Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3913/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Bədəlov Mürsəl Natiq oğlunun iştirakı ilə, İddiaçı2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsindən ka ssasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Mehdiyev, iş 2(006)-4934/2018) iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli(sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Xəlilov, iş № 2(103)-588/2019) iddiaçılar tərəfindən ver ilmişapellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayonməhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Bədəlov Mürsəl Natiq oğlu izahatında göstər mişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozu lmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında mənzili mülkiyyət hüququ əsasında İddiaçı1 adına 01 aprel 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 20 faiz olmaqla 110000 (yüz on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış 25 iyul 2013-cii il tarixli, RBN-5259/BK saylı sonrakı ipoteka müqaviləsi ilə İddiaçı1 25 iyul 2013-cü il tarixli, RBN-5259/BK saylı kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında mənzilini bankın xeyrinə ip oteka ilə yüklü etmişdir. Göstərilən hallar iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 aprel 2006-cı il tarixli, MH seriyalı, ******* saylı çıxarış, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2013-cü il tarixli, RBN-5259/BK saylı baş kredit müqaviləsi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış 25 iyul 2013-cü il tarixli, RBN-5259/BK saylı sonrakı ipoteka müqaviləsi ilə təsdiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 3 39-cu maddələrini tətbiq etmişdir. İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Cavabdeh1 götürəcəyi kreditin təminatı qismində “xxxx” ASC ilə Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış 25 iyul 2013-cü il tarixli, RBN-5259/BK saylı ipoteka müqaviləsi reallıqda iddiaçının iradə ifadəsini özündə əks etdirmir, çünki İddiaçı1 yalanın təsiri altında müqaviləyə imza atdığından onun tərəfindən atılmış imza formal xarakter daşıyır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “... “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2013-cü il tarixli, RBN5259/BK saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 arvadı İddiaçı1 iradəsini sərbəst şəkildə ifadə edib borcun təminatı kimi 25 iyul 2013-cü il tarixli, RBN-5259/BK saylı sonrakı ipoteka müqaviləsi ilə əmlakını ipoteka ilə yüklü etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, müqavilə “xxxx” ASC və İddiaçı1nm iradə ifadələrini tam əks etdirməklə, onların hüquq və mənafeyinə uyğun olduğuna görə iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əqdlərin etibarsızlığı üçün əsaslar mövcud olmamışdır.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q
Məhkəmə qərarları › İş №2(102)-3913/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3913/2019
04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver