Məhkəmə qərarları › İş №2(102)-3896/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3896/2021

08.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3896/2021 08.06.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-573/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-573/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində işin halları sadalanmaqla, bəzi maddi və prosessual hüquq normalarının mətninə istinad olunmaqla, apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi qeyd edilsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır (408.1.5). Bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.2). Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla d a kassasiya icraatının həyata keçirilməsinə imkan vermir. Ona görə də iddiaçının kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-573/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar