Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3884/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçı Ç,İ.Kərimovanın, vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsindən Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəxanasının və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(007)842/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Nəriman Nərimanov adma 1 saylı Uşaq Yoluxucu Xəstəxanasından və Cavabdeh2 İddiaçı xeyrinə 17052,0 (on yeddi min əlli iki) manat maddi ziyanın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.Həsənov, Ş.Məmmədova və N.Cəfərov, İş № 2(103)1003/2019) cavabdeh Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəxanasının apellyasiya şikayəti təmin edilməyərək Cavabdeh2 şikayəti təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(007)-842/2018 saylı qətnaməsi qismən - “Cavabdeh2 İddiaçınm xeyrinə maddi ziyanın tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilməməsi, qətnamə qalan mübahisələndrilən hissədə hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəxanasına və Cavabdeh2 qarşı uşağın sağlamlığına vurulmuş ziyana görə maddi və mənəvi kompensasiyasının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəxanası və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, qətnamə qəbul edilərkən maddi hüquq norması pozulmuş, MM-nin 1099.1-ci maddəsi düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz qərar qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsinin maddi ziyanın tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili S,C.Əkbərova kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçı və vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası, cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümk ün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyas iya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisi Cavabdeh2 vurduğu zərər hüquqi şəxs kimi cavabdeh Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəxanasından tutulmalı olduğu halda birinci instansiya məhkəməsi hər iki cavabdehdən tutulması qanuni olmamışdır. Belə ki, yaranmış halda qanunvericilik müştərək məsuliyyətin müəyyən olunmasını zəruri saymır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi,iddiaçı 24 sentyabr 2016-cı il tarixdə gecə saat 24 radələrində oğluX4də kəskin qızdırma qalxması ilə əlaqədar onu 1 saylı N.Nərimanov adına Yoluxucu Xəstəliklər Xəstəxanasına aparmış, həmin xəstəxanada onları növbətçi həkim Cavabdeh2 qəbul etmişdir. İşin materiallarından görünür ki, İddiaçı cavabdehlər Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəxanasın və Cavabdeh2 qarşı uşağın sağlamlığına vurulmuş ziyana görə maddi və mənəvi kompensasiyanın ödənilməsini tələb etmiş, tələbini onunla əsaslandırmışdır ki, oğlu X4 sağlamlığının pozulması ilə nəticədə ona külli miqdarda maddi və mənəvi ziyan vurulması cavabdehlərin təqsiri üzündən baş vermişdir. Çünki uşağa ilk ilkin tibbi müdaxilə 1 saylı Uşaq Yoluxucu Xəstəxanasında olub və bunu həkim Cavabdeh2 edib. Buna görə də maddi və mənəvi ziyan olan 40000 manat cavabdehlərdən müştərək tutulmalıdır. Cavabdehlər hər biri ayrılıqda iddiaları qəbul etməyərək uşağa tibbi yardımın qanuna uyğun olmasını və iddiaçı qarşısında heç bir maddi məsuliyyət daşımamalarını göstərmişlər. İşin materiallarında olan 30371 saylı 05 fevral 2018-ci il tarixli xxxxsı tərəfindən İddiaçı İsmayıl qızına ünvanlanmış məktuba əsasən X18 göstərilən tibbi xidmətlərə görə 25 sentyabr 2016-cı il tarixdən 27 oktyabr 2016-cı il tarixə kimi 14584,00 manat vəsait ödənilmişdir. xxxx tərəfindən verilmiş 30683 saylı 26 mart 2018-ci il tarixli məktubdan isə görünür ki, X20 25 sentyabr 2016-cı il tarixdə “Q arında ağrılar, köp, sol qasıqda şişkinlik, ürəkbulanma, qusma, nəcis çıxarmama, yüksək hərarət” şikayətləri ilə “xxxx” MMC-yə gətirilmişdir. Aparılmış laborator və instrumental müayinələr nəticəsində xəstəyə “Septiki şok, sol tərəfli boğulmuş qasıq yırtığı, bağırsaq perforasiyası nəcisli peritonit” diaqnozu qoyulmuşdur 25 sentyabr 2016-cı il tarixdə xəstəyə “Labarotomiya, İleoçekal rezeksiya, ileostomiya, qarın boşluğunun sanasiyası, soltərəfli qasıq yırtığının ləğvi, skrotal disseksiya” əməliyyatı icra edilmişdir. Əməliyyatdan iki gün sonra xəstə X20 pediatrik stasionara köçürülmüşdür. Stasionar müalicə əsnasında xəstənin hər iki yarasından seroz axıntı qeyd edilmiş və qarın boşluğunun sanasiyası məqsədi ilə cərrahi əməliyyata alınmışdır. 07 oktyabr 2016-cı il tarixdə “Laparotomiya, perf orativ dəliyin tikilməsi, qarın boşluğunun sanasiyası, nazik bağırsaq rezeksiyası, entero-anastomoz” əməliyyatı icra edilmişdir. 07 oktyabr 2016-cı il tarixdə xəstə pediatriya şöbəsinə köçürülmüşdür. 14 oktyabr 2016-cı il tarixdə xəstə X20 “kafi” vəziyyətdə ambulator müşahidəyə göndərilmişdir. Daha sonra 15 oktyabr 2016-cı il tarixdə xəstə X20 ambulator müayinədən keçmişdir. 18 oktyabr 2016-ci il tarixdə xəstə X2 yenidən müraciət etmişdir. Ona “Sol qasıq nahiyyəsinin komponentlərinin ödəmi” diaqnozu qoyulmuşdur. Xəstəyə 18 oktyabr 2016-cı il tarixdə “Qasıq nahiyyəsinin təftişi əməliyyatı icra edilmişdir və yaxınlarının müalicənin davamından imtina etməsi nəticəsində xəstə 19 oktyabr 2016-cı il tarixdə evə yazılmışdır. 28 fevral 2017-ci il tarixdə xəstə X20 “xxxx” MMC-yə gətirilmiş və ona “ İleostomiya əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur 28 fevral 2017-ci il tarixdə xəstəyə “İleostomiyanın ləğvi, İleokolik anostamoz, sünnət” əməliyyatları icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə 06 mart 2017-ci il tarixdə “kafi” vəziyyətdə ambulator müşahidəyə göndərilmişdir. Sonrakı tarixlərdə (25 mart 2017-ci il tarixə kimi) Klinikaya hər hansı bir müraciət qeydə alınmamışdır. Xəstə X18 göstərilmiş tibbi xidmətə görə (25 sentyabr 2016 – 25 mart 2017-ci il tarixlər aralığında) Klinikanın kassasına 17052 manat ödənilmişdir. İş materiallarında olan tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən 24 fevral 2016-cı il təvəllüdlü X18 birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, qanqrena ilə soltərəfli boğulmuş qasıq y ırtığı, septik sok, kəskin peritonit, bağırsağın (qeyri-travmatik) deşilməsi, bağırsaq perforosiyası diaqnozu qoyulmuşdur. Cərrahi bərpa müdaxiləsinin tətbiqi ilə növbəti yardım, laporatomiya, ileosekal rezeksiya, soltərəfli qasıq yırtığının ləğvi, illostomiya (25 sentyabr 2016). Relaparatomiya, perforativ dəliyin tikilməsi, nazik bağırsaq rezeksiyası, enteroenteroanostomaz (06 oktyabr 2016). Sol qasıq nahiyyəsinin təftişi (18 oktyabr 2016). İllostomanın ləğvi, ileokolik anastamoz (28 fevral 2017) müəyyən olunmuşdur. 07 noyabr 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X11 ərizəsi ilə əlaqədar toplanmış 03-C-088 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X14 müalicəsinə çəkilmiş xərclərin mülki mühakimə icraa tı qaydasında Nizami rayonu, Nəriman Nərimanov adına 1 saylı uşaq yoluxucu xəstəliklər xəstəxanasında həkim reanimotoloq işləyən Cavabdeh2 tələb etmək hüququnun olması X13 və uşağın anası İddiaçı izah edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları əsasında düzgün olaraq müəyyən etmişdir ki, uşağın xəstəxanaya qəbulu, onun müayinə və müalicəsi zamanı xəstəxananın vəzifəli şəxsləri və həkim Cavabdeh2 tərəfindən ciddi səhvlərə yol verilmişdir. Uşaq xəstəxanaya qəbul edilib, onun üzərindən müəyyən müayinə və müalicələr aparılsa da bu barədə xəstəlik tarixi açılmamış və ona rəsmi diaqnoz qoyulmamışdır. Həkim Cavabdeh2 xəstənin vəziyyətinin pisləşməsini görməli və bilməli olduğu halda öz vəzifəsinə səhlənkar yanaşmış, xəstənin digər həkimlərin, xüsusilə cərrahın qəbuluna göndərmək əvəzinə onu evə buraxmışdır. Bu da sonradan çox ciddi fəsadlara gətirib çıxarmışdır. İşin bu halı faktla bağlı Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinin böyük müstəntiqi H.Əliyevin apardığı araşdırma zamanı təyin edilmiş təkrar komission məhkəmə tibbi ekspertizasının 23 oktyabr 2017-ci il tarixli rəyi ilə öz təsdiqini tapır. Həmin rəydə qeyd olunur ki, “1 saylı uşaq xəstəxanasında azyaşlı X4 edilmiş bağırsaq imaləsi zamanı az miqdarda maye daxilə getsə də, qalan hissəsinin geriyə qayıtması ilk növbədə müalicə həkimində kəskin bağırsaq keçməməzliyinə şübhə yaratmalı idi. Həkim isə onu evə buraxmaq əvəzinə təcili cərrahın konsultasiyasına göndərməli idi. Cavabdeh2 xəstəni tam və dəqiq müayinə etməmiş, şikayətini, vəziyyəti ni nəzərə almamış, xəstənin stasionara qəbulu 1 gün gecikmiş və spektiki vəziyyəti daha da ağırlaşmışdır. Bu da sonradan bağırsaqların nekrozuna və nəcisli peritonitin inkişafına səbəb olmuşdur”. Bununla bağlı Bakı Baş Səhiyyə idarəsi 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstaxanasının baş həkiminin 10 noyabr 2016-cı il tarixli 411 nömrəli əmri ilə xəstəxananın həkimi Cavabdeh2 işində yol verdiyi taktiki səhvlərə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Həmin norma yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifə lərinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1). Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir ( maddə 1112). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan hüquq normalarına əsasən Bakı Baş Səhiyyə İdarəsi 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının həkimi Cavabdeh2 azyaşlı uşağın diaqnozunun düzgün müəyyən etməməsi, tələb olunan qaydada yardım etməməsi, edilmiş yardımın fəsad yaratması və uşağın ağır vəziyyətə düşməsi işin araşdırılmış halları ilə təsdiq olunmasına dair düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, bu xəstənin xəstəxanaya daxil olarkən xəstəlik tarixi açılmaması, onun müayinəsinin düzgün müəyyən olunmaması, xəstənin vəziyyətinin normal olmadığı halda tibbi müəssisə tərəfindən xəstənin aidiyyəti üzrə yönəldilməməsi, xəstənin evə buraxılması nəticəsində isə ağır olan vəziyyətinin daha da ağırlaşması və nəticədə mərhələli əməliyyatların aparılmasına səbəb olmasında öz təsdiqi ni tapır. İşin materiallarından görünür ki, xəstə X18 göstərilmiş tibbi xidmətə görə (25 sentyabr 2016 – 25 sentyabr 2017-ci il tarixlər aralığında) 17052 manat ödənilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı xəstəlik tarixinin açılması və xəstənin aidiyyəti üzrə göndərilməsi növbətçi həkimin deyil, tibb müəssisəsinin və müəssisənin buna dair səlahiyyət verdiyi şəxslərə aid olan məsələ olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan məhkəmə iddiaçıya zərərin cavabdeh Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəxanasının həkimi Cavabdeh2 hərəkətləri nəticəsində dəyməsi, həmin zərərin əvəzinin ödənilməsinin isə məhz cavabdehin həmin əmək münasibətində olduğu müəssisə, yəni cavabdeh tərəfindən ödənilməli olmasına dair düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, uşağının sağlamlığının qorunması naminə ilkin həkim yardımının səhvi ilə bağlı iddiaçı hər hansı tibb müəssissəsinə (ödənişli və ya pulsuz) müraciət etməkdə sərbəst olmuş və bunu heç bir formada əsaslandırmağa borclu deyildir. Kollegiya kassatorun iddiaçının niyə pulsuz tibbi yardım göstərən tibb müəssəsinə deyil, məhz ödənişli xəstəxanaya müraciət etməsinə dair kassasiya şikayətinin dəlilinə isə qiymət verərək əsassız olmasını və bu dəlili ilə onun iddiaçı qarşısında mülki məsuliyyətdən yayınmaq niyyəti kimi qiymətləndirir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üç ün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə ak tlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası ka ssasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-c i il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisi Cavabdeh2 vurduğu zərərin hüquqi şəxs k imi cavabdeh Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəxanasından tutulmalı olmasına dair düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəxanasının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3884/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3884/2019
03.06.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver