Məhkəmə qərarları › İş №2(102)-3930/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3930/2020

20.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3930/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X8, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X17 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “artıq hesablanmış aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh, 3-cü şəxs və Sumqayıt şəhəri üzrə idra idarəsinə qa rşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldıraraq, Sumqayıt Şəhəri Məhkəməsinin 08 iyul 2016-cı il tarixli X5 nömrəli icra sənədinə əsasən ona 03 mart 2016-cı il tarixdən 01 mart 2019-cu il tarixinədək əsassız hesablanmış 8190 manat aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 05 iyul 2019-cu il tarixli X5 nömrəli (hakim A.Süleymanova) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Sumqayıt Şəhəri Məhkəməsinin 08 iyul 2016-cı il tarixli X5 nömrəli icra sənədinə əsasən İddiaçı 03 mart 2016-cı il tarixdən 01 mart 2019-cu il tarixinədək hesablanmış 8190 manat aliment borcundan azad edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fuad Məm mədov, Gülnarə Tağızadə, Telman Quliyev) 30 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 05 iyul 2019-cu il tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli X5 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, alimentin ödənilməsi barədə iş materiallarında sübut olmadığı halda məhkəmələr iddianı təmin etmişdirlər. Onun izahatı məhkəmə iclas protokoluna düzgün yazılmamış, uşaqlarının məhkəmədə iştirakı ona tapşırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən işin həqiqi hallarını, sübutları hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməyərək, prosessual hüquq normalarını pozmaqla yanlış nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin X5 saylı, 08 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların himayədə qalması və alıment tələbinə air iddiasının təmin edilməsi, İddiaçı və X16 ızı arasında 25.08 2000-ci ildə Sumqayıt şəhər nikah evində bağlanmış nikahın pozulması, 28.05.2001-cı ıl təvəllüdlü X3 və 08.12.2006-cı ıl təvəllüdlü X4 X5 yanında qalmaları, İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin 03.03.2016-cı ıl tarixdən başlayaraq tutulub 28.05.2001-cı ıl təvəllüdlü X2 və hər ay 117 manat sabit pul məbləğində alimentin 03.03.2016-cı il tarixdən başlayaraq tutulub 08.12.2006-cı il tarixdə doğulm uş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X7 verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin X5 saylı 08 iyul 2016-cı il tarixli icra sənədi üzrə icra məmurunun 21.09.2016-cı il tarixli qərarı ilə icraata başlanılmış, borcluya öhdəliyin icrası barədə bildiriş göndərilmişdir. Tələbkar tərəfindən yalnız 20.02.2019-cu il tarixdə ərizə ilə icra qurumuna müraciət edilərək icra sənədinin icra edilməsi ilə bağlı tədbirlər görülməsi tələb edilmişdir. Cavabdeh üç il ərzində alimentin ödənilməməsi barədə icra şöbəsinə müraciət etməmiş, etirazını bildirməmişdir. İddiaçı poçt göndərişləri üçün əlavə vəsait xərclənməməsi üçün alimenti hər ay şəxsən uşaqları vasitəsilə cavabdehə verdiyini və bu halı təsdiq edən yazışmaların mövcud olduğunu bildirmişdir. Bununla yanaşı, alimenti hər ay vax tı-vaxtında ödəməsini təsdiq etmək üçün uşaqlarının dindirilməsi yolu ilə bu halın aydınlaşdırılmasını xahiş etmişdir. Cavabdeh göstərilənlərlə razılaşmasa da, həm birinci instansiya məhkəməsi tərəfindən, həm də məhkəmə kollegiyası tərəfindən ona yanında yaşayan övladları 28.05.2001-ci il təvəllüdlü X2 və 08.12.2006-cı il təvəllüdlü X6 məhkəmə iclasında iştirakının təmin edilməsi təklif edilsə də, onların məhkəmə iclaslarında iştiraklarını təmin etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin dərzi işləməklə aylıq qazancının 100 manat təşkil etməsi, ötən müddət ərzində ölkə ərazisində istehlak səbətinin dəyərinin bir neçə dəfə qalxması, orta bazar qiymətləri nəzərə alınmaqla həmin məbləğlə həm özünün, həm də himayəsində olan iki uşağın təminatının minimum səviyyədə belə ödə nilməsinin mümkünsüz olduğu halda üç il ərzində aliment öhdəliyinin icra edilməməsi ilə bağlı bir dəfə də olsun uşaqlarla məşğul olduğundan vaxtının olmaması və bu səbəbdən şikayət etməməsi, öhdəliyin icrasını tələb etməməsi, cavabdehin özünün də etiraf etdiyi kimi iddiaçı tərəfindən alimentin köçürülməsi üçün adına hesab açılması təklif olunduğu, lakin bunun necə etməyi bilməməsi barədə dəlilləri inandırıcı olmamışdır. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin X5 saylı 08 iyul 2016-cı il tarixli qətnaməsinin indeksasiyasına dair ərizəsi təmin edilməmişdir. Həmin iş üzrə 20 fevral 2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, sədrlik edənin sualına cavab olaraq tələbkar Cavabdeh borclunun qətnam ə ilə qət edilmiş alimenti ödədiyini bildirmişdir. Məhkəmə iclas protokoluna dair qeyd verilməmişdir. Göstərilənlərə əsasən, apellyasiya məhkəməsi iddiaçının aliment üzrə borcunun olmaması barədə birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 106.2. Aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyə n edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. - 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. - 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qəbul edildikdən sonra icra vərəqəsi əsasında icraata başlanılmış, lakin alimentin könüllü ödənilməməsi ilə bağlı tələbkar tərə findən müraciət daxil olmadığından, icra işi üzrə məcburi icra tədbirlərinə başlanılmamışdır. Tələbkar yalnız 20.02.2019-cu il tarixdə ərizə ilə icra qurumuna müraciət edilərək icra sənədinin icra edilməsi ilə bağlı tədbirlər görülməsini tələb etmişdir. İddiaçı alimenti hər ay könüllü olaraq şəxsən uşaqlarına verdiyini bildirir, cavabdeh isə alimentin ödənilmədiyini bildirir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli o lan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və on lara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Həm birinci instansiya məhkəməsi tərəfindən, həm də məhkəmə kollegiyası tərəfindən ona yanında yaşayan övladları 28.05.2001-ci il təvəllüdlü X2 və 08.12.2006-cı il təvəllüdlü X6 məhkəmə iclasında iştirakının təmin edilməsi təklif edilsə də, onların məhkəmə iclaslarında iştirakları təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, onların anaları ilə yaşaması nəzərə alınarsa, şahid kimi məhkəmədə iştiraklarının təmin edilməsi iddiaçının im kanı xaricində olmuşdur. Cavabdeh iddiaya etirazının əsası kimi alimentin uşaqlarına verilmədiyini bildirirsə, o da bunu sübut etmək üçün həmin şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsində maraqlı olmalı idi. Çünki, Mülki Prossesual Məcəlləsi-nin 77.1-ci maddəsinə əsasən cavabdeh də etirazını sübut etmək vəzifəsi daşıyır. Digər tərəfdən, məhkəmə tərəfindən istinad edilən digər sübutlarla, icra məmurunun izahatı, cavabdehin maddi vəziyyətinin qənaətbəxş olmamasını bildirdiyi halda, 3 il müddətində alimentin məcburi ödənilməsini tələb etməməsi, həmçinin alimentin indeksasiya edilməsi barədə ərizəsinə baxılarkən məhkəmə iclasında alimentin ödənildiyini bildirməsi iddiaçı tərəfindən həqiqətən də alimentin könüllü ödənildiyi qənaətinə gəlməyə əsas vermişdir. Məhkəmə kollegiyası he sab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin cavabdeh izahatının məhkəmə iclas protokoluna düzgün yazılmaması, uşaqlarının məhkəmədə iştirakının ona həvalə edilməməsi kimi dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan məhkəmə iclas protokolları ilə bu dəlillər təkzib edilir, cavabdeh isə məhkəmə iclas protokollarına hər hansı qeydlər verməmişdir. Cavabdehin kassasiya şikayətinin işin hallarının sübut olunmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qe yd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı 30 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar