baxıla bilməz. Bununla əlaqədar kollegiya yalnız təmir xərclərinin tutulması tələbinə dair hissədə işə baxır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndinə görə “icarəçilər” icarə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, icarə obyektind ə təmir-tikinti işlərinin aparılmasına icarəyə verənin razılığı olmuşdur. “İcarə haqqında” Qanunun 9-cu maddəsinə görə icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Mənzildən kafe kimi istifadə olunması orada müvafiq təmir-tikinti işlərinin aparılmasını tələb etdiyindən eləcə də, təmir müəyyən vaxt ərzində davam etməklə həmin binanın başqa mənzilində (48 saylı) yaşayan Cavabdeh bundan məlumatlı olması işə baxan apellyasiya instansiyası məhkəməsinin təmirin onun razılığı ilə aparılmasına dair qənaətini bir az da möhkəmləndirmişdir. İlkin iddia tələbi üzrə id diaçıların hərəkəti icarə müqaviləsinə uyğun olduğundan, apellyasiya instansiyası məhkəməsi görülən təmir-tikinti işlərinin dəyərini müəyyən edən məhkəmə ekspertizasının rəyinə əsaslanaraq təmir xərclərinə görə cavabdehdən 3515.0 manatın tutulması barədə qətnamə qəbul etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə işdə olan sübutlara düzgün qiymət verilməklə qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1895/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnamə si mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar