Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3942/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı vəkili X10, nümayəndəsi X7 və X8 iştirakları ilə, İddiaçı BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim:F.H.Qasımov; 2(001)-1283/2018) iddi açı İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilmiş, 3000 manat məbləğində pul vəsaitinin “xxxx” Məhdud Məsuliyyətindən alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 5 manat məbləğində pul vəsaitinin “xxxx” Məhdud Məsuliyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlərİ.Ə.Kərimli, (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov 2(103)-11739/2018) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı İddiaçı apellyasiya şikayətləri qismən təmin edilməmiş, Binəqədi rayon Məhkəməsinin 16 aprel 2018-c i il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı X4 iddiası qismən təmin edilmiş, yol nəqliyyat hadisəsi nəticəsində X1 vurulmuş maddi zərərin əvəzi qismində 341,01 manat, mənəvi zərərin əvəzi qismində 3000 manat və hüquqi xidmətə görə nümayəndəyə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin, cəmi 3641,01 manat pul vəsaitinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X14ma ödənilməsi, iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” MMC- dən tutulub dövlət gəlirlərinə alınması, apelyasiya şikayəti verilərkən “xxxx” MMC tərəfindən ödənilmiş 15 manat pulun həmin MMC-yə aid edilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadis əsi nəticəsində sağlamlığına vurulmuş maddi zərərin əvəzi qismində 35000 manat, mənəvi zərərin əvəzi qismində 50000 manat, nümayəndəyə ödənilmiş 500 manat, cəmi 85500 manat məbləğində pul vəsaitinin, eləcə də məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMC, X15 və Cavabdeh3 tutularaq ona ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, 29 dekabr 2015-ci il tarixdə axşam saat 18.00 radələrində iddiaçı X3 qəsəbə bələdiyyəsinin “Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə təşkil etmiş olduğu tədbirdən qayıdarkən, Binəqədi şosesi, “Çənlibel” istirahət mərkəzinin yaxınlığındakı avtobus dayanacağında Cavabdeh3 Pəhlivan oğlu idarə etdiyi 133 saylı avtobusa minərkən cavabdehin avtobusu işə salmas ı nəticəsində avtobusdan yıxılmış, hadisə nəticəsində ağır dərəcəli bədən xəsarəti almışdır. Təcili Tibbi yardım maşını ilə xəstəxanaya götürülmüş, bundan sonra Bərdə şəhərində yaşayan ailəsinə xəbərdarlıq edilmişdir. İddiaçı aldığı xəsarətlərlə bağlı uzun müddətdir ki, müalicələr alır. Dərmanlara, müayinələrə böyük məbləğdə pul vəsaiti xərcləmiş, uzun müddət əmək qabiliyyətini itirmiş və işləməmiş, buna görə də rəsmi və qeyri rəsmi iş yerlərini itirmişdir. Qızı öz əmək fəaliyyətini saxlayaraq, onun qulluğunda durmuş, əlavə şəxslər tərəfindən ona kidmətlər göstərilmiş, zəifləmiş immun sisteminin güclənməsi və sağlamlığın bərpası məqsədilə əlavə qidalar qəbul etmiş və bu məqsədlər üçün xeyli miqdarda xərci çıxmışdır. Ən pis hal ondan ibarətdir ki, onun sağlamlığı bərpa olunmamış və həkim rə yi əsasında “keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensafalopatiya. Epileptik qıcolma tutmaları ilə. Asteno depressiv təzahürlər vegetativ disfunksiya. Hipertoniya İİ ş.t. Sağ tərəfli xroniki orta otit.” Diaqnozu qoyulmuş və İİ qrup əlil olmuşdur. Hazırda da daimi olaraq həkim nəzarəti altında müalicə və müayinələr alsa da heç bir sağalma müşahidə olunmadan, səhhəti günbə-gün pisləşir. Lakin bu günə kimi iddiaçını qeyri-qanuni olaraq bayram qabağı məcburi şəkildə tədbirə göndərən X15, 133 saylı avtobus xəttini rəsmi olaraq sahiblik edən “xxxx” MMC və həmin avtobusun sürücüsü Cavabdeh3 Pəhlivan oğlu tərəfindən zərərçəkənə nə maddi nə də mənəvi dəstək olmuşdur. Bu səbəbdən də tərəfimizdən məhkəməyə müraciət edilməsinə zərurəti yaranmışdır. Bu səbəbdən də tər əfimizdən məhkəməyə müraciət edilməsinə zərurəti yaranmışdır. İddiaçı X15 tərəfindən məcburi tədbirə göndərildiyindən və qeyd olunan hadisə 133 saylı avtobusun xəttində, həm də həmin xəttin sürücü vəzifəsində işləyən Cavabdeh3 tərəfindən idarə edilən zaman törədildiyindən vurulmuş zərər görə məsuliyyəti məhz bu üç cavabdeh daşıyır. X11 25 sentyabr 2007-ci il tarixdən 10 noyabr 2016-cı il tarixədək X15ndə xadimə vəzifəsində çalışmışdır. Eyni zamanda o işdən sonra 85 yaşlı qoca və xəstə qadına qulluq göstərmiş və bunun əvəzi olaraq 300 manat mükafat alırdı, lakin hadisə baş verdikdən sonra həmin yaşlı qadın iddiaçının həyat yoldaşı tərəfindən, onun xaricdə aşayan qızına təhvil vermiş, bu zaman da əlavə yol xərci sərf olunmasına səbəb olmuşdur. Həmçinin iddiaçının həyat yoldaşı X16 məcburən 2 000-ci il buraxılışlı, “Mersedes Vito” markalı, ** *** dövlət qeydiyyat nişanlı, dəyəri 13500 manat olan avtomobilini 5000 manata satmışdır. Həmçinin hadisə ilə əlaqədar gün ərzində bir neçə dəfə Bərdə şəhəri ilə Bakı şəhəri arasında yol qət etdiyindən, sürət həddini aşmağa görə cərimə də edilmiş və o cərimələri ödəməyə məcbur olmuşdur. Avtomobilin satışından əldə edilən pul vəsaitini zərərçəkən iddiaçının sağlamlığının bərpası üçün xərclənmişdir. Orta məktəb müəllimi olan şəxs hər gün dərsdən sonra Bakıya gəlməyə və gecə ilə də geri qayıtmağa məcbur olmuş, bu da əlavə pul vəsaitlərinin və eləcə də cismani əziyyətə səbəb olmuş, avtomobilin mühərrikinin sı- radan çıxmasına, sonradan müəyyən xərc əsasında yenilənməsinə səbəb olmuşdur. xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 29 iyul 2002-ci il ta rixdən qeydiyyata alınmaqla, ********** saylı VÖEN-lə fəaliyyət göstərir.Bundan əlavə olaraq, X11 1 saylı şəhər kliniki xəstəxanasında, "X25”də, özəl klinika olan “Avrasiya Hospital” da, özəl klinika olan “Milana VİP Hospitalda, özəl klinika olan “X26”da, “X9 və Reabilitasiya Mərkəzi”ndə və s. Uzunmüddətli müalicə keçsə də bu günə kimi sağlamlığı bərpa olunmamış, lakin xeyli miqdarda pul vəsaitinin sərf olunmasına səbəb olmuşdur. Belə ki, X5 qoyulmuş diaqnoza əsasən, “keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensafalopatiya. Epileptik qıcolma tutmaları ilə. Asteno depressiv təzahürlər vegetativ disfunksiya. Hipertoniya İİ ş.t. Sağ tərəfli xroniki orta otit.” Diaqnozu ilə İİ qrup əlil olmuşdur. Bundan sonra X2 itirdiyinə görə TSEKİN qərarına əsasən İİ qrup ə lillik dərəcəsi almış, əmək fəaliyyətini ititrdiyindən işdən çıxarılmışdır. Əlavə olaraq onu da bildirimişdirki, X11 əmək rəaliyyətini itirdiyindən, “xxxx” KB ASC-dən götürmüş olduğu borcu geri qaytara bilməmiş, buna görə bank X6 məhkəməyə vermiş, gecikdirilmiş günlərə görə də əlavə faizlər hesablanmaqla Bərdə rayon məhkəməsi X19 qızindan cəmi 2326,73 ABŞ dolları kredit borcu və 20 manat dövlət rüsumunun tutularaq “xxxx” KB ASCyə ödənilməsi ilə bağlı əmr vermişdir. Eyni zamanda X4 X12 anasının başına gələn qəfil hadisəyə görə məcbur olaraq, anası ilə bərabər xəstəxanalarda qalmış, icarəyə götürərək, fəliyyət göstərdiyi obyektin aylıq ödənişlərini ödəyə bilmədiyindən, bu günə qədər fəaliyyətsiz qalmışdır.Maddi çətinliyə düşən iddiaçının ailəsi gəlinlərinə məxsus olan 31 qr.çəkidə qızıl-ziny ət əşyalarını “xxxx” ASC-yə girov qoyaraq, faizləri ödəmək şərti ilə bir il müddətinə 600 manat məbləğində pul götürmüş, aylıq 60 manat olmaqla faiz ödəyir. Ona görədə iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.3,9.1,9.3,14.2,76.1,88,217.3,357, 385.1.2-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,23,1096,1097-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 209,225.1-ci maddələrinin, Azərbaycan Respublikaı Konsti tusiyasının 125-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarına uyğun olaraq qətnamə qəbul etməmiş, iddia tələinin əsassız olmadığını nəzərə alınmamış, nəticədə şikayətin qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəməkollegiyasınıniclasında İddiaçı vəkili X18, nümayəndələri X16 və X17 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçı və cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onlarıniştirakı olmadan işə baxılmasını m ümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənl əşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı 29 dekabr 2015-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, ******************** restoranının qarşısındakı dayanacaqda sürücü Cavabdeh3 idarə etdiyi “Daewoo” markalı, *********** dövlət qeydiyyat nişanlı avtobusdan yıxılmaqla baş-beyin silkələnməsi ilə ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ alın nahiyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran, çənə nahiyəsinin, sağ çiyin və sağ mil-bilək oynağının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığa zərər vurmayan xəsarətlər almışdır. Faktla bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılmış, sürücü Cavabdeh3 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh3 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. 133 nömrəli avtobus marşrutu(və ya marşrut reysi) 2011-ci ildən “xxxx” MMC-yə məxsusdur və Cavabde h3 həmin cəmiyyətin işçisi olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 22 saylı Tibbi Sosial Ekspert Komissiyasının 28 sentyabr 2016-cı il tarixli arayışı ilə X14ma “keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensafalopatiya, epileptik qıcolma tutmaları ilə, astenodepressiv təzahürlər vegetativ disfunksiya, hipertoniya İİ s.t. sağ tərəfli xroniki orta otit” diaqnozu ilə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. “Avrasiya” klinikası tərəfindən verilmiş arayışların surətindən görünür ki, X11 tərəfindən müayinə olunmaq üçün klinikaya 20 yanvar 2016-cı il tarixdə 85,01 manat, 02 fevral 2016-cı il tarixdə 140 manat məbləğində pul vəsaiti ödənilmişdir. “xxxx” MMC-nin 05 ma rt 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, X11 12 may 2016-cı il tarixdə həmin hospitala müraciət etmiş və 116 manat məbləğində laboratoriya müayinəsindən keçmişdir. Göstərilən hallar iş mat19 dekabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 22 saylı Tibbi Sosial Ekspert komissiyasının 28 sentyabr 2016-cı il tarixli arayışı, “Avrasiya” klinikası tərəfindən verilmiş arayışlar, “xxxx” MMC-nin 05 mart 2018-ci il tarixli məktubu, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 fevral 2018-ci il tarixli məktubu, “xxxx” MMC tərəfindən verilmiş 71 №-li yol vərəqəsinin surəti və digər sənədlərlə sübuta yetirilir. Azərbayca n Respublikası Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçi sinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İş üzrə toplanmış sübutları araşdıraraq apellyaiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, A8 “Avrasiya” klinikasında müayinə üçün 85.01 manat və 140 manat, “xxxx” MMC-də müayinə üçün 116 manat xərc çəkmiş, bu faktlar həmin klinikalar tərəfindən verilmiş arayışlarla təsdiq olunmuş və apelyasiya şikayətində ona dəymiş 341,01 manat müalicə xərci mübahisələndirilmir. Məhkəmədə maddi ziyanın həcminin 341,01 manat olması faktı iş materialları ilə təsdiq olunsa da, vurulmuş maddi zərərin məbləğinin 3000 manat müəyyən edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbin rədd edilməsi barədə məhkəmənin gəldiyi nətic ə işin faktiki hallarına uyğun olmamış və real sübutlara əsaslanmamışdır. İddiaçının müxtəlif xəstəxanalarda müalicə və müayinə olunması, həmin dərmanların, immun sisteminin bərpası üçün əlavə qidaların alınması üçün vəsait xərclənməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamış, məhkəmə maddi ziyanın məbləğini hesablayarkən yanlışlığa yol verərək yalnız mülahizələrə əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçıya vurulmuş maddi ziyanın məbləğinin 30 00 manat təşkil etməsi barədə iddia tələbi təqdim olunmuş sənədlərlə təsdiqini tapmadığından qətnamə həmin hissədə ləğv olunmalı, iddiaçının sağlamlığına vurulmuş ziyanın məbləği məhkəməyə təqdim olunmuş sübutlara əsasən müəyyən olunmalıdır. Məhkəmə İddiaçınm mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını sübut edə bilmədiyini və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyini göstərsə də, iş materiallarından göründüyü kimi X4 29 dekabr 2015-ci il tarixdə 133 nömrəli marşrutdan yıxılaraq xəsarət alması nəticəsində aldığı qapalı kəllə-beyin travmasının təsirindən sonradan yaranmış digər xəstəlikləri ilə bağlı İİ qrup əlillik dərəcəsi almışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə qəbul edilmiş qətnamədə mənəvi zərərlə bağlı qanunveri ciliyin müddəalarını əks etdirsə də, lakin həmin müddəaları düzgün tətbiq etməyərək mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri və digər halları nəzərə almamışdır. Cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilən xüsusatlara istinadən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2017-ci il tarixli 390/keş saylı rəyində qeyd olunmuşdur: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il tarixli, 07 saylı əmrinə əsasən sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının 3-cü bölməsinin 28-ci bəndində qeyd edilmişdir ki, xəsarət yetirildikdən sonra əvvəlki xəstəliklərin kəskinləşməsi, eləcə də xəsarətlərin təsadüfən baş vermiş digər nəticələri, orqanizmin fərdi xüsusiyyətləri, tibbi yardım göstərilərkən yol verilmiş qüsurlar (defektlər) və.s nəticəsində əmələ gəlmiş ^allar özlüyündə sağlamlığa zərər vurmanın dərəcəsini dəyişməyə əsas vermir. Bu hallara əsasən kollegiya qeyd edir ki, X4 əlilliyinə səbəb olan xəstəlik dəyişiklikləri onun hadisə baş verən tarixdə, yəni 29.12.2015-ci il tarixdə avtobusdan yıxılması nəticəsində aldığı travma ilə birbaşa səbəbli əlaqədə olmasa da, mö vcud xəsarət orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sonradan ağırlaşmaya gətirib çıxarmışdır. Həmçinin iş materiallarından göründüyü kimi X11 05 yanvar 2012-ci il tarixdə X15nə xadimə vəzifəsinə təyin olunmuş və 10 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən vəzifədən azad olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bütün bu hallar baş vermiş hadisə ilə birbaşa əlaqəli olmasa da, onun axarı zəminində baş verən hadisələr zərərçəkənin mənəvi iztirab və sarsıntılar keçirməsinə gətirib çıxarmışdır ki, bu zərərin əvəzi ödənilməlidir. Cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti ilə bağlı kollegiya qeyd etmişdir ki, şikayətdə hadisənin törədilməsində əsas təqsirkar olan digər Cavabdeh3 ümumiyyətlə məhkəmə iclaslarına gəlməməsi, məhkəmənin vurulmuş maddi ziyanı cavabdehlərdən müştərək qaydada deyil, yalnız “xxxx” MMC-dən tutması göstərilsə də, iş materiallarına əsasən “133 nömrəli marşrut (və ya marşrut reysi) 2011-ci ildən xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğundan və “xxxx” MMC tərəfindən verilmiş 71 №-li yol vərəqəsinə əsasən Cavabdeh3 31 dekabr 2015-ci il tarixədək həmin cəmiyyətə məxsus avtobusların xəttə çıxma icazəsi verildiyindən “xxxx” MMC-nin hüquqi şəxs olaraq öz işçisinin əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməli olması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X11 iddiasının bir hissəsini ərinin çəkdiyi yol xərcləri, ərinin özünə məxsus 13500 manat dəyərində “Mercedes Vito” marka lı avtomobili onun müalicəsi ilə bağlı dəyərindən ucuz qiymətə satması, qızının və oğlunun xəstəxanada ona qulluq etdikləri üçün işlərini dayandırmaları, eləcə də müalicə dövründə “xxxx” KB ASC-yə olan kredit borcunu ödəyə bilmədiyindən barəsində borcun ödənilməsinə dair məhkəmə əmri çıxarılması, həmçinin maddi sıxıntıları ilə bağlı gəlinlərinə məxsus 31 qram qızılın “xxxx” ASC-yə girov qoyulması ilə əsaslandırsa da, həmin xərclərlə onun aldığı xəsarət arasında səbəbli əlaqə olmadığından, habelə həmin xərclərin çəkilməsində cavabdehlər təqsirli olmadığından, bu barədə apelyasiya şikayətinin dəlilləri əsaslı olmayaraq iş materialları ilə təsdiqini tapmamışdır. Cavabdeh X15nə qarşı iddia tələbinin rədd edilməsi ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, həmin cavabdehə qarşı hissədə id dianı rədd edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı A8 X15nin “Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə” təşkil etdiyi tədbirə bələdiyyə tərəfindən cəlb olunduğunu, həmin tədbirdən qayıdarkən xəsarət aldığını, yol nəqliyyat hadisəsindən sonra X15ndə xadimə vəzifəsindən çıxarılmasını iddia etsə də, qeyd olunan tədbirin X15 tərəfindən təşkil olunması, Almas Qurbanovanın tədbirə bələdiyyə tərəfindən məcburi qaydada cəlb olunması təsdiq olunmamış, İddiaçı işdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə çıxması müəyyən edilmişdir. İddia ərizəsində hüquqi xidmətə görə nümayəndəyə 500 manat məbləğdə pul ödənilməsi göstərilsə də, məhkəmə kollegiyasının iclasında iddiaçı nümayəndəyə təmsilçilik müqabilində 300 mana t pul ödəməsini etiraf etmişdir. İddiaçının nümayəndəsi Ç6 nümayəndəyə 300 manat məbləğində pul ödənilməsini təsdiq edən 23 noyabr 2016-cı il tarixli qəbzin surətini məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin qəbzin əslini birinci instansiya məhkəməsinə təqdim etmiş, lakin qəbz iş materiallarına əlavə olunmamışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, həmin qəbz iş materiallarına əlavə olunaraq sübut kimi qıbul olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin apellyasiya instans iyası məhkəməsi qeyd etmişdir ki, hüquqi xidmətə görə nümayəndəyə ödənilmiş məbləğ məhkəmə xərclərinə daxil olduğundan ödənilmiş 300 manat pul cavabdeh “xxxx” MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsini tələb etsə də, iddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad olunduğuna və faktiki olaraq dövlət rüsumu ödəmədiyinə görə tələb bu hissədə təmin oluna bilməz. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə görə şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsi və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar məhkəməyə iddia ərizələrinin verilməsinə görə dövlət rüsumundan azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görədə hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh “xxxx” MMC-dən tutulub dövlət gəlirlərinə alınmalı, apellyasiya şikayəti verilərkən “xxxx” MMC tərəfindən ödənilmiş 15 manat pul həmin MMC-yə aid edilməlidir. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, cavabdeh “xxxx” MMCnin apelyasiya şikayəti təmin edilməməli, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına, birinci instansiya məhkəməsinin qətnaməd ə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1283/2018 saylı iş üzrə 16 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı X4 apelyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3942/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3942/2019
10.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver