Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3932/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı və onun gecikdirilməsi ilə əlaqədar ziyanın ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 55/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq aşağıdakıları müəyyən etdi: İşin halları və birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı qismində 4674 manatın və həmin məbləğin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar iddianın məhkəməyə verildiyi günə qədər olan dövr üçün gündəlik 1 faiz olmaqla 10179,99 manat vəsaitin, habelə, işdən azad olunduğu vaxt, əmək haqqının iki misli miqdarı olan 1558 manatın, ümumilikdə 16411,99 manatın Cavabdeh MMC-dən tutulub ona verilməs tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Salyan Rayon Мəhkəməsinin (hakim A.Səmədov) 2(057)-1070/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 6 aylıq ödənilməmiş əmək haqqına görə, 4674 manatın və əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə əlaqədar iddia ərizəsinin məhkəməyə verildiyi günə qədər olan dövr üçün gündəlik 1 faiz olmaqla 10179,99 manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Cavabdeh MMC Salyan Rayon Məhkəməsinin 2(057)-1070/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətləri verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 2(057)-1070/2010 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Q.Əsədov, sədrliyi ilə, S.İ. Mayılov və T.X.Heydərov) 2(106)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Мəhkəməsinin 2(057)-1070/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh MMC Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-55/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Q.Əsədov sədrliyi ilə, M.K.Həsənov və T.X.Heydərov) 2(106)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Apellyasiya məhkəməsi göstərmişdir ki, təqdim edilmiş kassasiya şikayətində MPM-in 407-ci maddəsinin tələblərinə tam əməl edilməmiş, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret göstərilməmişdir. Bundan başqa, kassasiya şikayətinin formasını tənzimləyən Azərbaycan Respublikasının MPM-nin 3 saylı əlavəsində təsbit olunmuşdur ki, kassasiya şikayətində kassasiya şikayəti verən şəxsin və ya onun nümayəndəsinin, vəkilinin (olduğu halda) imzası olmalı, şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Müəyyən edilir ki, cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti möhürlə təsdiq olunmamışdır.
9. Apellyasiya instansi yası məhkəməsi öz mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.1.1, 407.1.2, 407.1.3, 407.1.4, 407.1.5, 407.2, 407.3 və 407.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh MMC (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəriıməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin adından kassasiya şikayətini imzalamaq səlahiyyətini Vəkil həvalə edilmişdir. Həmin şikayəti elektron qaydada imzalamaq sə lahiyəti də ona verilmişdir. Elektron qaydada verilən şikayətlər elektron qaydada da imzalanır. Elektron şikayətlərə möhürün vurulmasının mümkün olmaması hamıya məlumdur. Kassasiya şikayətini imzalamaq hüququnun nümayəndəyə həvalə edilməsi şikayətin yazılı halda verilsə belə möhür vurulmasını istisna edir. Nümayəndə vasitəsi ilə elektron formada verilmiş şikayətdə möhür olmaması ilə kassasiya şikayətinin geri qaytarılması qanunsuzdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
13. Maddə 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə al ındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
14. Maddə 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti;
15. Maddə 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;
16. Maddə 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.
17. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
18. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
19. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti geri qaytarılmasına dair qərardad qəbul edərkən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir, ona görə də qərardad ləğv edilməklə iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü apellyasiya məhkəməsi qaytarılmalıdır.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayətindən görünür ki, şikayətdə Əmək Məcəlləsinin 172-ci Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin düzgün tətbiq edilməməsi, düzgün tətbiq etməmənin nədən ibarət olması göstərilmişdir.
25. Bundan başqa, kassasiya şikayəti cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil tərəfindən tərtib edilmiş və cavabdehin adından MMC-nin direktoru tərəfindən verilmi ş 31 iyul 2023-cü il tarixli etibarnaməyə əsasən həmin şəxs tərəfindan imzalanmışdır. Qədirova kassasiya şikayətində Vəkil Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmasına dair vəkil orderi və cavabbeh "xxxx" MMC-nin direktoru tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmiş 31 iyul 2023-cü il tarixli etibarnamə əlavə edilmişdir. Etibarnamədə isə Vəkil bütün instansiya məhkəmələrənin aktlarından şikayət vermək (həmçinin elektron məhkəmə sistemi vasitəsilə) səlahiyyəti verilmişdir.
26. İşdən həmçinin görünür ki, apellyasiya instansiyası məhkəməsinin 30 may 2023cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən kassasiya şikayəti verilməsi elektron formada həyata keçirilmiş, elektron qaydada verilmiş şikayətlərə möhürün vurulmasının mümkün olmaması m əsələsinə də məhkəmə qiymət verməmişdir.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə qənaəti düzgün olmamiış, məhkəmə yuxarıda qeyd edilən prosessual pozuntulara yol vermişdir. Ona görə də qərardad ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü apellyasiya instansiyası məhkəməsi göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-55/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin icra edilməsind ən ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.