Məhkəmə qərarları › İş №2(102)-3906/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3906/2020

18.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3906/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Rüstəmov Fəxri Sərvaz oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan Rayon Məhkəməsinin 2(020)-1260/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.Əliyev) iddia qismən təmin edilərək, Cavabdeh şərəf və ləyaqəti ləkələyən məlumatlar yaydığına görə 3000 manat məbləğində təzminat alınıb İddiaçı ödənilməsi, İddiaçı şərəf və ləyaqətini ləkələyən yaydığı yalan məlumatlara görə Cavabdeh üzərinə rəsmi üzr istəmə vəzifəsinin qoyulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən, məruzəçi), T.Heydərov və F.Abbasov, 2(106)-469/2020 saylı mülki iş) hazırki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1260/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyan, şərəf və ləyaqətin müdafiəsi, şərəf və ləyaqət ə görə pul tələbinə və cavabdehin üzr istəməsinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi və mənəvi ziyana, şərəf və ləyaqətin müdafiəsi, şərəf və ləyaqətə görə 10380 manat pulun tutularaq xeyrinə ödənilməsi, cavabdehin yazılı üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır: O, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayır. Cavabdehin hərəkəti nəticəsində ona mütamadi olaraq maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh xx xxxx 2017-ci il tarixdə onu döymüşdür. Bu da polisin qərarında öz əksini tapmışdır. Bundan başqa, cavabdeh onun barəsində böhtan xarakterli məlumatlar yazmış, yəni Baş Prokurorluğa və Beyləqan rayon Polis şöbəsinə şikayətlər etmiş, araşdırmalar nəticəsində cavabdehin yazdığı təsdiqini tapmamışdır. x x xxxx 2017-ci ildə cavabdeh onun ünvanına nalayiq söyüşlər söyərək, onu döyməklə, şərəf və ləyaqətini alçaltmaqla səhhətinə ziyan yetirmişdir. Bu barədə Beyləqan rayon polis şöbəsinə məlumat vermişdir və Cavabdeh yazdığı bu yazılar və məlumatlar yalan olduğu müəyyən edilmişdir. Cavabdeh onun barəsində müxtəlif ünvanlara böhtan xarakterli, ictimaiyyət qarşısında nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatlar yazıb yaymaqla, onu işlədiyi kollektivdə, cəmiyyətdə, dostlar əhatəsində nüfuzdan salaraq, böhtan atmışdır. Hesab edir ki, Cavabdeh daimi olaraq ona qarşı aqressiv hərəkətlər edir və onu hüquq mühafizə orqanlarına aparıb gətirməklə, işindən gücündən etmişdir, o, camaat içərisində biabır olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlillə ri: İddiaçı apelyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, lazımı araşdırmalar aparmamışdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulub, düzgün tətbiq edilməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Rüstəmov Fəxri Sərvaz oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi mə sələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şik ayəti ilə bağlı məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, Beyləqan rayon Polis Şöbəsinin xx xxxx 2017-ci il tarixli "cinayət işi başlanmasının rədd edilməsi haqqında" qərarına əsasən aparılan araşdırma zamanı tərəflərin izahatlarından məlum olmuşdur ki, Cavabdeh və İddiaçı həmkəndlidirlər, bir-birilərini əvvəlcədən tanımış və aralarında düşmənçilik, ədavət olmamışdır. Mürvətin məhlə yerinə gedən su yolunun qarşısını Hidayət kəsdiyindən aralarında bir-neçə dəfə münaqişələr olmuşdur. İddiaçı xx xxxx 2017-ci il tarixdə özünə məxsus pay torpaq sahəsinə gedərkən, torpaq sahəsinin kənarında əkdiyi tut və söyüd ağaclarının yandığını görmüş, Cavabdehdən bununla bağlı məlumatının olub-olmamasını soruşan zaman, sonuncu ona nalayiq söyüşlər söyərək, döymüşdür. Hadisə yerində heç kim olmamış, sadəcə Cavabdehin qardaşı nəvəsi olmuş, o isə onlardan 300-350 metr kənarda xırdabuynuzlu heyvanları otarmış, onları görməmişdir. Araşdırmanın nəticəsi olaraq Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmiş, AR Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh xx xxxxxx 2017-ci il tarixli 3(020)-498/2017 saylı İnzibati Xəta haqqında qərarına əsasən 350 manat cərimələnmişdir. Apelyasiya instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 23.1, 23.2-ci maddələrini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilənləri, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli qərarının 3-cü bəndini qeyd edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh tərəfindən iddiaçı X1 oğlu barəsində hüquq mühafizə orqanlarına edilmiş şikayət iddiaçının şərəf və ləyaqətini alçaldan məlumatlar kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, Cavabdeh onun şərəf və ləyaqəti pozan məlumatların yaydığını sübut edə bilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının barəsində şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların yayılması öz təsdiqini tapmadığından, iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına yönəlik hərəkətlərin baş verməsinə dair sübutlar təqdim edilmədiyindən, həmin məlumatların yayılmasına görə üzr istənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, mənəvi zərərin ödənilməsi hissədə tələb əsas tələbdən doğan bir tələb olduğundan, əsas tələb isə aparılmış məhkəmə tədqiqatının nəticəsi olaraq öz təsdiqini tapmamişdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar