Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3902/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı ASC “Xalq” Bankının vəkili X4 iştirakı ilə, Cavabdeh1 tərəfindən Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)92/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin (hakim Ziya Əliyev) xx xxxxxx 2019-cü il tarixli, 2(032)17/2019 saylı qətnaməsi ilə iddia tələ binin qismən təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən İİİ-cü şəxs X1 23705,24 ABŞ dolları əsas borc, 4410,46 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları penya borcu, cəmi borcu 28615,7 ABŞ dolların qətnamə icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsi manat ilə hesablanaraq alınıb iddiaçı ASC “Xalq” Banka verilməsi, iddia təmin olunduğundan 30,40 manat dövlət rüsumun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən İİİ-cü şəxs X1 alınaraq iddiaçı ASC “Xalq” Banka verilməsi, borcun ödənilməsi ipoteka ilə yüklü olan Şirvan şəhəri Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki iki mərtəbəli 5 otaqlı 388,9 kvadrat metr ümumi, 247,5 kvadrat metr yaşayış, 141,4 kvadrat metr yardımçı sahədən ibarət olan 38 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 digər şəxslərlə birlikdə Şirvan şəhəri, Xəqani küçəsi ev 38 A yaşayış sahəsindən bir ay ərzində çıxarılması, ipoteka predmeti olan Şirvan şəhəri, Xəqani küçəsi ev 38 A saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 57000 manat müəyyən edilməsi, iddiaçı ASC “Xalq” Bankın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti irəli sürən İİİ-cü şəxs X5 qarşı xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi i lə hesablanan faizlər formasında əldən çıxmış faizlərin əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın və sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 20 manat məbləğində tutulması bu hissədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Soltanov - sədrlik edən və məruzəçi, İsmayıl Əhmədov, Rafiq Cəfərov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı ASC«Xalq» Bank tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli, 2(032)-17/2019 saylı qətnaməsi iddiaçı ASC «Xalq» Bank tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin e dilmiş, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şirvan şəhəri Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli 5 otaqlı 388,9 kvadrat metr ümumi, 247,5 kvadrat metr yaşayış, 141,4 kvadrat metr yardımçı sahədən ibarət 38 A fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 57000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, xx.xx.2015-ci il tarixli, **********244715 saylı kredit müqaviləsi üzrə borc alan X3 iddiaçı ASC «Xalq» Bank qarşısında 23705, 24 ABŞ dolları əsas borc, 9237,06 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları penya borcu olmaqla, cəmi 33442,3 ABŞ dolları borcu (qətnamə icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bank ın müəyyən etdiyi manat məzənnəsi ilə hesablanaraq), iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30,40 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 15 manat ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 orada yaşayan digər şəxslərlə birlikdə həmin yaşayış sahəsindən bir ay ərzində çıxarılmaları, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xx xxxxxx 2018-ci il tarixli, 2185 saylı və xx xxxxxx 2020-ci il tarixli, 19041 saylı rəyləri üzrə aparılmış tədqiqatların dəyəri olan 300 manatın Cavabdeh1 məxsus ipoteka predmetinin satışından əldə olunan vəsaitdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. İşin halları: İddiaçı ASC “Xalq” Bankı məhkəmədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ-cü şəxs X5 qarşı iddia qaldıraraq xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şirvan şəhəri Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli 5 otaqlı 388,9 kvadrat metr ümumi, 247,5 kvadrat metr yaşayış, 141,4 kvadrat metr yardımçı sahədən ibarət 38 A fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc alan X3 iddiaçı ASC «Xalq» Bankı qarşısında 23705,24 ABŞ dolları əsas borc, 4585,95 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 801,46 ABŞ dolları məbləğində penya, cəmi 29092,65 ABŞ dolları və xx.xx.2017ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notarial qaydada təsdiq edilməsinə görə 20 manat məbləğ ində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulmasını, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6, onların ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə 30,40 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin likvid dəyərinin 51000 manat məbləğində təyin edilməsini, məhkəmənin qətnaməsinin X3 hüquq və vəzifələrinə təsir edə biləcəyini nəzərə alaraq, həmin şəxsin cavabdehlərin tərəfindən X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürmə yən üçüncü şəxs qismində iştirakı cəlb edilməsi tələbini irəli sürmüşdür. İddiaçı ASC «Xalq» Bankının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şirvan şəhəri Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli 5 otaqlı 388,9 kvadrat metr ümumi, 247,5 kvadrat metr yaşayış, 141,4 kvadrat metr yardımçı sahədən ibarət 38 A fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2015-ci il tarixli, **********244715 saylı kredit müqaviləsi üzrə borc alan X3 iddiaçı ASC «Xalq» Bankı qarşısında 23705,24 ABŞ dolları əsas borc, 9369.14 ABŞ dolları kreditdən istifadəyə görə hesablanm ış adi faizlər üzrə borc, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3175.60 ABŞ dolları məbləğində penya, cəmi 36249,98 ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı e tiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Tərəflərin izahatları: İddiaçı ASC “Xalq” Bankının vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barə də məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kasasiya şikayəti vermiş və qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə mübahisələndirir. İddiaçı və digər cavabdehlər isə qətnamədən kasasiya şikayəti verməmişlər. Ona görə də, qətnamə Cavabdeh1 kasasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ASC “Xalq” Bankı ilə X7 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi əsasında bank tərəfindən Fuad Sayılova qeyri-yaşayış sahəsinin alınması məqsədi ilə 48 ay müddətinə illik 19% olmaqla 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli 5 otaqlı 388,9 kvadrat metr ümumi, 47,5 kvadrat metr yaşayış, 141,4 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı təşkilata əsas borc üzrə 1294,76 ABŞ dolları, faiz borcu üzrə 2748,40 ABŞ dolları, cəmi 4218,00 ABŞ dolları məbləğində ödəniş etmişdir. Cavabdeh X7 xx.xx.2016-cı il tarixdən sonra kredit müqaviləsi üzrə ödənişləri dayandıraraq həmin müqavilənin şərtlərini pozmuş və icrasını təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı təşkilata əsas borcu üzrə 23705,24 ABŞ dolları, faiz borcu üzrə 9237,06 ABŞ dolları, cərimə borcu üzrə 3175,60 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçıla rdan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu cavabdehə verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, cavabdeh aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq e dir. Belə ki, borcalan bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin hazırki iş üzrə qətnaməsi qətnaməsini cavadeh Cavabdeh1 tərəfindən yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmiş, iddiaçı və digər cavadehlər isə qətnamədən kassasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası mübahisələndirilən hissə ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilm işdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh1 ilə ASC «Xalq» Bankı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Şirvan şəhəri Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli 5 otaqlı 388,9 kvadrat metr ümumi, 47,5 kvadrat metr yaşayış, 141,4 kvadrat metr yardımçı sahədən ibarət 38 A fərdi yaşayış evinin dəyəri 51000 manat müəyyən edilmişdir. Hazırki iş üzrə də ipoteka predmetinin ilkin satış qiyməti barədə tərəflər arasında mübahisə olduğuna görə birinci instansiya məhkəməsi tərəfindən ipotekanın qiymətləndirilməsi üçün mütəxəssis rəyi alınmışdır. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, Ç-544 saylı rəyinə əsasən Şirvan şəhəri Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli 5 otaqlı 388,9 kvadrat metr ümumi, 47,5 kvadrat metr yaşayış, 141,4 kvadrat metr yardımçı sahədən ibarət 38 A fərdi yaşayış evi 57000 manat dəyərində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu rəyi mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, ipoteka predm etinin ilkin satış qiymətinin bu məbləğdə müəyyən edilməsi əsaslıdır. Çünki rəy kifayət qədər əsaslandırılmışdır və hazırkı reallığı əks etdirir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası iş üzrə mütəxəssis rəyinə istinad edərək ipoteka predmetinin ilkin satış qiymətini 57000 manat məbləğində müəyən etmişdir. Həmin rəyin mötəbərliliyinə şübhə doğuracaq hər hansı bir hal müəyyən edilməmişdir. İpoteka predmeti olan əmlakla bağlı hərrac hazırki dövrdə keçiriləcəyindən və hərraca çıxarılacaq əmlakın qiyməti ümumiyyətlə hərrac keçirilən dövr üçün orta bazar qiymətləri ilə müəyyən edildiyindən, mənzilin hərracdan ilkin satış qiymətinin sonuncu verilmiş “xxxx” MMC-nin hesabatına müvafiq olaraq 57000 manat müəyyən edilməsi ağlabatan və ədalətli hesab edilməlidir. Cavabdeh kassasiya şikayətində ümumi sözlərlə əmlakın düzgün qiymətləndirilmədiyini qeyd etmiş, lakin etirazının əsası kimi istinad etdiyi bu halı sübut edə bilməmiş, işə birinci və apelyasiya instansiya məhkəmələrində baxılan zaman məhkəməyə əmlakın real bazar qiymətinin rəydə göstərilən qiymətdə deyil, əslində nə qədər olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-92/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qət naməsi Cavabdeh1 kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3902/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3902/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver