Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3926/2020 12.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia qaldıraraq, cavabdeh “xxxx” MMC ilə xx xxxx 2015-ci il tarixdə bağlanmış xnömrəli (ABB tərəfindən ipoteka ilə təmirsiz mənzil üçün) a lqı-satqı müqaviləsinə əsasən x7 ünvanında xxxx yaşayış massivinin 28 saylı küçəsində bina-6, mərtəbə-7, ümumi sahəsi 60,9 kv.m-dən ibarət 2 otaqlı 56 saylı mənzil üçün ödədiyi 15,015.80 (on beş min on beş manat 80 qəpik) manat məbləğində pulun cavabdeh AAAF- İnşaat MMC-dən alınaraq ona geri qaytarılması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx xxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sərlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” MMC Sumqayıt Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının eyni tələbinə daha əvvəl baxıldığı üçün iş üzrə icraata xitam verilməli idi. Bundan əlavə, göstərdiyi pul tələbinə cəmiyyətin məsuliyyət daşıması qanunvericiliyə ziddir. Odur ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiysaına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili C.Qulamov kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 06 mart 2015-ci il tarixli, ABBYM-0054 saylı alğı-satqı m üqaviləsindən görünür ki, cavabdeh “xxxx” MMC tərəfindən x7 ünvanında xxxx yaşayış massivinin 28 saylı küçəsində bina- 6, mərtəbə-7, ümumi sahəsi 60,9 kv.m-dən ibarət 2 otaqlı 56 saylı mənzil İddiaçı satılmış, mənzilin dəyəri 39585 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.2ci bəndindən görünür ki, mənzilin dəyərindən ilkin ödəniş alıcı tərəfindən, qalan məbləğ isə “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən ödənilir. Yenə həmin müqavilənin 2.2.7-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklər 60 gün müddətində alıcı tərəfindən yerinə yetirilmədikdə ödənişlər MMC tərəfindən həyata keçirilir. Öhdəliklər 90 gün müddətində həyata keçirilmədikdə MMC qeyd olunan mənzil üzrə bütün hüquqları “xxxx” ASC-nin adına rəsmiləşdirilməsini təmin edir. xx.xx.2015-ci il tarixli, 0054 saylı maliyyə arayışından görünür ki, İddiaçı x7 ünvanında xxxx yaşayış massivinin 28 saylı küçəsində bina- 6, mərtəbə-7, ümumi sahəsi 60,9 kv.m-dən ibarət 2 otaqlı 56 saylı mənzilin pay dəyərindən 3965 manat pulu cavabdehə ödəmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, x nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, xsaylı alqısatqı müqaviləsi ləğv edilmiş, 3965 manatın “xxxx” MMC-dən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 10-xx-xx-2015-YSAAAF-AE saylı daxili ipoteka krediti müqaviləsindən görünür ki, bank İddiaçı 180 ay müddətinə, illik 10 faizlə, 35620 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Həmin kr edit müqaviləsinin təminatı qismində xx xxxx 2015-ci il tarixli, xsaylı alqı-satqı müqaviləsinin predmeti olan mənzilin ipoteka ilə yüklü edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 13.8-ci bəndindən görünür ki, ödənişlər 3 ay müddətində aparılmadıqda ASC borc alandan müqavilənin təminatı olan mənzilin boşaldılmasını tələb edə bilər. “xxxx” ASC tərəfindən verilən xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə Banka əsas və faiz borcu birlikdə olmaqla, cəmi 15.015,80 manat məbləğində ödəniş edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış mənzilin alqı-satqısı müqaviləsinə əsasən cavabdeh x7 ünvanında xxxx yaşayış massivinin 28 saylı küçəsində bina-6, mərtəbə-7, ümumi sahəsi 60,9 k v.mdən ibarət 2 otaqlı 56 saylı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında mənzilin dəyəri olan 35620 (otuz beş min altı yüz iyirmi) manatı cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən məbləğin 3965 manat hissəsini ilkin ödəniş kimi özü ödəmiş, 35620 manatını isə “xxxxı” ASC-dən kredit götürərək ödəmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müqavilə ləğv edilmiş, ilkin ödənişin qaytarılması qət edilmişdir. Hazırda iddiaçı mənzil almaq üçün bankdan götürdüyü kredit üzrə həyata keçirdiyi ödənişlərin də cavabdeh tərəfindən ona verilməsini tələb edir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Mülki Məcəllənin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləs inə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1-ci maddəsinə görə satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc ve rən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sa yılır. 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzər də tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirm ə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ poz ulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. İşdən görünür ki, iddiaçı qeyd edilən mənzilin alınması üçün “xxxxı” ASC-dən müvafiq məbləğdə kredit götürmüş və ödəniş cədvəlinə uyğun olaraq, vaxtında ödəmələri həyata keçirmişdir. Buna baxmayaraq, nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilməmiş və Abşeron Rayon Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanan olan xx xxxx 2015-ci il tarixli alğı-satqı müqaviləsi “xxx x” MMCnin təqsiri ucbatından ləğv edilmişdir. Həmçinin, iddiaçının bağladığı qeyd olunan kredit və alğı-satqı müqavilələrindən görünür ki, öhdəliklərin yerinə yetirilməməsi halında banka ödənişlər cəmiyyət tərəfindən həyata keçirilir və tələb ipotekaya qoyulmuş mənzilə yönəldilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh uzun müddət İddiaçı verilməli olan mənzili ona təhvil verməməklə onu ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Mənzilin alınması üçün iddiaçı kredit götürmüş və əlavə faiz ödənişləri həyata keçirərək ziyana düşmüşdür. Nəticədə isə mənzil də əldə edə bilməmişdir. Cəmiyyət mənzili təhvil verməyərək müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğuna görə müqavilə ləğv edildiyindən mənzilin alınması üçün götürülən kredit öhdəliyinə g örə məsuliyyəti də cavabdeh MMC daşıyır. Beləliklə, iddiaçının ödədiyi kredit ödənişlərinin cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Kollegiya aşağıdakıları nəzərə almaqla apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdə liyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən, bunun heç bir nəticə verməyəcəyi aydın olduqda, öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. MM-in 447.7-ci maddəsinə görə, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Baxılan işdə cavabdehin müqavilə öhdəliyinin icrasını gecikdirməsinə görə iddiaçının müqavilədən imtina edərək ona dəymiş zərərin ödənilməsini tələb etməsi mübahisəsiz haldır. Belə ki, iddiaçının nəğd şəkildə cavabdehə ödədiyi 3965 manat məbləğ ində pul Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə zərərin əvəzi kimi cavabdehdən tutulmuşdur (“xxxxı” ASC-yə qarşı 18.500 manat pul tələbi isə rədd edilmişdir). Məhz həmin qətnamə ilə müəyyən edilmişdir ki, “...İddiaçı üzərinə düşən vəzifəni yerinə yetirmiş mənzilin dəyəri olan 3965 manat məbləğində pulu “xxxx” ASC-nə nəğd yolu ilə, qalan 35.620 manat məbləğindəpulu isə “xxxxı” ASC ilə bağladığı xx xxxx 2015-ci il tarixli, 10-xx-xx-2015 YSAAF-AE nömrəli daxili ipoteka krediti müqaviləsi ilə götürdüyü kredit borcu hesabına ödəmişdir”. Göründüyü kimi, iddiaçının banka borclanmaqla 35.620 manat məbləğində pulu cavabdehə ödəməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə mi nmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericili kdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli qərarı). Belə olan halda, iddiaçının düşdüyü zərərin əvəzi kimi 15.015,80 manat pulu cavabdehdən tələb etməsi yuxarıda qeyd edilən maddi hüquq normaları və hüquqi mövqe baxımından əsaslıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikay əti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3926/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3926/2020
12.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver