Məhkəmə qərarları › İş №2(102)-3893/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3893/2025

22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3893/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X17 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh X17 qarşı valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı tələbinə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)796/2025 nömrəli, 9 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh X13 birgə nikahından 24 avqust 2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. 2. 24 avqust 2016-cı il təvəllüdlü X3 müddətsiz 1-ci dərəcəli əlillik verilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(105)1302/2023 saylı qətnaməsindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-53/2023 nömrəli qətnaməsi qismən - xx.xx.2016-cı il təvəllüdlü X1 anası Cavabdeh himayəsinə verilməsi, uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, xx.xx.2016-cı il təvəllüdlü X1 atası İddiaçı yanında saxlanılması və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün x x.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 05 oktyabr 2023-cü il tarixli, 11-10/2-A-74xx-xx-11721/2023 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə ‘Loqoped və psixoloq seansları” daxil edilməmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi yardımın göstərilməsi imkanına malik olmadığını, sığorta olunanların yalnız icbari tibbi sığortanın maliyyə mənbələri hesabına Xidmətlər Zərfi çərçivəsində təminat verilmiş müvafiq növdə, həcm də və şərtlərlə tibbi xidmətlərlə təmin edildi yini bildirmişlər. 5. 29 aprel 2024-cü il tarixli Xaçmaz Rayon Mərkəzi X18 şəxs X23 ünvanlanmış məktuba əsasən, Xaçmaz rayonu Hülövlü kəndində yaşayan, xx.xx.2016-cı il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Quba rayon PNRM-da həkim psixiatrik komissiyasında olmuşdur. Diaqnoz: "Ağır dərəcəli əqli gerilik, emosiya və davranış pozuntusu ilə "F 72.1 "N itq inkişafının sp esifik pozuntusu" F 8 0.0. Əlavə qulluğa və ciddi nəzarətə ehtiyacı vardır. 6. “Parlaq PNİM”-in rəhbəri Sevinc Kamilova tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli, 1 №-li arayışa əsasən, İddiaçı 24 avqust 2016-cı il təvəllüdlü azyaşlı övladı X4, 10 iyul 2023-cü il tarixdən, hal-hazıra kimi, həftənin tək (1, 3 və 5-ci) günləri daxil olmaqla Xırdalan şəhərində yerləşən, əvvəllər “Birlik Psixologiya” mərkəzi kimi tanınan, halhazırda isə, “Parlaq Psixologiya” mərkəzi olaraq fəaliyyətini davam etdirən, “Parlaq Psixologiya” mərkəzinin “Xırdalan” filialında psixoloji təlim seanslarında iştirakını təmin edir. Qeyd: İddiaçı azyaşlı X11n psixoloji təlimləri üçün 10 iyul 2023-cü il tarixindən, 29 yanvar 2025-ci il tarixinə kimi olan müddət ərzində “Parlaq Psixologiya” mərkəzinin Xırdalan filialına ümumilikdə 3606,00 ( üç min altı yüz altı manat, 00 qəpik) vəsait ödəmişdir. 7. 17 fevral 2025-ci il və 03 mart 2025-ci tarixli qəbzlərə əsasən, iddiaçı tərəfindən X1 müalicəsi ilə bağlı “Parlaq Psixogiya mərkəzi”nə 2 dəfə 96 manatdan ödənişlər olunmuşdur. 8. “Narınc” Psixologiya Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli arayışına əsasən, Təyyar Allahverdiyev xx.xx.2024-cü il tarixdən həftənin tək günləri olmaqla mərkəz ə valideyni İddiaçı ilə gəlmiş, Təyyar Allahverdiyev xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək mərkəzdə 56 tam psixo-pedaqoji seans, 10 yarım və 38 tam neurofeedback aparat terapiyası, 42 tam loqopedik seans, 10 tam klinik-refleksoloji terapiya keçmişdir və mərkəzə cəmi 3215 manat ödənilmişdir. 9. “Azemis” Elektron məhkəmə informasiya sistemində qeyd alınmış tərəflərin barəsində olan gəlir məlumatına əsasən, İddiaçı Xaçmaz rayon İcra Hakimiyyətində “dövlət qulluqçusu-baş mühasib” vəzifəsində işləyir və 1011 manat məbləğində aylıq əmək haqqı alır, cavabdeh X13 isə rəsmi gəliri barədə məlumat yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh X17 qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, 1-ci qru p 85%-li, ağır dərəcəli müddətsiz əlil 24 avqust 2016-cı il təvəllüdlü övladı X1 psixoloji təlim və məşqlərinə, müayinə və müalicəsinə digər qaydada yol, yemək xərclərinə görə bu günə kimi çəkdiyi xərclərin yarısını, yəni 8011 manat olan hissəsini tam şəkildə, gələcəkdə isə övladının psixoloji təlimlərinə, müayinə və müalicəsinə, o cümlədən yol və yemək xərclərinin yarısının ödənilməsi məqsədilə hər ay 400 manat sabit pul vəsaitinin habelə, tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X24 ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixii 36 saylı nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il t əvəllüdlü X6 anadan olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1302/2023 saylı qərarı ilə xx.xx.2014-cü il tarixli 36 saylı nikah ləğv edilərək, xx.xx.2016-cı il təvəllüdlü Təyyar Allahverdiyevin onun himayəsində saxlanılması qət edilmişdir. Digər xx.xx.2019-cu il təvəllüdlü övladları X6 ananın himayəsində saxlanılmışdır. Hazırda himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü böyük oğlu Təyyar Allahverdiyev xx.xx.2024-ci il tarixdən “ağır dərəcəli əqli gerilik, emosiya və davranış pozuntusu F72.1 “Nitq inkişafının spesifik pozuntusu F80.0 diaqnozu ilə həkim psixiatrın nəzarətində olmaqla yanaşı, əlavə qulluğa və ciddi nəzarətə ehtiyacı vardır. X11 xəstəliyi ilə əlaqədar bir müddət Xaçmaz Rayonunda “Loqosa” psixoloji təlimlərə və həkim nevropotoloqun müalicəsinə aparıb gətirmiş, daha sonra xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə kimi ünvan 3 ünvanında, İnşaatçılar metrosunun yaxınlığında yerləşən “Uşaq Nevrologiya və Neyrometabolizma Mərkəzində” X22 xanımın qəbuluna əvvəlcədən 100 (yüz) manat ödəniş edərək aparıb gətirmişdir. Övladını Günel həkimin qəbuluna 7(yeddi) seans aparıb gətirmişdir. Həkimin qəbulunun 100 manat olduğunu, 7 dəfə yazdığı dərman reseptini və yol yemək xərclərini nəzərə alsaq, bu zaman (700 manat qəbul+2100 manat reseptlər + 84 manat yemək xərci + 280 manat yol xərci) ümumilikdə təqribən 3164 manat vəsait tərəfindən xərclənmişdir. Belə olduğu halda, cavabdeh çəkdiyi xərclərin yarısını, 3164/2=1582 manat hissəsini iddiaçıya ödəməlidir. Həkimin yazdığı müalicələri mütəmadi olaraq davam etdirsə də oğlunun səhətində, nitqində onu qane edəcək hər hansısa irəliləyiş olmadığından həkimi dəyişmək qərarına gəlmiş, daha sonra Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsində yerləşən “Kəpəz Hospitalın”da həkim X8 qəbuluna apararaq, mütəmadi şəkildə müalicəsini öz şəxsi hesabına elətdirmişdir. Təyyarı Könül həkimin qəbuluna 2 (iki) dəfə aparmış, birinci dəfə 124 manat, ikinci dəfə isə 160 manat ödəniş etmişdir. Həkim əlavə olaraq, övladının müalicəsi üçün birinci dəfə 2 aylıq, ikinci dəfə isə 3 aylıq müalicə resepti yazmışdır. Belə olduğu halda çəkdiyi xərclər (124 manat qəbul +160 manat qəbul + 1500 manat dərman reseptləri + 26 manat yemk + 60 manat yol xərcləri) ümumilikdə təqribən 1870 manat pul vəsaiti tərəfindən xərclənmişdir. Buna görə də qeyd etmişdir ki, cavabdeh çəkdiyi xərclərin yarısının, 1870/2=935 manat hissəsini ona ödəməlidi r. Bundan başqa isə övladını 1 dəfə “Atlas” klinikasına X27 Əliyevin qəbuluna aparmışdır. Həkimin qəbulu isə 150 manatdır. O, uşağın müalicəsi üçün heç bir müalicə yazmamışdır. Belə olduğu halda çəkdiyi xərclər (150 manat qəbul + 12 manat yemək + 30 manat yol xərci) ümumilikdə 190 manat təşkil edir. Cavabdeh çəkdiyi xərcin yarısını yəni, 192/2=96 manatını iddiaçıya ödəməlidir. Daha sonra xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixə kimi oğlunun müalicə həkimi Bakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən, “X30”də həkim nevropotoloq kimi fəailiyyət göstərən Fizuli Məmmədov olmuşdur. Fizuli həkim Təyyara iki kurs müalicə yazmışdır. Həkimin qəbuluna hər dəfə 65 manat pul ödəmişdir. Əlavə isə iki dəfə dərman resepti yazmışdır. Sonuncu yazılan reseptin 3 aylıq müalicə müddəti bitdikd ən sonra həkimlə əlaqə saxlayaraq bildirmişdir ki, oğlunun nitqində hər hansısa irəlilləyiş yoxdur, aqresivliyi, yersiz hərəkətləri qışqırmağları var. Bu zaman həkim ona uşağı psixatra apararaq müalicə yazılmasını məsləhət bildirmişdir. Beləliklə Fizuli həkimin müalicəsinə çəkdiyi xərclər (65 manat qəbuluna+ 65 manat ikinci dəfə qəbuluna + 600 manat müalicə reseptləri + 24 manat yemək+60 manat yol xərcləri) ümumilikdə = 814 manat təşkil etmişdir. Belə olduğu halda cavabdeh çəkdiyi xərclərin yarsını yəni 814/2=407 manat hissəsini ona ödəməlidir. Hal-hazırda isə oğlunun həkimi ünvan 5 ünvanında yerləşən “Dilab” klinikasında işləyən həkim psixatr Abdulla Şıxliniskidir. Abdulla həkimin qəbuluna əvvəlcədən 100 manat ödəniş etmiş və əlavə olaraq, Təyyara müalicə resepti yazmışdır. Bu günə kimi oğlunun müalicə həkimi Abdulla Şıxlinskidir. Belə olduğu halda, övladının müalicəsi üçün çəkdiyi xərclər (100 manat qəbul + 90 manat dərmanlar +12 manat yemək + 30 manat yol xərci) ümumilikdə çəkdiyi xərc 232 manat olmuşdur. Buna görə də cavabdeh çəkdiyi xərcin yarsın, yəni 232/2=116 manat olan hissəni ona ödəməlidir. Yuxarıda adları qeyd olunan həkimlərin hamısının qəbulları ödənişlidir. Ödənişlər əvvəlcədən köçürülür, qəbul isə növbəlilik şəklində həyata keçirilir. Yuxarıda qeyd olunan həkim müalicələri ilə yanaşı övladı Təyyarı 10 iyul 2023-cü il tarixdən, 05 fevral 2024-cü il tarixə kimi Bakı şəhərində, Xırdalanda yerləşən “X26 Mərkəz”inə həftənin tək günləri (1,3 və 5-ci günlər) daxil olmaqla Xaçmaz Rayonundan taksi ilə psixoloji təlim və məşqələrə aparıb gətirmişdir. “X26 Mərkəzi”nə ödədiyi ödəniş qəbzlərinin cəmi məbləği 2470 manat, qəbzlərin sayı isə 38 ədəd təşkil edir. Ödəniş qəbzlərinin sayına əsasən rayondan Bakı şəhərinə getdiyi yer məlum olduğundan, hər hansı nəqliyyat vasitəsilə gedib qayıtsa belə, hər dəfəsində 38 ədəd qəbz sayı x 30 manat yol xərci = ümumilikdə 1140 manat yol xərci, əlavə isə 38 ədəd qəbz sayına görə iki nəfər üçün hər dəfəsində ən aşağı yemək xərci 38 ədəd qəbz sayı x 12 manat = 456 manat yemək xərci təşkil edəcəkdir. Beləliklə ümumilikdə çəkdiyi xərc (2470 manat ödəniş məbəği + 1140 manat yol xərci+ 456 manat yemək xərci) 4066 manat təşkil etmişdir. Belə olduğu halda cavabdeh çəkdiyi xərcin yarısını yəni 4066/2=2033 manat olan hissəsini iddiaçıya ödəməlidir. “X26 Mərkəzi”ndə oğlunun müalicəsi ilə əlaqədar beyində yatmış hüceyrələri aktiv ləşdirən “Neurofeedback” beyinin ritmik hərəkətini formalaşdıran aparat olmdığından həmin mərkəzdən ayrılmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən oğlunu xx.xx.2024-cü il tarixdən hal-hazıra kimi “X19”-nin Sumqayıt filialında həftənin tək günləri (1, 3 və 5-ci) günləri daxil olmaqla Psixoloji təlimlərə aparıb gətirir. Bu mərkəzdə isə beyin qidalandırıcı “Neurofeedback” aparatı mövcuddur. Hər seansın (dərsin) müddəti 45 (qırx beş) dəqiqə təşkil edir. Oğlu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “X19”nin Sumqayıt filialında 56 tam psixo-pedaqoji seans, 10 yarım və 38 tam Neurofeedback aparat terapiyası, 42 tam loqopedik seans, 10 tam klinik-refleksoloji terapiya keçmişdir. Filialın xx.xx.2024-cü il tarixli arayışdan, (VOEN: **********) aydın olur ki, o, övladı Təyyarı xx.xx.2 024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ümumilikdə 56 (əlli altı) dəfə Xaçmaz rayonundan “X19”-nin Sumqayıt filialına aparıb gətirmişdir. Təyyarın təlimləri üçün ödədinişlər mərkəzin ona təqdim etdiyi arayışda göstərilən formada həftəlik və aylıq paket şəklində tərəfindən ödənilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə, kimi olan müddətdə mərkəzdən ona təqdim olunan arayışa əsasən övladının yalnız psixoloji təlimləri üçün ümumilikdə, 3215 manat pul vəsaiti tərəfindən mərkəzə ödənilmişdir. Digər qaydada arayışda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə, kimi 56 dəfə mərkəzə aparıb gətirdiyini nəzərə alsaq, bu zaman (3215 manat ödənilən məbləğ+ 1680 manat yol xərci+ 672 manat yemək xərci) ümumilikdə 5567 manat məbləğində təşkil etmişdir. Buna görə də cavabdeh çəkdiyi xərcin yarsını yəni 5567/2=2783 manat, 50 qəpik olan hissəsini iddiaçıya ödəməlidir. “ Narınc Psixologiya” Mərkəzi tərəfindən Sumqayıt şəhərində yerləşən “Hipokrat Hospitalına” Təyyarın başını EEGE müayinəsi etdirmək üçün göndərilmişdir. Bu zaman xəstəxanaya (75 manat rüsum + yemək xərci 12 manat, +30 manat yol xərci) cəmi = 117 manat pul vəsaiti ödəmişdir. Buna görədə qeyd etmişdir ki, cavabdeh çəkdiyi xərcin yarsını yəni 117/2=58 manat, 50 qəpik olan hissəsini iddiaçıya ödəməlidir. Hər kəsə məlumudur ki, bura Bakı-Xaçmaz istiqamətində taksi fəaliyyəti ilə məşğul olan bütün sürücülər o cümlədən əksər restoran və kafelər daxildir ki, bunlar qəbzsiz nəğd şəkildə fəaliyyət göstərirlər. O, cümlədən bura onların mərkəzə və xəstəxanalara gedib gəldikləri taksilər, həmçinin Bakı, Sumqayıt şəhərlərində, sərnişindaşıma fəaliyyəti göstərən sərnişin avtobusları, kafe və restoranlar, hətta yemək yedikləri “Əhməd” kafe də daxildir. Buna görədə çəkdiyi yol, yemək xərcləri ödəniş qəbzlərinin sayına əsasən nəzərə alınmalıdır. Onun tərəfindən çəkilən bütün xərclərin yekun cəminin yarsına əsasən cavabdehin üzərinə düşən ödəməli pul vəsaiti ümumilikdə 8011 manat təşkil edir. Cavabdehin üzərinə öhdəlik olaraq, düşən bu məbləğ xx.xx.2024cü il tarixinə qədər olan dövürü əhatə edir. xx.xx.2024-cü il tarixdən sonra övladının müalicə və müayinəsinə o, cümlədən psixoloji təlimlərinə ödəyəcəyi pul vəsaitlərinə dair sübutlarını məhkəmənin gedişi zamanı rəsmi qaydada məhkəməyə təqdim edəcəkdir. Bir tərəfdən cavabdehə hər ay 100 (bir yüz) manat aliment, digər tərəfdən öhdəlik kimi, üzərində yığılıb qalan aliment borcundan 50 manat, bütövlükdə hər ay cavabdehə 150 manat ödəniş etdiyindən bu xərcləri qarşılamaqda çətinlik çəkir. Digər tərəfdən əlil övladının müalicəsinə və psixoloji təlimlərinə ödənilən vəsait, digər tərəfdən aliment öhdəliyi onu maddi cəhətdən çətinliyə salır. Təyyar Allahverdiyev onların övladı olduğu üçün məhkəmədən xahiş etmişdir ki, cavabdehin (ananın) üzərinə bu vaxta qədər oğlunun psixoloji təlimlərinə müayinə və müalicəsinə, dair ümumilikdə çəkdiyi 16022 (on altı min iyirmi iki manat, 00 qəpik) manat xərcin yarsını yəni 8011 (səkkiz min on bir manat) manat olan hissəsini tam şəkildə, eləcə də oğlunun bundan sonra (gələcəkdə) psixoloji təlimlərinə müayinə və müalicəsinə, yemək, yol məsrəflərinə dair, tərəfindən çəkiləçək xərclərin yarsını ödəm ək öhdəliyi qoyulsun. Cavabdehin maddi vəziyyəti bu xərclərin yarısını ödəməyə imkan verir. Cavabdehin dövlətdən gəliri olmasa da özünün və ailə üzvlərinin adına torpaq sahəsi vardır. Həmin pay torpaq sahəsindən və yaşadığı fərdi mənzilin həyətyanı torpaq sahəsindən il ərzində ümumilikdə 20-25 kisə təmizlənmiş fındıq və digər meyvələrdən tədarüklər edib, gəlir əldə edirlər. Bu da ümumilikdə il ərzində təkcə fındıqdan təqribən 3000-4000 manat civarında əldə olunan gəlir deməkdir. Cavabdehin gəlirləri bununla yekunlaşmır o, anası ilə birgə göyərti bitkilərin əkilib becərilməsi və satışı ilə məşğul olurlar. Bu göyərti biznesi onların kəndinin ən gəlirli sahələrindəndir. Təxminən göyərti satışından ay ərzində ən azı 800-900 manat gəlir əldə edirlər. Bir sözlə, cavabdehin imkanları buna əsas ve rir ki, övladının müalicəsinə psixoloji təlim və məşğələlərinə bu vaxta qədər çəkdiyi və gələcəkdə çəkəcəyi xərclərin yarısını ödəmiş olsun. Təyyar Allahverdiyev hər ikisinin övladı olduğu üçün, cavabdeh hər ay çəkdiyi xərclərin yarsını ödəməyə qanunla müəyyən olunmuş qaydada borcludur. Bununla bağlı öz aralarında məhkəmədən kənar razılığa gəlməsi ilə bağlı cavabdehə 04 iyun 2024-cü il tarixdə rəsimi xəbərdarlıq göndərmişdir. Cavabdeh göndərdiyi xəbərdarlığa əsasən hər hansısa razılığa gəlmək əvəzinə, əksinə anası ilə birlikdə Xaçamaz Rayon Polis Şöbəsinə gedərək onun barəsində rəsmi qaydada şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə Qusar rayon 1 saylı mediasiya təşkilatının mediatoru X21 iştirakı ilə keçirilən mediasiya prosesində cavabdeh iştirak etməmiş, qarşılıqlı razılıq üçün keçiril ən mediasiya prosesinə dəvət olunsa da, gəlməkdən imtina etmişdir. Nəticədə cavabdehlə aralarında hər hansısa razılıq əldə olunmadığından məhkəmədə iddia qaldırmışdır.

12. Cavabdeh X24 7 yanvar 2025-ci il tarixdə məhkəməyə valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakına dair iddia tələbinə etiraz ərizəsi verərək, iddiaçının ona qarşı qaldırdığı iddia tələbinin təmin edilməməsini və məhkəmə xərclərinin ondan tutulmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, iddia tələbi cavabdehin əlavə xərclərə cəlb edilməsidir. Azyaşlı oğlu Təyyarı müalicə alması üçü Parlaq Psixilogiya mərkəzinə aparır. Orada xərclədiyi ödənişlər barədə arayışı məhkəməyə təqdim etmişdir. Qərar qəbul ed ilərkən həmin arayışda göstərilən məbləğin nəzərə alınmasını xahiş etmişdir. 3606 manat X20, 3215 manat Narınc psixilogiya mərkəzinə ödənişlər etmiş və sonuncu dəfə xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixdə X20 2 dəfə 96 manat ödəniş etdiyi qəbzləri də məhkəməyə təqdim etmişdir. Dövlət xəstəxanalarında müalicəsi üçün elə bir şərait yoxdur. Bir neçə dəfə müraciət etsə də, TƏBİB-dən “icbari tibbi sığorta üzrə xidmətlər zərfinə loqoped və psixiloq seansları daxil edilmir” deyə cavab bildirmişlər. O, cavabdehdə qalan oğlu üçün də aliment ödəməkdədir və cavabdehə hazırda 2500 manat aliment borcu vardır. Uşağın müalicələrinə xərci çıxdığına görə vaxtı vaxtında ödənişlər edə bilməmiş, lakin ödəyəndə də artıq məbləğlər ödəmişdir ki, borcundan da çıxılsın. Cavabdeh işləmir. Sadəcə torpaq sahələri, meyvə bağları var onlardan istifadə edərək gəlir əldə edir.

14. Bundan başqa, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı İddiaçı əlavə olaraq bildirmişdir ki, 2021-ci ildən 24 avqust 2016-cı il təvəllüdlü oğlu Təyyar onun yanındadır. Xaçmaz rayon Məhkəməsinin qətnaməsi ilə uşaqlar boşandıqdan sonra ananın himayəsinə verilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti olmuş və 2023-cü ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən uşaqlardan biri ananın, biri də atanın himayəsinə verilmişdir. Anada qalan uşaq üçün o, 100 manat aliment ödəyir, lakin onunla qalan uşaq üçün ana aliment ödəmir. Oğlu Təyyar əlildir, ona o, qulluq edir və onu müalicələrə aparır. Cavabdeh onu polisə şikayət etmişdir, guya içkili olmuş, evə gələndə onu döymüşdür. Lakin bu belə olmamışdır. O, dövl ət işində işləyir, içki içmir. O, hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh də alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmişdir. O, cavabdehdən uşaq üçün çəkdiyi xərclərin yarısını tələb edir. İddia ərizəsində qeyd etdiyi, hər ay ödənilən xərclərin 400 manat miqdarında pulun ondan tutuması hissəsində tələbindən imtina edir və qalan 8011 manat vəsaiti tam şəkildə ödəməsini tələb edir.

15. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-329/2025 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından olan uşaqları – 24 avqust 2016-cı il təvəllüdlü X1 müalicəsi ilə əlaqədar İddiaçı tərəfindən faktiki çəkilmiş cəmi 7013 manat məbləğində əlavə xərclərin yarısı, yəni 3506.50 manat məbləğində pul vəsaitinin ca vabdeh X10 tutularaq İddiaçı xeyrinə ödənilməsi, cavabdehdən mediasiya xərci kimi ödənilmiş 22 manat məbləğində pul vəsaiti və 22 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından olan ağır xəstə və müddətsiz 1-ci dərəcəli əlilliyi müəyyən edilmiş uşağı - xx.xx.2016-cı il təvəllüdlü X1 müalicəsi ilə əlaqədar faktiki çəkilmiş əlavə xərclərin ödənilməsinə uşağın valideyni olaraq cavabdehin də cəlb edilməsini məqsədəmüvafiq hesab etmişdir.

17. İddiaçı tərəfindən faktiki çəkilmiş bu xərclərin miqdarını, valideynlərin və uşaqların ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, 24 avqust 2016-c ı il təvəllüdlü, ağır xəstəliyi ilə bağlı İ qrup əlilliyi müəyyən olunmuş X1 müalicəsi ilə bağlı psixoloji təlimləri üçün 10 iyul 2023-cü il tarixindən, 29 yanvar 2025-ci il tarixinə kimi olan müddət ərzində “Parlaq Psixologiya” mərkəzinin Xırdalan filialına iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 3798 manat vəsaitdən və Təyyar Allahverdiyevin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək “Narınc” Psixologiya Mərkəzində terapiya seansları keçməsi ilə əlaqədar iddiaçı tərəfindən mərkəzə ödənilmiş cəmi 3215 manat vəsaitdən ibarət əlavə xərclərin ödənilməsinə cavabdeh də cəlb olunmalı və ondan qeyd olunan 7013 manat pul vəsaitinin yarısını təşkil edən 3506,5 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

18. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən, Ailə Məcəlləsinin 75.1, 81.1, 81.3-cü maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin Psixoloji təlimlər hissəsinə dair cavabdehdən tutulacaq 3506.50 manat olan hissə, 22 manat mediasiya xərci və 22 manat məbləğində tutulmalı olan dövlət rüsumu hissəsi istisna olmaqla, digər tərəfdən əlil övladının müayinə və müalicəsinə həmçinin yemək və yol xərclərinə dair çəkdiyi xərclərin yarısının cavabdehdən tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavadehi yalnız çəkdiyi xərclərin psixoloji seanslarla bağlı etdiyi ödənişlərə dair vəsaitin yarsına cəlb etmişdir. Əlavə qulluğa və ciddi nəzarətə etiyacı olan müddətsiz əlil azyaşlı X11n müayinə və m üalicəsinə o cümlədən yemək və yol xərclərinə dair çəkilən xərclərin məhkəmə tərəfindən nəzərə alınmaması hissəsi ilə qətiyyən razılaşmır. Qətnamədə və iddia ərizəsində qeyd edilib: xx.xx.2016-cı il təvəllüdlü X4 ilk dəfə Xaçmaz Rayonunda “Loqosa” psixoloji təlimlərə və həkim nevropotoloqun müayinə və müalicəsinə aparıb gətirmiş, daha sonra isə, xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə kimi, ünvan 6 ünvanında İnşaatçılar metrosunun yaxınlığında yerləşən “Uşaq Nevrologiya və Neyrometabolizma Mərkəzində” X28 Ümid xanımın qəbuluna əvvəlcədən 100 manat ödəniş edərək aparıb gətirmişdir. Rayondan Bakı şəhərinə fərqli-fərqli vaxtlarda Təyyarı ümumilikdə Günel Ümid həkimin qəbuluna 7 (yeddi) dəfə olmaqla, hər dəfəsində 100 manat ödəniş etməklə ümumilikdə 700 manat ödəniş edərək, aparıb g ətirmişdir. Hər dəfəsində Günel Həkim övladının müalicəsi üçün dərman reseptləri yazmışdır. Əlavə olaraq 7 dəfə yol və yemək xərcləri çəkmişdir. Rayondan Bakı şəhərində getdiyi yer məlum olduğundan bu zaman Günel həkimin müalicəsi əsasında çəkdiyi ümumi xərclər ( 700 manat həkimin qəbuluna ödəniş + 2100 manat reseptlər + 84 manat yemək xərci + 280 manat yol = 3164 manat) olmuşdur. Belə olduğu halda cavabdeh çəkdiyi xərclərin yarsını, 3164/2=1582 manat olan hissəsini onun xeyrinə ödəməli idi. Həkimin təyin etdiyi müalicələr təyinatı üzrə həyata keçirilsədə övladımın nitqində hərəkətlərinə hər hansısa irəliləyiş olmadığından həkimi dəyişmək qərarına gəlib. Daha sonra övladını Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsində yerləşən “Kəpəz Hospital”ına həkim X8 qəbuluna müxtəlif vaxtlarda 2 dəfə n övbəlli şəkildə apararaq, müalicəsini mütəmadi şəkildə davam etdirmişdir. Könül həkimin qəbuluna 1-ci dəfə 124 manat, ikinci dəfə isə, 160 manat etdiyi ödənişləri, 2 dəfə yazdığı müalicə reseptlərini, 2 dəfə yol və 2 dəfə yemək xərcləri nəzərə alında çəkdiyi xərclər ümumilikdə (284 manat həkimin qəbulu + 1500 manat reseptlər + 60 manat yol xərci + 26 manat yemək xərci=1870 manat) 1870 manat olmuşdur. Belə olduğu halda hesab edir ki cavabdeh çəkdiyi xərclərin yarsını yəni, 1870/2=935 manat olan hissəsini ödəməli idi. Bu müalicələrin övladında müsbət təsirini görmədiyi üçün həkimi yenidən dəyişmək qərarına gəlib. Daha sonra isə övladını müalicə və müayinə məqsədilə, rayondan Bakı şəhərində yerləşən “Atlas” klinikasına X27 Əliyevin qəbuluna əvvəlcədən 150 manat ödəniş etməklə 1 dəfə aparıb gə tirmişdir. Zakir həkim Təyyarın müalicəsi üçün resept yazmamışdır. Uşağın müalicəsini öz üzərinə götürməmişdir. Lakin buna baxmayaraq, 1 dəfə yol, 1 dəfə yemək xərci çəkmişdir. Belə ki, övladının müalicəsi üçün ümumilikdə (150 manat həkimin qəbulu + 30 manat yol xərci + 12 manat yemək xərci=192 manat) 192 manat xərc çəkmişdir. Belə olduğu halda cavabdeh valideyn olaraq, çəkdiyi xərclərin yarsını 192/2=96 manat olan hissəsini ödəməli idi. Daha sonra isə, müalicə xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixə kimi, Bakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən, “Atlas” Medical Center”də fəaliyyət göstərən həkim X12 tərəfindən həyata keçirilmişdir. Fizuli həkimin qəbuluna hər dəfə 65 manat olmaqla ümumilikdə 130 manat ödəniş etmiş,2 dəfə müxtəlif vaxtlarda övladının müalicəsi üçün re sept yazmışdır. Digər tərəfdən 2 dəfə yol, 2 dəfə yemək xərci çəkmişdir. Fizuli həkimin müalicəsi üzrə çəkdiyi ümumi xərclər (130manat həkimin qəbulu + 600 manat müalicə reseptlər + 60 manat yol xərcləri + 24 manat yemək xərcləri = 814 manat) 814 manat təşkil etmişdir. Belə olduğu halda hesab edir ki, cavabdeh çəkdiyi xərclərin yarsını, 814/2= 407 manat olan hissəsini ödəməlidir. Sonuncu dəfə Fizuli həkimlə əlaqə saxlayaraq Təyyarda hər hansısa irəlilləyişin olmadığını bildirdikdə, məsləhət gördü ki, uşağı həkim psixatıra aparsın. Bundan sonra azyaşlı Təyyarı ünvan 7 ünvanında yerləçən “Dilab” klinikasında işləyən həkim X9 qəbuluna əvvəlcədən 100 manat ödəniş edərək aparıb gətirmişdir. Həkim övladının müalicəsi üçün 2 ədəd müalicə reseptləri yazmış, əlavə olaraq 1 dəfə yol, 1 dəfə isə yemə k xərci çəkmişdir. Abdulla həkimin müalicəsi üzrə ümumilikdə çəkdiyi xərclər ( 100 manat həkimin qəbulu + 90 manat müalicə reseptləri + 30 manat yol xərci + 12 manat yemək xərci = 232 manat) 232 manat olmuşdur. Cavabdeh çəkdiyi xərclərin yarısını 232/2 = 116 manat olan hissəsini ödəməli idi. Bu müalicələrdən sonra Təyyar nisbətən sakitləşsə də nitqində hər hansısa irəlilləyiş olmamışdır. Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən ərizədə övladının sonuncu həkiminin həkim psixatr Abdulla Şıxliniski olduğunu vurğulamışdır. Çünki həmin vaxt övladının həkimi Abdulla həkim idi. Bir neçə aydır ki, övladı Təyyarın müalicə həkimi Bakı şəhərində fəaliyyət göstərən “X34” Hospitalında uşaq və yeniyetmə Psixatrı kimi fəaliyyət göstərən Uzman həkim Aydan xanım İsgəndərzadədir. Aydan həkimin qəbulun un 1-ci dəfə ödənişi 150 manat, 2-ci dəfə isə 110 manat təşkil etmişdir. Qeyd edir ki, övladı Təyyarı Aydan həkimin qəbuluna 2 dəfə aparmışdır. Birinci dəfə 3 aylıq, 2-ci dəfə isə 6 aylıq müalicə təyin etmişdir. Sonuncu dəfə qəbulda xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində olmuşdur. Beləliklə sonuncu müalicəyə dair ümumilikdə (260 həkimin qəbulu + 359 manat həkimin yazdığı 1-ci 3 aylıq resept + 1020 manat həkimin yazdığı 6 aylıq ikinci müalicə resepti + 60 manat yol xərci + 24 manat yemək xərci = 1364 manat) 1364 manat çəkdiyi xərcin yarsını, 1723/2=861.50 manat olan hissəsinin cavbadehdən tutularaq digər xərclərin üzərinə əlavə olunmasını xahiş edir. Aydan həkimin müalicəsindən sonra azyaşlı Təyyarın səhətində azda olsa müsbət nəticə əldə olunmaqdadır. Qeyd edir ki, cavabdehin ödəm əli olduğu 861,50 manat vəsait iddia ərizəsində tələb olaraq qoyulmamışdır. Yuxarıda qeyd olunan həkimlərin hər birinin qəbulları ödənişlidir, yazdıqları müalicə reseptləri bahalıdır, əlavə isə, hər dəfə həkimlərin qəbullarına gedərkən yol və yemək xərcləri tərəfindən çəkilmişdir. Bu xərclərlə bağlı əlində olan dəlilləri məhkəməyə təqdim etsə də, sadalananların heç birini nəzərə almamışdır. Psixoloji təlimlər hissəsinə arayışlar və ödəniş qəbzləri üzrə köçürmələri nəzərə alaraq təmin etmiş olsada, psixoloji təlimlər üzrə yemək və yol xərclərini nəzərə almamışdır. Məhkəmə qətnaməsi çıxarılana kimi olan müddət ərzində 10 iyul 2023 tarixdən, 05 fevral 2024-cü il tarixə kimi Xırdalanda yerləşən “Birlik Psixologiya” mərkəzinə aparıb gətirmişdir. Buradan ödədiyi 38 ədəd ödəniş qəbzlərinin sayına görə gediş-gəliş xərclərinin həmçinin yemək xərclərinin ümumi məbləği ( 38 ədəd ödəniş qəbzi x 30 manat yol xərci) + (38 ədəd ödəniş qəbzi x 12 manat yemək xərci = 1596 manat) 1596 manat təşkil edir. Belə olduğu halda hesab edir ki, məhkəmə cavabdehi psixoloji təlimlərə dair çəkdiyi yol və yemək xərclərinin yarısına 1596/2 = 798 mant olan hissəsinə cəlb etməli idi. Rayondan “Narınc psixologiya” mərkəzinin Sumqayıt filialına ümumilikdə 56 dəfə aparıb gətirmişdir. Bu zaman çəkdiyi yol və yemək xərcləri ödəniş qəbzlərinin sayına görə hesablanmalıdır. Belə olduğu halda çəkdiyi ümumi yol və yemək xərcləri (56 dəfə gediş-gəliş sayı x 30 manat yol xərci) +( 56 dəfə gediş-gəliş sayı x 12 manat yemək xərci= 2352 manat) 2352 manat təşkil etmişdir. Bundan başqa isə “Narınc psixologiya” mərkəzinin Su mqayıt filialının göndərişi əsasında Sumqayıt şəhərində yerləşən “Hipokrat” Tibb mərkəzinə göndərilən zaman azyaşlı Təyyarın baş beynini “EEGE” müayinəsi etdirərkən 75 manat dövlət rüsum ödəmişdir. Belə olduğu halda həmin xəstəxanaya gediş-gəliş və yemək xərclərini hesabladıqda tərəfindən ödənilmiş ümumi məbləq ( 75 manat müayinə + 30 manat yol xərci + 12 manat yemək xərci = 117 manat) 117 manat təşkil etmişdir. Lakin görünən odur ki məhkəmə əlil övladının müayinə və müalicəsinə, həmçinin psixoloji təlimlərinə, yol və yemək xərclərinə dair çəkdiyi xərclərin yarsına cavabdehi cəlb etməmişdir. Halbuki məhkəmənin sübutlar əsasında nəzərə almalı olduğu və lakin nəzərə almadığı xərclərin yalnız cavadehin üzərinə düşən hissəsi ümumilikdə 6030 manat təşkil edir. Məhkəmə bu xərci əsasız yerə nəzər ə almamışdır. Azyaşlı Təyyarı hal-hazıra kimi Xırdalan şəhərində fəaliyyət göstərən “Parlaq Psixologiya” mərkəzinə həftənin tək (1,3 və 5-ci) günləri daxil olmaqla psixoloji təlim və məşqələlərə aparıb gətirir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1302/2023 saylı qərarı ilə cavabdeh Allahverdiyeva (Əkbərova) Sevda Rəşid qızının himayəsində saxlanılan digər azyaşlı övladı xx.xx.2019-cu il təvvəlüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçn hər ay ödədiyi 250 manat məbləğində pul vəsaitinin 100 manat olan hissəsi sabit pul mələğində aliment, digər 150 manat olan hissəsi isə məhkəmə prosesində aylar üzrə üzərinə düşən borc öhtəliyi hissəsidir. Qey edir ki, himayəsində qalan azyaşlı Təyyar Allahverdiyev xx.xx.2024-cü il tarixdən “ağır dərəcəli əqli gerilik emosiya və davranış pozuntus u F72.1 ”nitq inkişafının spesifik pozuntusu F80.0 diaqnozu ilə həkim psixatrın nəzərarətində olmaqla yanaşı, əlavə qulluğa və ciddi nəzarətə ehtiyacı olan 1-ci qrup müddətsiz əlildir. Buna görədə hesab edir ki, Təyyar Allahverdiyevin müayinə və müalicəsi, həmçinin yol,yemək xərclərinə çəkdyi bütün xərcləri o cümlədən, digər ovladı Hüseynin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehə hər ay ödədiyi sabit pul məbləğində aliment ödənişləri və təqdim etdiyi sübutlar Xaçmaz Rayon Məhkəməsi tərəfindən nəzərə alınmalı idi. Valideyin olaraq övladımının müalicəsinə dair çəkdiyi xərclərin yarsını ödəmək öhdəliyi məhkəmə tərəfindən cavabdehin üzərinə qoyulmalı idi. Cavabdehin dövlətdən rəsmi gəliri olmasada, pay və həyatyanı torpaq sahəsindən tədarük etdiyi yüklü miqdarda fındıq və baş qa meyvələrin satışından həmçinin göyərti satışından əldə etdiyi gəliri, valideyin olaraq əlavə xərclərin yarısını ödəməyə imkan verirdi. Cavabdeh özünə güvən sayəsində valideynlərin əlavə xərclərdə iştirakına dair ilkin mediasiya prosesinə, daha sonra isə, məhkəmə prosesinə çağırılsada, bilərəkdən gəlməmişdir. Lakin bütün bunlara baxmayaraq, Xaçamz Rayon Məhkəməsi qətnamə qəbul edərkən yuxarıda sadaladığım halları (dəlilləri) nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Lakin görünən odur ki, cavabdehi 1-ci qrup ağır dərəcəli müddətsiz əlil övladının gələcəyi sağlamlığı zərrəcə maraqlandırmamışdır.

21. Cavabdeh Əkbərova (Allahverdiyeva) Sevda Rəşid qızı da apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(0 67)-329/2025 nömrəli qətnaməsinin dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdeh Əkbərova (Allahverdiyeva) Sevda Rəşid qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesablamaları düzgün aparmamışdır. Övladı dövlətdən təqaüd alır həmin təqaüd iddiaçının istifadəsində olur. Bundan başqa, dövlət müalicələrinə köməklik göstərir. xx.xx.2019-cu il təvəllüdlü X7 onun yanındadır. Onun yanında və himayəsində olan övladının da müalicəyə ehtiyacı vardır. Onu da loqapedə və nervoloji müayinələrə aparır. Bütün bu xərcləri tək özü edir, iddiaçıdan heç bir xərc tələb etməmişdir. Ümumiyyətlə iddiaçı övladı ilə maraqlanmayıb. Məhkəmənin iddiaçının övladına görə aldığı təqaüdü və dövlət tərəfindən övladına olunan yardımları nəzərə almaması görsənir. Buna baxmayar aq, məhkəmə 7013 manat məbləğinin əlavə xərclərin yarısı, yəni 3506.50 manat məbləğində pul vəsaitinin bölünməsini müəyyən etmişdir. Hansı ki, iddaçı təyin olunmuş aliment pulunu da vaxtı-vaxtında ödəmir. İddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu təqdim etməmişdir.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən övladının özəl tibb müəssisələrində müayinə və müalicəsinə, həmçinin nəqliyyat üçün çəkdiyi xərclərin heç birini nəzərə almamışdır. Övladının müalicələri ilə bağlı hər həftənin 1-3-5-ci günləri Xaçmaz rayonundan, Xırdalan şəhərinə gəlir. Övladı 3 yaş yarımlığından müalicələrdədir. Cavabdehin maddi durumu yaxşıdır, gəliri var, işləyir, 1 ha bağları var, oradan da q azanc əldə edirlər. Övladının müalicəsi ilə bağlı icbari sığortaya müraciət etmiş, bildiriblər ki, “İcbari sığorta üzrə zərflər paketi” nə övladının ehtiyacı olan seanslar daxil edilməmişdir. Bu barədə məktubu məhkəməyə təqdim etmişdir. Müalicələrdən sonra övladında cüzi də olsa irəliləyiş var, əvvəllər adına reaksiya vermirdi, hazırda reaksiya verir. Övladı birinci qrup əlildir. Uşağa qulluqla birlikdə 570 manat pensiya alır, lakin övladının müalicələrinə hər ay ortalama ***-**** manat arası xərc çəkir. Dİgər övladı ilə ünsiyyətdə ola bilmir. Cavabdehin təsərrüfatı var, himayəsindəki uşaq sağlamdır. Onun aliment borcu yoxdur, cavabdehin aliment borcu var. Ondan 130 manat aliment tutulur, əvvəlki borclara görə 250 manat aliment ödəyir, cavabdeh də ona 130 manat aliment ödəməlidir. Uşaq əvv əl üçüncü qrup idi, hazırda birinci qrup əlildir. Öz adına tələbə yoldaşı üçün torpaq sahəsi alıb, həmin torpaq sahəsinin 5 sot hissəsi məhkəmə qətnaməsi ilə cavabdehin adına rəsmiləşdirilib. Həmin torpaq sahəsini qaytarmağın müqabilində hazırki iddiasından imtina edə bilər.

24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, cavabdeh satıcı işləyir, 350 manat əmək haqqı alır. Eyni zamanda onun da himayəsində sağlamlıq imkanları məhdud övladı var. İddiaçının bağ sahəsi olmasına dair izahatına gəldikdə isə, ondan demək olar ki qazanc olmur. Müalicələrin “İcbari sığorta üzrə zərflər paketi”nə daxil olmadığı barədə izahatına münasibətdə isə bildirmişdir ki, hamısı paketə daxil olmasa da, müalicələrin müəyyən bir qismi dövlət hesabına həyata keçirilir. Cavabdehin maddi vəziyyətini, həmçinin digər halları nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-796/2025 nömrəli, 9 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə-sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Ayaz Mahmudov) cavabdeh X13 apellyasiya şikayətinin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-329/2025 nömrəli qətnaməsinin tərəflərin birgə nikahından olan uşaqları – 24 avqust 2016-cı il təvəllüdlü X1 müalicəsi ilə əlaqədar İddiaçı tərəfindən faktiki çəkilmiş cəmi 7013 manat məbləğində əlavə xərclərin yarısı, yəni 3506.50 manat məbləğində pul vəsaitinin cavabdeh X10 tutularaq İddiaçı xeyrinə ödənilməsi, cavabdeh X10 mediasiya xərci kimi ödənilmiş 22 manat məbləğində pul vəsaitinin və 22 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan biri iddiaçının, digəri isə cavabdehin himayəsində qalmış, qarşılıqlı olaraq uşaqlar üçün alimentlərin tutulması qət edilmişdir. İddiaçı çəkilmiş xərclərin yarısını cavabdehdən tələb etsə də cavabdehin uşağın əlavə x ərclərində iştirak edə bilmək üçün maddi imkana malik olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı isə işləyib əmək haqqı almaqla yanaşı, özünün də təsdiq etdiyi kimi birinci qrup əlil uşağa qulluq etməsinə və uşağın əlilliyinə görə ayda 570 manat təqaüd və müavinət almaqdadır.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçının himayəsində qalan uşağın saxlanması üçün aliment ödənilməsinə cəlb edilmişdir ki, iddiaçının izahatına əsasən isə cavabdehin aliment borcu da mövcuddur. Cavabdehin uşağın əlavə xərclərində iştirak edilməsi üçün maddi imkana malik olması isə sübut olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin maddi vəziyyətini nəzərə almadan əlavə xərclərə cəlb edilməli olması ilə bağlı gə ldiyi nəticə əsaslı olmamışdır.

28. Məhkəmə öz mövqeyini Ailə Məcəllənin 81.1, 81.2, 81.3-cü, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-796/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini tam ləğv edərək, iddiasının tam həcimdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təyyar Allahverdiyevin müayinə və müalicəsi, həmçinin yol, yemək xərclərinə çəkdyi bütün xərcləri o cümlədən, digər ovladı Hüseynin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehə hər ay ödədiyi sabit pul məbləğində al iment ödənişləri və təqdim etdiyi sübutlar məhkəmə tərəfindən nəzərə alınmalı idi. Valideyin olaraq övladınının müalicəsinə dair çəkdiyi xərclərin yarsını ödəmək öhdəliyi məhkəmə tərəfindən cavabdehin üzərinə qoyulmalı idi. Cavabdehin dövlətdən rəsmi gəliri olmasa da, pay və həyatyanı torpaq sahəsindən tədarük etdiyi yüklü miqdarda findıq və başqa meyvələrin satışından həmçinin göyərti satışından əldə etdiyi gəliri, valideyin olaraq əlavə xərclərin yarısını ödəməyə imkan verirdi. Lakin bütün bunlara baxmayaraq, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən yuxarıda sadaladığı halları (dəlilləri) nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Lakin görünən odur ki, cavabdehi 1-ci qrup ağır dərəcəli müddətsiz əlil övladının gələcəyi sağlamlığı zər rəcə maraqlandırmamışdır. Ovladımın müalicəsi ilə əlaqədar apardığı tibb müəssisəsindən çəkilmiş xərclərlə bağlı rəsmi arayışlar alıb məhkəməyə təqdim etmişədir.

31. Apellyasiya məhkəməsinin mövqeyi ilə qətiyyən razı deyil. Övladları əlilliyinə görə ayda 570 manat təqaüd alsa da, övladılarının müalicə və müayinəsi üçün nə qədər pul vəsaiti lazım olduğunu və real xərcləndiyini əsaslandıraraq qeyd etmişdir. Övladının özəl tibb müəssisələrində müayinə və müalicəsinə, həmçinin nəqliyyat üçün çəkdiyi xərclərin heç birini nəzərə alınmamışdır. Övladının müalicələri ilə bağlı hər həftənin 1-3-5ci günləri Xaçmaz rayonundan, Xırdalan şəhərinə gəlir. Övladını taksi ilə aparıb gətirir, taksilər isə ona qəbz vermir. Hamıya məlumdur ki, taksinin Xaçmaz rayonundan Xırdalan şəhərinə xəstə uşağı ilə onu aparıb gözləyib gətirməsi ən yaxşı halda 100 manat təşkil edir. Həmçinin əlavə yemək və.s xərclər çıxır. Övladı 3 yaş yarımlığından müalicələrdədir. Cavabdehin maddi durumu yaxşıdır, gəliri var, işləyir, rəsmi iş yeri sistemdə görünməsə də ərzaq dükanında satıcı işləyir, 1 ha özünün gəlir götürdüyü bağı var, oradan da yüksək qazanc əldə edirlər.

32. Övladının müalicəsi ilə bağlı icbari sığortaya müraciət etmiş, bildiriblər ki, "İcbari sığorta üzrə zərflər paketi" nə övladının ehtiyacı olan seanslar daxil edilməmişdir. Bu barədə məktubu məhkəməyə təqdim etmişdir. Müalicələrdən sonra övladında cüzi də olsa irəliləyiş var, əvvəllər adına reaksiya vermirdi, hazırda reaksiya verir. Övladı birinci qrup əlildir. Uşağa qulluqla birlikdə 570 manat pensiya alır, lakin övladının müalicələrinə hər ay ortalama ***-**** manat arası xərc çəkir. Dlgər övladı ilə ünsiyyətdə ola bilmir. Cavabdehin təsərrüfatı var, himayəsindəki uşaq sağlamdır. Onun aliment borcu yoxdur, cavabdehin aliment borcu var. Ondan 130 manat aliment tutulur, əvvəlki borclara görə 250 manat aliment ödəyir, cavabdeh də ona 130 manat aliment ödəməlidir. Uşaq əvvəl 3-cü qrup idi, hazırda birinci qrup əlildir. Əvvəl uşağa verilən təqaüd də 3-cü qrup əlill olduğuna görə aşağı məbləğdə olmuşdur.

33. Övladını apardığı tibb müəssisələrindən çəkilmiş xərclər barədə rəsmi arayışlar alaraq məhkəməyə sübut olaraq təqdim etmişdir. Bu sübutlar da məhkəmədə mülki işdə mövcuddur. Lakin apellyasiya məhkəməsi heç bir subuta düzgün qiymət verməyərək, sübutları nəzərə almayaraq, işi düzgün araşdırmayaraq qərəzli olaraq onun və xəstə övlad ının hüquqlarını pozaraq ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir.

34. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutlara düzgün qiymət verməmiş və araşdırmamışdır.

35. Məhkəmə onun təqdim etidyi sübutları araşdırmamış və sübutlardan istifadə edərək obyektiv nəticəyə gəlməmişdir. Bunun əksinə qarşı tərəf heç bir sübut təqdim etməmişdir. Düzgün olmayan sübutları əsas tutaraq qanunsuz və edalətsiz qətnamə qəbul etmişdir. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyim halları kifayət qədər rəsmi sənədlər və qanuni əsaslarla sübut etmişəm.

36. Hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. Təqdim etdiyi həqiqiliyi şübhə doğurmayan sübutları nəzərə almadan, qarşı tərfin əsası olmayan şifahi mülahizələrini əsasında qətnamə qəbul etmişdir. Halbuki, öz faktlarını sübut etmişdir. Məhkəmə qətnaməni iş üzrə müəyyən edilən hallara və təqdim edilən sübutlara görə deyil, qarşı tərəfin arzuları və onların istəyinə uyğun əsaslandırmışdır.

37. Kassasiya şikayəti Azərbaycan Respublikasının Ailə Məcəllənin 81.1, 81.2, 81.3-ci maddələrinə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddəslərinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

39. Maddə 81.1(hüquq münasibəti yarandığı vaxt qüvvədə olmuş redaksiya) Alimentin tutulması barədə s aziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

40. Maddə 81.2.Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

41. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlav ə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Ma ddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv e dilməsi üçün əsasdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdək i sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şi kayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-796/2025 nömrəli, 9 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar