Məhkəmə qərarları › İş №2(102)-3924/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3924/2019

14.06.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3924/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının katibliyi X5, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və s iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 oktyabr 2017-cı il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və s iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və A.Hüseynov) Nəsimi rayon Məhkəməsinin 12 oktybar 2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 27 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Xələfov, hakimlər Q.Allahverdiyev və Ə.Şadıyev) Ba kı Apellyasiya Məhkəməsinin MK-nın 05 fevral 2018-ci il tarixli qətnaməsi Şüvəlan qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahəsinin satışından əldə edilmiş 25.000 manatın yarısını təşkil edən 12.500 manatın və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 "c" ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və altındakı torpaq sahəsinin satışından əldə edilmiş 118.000 manatın yarısını təşkil edən 59.000 manatın Cavabdeh1 tutulması tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, həmin hissəyə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Hacıyev, hakimlər R.Eyvazov və F.Talışın ski) Nəsimi rayon Məhkəməsinin 12 oktybar 2017-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, müstəqil tələb irə li sürməyən 3-cü şəxslər Bakı 12 saylı və 54 saylı Dövlət Notariat Kontorları cəlb olunmaqla, iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2013-cü ildə onun tərəfindən verilmiş etibarnamədən istifadə edərək Şüvəlan qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahəsini faktiki bazar dəyərindən 10 dəfə aşağı olmaqla 25.000 manata, Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, 81-də yerləşən qeyriyaşayış sahəsinin 70.000 manata, Bakı şəhəri, İnşaatçılar prospekti, 38-də yerləşən qeyriyaşayış binasını 50.000 manata, Gəncə prospekti, 105 "c"-də yerləşən qeyri-yaşayış sahəsini 118.000 manata öz dostu və kommersiya şəriki X1a satmasını, Həsənoğlu küçəsi, ev 4-də yerləşən 221 saylı mənzili bibisi oğlu Cavabdeh3, eləcə də X2 küçəsi, 7 saylı evin 50 saylı mənz ilini bacısı Cavabdeh2na formal olaraq bağışlamasını əsas göstərməklə əmlakların satışından əldə olunmuş pul məbləğlərinin yarısının cavabdeh X2dən alınaraq ona verilməsi və bağışlama müqavilələlərinin etibarsız hesab edilməsi eləcə də həmin müqavilələrə əsasən verilmiş çıxarışların ləğv edilməsinə və bağışlanmış mənzillərin 1/2 hissəsinə payların müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə İddiaçı 27 dekabr 1996-cı il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların bu nikahdan bir uşaqları olmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 may 2015-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaq anası İddiaçı yanında saxlanılmaqla Cavabdeh1 uşağın saxlanılması üçün aliment tutulmuşdur. 2016-cı i ldə X11 birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə məhkəmədə iddia qaldırmış, Nəsimi rayon məhkəməsinin 30 mart 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 16 saylı evin 22 saylı mənzili və həmin mənzildə yerləşən əşyalar, iki ədəd avtomobil, bank hesabında olan pul vəsaiti və 27044 ədəd səhmlərə onların hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 aprel 2017-ci il tarixli qətnaməsi ilə X9 İddiaçı xeyrinə 11.204 manat tutulması qət edilmişdir. 2017-ci ilin iyul ayında İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 26/27 saylı torpaq sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfayət Mehdiyev küçəsi, 81-də yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 38-də yerləşən qeyriyaşayış sahəsinə (24 saylı mağaza), Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 “c” ünvanında yerləşən qeyri-yaşayış binasına, ünvan 3aylı evin 221 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 7 saylı evin 50 saylı mənzilinə ½ hissədə onun, ½ hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi və onların satışından əldə olunmuş pulun paylarına uyğun olaraq onların arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılana qədər İddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 2013–cü ildə onun tərəfindən verilmiş etibarnamədən istifadə edərək Şüvəlan qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahə sini faktiki bazar dəyərindən 10 dəfə aşağı olmaqla 25.000 manata, Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, 81-də yerləşən qeyri-yaşayış sahəsinin 70.000 manata, Bakı şəhəri, İnşaatçılar prospekti, 38-də yerləşən qeyri-yaşayış binasını 50.000 manata, Gəncə prospekti, 105 “c”-də yerləşən qeyri-yaşayış sahəsini 118.000 manata öz dostu və kommersiya şəriki X4a satmasını, Həsənoğlu küçəsi, ev 4-də yerləşən 221 saylı mənzili bibisi oğlu Cavabdeh3, eləcə də X2 küçəsi, 7 saylı evin 50 saylı mənzilini bacısı Cavabdeh2na formal olaraq bağışlamasını əsas göstərməklə əmlakların satışından əldə olunmuş pul məbləğlərinin yarısının cavabdeh X2dən alınaraq ona verilməsi və bağışlama müqavilələlərinin etibarsız hesab edilməsi və eləcə də həmin müqavilələrə əsasən verilmiş çıxarışların ləğv edilməsinə və ba ğışlanmış mənzillərin ½ hissəsinə payların müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci kassasiya baxışında Şüvəlan qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahəsinə və Bakı şəhəri Gəncə prospekti 105 “c” də qerləşən qeyri-yaşayış sahəsinə dair iddianın rədd edilməsi hissəsində qətnamə ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına gösndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşə ikinci apellyasiya baxışında qeyd edilən iki əmlaka münasibətdə mübahisə yuxarıda gösstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər 27 dekabr 1996-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 may 2015-ci il tarixli qət naməsi ilə tərəflərin nikahı pozulmuşdur. Mübahisəli - Şüvəlan qəsəbəsində yerləşən 26/27 saylı torpaq sahəsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 “c” ünvanında yerləşən qeyri-yaşayışı sahəsi və altındakı torpaq sahəsi isə müvafiq olaraq 04 aprel 2007-ci il tarixdə və 08 iyul 2013-cü il tarixdə cavabdehin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmaqla birgə nikah dövründə əldə edildiyindən tərəflərin ümumi birgə mülkiyyəti olmuşdur. Həmin əmlaklar cavabdeh tərəfindən 15 oktyabr 2014-cü il tarixdə iddiaçının razılığı ilə satılmışdır və bu məbləğlər alqı-satqıdan əldə edilən vəsaiti kifayət qədər üstələyən həddədir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apell yasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Əvvəla işin halları ilə müəyyən edilir ki, işə baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslandırmanı cavabdehin vəkilinin təqdim etdiyi sənədlərə istinadən etmişdir. Həmin sənədləri əsaslı hesab edən məhkəmə kollegiyası göstərmişdir ki, mübahisə edilən iki daşınmaz əşyanın alqı-satqısından əldə edilən pulu cavabdeh ailənin ümumi ehtiyaclarına sərf etmişdir. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2014cü ilin oktyabr ayında tərəflərin ailə münasibətləri faktiki olaraq pozulmuşdu və 2014-cü ilin dekabr ayında Cavabdeh1 nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Tərəflərin birgə nikahından anadan olmuş X5in təhsil alması ilə bağlı edilmiş pul ödənilməsinə dair sənədlər isə tərəflərin nikahının pozulduğu tarixdən sonrakı tarixə aiddir. Bundan başqa işə baxan kollegiya ikinci apellyasiya baxışında təqdim edilən sübutların qəbul edilməsinin mümkünlüyünü yoxlamamış, xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilən qeyd edilən sübutların müvafiq qaydada leqallaşdırılmamasını nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 184.3-cü maddəsinə görə hakim yeni sübut təqdim edilməsi üçün işin təxirə salınması haqqında verilmiş vəsatəti, əgər o, işin baxılmasını yubadırsa və tərəflər işə baxılana qədər həmin sübutları kobud səhlənkarlıqları üzündən təqdim etməyiblərsə, onu gecikmiş kimi rədd edə bilər. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi p rosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar