Məhkəmə qərarları › İş №2(102)-3916/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3916/2019

23.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3916/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X6i, iddiaçı X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(010)-2197/2017, hakim G.K.İmanova) X4 Cavabdeh qarşı “al imentin dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh X5 qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə 27.05.2002-ci il təvəllüdlü X1 və 25.02.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin məbləği dəyişdirilməmiş, X3 17.03.2017-ci il tarixdən başlayaraq 150 manat məbləğində əlavə xərcin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-6380/2018, hakimlər X.A.Mərdanova, İ.Ş.Vəliyev, E.M.Həsənov)X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 10 may 2017ci il tarixli qətnaməsi qarşıl ıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən qarşılıqlı iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə 27.05.2002-ci il təvəllüdlü X1 və 25.02.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün X4 hər ay aylıq qazancının 1\3 hissəsinin aliment qismində Cavabdeh xeyrinə tutulması qət edilmişdir. 07 fevral 2017-ci il tarixdəX9 oğlu alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan bütün qazancının 1/ 3 hissəsində tutulan alimentin ödənişinin dəyişdirilərək ondan uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğində, hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia verərək, 27.05.2002-ci il təvəllüdlü X1 və 25.02.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün X3 hər ay aylıq qazancının 1\3 hissəsinin aliment tutulması ilə bərabər uşaqlarının zəruri maraqlarının artmasını nəzərə alaraq X3 hər ay 200 manat məbləğində vəsaitin də alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaçı tərəfindən mübahisələndirilir. Qarşılıqlı iddia tələbinin əsasını uşaqların saxlanması üçün aliment tutulması qət edilən Sadıq Sadıqovdan əlavə xərclərin də tutulması təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsi ilə valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olm ayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin normanın məzmunundan göründüyü kimi valideynin əlavə xərclərə cəlb ed ilməsi normada nəzərdə tutulmuş əsasların mövcudluğu ilə şərtləndirilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Sadiq Sadıqovdan əlavə xərc qismində məbləğin tutulması üçün hər hansı bir əsas mövcud deyil. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar