Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3897/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Heybət qızının cavabdeh İnteqrasiya Təlimli X3 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3897/21 (Açar sözlər: normadan artıq işə görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı Heybət qızının nümayəndəsi X2, Üçüncü şəxs: Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X4 və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2(105)-2649/2020 saylı qətnaməsindən Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 31 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı Heybət qızının (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehdən orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinətə görə 930 manat, iş vaxtından artıq vaxt ərzində görülən iş üçün əmək haqqına görə 1.734,45 manat, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilən gün üçün əmək haqqının azı bir faizi məbləğində 38.909 manat ödəncin, habelə vurulm uş mənəvi zərərə görə 5.000 manat olmaqla, cəmi 43.909 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.C.Tanrıverdiyeva) iddia qismən təmin edilərək, cavabdehdən orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinətə görə 930 manat, iş vaxtından artıq vaxt ərzində görülən iş üçün əmək haqqına görə 1.646,41 manat, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilən gün üçün əmək haqqının azı bir faizi məbləğində ərizənin verildiyi 19 iyun 2019-cu il tarixə 24.461,32 manat ödəncin, cəmi 27.037,73 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. B irinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı cavabdehdə “tərbiyəçi müəllim” vəzifəsində işləyib və işəgötürənin 11 oktyabr 2016-cı il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə uzun müddət müalicə olunaraq İ qrup əlil olduğuna görə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 11 oktyabr 2016-cı il tarixdən xitam verilib. Mülki iş materiallarına və Ekspertin 04 fevral 2020-ci il tarixli rəyinə görə, iş vaxtından artıq vaxt ərzində görülən işə görə iddiaçının əmək haqqı 1646,41 manat, orta aylıq əmək haqqının azı iki misli miqdarında iddiaçıya ödənilməli olan müavinətin məbləği 930 manat, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilən gün üçün əmək haqqının azı bir faizi məbləğində ərizənin verildiyi 19 iyun 2019-cu il tarixə ödəncin m əbləği isə 24.461,32 manat təşkil edir. İddiaçıya ödənilməli olan yuxarıda qeyd edilən məbləğlər cavabdeh tərəfindən vaxtında ödənilmədiyindən onun qanunla qorunan əmək və sosial-təminat hüquqları pozulub. Habelə cavabdehin təqsiri üzündən iddiaçıya 5.000 manat məbləğində mənəvi ziyan dəyməsi, habelə onun mənəvi sarsıntı, iztirab keçirməsi mülki iş materialları ilə istisna olunur və iddiaçı tələbinin bu hissəsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 69, 74, 165, 172ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini x ahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 69, 74, 165, 172-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kas sasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi (bundan sonra üçüncü şəxs) eyni məzmunlu kassasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Hər iki kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının etiraz ərizəsində kassasiya şikayətlər inin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Rasim Hüseynov və vəkili Vəkil kassasiya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı nümayəndəsi Rüfət Babayev məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı, Cavabdeh və vəkili Nigar Hüseynova, 3-cü şəxs Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-yi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda...və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 74-cü maddəsinin c) bəndində göstərilir ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq ə mək müqaviləsinə xitam verilir. Həmin Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. Həmin Məcəllənin 165-ci maddəsinin 1-ci hissəsinə görə, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının az ı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin Qeyd hissəsində isə göstərilir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsində göstərilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Maddənin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülməsi, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllən in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilməsinə baxmayaraq iddiaçı, qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməyib, cavabdeh isə apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirib. Üçüncü şəxs hazırki mülki işə apellyasiya icraatı mərhələsində qoşulub, cavabdehin və üçüncü şəxsin eyni məzmunlu kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissələrində mübahisələndirilib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hü dudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Əvvəla, kassasiya instansiyası məhkəməsi, iddiaçının xeyrinə cavabdehdən orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinətə görə 930 manat, iş vaxtından artıq vaxt ərzində görülən iş üçün əmək haqqına görə 1.646,41 manat pul tələblərinə aid hissələrdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, bu hissələrdə kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, iddiaçı cavabdehdə “tərbiyəçi müəllim” vəzifəsində işləyib və işəgötürənin 11 oktyabr 2016-cı il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə uzun müddət müalicə olunaraq İ qrup əlil olduğuna görə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 1 1 oktyabr 2016-cı il tarixdən xitam verilib. Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsində göstərilir ki, əmək müqaviləsinə bu Məcəllənin 74-cü maddəsinin birinci hissəsinin “c” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəməlidir. Mülki iş materiallarından və Ekspertin 04 fevral 2020-ci il tarixli rəyindən, habelə işdə iştirak edən şəxslərin izahatlarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin qeyd olunan əmri ilə Əmək Məcəlləsinin 74-cü maddəsinin birinci hissəsinin “c” bəndi üzrə 11 oktyabr 2016-cı il tarixdən xitam verilməsinə baxmayaraq ona orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödənilməyib. Bu hal işə əlavə edilmiş digər sübutlarla da istisna olunmur. Ekspertin rəyinə gö rə iddiaçının cavabdehdə “tərbiyəçi müəllim” kimi orta aylıq əmək haqqının azı iki mislinin miqdarı 930 manata bərabərdir. Ona görə də iddianı bu hissədə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və Əmək Məcəlləsinin 77-ci maddəsinin 7ci hissəsinin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Kassatorlar, kassasiya şikayətlərində iddiaçının cavabdehdə “tərbiyəçi müəllim” deyil, “tərbiyəçi” vəzifəsində işlədiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli, 106 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtını müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın 15-ci bölməsində bütün tip və növdən olan ümumtəhsil və internat məktəblərində baş tərbiyəçi və tərbiyəçilərin qısaldılmış iş vaxtının həftəlik müddətinin (saatla) 30 saat müəyyən edildiyini və beləliklə də iddiaçının həftəlik iş saatının düzgün müəyyən edilmədiyini və sair göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının adına 15 sentyabr 2007-ci ildə açılmış əmək kitabçasının surətindən görünür ki, o, cavabdehə “tərbiyəçi” deyil, məhz “tərbiyəçi müəllim” vəzifəsinə işə götürülüb və onun cavabdehdə həftəlik iş saatı 24 saat əvəzinə, 36 saat olub. İşin bu halı, yəni iddiaçının 15 noyabr 2014-ci ildən başlayaraq 15 ay müddətinə cavabdehdə 1,5 ştatla işləməsi işəgötürənin 15 sentyabr 2014-cü il tarixli, 181 saylı əmri ilə də təsdiq olunur. Göründüyü kimi iddiaçı, hər iş günü üçün normadan 2 saat artıq işləməsinə baxmayaraq ona normadan artıq olan bu saatlar üçün birqat əmək haqqı ödənilib. Bu isə Əmək Məcəllənin 165-ci maddəsinin 1-ci hissəsinə görə yolverilməzdir. Halbuki, həmin maddənin mənasına görə, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Digər tərəfdən, işdən görünür ki, iddiaçı cavabdehdə bilavasitə iş yerində əmək vəzifələrini yerinə yetirərkən peşə xəstəliyinə tutularaq əmək qabiliyyətini itirməklə İ qru p əlil olub və bundan sonra, o, əlilliyə görə əmək pensiyasına çıxdığından və əmək funksiyasını yerinə yetirə bilmədiyindən, tərəflərin iradəsindən, istəyindən asılı olmayaraq işəgötürənin sözügedən əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddianı iş vaxtından artıq vaxt ərzində görülən iş üçün əmək haqqına görə 1.646,41 manat pul tələbinə aid hissədə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci hissəsinin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Sözügedən Maddənin mənasına görə, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçının sözügedən iddia tələbləri üzrə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürməsinə dair kassatorların kassasiya şikayətlərində göstərdikləri dəlilləri də əsassız hesab edir. Belə ki, əvvəla, işin mübahisəsiz hallarına görə, iddiaçı 11 oktyabr 2016-cı il tarixdən İ qrup əlil olmaqla xəstədir və onun başqasının köməyinə ehtiyacı vardır. Apellyasiya instansiyası məhkəməsi, məhz iddiaçının xəstə olmasını əsas tutub, göstərilən 1 illik müddəti üzrlü sayıb, buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxmaqla düzgün nəticəyə gəlib və Əmək Məcəll əsinin 296-cı maddəsinin 4 və 6-cı hissələrinin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Həmin Maddənin mənasına görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülməsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Digər tərəfdən, kassasiya instansiyası məhkəməsi qeyd edir ki, mübahisələndirilən hissədə kassatorların kassasiya şikayətlərini n dəlilləri Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbləri baxımından da əsassızdır. Belə ki, işdən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi mübahisə üzrə tərəf deyil və hazırki işə apellyasiya icraatı mərhələsində üçüncü şəxs qismində qoşulub. Mübahisənin tərəfi olan Cavabdeh isə birinci instansiya məhkəməsində nümayəndəsi vasitəsilə təmsil olunub, lakin birinci instansiya məhkəməsinə hazırki mülki mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verməyib. Halbuki, sözügedən maddənin mənasına görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Yəni iddia müddəti məhkəmə qərarı çıxarılanadək, prosesin istənilən mərhələsində verilmiş ərizə əsasında tətbiq edilə bilər. Bu isə o, deməkdir ki, birinci i nstansiya məhkəməsində işə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verilməyibsə, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində müddətin ötməsinə istinad edilə bilməz. Eyni zamanda, hər bir halda müddətin ötməsi barədə mübahisə tərəfinin verdiyi ərizəni məhkəmə mülki qanunvericiliyin müddətlərlə bağlı qaydalarına (müddətin başlanması, dayandırılması, kəsilməsi) əməl edilib-edilməməsi baxımından yoxlamalıdır. Məhkəmə iddia müddətinin ötürüldüyünü dəqiq müəyyən etdikdən sonra iddianın rədd edilməsi barədə qərar çıxara bilər. Mülki Prosessual Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Əlavə faktlar və sübu tlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o, halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “L.İ.Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında da ifadə olunmuş hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 372.2 və 416-cı maddələrinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ər izəni əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə haqlı deyil. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi sözügedən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Lakin, apellyasiya instansiyası məhkəməsi, iddia tələbini əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilən gün üçün əmək haqqının azı bir faizi məbləğində ərizənin verildiyi 19 iyun 2019-cu il tarixə 24.461,32 manat ödəncin tutulması hissəsində təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla Əmək Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozub. Belə ki, sözügedən Maddənin dispozisiya şərtlərinə görə, əmək haqqının verilməsi işəgötürə nin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmadıqda normada qeyd olunan qaydada ödənc hesablanır. Normanın qeyd hissəsində deyilir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Hazırki halda, iddiaçının iddia etdiyi tələblərlə cavabdeh və üçüncü şəxs razılaşmır və bu hal tərəflər arasında artıq fərdi əmək mübahisəsinin yaranmasına səbəb olub. Ona görə də bu hal tərəflər arasında açıq-aşkar əmək mübahisəsi yaratdığından və uzun müddət davam etməklə çoxsaylı məhkəmə mübahisələrinə gətirib çıxardığından, hazırki mübahisə, yəni iddia tələbinin bu hissəsi Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilməlidir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbləri hazırki əmək mübahisəsinə o, vaxt tətbiq edilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Əmək Məcəlləsinin 287-ci maddəsində isə göstərilir ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanks iyasını təşkil edir. Bu səbəbdən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddənin tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ə dalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzrsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürən t ərəfindən ödənilməlidir. Lakin, əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Çünki həmin vəziyyətdə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilməməsi aktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilə bilər. Əmək Məcəlləsinin 172-ci maddəsinin qeydindən də göründüyü kimi “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə iş əgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülür. Göründüyü kimi sözügedən Maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Hazırki halda fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil edir. Belə ki, cavabdeh və üçüncü şəxs iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirir və borcun olduğu yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyən edilmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırki iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci ma ddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqının bir faizi məbləğində ödənc verilməsi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunan hissədə apelyasiya instansiyası məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmədiyi üçün qətnamə həmin hissədə ləğv edilərək, həmin hissədə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2(105)-2649/2020 saylı qətnaməsi qismən Cavabdeh ə mək haqqının gecikdirilməsinə görə hər gecikdirilən gün üçün əmək haqqının azı bir faizi məbləğində ərizənin verildiyi 19 iyun 2019-cu il tarixə 24.461,32 manat ödəncin tutulub İddiaçı Heybət qızına verilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd olunsun. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3897/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3897/2021
31.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver