Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3913/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl əşyalarının geri qaytarılması tələbi, sübutetmə yükü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı İddiaçı qızının, vəkili Vəkil2, Cavabdeh vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-232/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı, cavabdehin oğlu Zaur İsmayılovla 10 sentyabr 2016-cı ildə Mingəçevir şəhərində ailə qurmuş, bir müddət cavabdehə məxsus ünvan 1 ünvanında yaşamışlar. 20.11.2016-cı il tarixdən Rusiya Federasiyasının Yaroslavl şəhərinə köçüb orada yaşamış, nikahlarını da 25.11.2016-cı ildə həmin şəhərdə rəsmiləşdirmişlər.
2. İddiaçı bildirir ki, toy ərəfəsində ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını cavabdehin saxlancına vermiş, özü ilə RF-yə aparmamışdır. Belə ki, Mingəçevir şəhərinə gələrkən əşyalarından istifadə etsə də, qayıdanda həmin əşyalar yenə də cavabdehin saxlancında qalmışdır. Münasibətləri 2019-cu ildə pozulmuşdur, həmin əşyaları tələb etsə də, cavabdeh onları qaytarılmamışdır. Ona görə də qızıl əşyalarının cavabdehdən alınar aq ona verilməsini tələb edir.
3. Cavabdeh isə mübahisə predmeti olan əşyaların onun sahibliyində olmadığını bildirərək iddiaya etiraz etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən İtalyan istehsalı olan 750 əyarlı 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş qaşlı sepin və ya onun dəyəri olan 5723,73 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Yaroslavl şəhərinə gedərkən ona ərinin pulu hesabına alınmış qızıl-zinət əşyalarını o cümlədən İtalyan istehsalı olan 750 əyarlı 87 qram çək idə 3500 manat dəyərində 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş qaşlı sep cavabdehə saxlanca vermişdir. Yaroslavl şəhərində yaşamaqla onlar mütamadi olaraq cavabdehə məxsus ünvan 1 ünvana qonaq gəlib qalaraq qayıtmışlar. Bu ünvanda olarkən o, qızıl-zinət əşyalarından istifadə etmiş və qayıdanda cavabdehə yenə də saxlanca vermişdir. Lakin son dəfə gələrkən qaynanası və baldız arasında səbəbsiz narazılıqlar yaranmış və o, evdən çıxıb getməyini bildirməklə qızıl-zinət əşyaların cavabdehdən tələb etmişdir. Lakin cavabdeh İtalyan İstehsalı olan, 750 əyarlı 87 qram çəkidə 3500 manat dəyərində 1 dəst üzük, sırğa qolbağı və qiymətli daş qaşlı sepi qəti surətdə qaytarmaqdan imtina etmişdir. Qayınanası Cavabdeh 2019-ci ildən qızılları ona qaytarmaqdan imtina etmişdir. Qızıl-zinət əşyaları ona t oy ərəfəsində bağışlanmış və onun mülkiyyəti hesab edilir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı sənədlərini düzəltməkdən ötrü 10 dekabr 2016-cı ildə Azərbaycana gəlmişdir. Həmin ərəfələr münasibətləri normal olmuşdur. 2016-cı ilin dekabr ayında yeni il tədbirində İddiaçı özünə məxsus dəsti taxmaq üçün ona vermiş və o qızılı taxdıqdan sonra qaytarmışdır. İddiaçı qızılları götürərək Rusiyaya getmiş və gəldiyi zaman qızıllarını ona göstərməmişdir. Sözügedən qızılları toy vaxtı 2350 manata internetdən sifariş etmiş və Bakı şəhərində Moskva univermağında işləyən qızının sinif yoldaşı Saleh adlı şəxsə yoxlatmışlar. Qızılın çəkisi 32-35 qram olmuşdur. Gəlini ilə münasibətləri heç vaxt pis olmamışdır. Gəlini onu məhkəməyə verdikdən sonra aralarında olan münasibət pozulmuşdur. Qızıllar həmişə gəlini İddiaçı özündə olmuşdur.
7. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 15 sentyabr 2020-ci il tarixli, 2(051)656/2020 nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qızılların iddiaçının qaynanası olan Cavabdeh olmasını sübut edən heç bir dəlil aşkar edilməmişdir. İddiaçının özünün də izahatında göstərildiyi kimi qızılların qayınanasında olması və hansı səbəbdən indiyə kimi qızılları tələb etməməsi şübhə doğurur. İddiaçı tələbini cavabdehin qızılları 2018-ci ilin dekabr ayında yeni il şənliyində taxması ilə əsaslandırmaq ist əsə də, bunu təsdiq edə bilməmişdir. Belə ki, iddiaçı yeni il şənliyində çəkilmiş şəkillərin 2019-cu ildə sosial şəbəkədə qoyulmasını (yayınlanmasını) bildirsə də, bu hal şəkilin həmin vaxt çəkilməsinə dəlalət edə bilməz. Şəkillərin 2016-cı ildə çəkilib 2018-ci ildə yayınlanması ağlabatan və real bir fikirdir. Məhkəmə işə baxarkən tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu və sübutetmə tərəflərin üzərinə düşdüyü halda iddiaçı, heç bir mötəbər sübut təqdim etmədiyi üçün iddia təmin olunmamalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) 08 fevral 2021-ci il tarixli, 2(107)-232/21 nömrəli qətnaməsi ilə apellyasiya şi kayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(051)- 656/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası MPM-nin 8, 9, 14-cü maddələrinin tələblərini pozaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsası nda həyata keçirilir prinsiplərinə riayət etmədən apararaq yekunlaşdırmışlar. Apellyasiya Məhkəməsi iddiaçının şikayətinə 08 fevral 2021-ci ildə onun iştirakı olmadan baxarkən Cavabdeh həyat yoldaşı X1 Şəki Apellyasiya Məhkəməsinin elektron poçtuna göndərdiyi izahatın məzmununu qətnaməyə daxil etməklə cavabdehlərin əlavə sübut təqdim etdiyini qəbul etmiş və həmin sübuta əsasən də hesab etmişdir ki, qızıl-zinət əşyaları İddiaçıdır. Məhkəmə kollegiyası iddiaçıya qayınatası Mehman İsmayılovun izahatı ilə bağlı hər hansı münasibət bildirməyə şərait yaratmamış və buna baxmayaraq həmin dəlildən iddiaçıya qarşı istifadə etmiş, həmin dəlili çəkişmə prinsipinə əsasən iddiaçı ilə müzakirə etməli olduğu halda bunu etməmişdir. Çəkişmə aparmaqla tərəflərin izahatlarını dinləməklə ədalətli məhkəmə qətna məsini qəbul etməli olan məhkəmə özünün də təsdiq etdiyi kimi işə mahiyyəti üzrə baxan məhkəmə kimi sübutları tam araşdırmadığından iş üzrə yekun qərar qəbul edərkən şübhədən kənarda qala bilməmiş, araşdırmasını yekunlaşdıra bilməmişdir. Belə ki, məhkəmə qətnaməsində göstərmişdir: «İddiaçı 2019-cu ildə qaynanası (cavabdeh) və baldızı ilə aralarında narazılıq yarandığını bildirsə də, lakin o, apellyasiya baxışı iclasında iştirak etmədiyindən, narazılığın 2019-cu ilin hansı vaxtında və hansı səbəbdən yarandığını, narazılığın xarakterini və münasibətlərin pozulması dərəcəsini, tərəflərin bir-birindən ayrıldığı şəraiti, nə üçün iddiaçının narazılıq yaranana qədər qızıl-zinət əşyalarını cavabdehdən götürməməsini, cavabdeh qızılzinət əşyalarını qaytarmaqdan imtina etdikdə iddiaçının hüquq mühaf izə orqanlarına ( polisə və ya prokurorluğa) müraciət edib-etməməsi və ya nə üçün dərhal müraciət etməməsini, tərəflər arasında narazılığın yaranmasından sonra iddiaçının məhkəmədə hazırki iddianı qaldırmasına qədər keçən müddəti və sair əhəmiyyətli halları aydınlaşdırmaq mümkün olmamışdır. Halbuki, iddiaçının tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilməsi müstəsna olaraq qeyd edilən halların aydınlaşdırılmasından asılıdır». Məhz son cümlə onu təsdiq edir ki, işə baxan məhkəmə kollegiyası həmin halları aydınlaşdırmadan iddianın əsaslılığına düzgün hüquqi qiymət verə bilməmişdir. Həm Cavabdeh, həm də şahidlər Rəqsanə İsmayılova, X8 İsmayılova ilə Minqoparkda Yeni il şənliyində iştirak etdiklərini təsdiq etmişlər. Məhz həmin Yeni il şənliyində çəkilmiş şəkildə Cavabdeh boynunda olan k olyenin iddiaçıya məxsus olmasını da təsdiq etmişlər. İddiaçıya məxsus həmin qızılın toylarından az bir müddət sonra (təxminən 2 ay sonra) Cavabdeh sahibliyində olması işin mübahisəsiz halıdır. Ancaq nə Mingəçevir Şəhər Məhkəməsində, nə də Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən həmin qızıl-zinət əşyasının həmin Yeni il şənliyindən sonra iddiaçının istifadəsinə qaytarılmasına dair cavabdehlər hər hansı sübut təqdim etməmişlər. İddiaçı təqdim etdiyi şəkildə şaxta baba geyimində olan şahid X3 məhkəmə iclasında verdiyi izahatında Minqoparkda 2018-ci ildən işləməsini, 2016-cı ildə inqoparkda Yeni il şənliyi keçirilmədiyini göstərsə də iddiaçının bu dəlilinə Şəki Apellyasiya Məhkəməsi qətnamədə ümumiyyətlə qiymət verməmiş, iddiaçının bu dəlili sadəcə nəzərə alınmamışdır. Hansı səbəbdən b u sübutu qəbul etmədiyini göstərməmişdir. Yeni il şənliyində şaxta baba geyimində iştirak etmiş şəxsin Mehman Süleymanov olması həm iddiaçı, həm də cavabdeh təsdiq etmişlər. X6 il şənliyinin 2018-ci ilin dekabr ayının 31-də keçirildiyini təsdiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin instaqram profilində həmin şəkili məhz 2019-cu ilin dekabr ayının 31-də paylaşılmasını nəzərə almamışdır. Məhkəmə yalnız cavabdehin izahatı əsasında hesab etmişdir ki, 2018-ci ilin dekabr ayının 31-də Yeni il şənliyi keçirilməmişdir. Məhkəmə yalnız həmin şəklin 2016-cı ilin dekabr ayında çəkildiyini özündə əks etdirən sübutu təqdim etdiyi halda Cavabdeh izahatını yetərli saya bilərdi. Həmçinin məhkəmə texniki-kompyuter ekspertizası təyin etməklə şübhəli halları aradan qaldıra bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq.
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə
732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
18. Maddə 736.2. Əgər ə vəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər.
19. Maddə
822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
20. Maddə 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
22. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
23. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri d əvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və e tirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlan ılır.
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılm asından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Odur ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə qızıl əşyaları ilə bağlı tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterini dəqiq müəyyən etməli, bundan asılı olaraq tələbin qanuni əsasını tapmalıdır.
34. İş üzrə iddiaçı bildirir ki, mülkiyyətində olan qızıl əşyalarını cavabdehin saxlancına ver mişdir. Lakin münasibətləri pozulduqdan sonra cavabdeh onun əşyalarını iradəsinə zidd şəkildə özündə saxlamaqla ona qaytarmır.
35. Cavabdeh isə həmin əşyaların 2016-cı ilin dekabr ayında yeni il şənliyində müvəqqəti istifadə etməsi üçün iddiaçıdan aldığını, sonradan isə əşyaları geri qaytardığını bildirmişdir.
36. Belə olan halda, cavabdehin mübahisəli əşyalara sahibliyinin iddiaçının iradəsi xaricində olması, yaxud hansısa əqdə (saxlama və ya əvəzsiz istifadə müqaviləsinə) əsaslanması araşdırılmalıdır. Bu araşdırmanın nəticəsindən asılı olaraq iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci, 736.2-ci və 824.3-cü maddələri nəzərdən keçirilə bilər (§ 16-20).
37. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, iddiaçının geri qaytarma ilə bağlı tələbinin haqlı sayılması üçün o na məxsus əşyanın cavabdehin sahibliyində olması və bu sahibliyin qanuni əsasa söykənməməsi sübuta yetirilməlidir.
38. İşdən görünür ki, iddiaçı, tələb etdiyi qızıl-zinət əşyalarının ona cavabdehin oğlu ilə toyları ərəfəsində hədiyyə edildiyini, bu səbəbdən həmin əşyaların fərdi mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildirmiş, cavabdeh isə bu halı mübahisələndirməmişdir.
39. İddiaçı bildirmişdir ki, mübahisəli əşyalar davamlı olaraq (hətta özü RF-yə getdikdə belə) cavabdehin sahibliyində olmuş, münasibətləri pozulduqdan sonra isə cavabdeh onları qaytarmaqdan imtina etmişdir.
40. Cavabdeh isə bu halları təkzib edərək göstərmişdir ki, qızıl əşyaları onun sahibliyində deyil, yalnız 2016-cı ilin dekabr ayında keçirilən yeni il şənliyində istifadə etdikdən sonra onları iddiaçıya qaytarmışdır.
41. Belə olan halda, Kollegiya hesab edir ki, əşyaların cavabdehin sahibliyində olub-olmamasına dair dispozisiya şərtini sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır.
42. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 26).
43. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğu n qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
44. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslan dıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 25).
45. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı təqdirdə iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edi rsə ümumi qayda işləmir.
46. Yuxarıdakı hüquqi mövqeyi hazırkı işə tətbiq etdikdə aydın olur ki, tələb edilən qızıl əşyalarının cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz xarakter daşıması hallarının mövcudluğuna MM-in qeyd olunan normalarının (§ 16-20) bağladığı hüquqi nəticə iddiaçının xeyrinə bir vəziyyət əmələ gətirdiyi üçün həmin halları sübuta yetirmək yükü iddiaçının üzərinə düşür.
47. Bununla belə, iddiaçı ümumi qaydadan istisna təşkil edən (sübutetmə yükünü cavabdehə keçirən) hala istinad edir. Belə ki, o, əşyaların cavabdehin sahibliyində olmasını təsdiqləyən dəlil kimi 2018-2019-cu ildə keçirilən yeni il şənliyində cavabdehin ona məxsus əşyaları üzərinə taxmasına dair fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Cavabdeh də həmin şənlikdə istifadə etdiyi əşyaların iddi açıya məxsus olduğunu etiraf edir. Həmin fotoşəkillərin çəkilmə tarixi ilə bağlı mübahisə olsa da, nəticə etibarilə şənliyin keçirildiyi vaxt mübahisəli əşyaların cavabdehin sahibliyində olması həm fotolarla, həm də cavabdehin öz etirafı ilə təsdiqlənir. Belə olan halda, əşyaları iddiaçıya qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşür.
48. Buna baxmayaraq apellyasiya məhkəməsi iddiaçının əşyaların cavabdehin sahibliyində olduğunu sübuta yetirə bilməməsi qənaətinə gəlmiş, bu işin müəyyən edilmiş faktiki halları baxımından sübutetmə yükü daşıyan cavabdehin sözügedən əşyaları iddiaçıya qaytardığını təsdiqləyən mötəbər sübutlar təqdim edib-etməməsini lazımı qaydada araşdırmamış, bu xüsusatlara düzgün hüquqi qiymət verməmiş, ümumiyyətlə iddia tələbinin hansı maddi hüquq normasına görə rədd edildiyini göstərməmişdir.
49. Məhkəmə tərəfindən iddiaçı və cavabdehin faktiki münasibətinə uyğun olan maddi hüquq normasının tapılaraq tətbiq edilməməsi, sübuta yetirilməli olan hallarla bağlı sübutetmə yükünün tərəflər arasında düzgün bölüşdürülməməsi, nəticə etibarilə iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olmuşdur ki, bu da həmin qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.
50. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalı, mübahisənin düzgün həlli üçün əşyalara dair tərəflər arasındakı hüquq münasibətlərinin həqiqi xarakteri, yəni əşyaların tərəflərin iradəsi əsasında saxlama və ya əvəzsiz istifadə müqaviləsi üzrə, yoxsa iddiaçının iradəsi xaricində cavabdehin sahibliyinə keçməsi dəqiq müəyyən edilməli, cavabdeh həmin əşyaları qaytardığını sübuta yetiribyetirməməsi araşdırılmalı, bu halı sübut edə bilmədiyi təqdirdə onun iddiaçı qarşısında müqavilədən (MM, maddə 736.2 və ya 824.3), yoxsa qanundan (MM, maddə 157.2) irəli gələn öhdəlik daşımasına həmin normaların dispozisiya şərtləri əsasında hüquqi qiymət verilməlidir.
51. Bu zaman çəkişmə prinsipinə riayət edilməklə hər iki tərəfin məhkəmə iclasında iştirakı təmin edilməli, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim edilmiş sübutların mötəbərliyinə, mümkünlüyünə və qəbuledilənliyinə prosessual qanunvericiliyin tələbləri baxımından qiymət verməli, qətnamə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (§ 21 -24, 27-28).
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-232/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.