Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3908/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, 3-cü şəxs ləğv prosesində olan "xxxx"KB-nin vəkili Vəkilin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan "xxxx" KB-nin və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnam əsi ilə (T.B.Axundov, iş 2(004)-7693/17) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı etibarnamələrin, müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğvi barədə iddia tələbləri təmin edilib Cavabdeh2 tərəfindən etibarnamə əsasında İddiaçı adından 02.08.2014-cü il tarixdə Cavabdeh1 Abşeron rayonu 1 saylı notariat kontorunda verdiyi 11**4, 11**5, 11**6, 11**3 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrinin etibarasız hesab edilməsi, 17.09.2014-cü il tarixdə “xxxx” QSC ilə İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə bağlanmış ********* nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən ipoteka müqaviləsi əsasında Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ərazi idarəsi tərəfindən “x xxx” QSC xeyrinə yüklü edilməsinə dair Dövlət reyestrinin 31 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində 18.10.2014-cü il tarixdə qeydə alınmaqla verilmiş ******* nömrəli, 30 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydə alınmaqla verilmiş ******* nömrəli, 31 nömrəli reyestr kitabının, 54 nömrəli vərəqində qeydə alınmaqla verilmiş ******* nömrəli, 30 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydə alınmaqla verilmiş ******* nömrəli çıxarışların ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2018-ci il tarixli qətnaməsi ilə (V.T.Həsənov, S.Q.Hüseynov və N.Ş.Cəfərov, iş 2(103)-2627/18), Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mü lki kollegiyasının 10 oktyabr 2018ci il tarixli qərarı ilə (Hakimlər Ə.Şadiyev, Q.Allahverdiyev və İ.Xələfov) kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 06 mart 2018-ci il tarixli 2(103)-2627/18 saylı qətnaməsi ləğv edilmiş, işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər E.Şamayev sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və X.Sarıyev) 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan QSC "xxxx"KB-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, qətnaməsi “Cavabdeh2 tərəfindən etibar namə əsasında İddiaçı adından 02 avqust 2014-cu il tarixdə Cavabdeh1 Abşeron rayonu 1 saylı notariat kontorunda verdiyi 11**4, 11**5, 11**6, 11**3 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrin etibarsız hesab edilməsi’’ hissəsində ləğv edilməsi və İddiaçı iddiası həmin hissədə əsassız olduğu üçün təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi qalan hissədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan QSC "xxxx"KB-yə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qarşı etibarnamələrin, müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğvi tələbinə dair iddia ilə məhkəməyə müraciət edib Cavabdeh2 tərəfindən etibarna mə əsasında iddiaçının adından cavabdeh Abşeron rayon 1 saylı notariat kontorunda 02.08.2014-cü il tarixdə 11**3, 11**4, 11**5, 11**6 reyestr nömrəsi ilə qeydə alınmaqla Cavabdeh1 verdiyi etibarnamələrin və onların əsasında 17.09.2014-cü il tarixdə “xxxx” QSC ilə İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə bağlanmış ********* nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən “xxxx” QSC xeyrinə yüklü edilməsinə dair Dövlət reyestrinin 31 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində 18.10.2014-cü il tarixdə qeydə alınmaqla verilmiş ******* nömrəli, 30 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydə alınmaqla verilmiş ******* nömrəli, 31 nömrəli reyestr kitabının, 54 nömrəli vərəqində qeydə alınmaqla veri lmiş ******* nömrəli, 30 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydə alınmaqla verilmiş ******* nömrəli çıxarışların ləğv olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: 3-cü şəxs ləğv prosesində olan "xxxx"KB-yi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə qanunvericiliyin normalarını pozmuşdur. İddiaçının istinad etdiyi hallar sübuta yetirilməmişdir. Maddi və prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini və ya qətnamənin qismən ləğv edilib işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edi rlər. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs ləğv prosesində olan "xxxx"KB-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığnı vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini a raşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsi qismən ipoteka müqavilələrinin etibarsızlığı hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin fa ktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, ipoteka müqaviləsi bağlanılarkən QSC "xxxx"KB-nin adından İdarə heyətinin sədrinin (yəni Cavabdeh1) müavini X2 çıxış etsə də, Cavabdeh1 eitbarnamədən istifadə edərək, iddiaçıya məxsus olan evlərin rəhbəri olduğu bankın xeyrinə ipoteka ilə yüklü etməklə Azərbaycan Respublikası MM-in 359.3-cü maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddiaçı özünün digər təmsilçi vasitəsilə Cavabdeh1 etibarnamə versə və həmin etibarnamənin verilməsində məqsədi mülkiyyətində olan evlərin ipotekaya qoyulması olmasa da belə, QSC "xxxx"KB-nin idarə heyətinin sədri Cavabdeh1 verilmiş etibarnamələrdən sui-istifadə edərək rəsmi rəhbər olduğu Bankın xeyrinə mülkiyyətçinin buna razılığı və iradəsi olmadan ipoteka müqaviləsi bağlamaqla faktiki olaraq təmsil edilən adın dan şəxsən özü barəsində (rəhbəri olduğu hüquqi şəxs barəsində) əqd bağlamışdır ki, bu həm qanunla yolverilməz olmaqla, həm də iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasına şərait yaratmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, mübahisələndirilən müqavilə bağlanıldıqdan sonra Cavabdeh1 üçüncü şəxs X5 sonuncuya qarşı iddia tələbinin olmaması və gələcəkdə də olmayacağı barədə öz imzası ilə təsdiq etdiyi məktub verməsi bir daha ipoteka müqaviləsinin onun tərəfindən etibarnamə əsasında özü barəsində bağlanmasının təsdiqidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1, 362.2, 337.1, 337.2, 337.4-cü maddələrinə, Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin, 21 dekabr 2012-ci il tarixli qərarına, “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli və “O.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarlarına istinad etmişdir. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verən mubahisə predmeti barəsində müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan QSC "xxxx"KB şikayətin məzmununda qətnamənin qanuniliyinin tam mübahisələndirsə də, (onu əsassız və qanunsuz hesab etmişdir) nəticədə qətnamənin qismən ləğv edilməli olmasını göstərmişdir. Kassasiya şikayətinin məzmunundan aydın olur ki, kassator apellyasiya instansiyası məhkəməsinin ipoteka müqavilələrinin etibarsızlığı ilə bağlı hüquqi mövqeyini qanuni və əsaslı saymayaraq buna dair öz dəlillərini irəli sürür, qətnamənin digər hissələri üzrə gəlinmiş nəticə ilə bağlı isə mövqe sərgilənmir. Buna görə də kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassatorun şikayətində mübahisələndirilən hallar üzrə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ipoteka müqaviləsinin etibarsızlığı hissəsində gəldiyi nəticələri işin tam araşdırılmış həqiqi hallarına, eləcə də mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, “xxxx” MMC-nin təsisçisi olan İddiaçı sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq 25 iyun 2007-ci il tarixdə QSC "xxxx"KB-nin idarə heyətinin sədri Cavabdeh1 ilə bağlanmış müqaviləyə əsasən həmin bank tərəfindən iddiaçıya ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bundan sonra da, iddiaçı ilə bir neçə dəfə QSC "xxxx"KB-nin idarə heyətinin sədri Cavabdeh1lə kredit müqavilələri bağlamış və həmin kredit müqavilələrinin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, "xxxx"yaşayış kompleksində olan 54 ədəd fərdi yaşayış evlərini 2013-cü ildə ipoteka ilə yüklü etmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh2 24 dekabr 2013-cü il tarixdə müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamə vermiş və orada iddiaçı özünə məxsus hansı əmlakların mövcudluğu sadalamamışdır. Bu etibarnamənin verilməsində məqsəd 2014-cü ildə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, "xxxx"yaşayış kompleksində olan ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evlərini qiymətləndirilməsi olmuşdur. Belə ki, iddiaçı dəfələrlə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, "xxxx"yaşayış kompleksində olan fərdi yaşayış evlərini ipoteka ilə yüklü etmiş, kreditlər götürmüş, bir sözlə QSC "xxxx"KB-nin idarə heyətinin sədri Cavabdeh1lə biznes sahəsində əməkdaşlıq etmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə daha sonra müəyyən etdiyi kimi, Cavabdeh2 02 avqust 2014-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda Cavabdeh1 etibarnamə vermiş və sonunc u etibarnamə əsasında özünün rəhbər olduğu bankda 17 sentyabr 2014-cü il tarixdə iddiaçının adından mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, "xxxx"yaşayış kompleksində olan E2, EZ E4 və E6 nömrəli fərdi yaşayış evlərini özünün müavini X2 ilə ipoteka müqaviləsi bağlayaraq iddiaçının tanımadığı X4 bankla bağladığı 11 avqust 2014-cü il tarixdə ********* saylı 36 ay müddətinə, illik 12 faizlə məbləği ******* ABŞ dolları olan kredit müqaviləsi üzrə sonuncunun öhdəliklərinin icrasının təminatı kimi ipoteka ilə yüklü etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 isə birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, müqaviləyə imza edərkən kreditin məbləğindən xəbəri olmamış, sonradan müqavilənin ləğv edilməsini tələb etmiş və onun bu tələ bi yerinə yetirilərək ona QSC "xxxx"KB-na banka heç bir borcu olmamasına dair rəsmi arayış verilmiş, 1 il 3 ay sonra özünə kredit götürmək üçün banka gedəndə onun ******* borcu olmasını biləndən sonra Respublika Prokurorluğuna, Prezident aparatına və müxtəlif dövlət qurumlarına şikayət ərizəsi göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia üzrə etibarsızlığı tələb olunan müqavilələr bağlanan zaman üçüncü şəxs QSC "xxxx"KB-nin İdarə heyətinin sədri, yəni onun qanuni təmsilçisi Cavabdeh1 olması iş üzrə mübahisələndirilməyən hal olmaqla, eyni zamanda mübahisəsiz olaraq Cavabdeh1 Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 02 avqust 2014-cü il tarixli etibarnamələrdən istifadə edərək, İddiaçı mülkiyyətində olan daşınmaz əmlakları rəhbəri olduğu bankla X7 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü etməsi, ipoteka müqaviləsi bağlanılarkən QSC "xxxx" KB-nin adından İdarə heyətinin sədrinin (yəni Cavabdeh1) müavini X2 çıxış etsə də, Cavabdeh1 eitbarnamədən istifadə edərək, iddiaçıya məxsus olan evlərin rəhbəri olduğu bankın xeyrinə ipoteka ilə yüklü etməklə Azərbaycan Respublikası MM-in 359.3-cü maddəsinin tələblərini pozması nəticəsinə gələrkən apellyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya instansiyasının məhkəməsinin qərarında bu hallarla bağlı şərh edilmiş göstərişlərə əməl etməməklə Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin qərarda göstərilmişdir ki, Cavabdeh1 mübahisələndirilən etibarnamələr əsasında İddiaçı mülkiyyətçisi olduğu fərdi yaşayış evlərini QSC "xxxx"KBnin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə müqavilənin bağlanmasında ipoteka qoyan qismində çıxış etməklə etibarnamə ilə təmsil edilən adından şəxs kimi özü barəsində deyil, QSC "xxxx"KB ilə müqavilə bağlanmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən nəzərə almamışdır ki, Cavabdeh1 mübahisələndirilən əqdi özü ilə yox, Bankla imzalamışdır və beləliklə də, əmlakı öz xeyrinə deyil, Bankın xeyrinə yüklü etmişdir. Həmçinin kollegiya qeyd edir ki, ipoteka müqaviləsi bağlanılarkən QSC "xxxx"KB-nin adından İdarə heyətinin sədrinin (yəni Cavabdeh1) müavini X2 çıxış etməsi də apellyasiya instansiyası məhkəməsinin göstərilən nəticəyə gəlməs inə hüquqi əsas yaratmırdı. Belə ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə n otariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmçilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfin dən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin materiallarında olan Cavabdeh2 və Kriman Eldaroviçə verilmiş 11763, 11764, 11765 və 11766 reyestr nömrəli etibarnamələrin hər birinin ayrı-ayrılıqda məzmunlarında mübahisələndirilən əmlaklar ilə bağlı olmasına, habelə etibar edilən həmin əmlakın ipoteka (girov) qoymaq səlahiyyətinə malik olmasına diqqət yetirməmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 38-ci bəndinə əsasən notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. İşin materiallarında olan notarial qaydada təsdiq edilmiş 17 sentyabr 2014-cü il tarixli ********* saylı ipoteka müqaviləsindən göründüyü kimi, Cavabdeh1 etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində ipoteka müqaviləsində «ipoteka qoyan» kimi çıxış edir. Kollegiyanın qənaətinə görə işin bu halı Cavabdeh1 mübahisələndirilən etibarnamələr əsasında İddiaçı mülkiyyətçisi olduğu fərdi yaş ayış evlərini QSC "xxxx"KB-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə müqavilənin bağlanmasında ipoteka qoyan qismində çıxış etməklə QSC "xxxx"KB ilə müqavilə bağlanmasına, beləliklə də, onun öz xeyrinə qanunsuz olaraq əqd bağlamasının mümkünsüzlüyünə apellyasiya instansiyası məhkəməsi MM-nin 359.3-cü maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Kollegiya hesab edir ki, işin göstərilən halına MM-nin 359.3-cü maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməsi, bağlanmış ipoteka müqaviləsinin qanuniliyinə həmin Məcəllənin 337.1, 337.2, 337.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməsi üçün hüquqi zəmin yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri po zmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqdlər bağlandığı andan etbarsızdır. Qeyd edilən normaların tələblərinə və məzmunlarına əsasən hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin sadalanan halları üzrə tam və hərtərəfli araşdırma aparmadan, əsasən də iddiaçının üçüncü şəxs X4 yalnız izahatlarına əsaslanmaqla sözügedən etibarnamənin verilməsində məqsədin mülkiyyətində olan evlərin ipotekaya qoyulması olmasa da belə, QSC "xxxx"KB-nin idarə heyətinin sədri Cavabdeh1 verilmiş etibarn amələrdən sui-istifadə edərək rəsmi rəhbər olduğu Bankın xeyrinə mülkiyyətçinin (iddiaçının) buna razılığı və iradəsi olmadan ipoteka müqaviləsi bağlamaqla qanunla qorunan mülkiyyət hüququnun pozulmasına şərait yaratmasına dair gəldiyi nəticə də qanuni və əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası daha sonra apellyasiya instansiyası məhkəməsinin hazırkı işin birinci instansiya məhkəməsində araşdırılma zamanı həmin məktubun kserosurəti verilsə də, əlavə apellyasiya araşdırması zamanı məhkəmə kollegiyasına məktubun notarial qaydada təsdiq olunmuş surətinin təqdim olunması ilə sözügedən məktubun həqiqiliyinə dair şübhələrin əsassız o lmasının öz təsdiqini tapmasına dair nəticəsi ilə məhkəmə kollegiyası razılaşmır və hesab edir ki, yeni apellyasiya baxışı zamanı işə baxan məhkəmə əvvəlki kassasiya instansiyası məhkəməsinin QSC "xxxx"KB-nin İdarə heyətinin sədri Cavabdeh1 imzaladığı 12 avqust 2014-cü il tarixli, 14/5407 saylı məktubunun kserosurət olan sənədlə bağlı göstərişlərinə də tam əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməsi nəzərdə tutulsa da, apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş həmin məktubun notarial qaydada təsdiq olunmuş surəti ilə kifayətlənmiş, lakin kassasiya instansiyası məhkəməsinin sübut kimi istinad edilən həmin məktubun əslinin tələd edilib öyrənilməsi kimi göstəri şinə əməl etməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən qeyd etməyi zəruri sayır ki, işin materiallarından görünür ki, sözügedən məktubun notarial qaydada təsdiq olunmuş surəti bir dəfə 27 mart 2017-ci il tarixdə 3 saylı ASAN xidmət mərkəzində 1s-14432 № ilə, növbəti dəfə isə 09 yanvar 2019-cu il tarixində 26 saylı notariat ofisində 1s-101 №li ilə təsdiq edilməsi faktı onu deməyə əsas verir ki, QSC "xxxx"KB-nin İdarə heyətinin sədri Cavabdeh1 imzaladığı 12 avqust 2014-cü il tarixli, 14/5407 saylı məktubun əsli mövcuddur və onun surəti müxtəlif Notariat Kontorlarında əsli ilə düzgünlüyü təsdiq edilmişdir. İş üçün mühüm əhəmiyyət kəsb etdiyindən həmin sənədin təsdiq edilmiş surəti deyil, məhz əslini tələb edilməsi zəruri olmasına dair kassasiya instansiyası məhkəməsinin göstərişi var v ə apellyasiya instansiyası məhkəməsi həmin sənədin əsli ilə düzgünlüyünün kim tərəfindən göstərilən tarixlərdə təsdiq edilməsini müəyyən etməsi də işin göstərilən halı üzrə daha da obyektiv araşdırılmanın təmin edilməsinə xidmət edə bilərdi. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilməsinə, lakin istintaqdan gizləndiyinə görə həmin ittihamın ona elan edilməsinin mümkün olmadığından barəsində axtarış elan olunmasına və Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli qərarı ilə haqqı nda həbs qətimkan tədbiri seçilməsinə, qeyd edilən 41 epizoddan birinin məhz hazırki iş üzrə mübahisələndirilən etibarnamələr əsasında ipoteka ilə yüklü edilmiş əmlaklarla bağlı olmasına dair Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin 24 oktyabr 2017-ci il tarixli, ********* saylı məktubunda göstərilənlərə də hüquqi əhəmiyyət verilməmiş, hazırkı iddia ilə bağlı mülki işdə müəyyən olunmuş faktlar və hərəkətlərdə cinayət tərkibinin olub-olmamasının araşdırılması üçün qərar qəbul edilməklə prokurora xəbər veriləsindən ötrü lazımi hərəkətlər yerinə yetirilmədən və iddiaçının hazırki tələblərinin qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi mülki iddia verməklə həllinin mümkünlüyü nəzərə alınmadan iddia tələbinin təmin o lunması barədə qərar qəbul edilməsinə dair göstərilənlər üzrə araşdırma aparmayaraq Cavabdeh1 sadalanan maddələr üzrə cinayət işinin istintaqının aparılmasının iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamasına dair nəticəsi də əsaslı sayıla bilməz. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi hazırkı iddia ilə bağlı mülki işdə müəyyən olunmuş faktlar və hərəkətlərdə cinayət tərkibinin olub-olmamasına hüquqi qiymət vermək səlahiyyətlərinə malikdir və Cavab deh1 sadalanan maddələr üzrə cinayət işinin istintaqının aparılması, eləcə təqsirləndirilən şəxs kimi cəlb edildiyi qeyd edilən 41 epizoddan birinin məhz hazırki iş üzrə mübahisələndirilən etibarnamələr əsasında ipoteka ilə yüklü edilmiş əmlaklarla bağlı olması hazırki iddianın bu halın da mövcudluğu baxımından əsaslı olması anlamına gəlmir. Çünki kollegiyanın qənaətinə görə cinayət işi üzrə hökm olmadığı halda istintaqı aparılan cinayəi işində olan sübutlar, müəyyən edilən hallar hazırki iş üzrə preyudisiyal əhəmiyət kəsb edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsa sının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilm əlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi ş ərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhk əməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlə rin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işin i potekanın etibarsızlığı hissəsi üzrə obyektiv nəticəyə gəlmək üçün prosessual qanunun göstərilən tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə yğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Az ərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamal ıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Kollegiya hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə ipotekanın etibarsızlığı hissəsində qeyd edilən tələblərə cavab verməməklə yanaşı, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həmin hissə üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir. Göstərilənlərə əsasən bu nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qətnamə də qeyd edilən hissə üzrə qanuni və əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipotekanın etibarsızlığı hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellya siya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, ləğv edilmiş hissə üzrə mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Ləğv prosesində olan "xxxx"KB-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10.01.2019-cu il tarixli qətnaməsi ipoteka müqaviləsinin etibarsızlığı hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3908/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3908/2019
10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver