Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3943/2021 05.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin azaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2063/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyy ən etdi: İş halları: Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı 23 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı 12 fevral 2018-ci il tarixdən başlayaraq 14.04.2006-cı il tarixdə anadan olmuş X3 və 05.01.2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Göyçay rayon Şöbəsi tərəfindən verilmiş 27.09.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı İİ-ci dərəcəli əlil kimi 167.78 manat pensiya alır. Hazırda pensiyasından hər ay 138 manat məbləğində aliment tutulur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək Cavabdeh xeyrinə 14 aprel 2006-cı il tarixdə anadan olmuş X5 və 05 yanvar 2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay ümumilikdə ondan tutulan 240 manat alimentin azaldılaraq hər ay hər uşağa görə 100 manat cəmi 200 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı 23 may 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə uşaqların saxlanması üçün hər ay ümumilikdə 240 manat aliment tutulur. İddiaçı İİci dərəcəli əlil olduğundan, əmək qabiliyyəti olmayan şəxsdir, ağır diabet xəstəliyi ilə əlaqədar işləyə bilmədiyindən 240 manat alimenti ödəyə bilmir. İddiaçı hər ay 167 manat pensiya alır. Bundan başqa heç bir gəliri yoxdur. Q eyd edilən alimenti yaxın qohumlarının köməkliyi ilə ödəyir. İddiaçı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat cəmi 200 manat aliment ödəməyə imkanı çatır. Buna görə də məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov, iş № 2(046)-525/2020) iddia təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı 23 may 2018-ci il tarixli qətnaməsinə əsasən 14 aprel 2006-cı il tarixdə anadan olmuş X3 və 05 yanvar 2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə İddiaçı tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən dəyişdirilərək hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğin də müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı İİ-ci dərəcəli əlil kimi 167.78 manat pensiya alır. İddiaçı digər gəlirləri barədə heç bir sübut müəyyən edilmir. Belə olan halda məhkəmə 14 aprel 2006-cı il tarixdə anadan olmuş X5 və 05 yanvar 2008-ci il tarixdə anadan olmuş X2 üçün İddiaçı tutulan cəmi 240 manat alimentin miqdarı azaldılaraq hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), İ.Şükürov və V.Məlikov, iş № 2(107)-2063/2020) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Göyç ay Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(046)-525/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı 23 may 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə 14 aprel 2006-cı il tarixdə anadan olmuş X5 və 05 yanvar 2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay ümumilikdə ondan tutulan 240 manat alimentin azaldılaraq hər ay hər uşağa görə 100 manat cəmi 200 manat məbləğində alimentin tutulması barədə iddiası rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı 23 may 2018-ci il tarixli qətnaməsi qəbul edilən vaxt iddiaçı eyni gəlir mənbələrinə sahib olmuşdur. Eyni həyat şəraitləri mövcud olmuş, iddiaçı İİ dərəcəli əlil kimi pensiya almış, bundan sonra da gəlirlərində hər hansı dəyişiklik mövcud olmamışdır. Məhkəmə alimentin miqdarının azaldılması ilə baglı nəticəyə gəlməsi üçün iş materiallarında alimentin azaldılması üçün hər hansı bir əsas olmamış, bununla baglı İddiaçı və onun nümayəndəsi Nümayəndə tərəfindən hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Apellyasiya instansiyası məhkəməsi uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanla rı daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla tələbatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 170 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, apellyasiya şikayəti təmin edilməsi və iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansi yası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)2063/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işi apelyasiya instansiyası məhkəməsinə təkrar baxışa qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilir ki, əmək qabiliyyəti yoxdur, dövlət tərəfindən təyin olunmuş pensiya məbləğinə məhkumdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinı qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesa b etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi iddiaçının dəlillərinə münasibətdə tam yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olun muş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əs asən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmi r. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, «… Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı 23 may 2018-ci il tarixli qətnaməsi qəbul edilən vaxt iddiaçı eyni gəlir mənbələrinə sahib olmuşdur. Eyni həyat şəraitləri mövcud olmuş, iddiaçı İİ dərəcəli əlil kimi pensiya almış, bundan sonra da gəlirlərində hər hansı dəyişiklik mövcud olmamışdır. Məhkəmə alimentin miqdarın azaldılıması ilə baglı nəticəyə gəlməsi üçün iş materiallarında alimentin azaldılması üçün hər hansı bir əsas olmamış, bununla baglı İddiaçı və onun nümayəndəsi Nümayəndə tərəfindən hər hansı bir sübut təqdim etməmişdir.» Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2063/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mi
Məhkəmə qərarları › İş №2(102)-3943/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3943/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver