Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3936/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1, tərcüməçi E.Mirzəzadənin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(006)-xx /18) İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx xxx 2018-ci il tarixli, 306/ş saylı əmr ləğv olunmuşdur. Həmin qətnamədən cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, A.Hüseynov və V.Sadıqov, iş №2(103)xx/18) apellyasiya şikayəti təmin olunmayaraq, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh «xxxx” QSC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” QSC-nin xx xxx 2018-ci il tarixli, 306/ş saylı əmrinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili Ü.İsmayılov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsi nin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil Ü.İsmayılovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” QSC ilə İddiaçı arasında bağlanmış xx xxx 2017-ci il tarixli, 268 saylı əmək müqaviləsinə əsasən İddiaçı xx xxx 2017-ci il tarixdə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “xxxx”Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsinə edilmiş dəyişikliklərə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx xxx 2017-ci ildən xx xxx 2018-ci il tarixədək, sonradan isə xx xxx 2018-ci il tarixədək uzadılmışdır. "xxxx" QSC-nin Tibb-Sanitar İdarəsi tərəfindən verilmiş İddiaçı əmək qabiliyyətinin olmaması barədə SN 0005 seriyalı, 956302 saylı vərəqə yə əsasən İddiaçı xx xxx 2018-ci il tarixdən xx xxx 2018-ci il tarixədək işə çıxmamışdır. Bakı şəhəri Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının sahə həkimi üçün xəbərdarlıq vərəqəsinə əsasən İddiaçı xx xxx 2018-ci il tarixdə təcili və təxirəsalınmaz tibbi yardım çağırılmış, ona sahə poliklinikasına müraciət etmək tövsiyə olunmuşdur. 1 saylı şəhər poliklinikası tərəfindən verilmiş İddiaçı əmək qabiliyyətinin olmaması barədə SN 0005 seriyalı, 925743 saylı vərəqəsinə görə İddiaçı xx xxx 2018-ci il tarixdən xx xxx 2018-ci il tarixədək işə çıxmamışdır. İddiaçı xx xxx 2018-ci il tarixdə “xxxx” QSC-yə ərizə ilə müraciət edərək, onun öz xahişi ilə xx xxx 2018-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının sahə həkimi ü çün xəbərdarlıq vərəqəsinə görə İddiaçı xx xxx 2018-ci il tarixdə təcili və təxirəsalınmaz tibbi yardım çağırılmış, ona poliklinikaya müraciət etmək tövsiyə olunmuşdur. “xxxx” QSC-nin Tibbi-Sanitar İdarəsinin təyyarə bələdçisi İddiaçı ambulator kitabçasından çıxarışa əsasən İddiaçı xx xxx 2018-ci il tarixdə epigastral nahiyəsində ağrıları ilə bağlı cərrah – endoskopist həkimə müraciət etmişdir. Qeyd edilmişdir ki, xəstə 3 dəfə gastroskopiyadan müayinədə olmuş və müalicə almışdır. 1) Diaqnoz: «Antral gastrit. Duodenogastral refluks» - 28.09.2017; 2) «Endoskopik patoloqiya yoxdur» - 24.01.2018; 3)«Antralgastrit»20.04.2018. Obyektiv olaraq, ümumi vəziyyəti kafi olmuş. Dili və görünən selikli gişaları adi rəngdə olmuşdur. Dili təmiz, nəm olmuş, qarnı yumşaq və ağrısız olmuşdur. Çıxarış tərtib olunduğu vaxtda xəstəlik əlamətləri qeyd olunmadığına görə xəstəyə yenidən təkrar endoskopiya məsləhət görülmüşdür. İddiaçı xx xxx 2018-ci il tarixdə müayinəyə gəlməmişdir. Bakı şəhəri Səbail rayonu 1 saylı şəhər poliklinikası tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli, 419 saylı qısa epikrizə əsasən Tamilla Vaqif qızı xx xxx 2018-ci il tarixdə, saat 11:30-da mədə ağrısı ilə əlaqədar xəstəlik vərəqəsi açılması üçün 1 saylı şəhər poliklinikasına müraciət etmiş, lakin “xxxx” QSC əməkdaşı olduğundan və həmin tibb müəssisəsinə 02 may 2018-ci il tarixdə müraciət etdiyindən xəstəlik vərəqəsi açılmamış və Aviasiya Tibb məntəqəsinə göndərilmişdir. “xxxx” QSC-nin xx xxx 2018-ci il tarixli məlumat vərəqəsinə görə “xxxx” Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçilə ri xidmətinin təyyarə bələdçisi İddiaçı gündəlik plan-qrafikdə qeyd olunmuş iş günündə, yəni xx xxx 2018-ci il tarixdə üzürlü səbəb olmadan işə çıxmamışdır. Təyyarə bələdçisi İddiaçı işə çıxmaması səbəbi kimi özünü pis hiss etdiyini qeyd etmiş, lakin bu barədə heç bir sənəd təqdim etməmişdir. “xxxx”Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi İddiaçı üzürlü səbəb olmadan 1 (bir) gün işə çıxmadığına görə Azərbaycan Republikası Əmək Məcəlləsinə əsasən aviaşirkətin nizam-intizam qaydalarını pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi xahiş olunmuşdur. “xxxx” Sərnişin Aviaşirkətinin Uçuşların İstehsalı İdarəsi həmkarlar komitəsinin iclasının xx xxx 2018-ci il tarixli 13 saylı protokolundan çıxarışına görə “xx xx” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək, “xxxx”Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi İddiaçı xx xxx 2018-ci il tarixdə bir gün üzürsüz səbəbdən işə çıxmaması ilə əlaqədar onun əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsini xahiş etmişdir. Həmkarlar İttifaqı tərəfindən İddiaçı bir gün üzürsüz səbəbdən işə çıxmaması ilə əlaqədar onun əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. “xxxx” QSC-nin xx xxx 2018-ci il tarixli, 306/ş saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna (heç bir üzürlü səbəb olmadan işə gəlməməsi) görə 2018-ci ilin xx xxx ləğv edi lmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yer inə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; və iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Həmin Məcəllənin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b ) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-c ü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əm ək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyəverilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlbedilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, hə mçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verəbilər: a. töhmətvermək; b. sonuncu xəbərdarlıqla şiddətli töhmətvermək; c. kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cəriməetmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Apellyasiya instansiyası məhkəməsi qeyd qeyd etmişdir ki, “xxxx” QSC-nin TibbiSanitar İdarəsinin İddiaçı adına tərtib edilmiş ambulator kitabçasından çıxarışa və Bakı şəhəri Səbail rayonu 1 saylı şəhər poliklinikasının xx xxx 2018-ci il tarixli, 419 saylı qısa epikrizinə əsasən İddiaçı xx xxx 2018-ci il tarixlərdə səhhəti ilə əlaqədar tibb müəssisələrinə müraciət etd iyi və xəstəliyi ilə bağlı 04 may 2018-ci il tarixdə üzrlü səbəbdən işə çıxa bilməməsi, 30 aprel 2018-ci il tarixdə ərizə verərək xx xxx 2018- ci il tarixdən işdən azad olunmasını xahiş etdiyi “xxxx” QSC-yə məlum olduğu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin xəstəliyi ilə bağlı üzrlü səbəblərdən iş günü işə gəlməməsinin əmək vəzifələrinin kobud şəkildə pozulmasını istisna etdiyi halda cavabdeh “xxxx”QSC İddiaçı ilə əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etməkdə haqlı olmamışdır. Cavabdeh “xxxx” QSC tərəfindən İddiaçı işdən azad olunmasına əsas olmuş xx xxx 2018-ci il tarixdə işə gəlməməsinin obyektiv və subyektiv səbəblərinin araşdırılmasına, bu zaman işçinin hansı dərəcədə təqsi rli olub-olmamasına dair hər hansı mötəbər sübutlar təqdim edilmədən, İddiaçı xx xxx 2018-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsinə dair xx xxx 2018-ci il tarixli ərizəsi nəzərə alınmadan, həmkarlar ittiifaqı təşkilatında işçinin iştirakı təmin edilmədən əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır intizam tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə r azılaşır və şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsa slı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınıniş üzrə xx xxx 2018-ci il tarixli, 2(103)-xxx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3936/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3936/2019
04.06.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver