Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3945/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli 2(103)397/2018 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev, iş № 2(008)-617/2017) İddiaçı13 və qeyrilərinin (cəmi 17 nəfər) cavabdehlər X3 və qeyrilərinə qarşı (cəmi 11 nəfər) bağ torpaq sahələrində inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi, onlar tərəfindən daş hasarın sökülməsi nəticəsində dəymiş 16.240 manat məbləğində ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə eyni zamanda X3 və qeyrilərinin İddiaçı13 və qeyrilərinə qarşı maddi və mənəvi ziyana görə 100.000 manat ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) iddiaçılar İddiaçı13 və qeyrilərinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmayan hissəsində dəyi şdirilmədən saxlanılmışdır. İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işçiləri tərəfindən yaradılmış “Bağban” bağçılıq yoldaşlığın Nizamnaməsi Bakı şəhəri Ləhiş rayon XDS İK tərəfindən təsdiq olunmuş və yoldaşlığın üzvlərinin 10 sentyabr 1996-cı il tarixdə keçirilmiş ümumi yığıncağında yoldaşlığın üzvlərinin siyahısı təsdiq edilərək 17 nəfərdən ibarət olan iddiaçıların adlarının hamısı həmin siyahıya daxil edilmişdir. (1-ci cild, səh.106) Bakı şəhər XDS İK-nin 09 noyabr 1989-ci il tarixli 11/387 №-li qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal –qərb hissəsində yerləşən Ləhiş bağlar massivində Daxili İşlər Nazirliyi X4 İdarəsinin yanında yerləşən ərazidə “Bağban” bağçılıq yoldaşlığının üzvlərinə 2,37 ha torpaq sahəsi ayrılmışdır. 16 yanvar 2007-ci il tarixd ə X1 Birliyi ilə iddiaçılar arasında (17 nəfər) bağ sahələrinin istifadəyə verilməsi barədə müqavilələr bağlanmış və iddiaçıların hər birinin istifadəsinə 0,10 ha ölçüdə torpaq sahəsi verilmiş və həmin müqavilələrdə bağ sahələrinin nömrələri göstərilmişdir. 2016-cı ilin oktyabr ayında bağçılıq yoldaşlığın üzvləri iddia ərizəsi və əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onlara məxsus bağ sahələrində inşa etdikləri hasarın sökülməklə orada müxtəlif tikinti işlərini aparmalarını və s. əsas göstərməklə cavabdehlər tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülməsi, həmin torpaq sahələrinə dair Kürdəxanı Bələdiyyəsi ilə cavabdehlər arasında bağlanmış icarə müqavilələrinin etibarsız hesab edilməsi, onlar tərəfindən inşa edilmiş hasarın sökülməsi və yenidən bər pası ilə əlaqədar onlara dəymiş 30.240 manat məbləğində maddi ziyanın və mənəvi ziyana görə 90.000 manatın, İddiaçı13 xeyrinə 100.000 digər iddiaçılardan hər birinin xeyrinə 50.000 manat məbləğində təzminatın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iddia tələbi üzrə cavabdehlər (5 nəfər) ilkin iddia tələbi üzrə iddiaçılara qarşı (17 nəfər) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinin Kürdəxanı Bələdiyyəsinin 08 yanvar 2013-cü il tarixli qərarı ilə onlara verilməsini və bu barədə bələdiyyənin qeydiyyat kitabında 11 dekabr 2014-cü il tarixdə qeydiyyatın aparılmasını, onlar tərəfindən inşa olunmuş hasarın sökülməklə və təhqir olunmaqla onlara maddi və mənəvi zərər dəyməsini əsas göstərərək cavabdehlərdən müştərək qaydada maddi və mənəvi zərər görə onların xeyrinə 100.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia tələbi üzrə iddiaçılar (cəmi 16 nəfər) kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Elbrus Həsənov Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq m əhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçı və cavabdehlər, həmçinin üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbini rədd edərkən bağ sahələrinin iddiaçılara verilməsi ilə əlaqədar təsdiq edilmiş ayrıc aktının təqdim olunmamasını, Reyestr Xidməti İdarəsinin elektron məlumat bazasında “Bağban” bağçılıq yoldaşlığı haqqında heç bir məlumatın olmamasına görə bağ sahələrinin cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsinin mümkün olmamasını və belə vəziyyətdə iddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamalarını, bağ sahələrində iddiaçılar tərəfindən təxminən 15 il ərzində heç bir abadlıq və becərmə işlərinin aparılmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsinin həmin nəticəsi səthi yoxlanılmış sübutlara əsaslandığından qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, Bakı şəhər XDS İK-nın 09 noyabr 1989-cu il tarixli 11/387 №-li qərarı ilə Ləhiş bağlar massivində “Bağban” bağçılıq-yoldaşlığın üzvlərinə 2,37 ha torpaq sahəsi ayrılmışdır və apellyasiya instansiyası məhkəməsi bunu işin mübahisəsiz halı kimi qəbul etmişdir. Lakin bununla belə apellyasiya instansiyası məhkəməsi “Bağban” bağçılıqyoldaşlığı haqqında elektron məlumat bazasında heç bir məlumatın olmamasına görə iddia olunan bağ sahələri ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrinin üstüstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmamasına əsaslanaraq hesab etmişdir ki, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subye ktiv hüquqa malik olmamışlar. Həmin nəticə ziddiyyətli olmaqla tərəflər arasında yaranmış mübahisənin obyektiv və ədalətli həllini təmin etmədiyindən kollegiya həmin nəticə ilə razılaşmır. İş materiallarından görünür ki, “Bağban” bağçılıq yoldaşlığına müvafiq səlahiyyətli orqan (Bakı şəhər XDS İK) tərəfindən 2,37 hektar ölçüdə torpaq sahəsi ayrılmış və bu barədə qəbul edilmiş qərarda həmin sahənin Nardaran qəsəbəsinin Şimal-Qərb hissəsində olan Ləhiş bağlar massivinin ərazisində, DİN-in X4 İdarəsinin yanında yerləşməsi göstərilməklə qərarda həmin yer dəqiqləşdirilmiş və bu, iddiaçılarla X1 və İstismarı birliyi arasında 16 yanvar 2007-ci il tarixli Ləhiş bağlar massivində yerləşən bağ sahələrinə dair müqavilələrin bağlanması üçün əsas olmuşdur. Bağların istifadəyə verilməsinə dair bütün müq avilələr 10 il müddətinə - 16 yanvar 2017-ci il tarixə kimi bağlanmışdır. İş üzrə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri isə onlara Kürdəxanı Bələdiyyəsi tərəfindən 2013-cü ildən başlayaraq icarəyə verilmişdir. Qətnamədə Dövlət Reyestri Xidmətinin elektron məlumat bazasında “Bağban” bağçılıq-yoldaşlığı haqqında heç bir məlumatın olmamasına istinad edərkən məhkəmə kollegiyası işin 1-ci cildinin 324-342-ci səhifələrində olan bağçılıq-yoldaşlığın Nizamnaməsinə və həmin Nizamnamənin Bakı şəhəri Lenin rayon XDS İK-nin 20 aprel 1996-cı tarixli qərarı ilə təsdiq olunmasına əhəmiyyət verməmişdir. Həmin sənədlər təsdiq edir ki, “Bağban” bağçılıq-yoldaşlığı həqiqətən də yaradılmış, Nizamnaməsi qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş və ona 1989-cu ildə 2,37 hektar torpaq sah əsi ayrılmışdır. Göstərilən vəziyyətdə Dövlət Reyestri Xidmətinin elektron məlumat bazasında yoldaşlığın haqqında heç bir məlumatın olmaması yoldaşlığın mövcud olmaması nəticəsinə gəlmək üçün əsas vermir. Eləcə də elektron məlumat bazasında bağ sahələri ilə bağın təsdiq edilmiş ayrıc aktının olmaması da iddianın tam əsassız olması barədə nəticəyə gəlmək üçün əsas verməmişdir. Bağ sahələrinin ayrılması üçün əsas verən təsdiqedici sənədlərin, o cümlədən ayrıc aktlarının salamatlılığına və onların saxlanılmasına görə iddiaçılar məsuliyyət daşımırlar. İddiaçılar hazırkı tələblə məhkəməyə müraciət edərkən onlara verilmiş icarə müqavilələrini və eləcə də yoldaşlığın 19 avqust 1995-ci il tarixli ümumi iclasının qərarı ilə təsdiq olunmuş bağ sahələrinin yerləşmə sxemlərini təqdim etmişlər. Göründü yü kimi iddiaçıların üzvləri olduğu “Bağban” bağçılıq-yoldaşlığına həqiqətən də torpaq sahəsi ayrılmış və onlarla bağ sahələrinə dair ayrı-ayrı icarə müqavilələri bağlanmışdır. Göstərilən vəziyyətdə bağ sahələrinə dair təsdiq olunmuş ayrıc aktlarının məhkəməyə təqdim olunmaması iddiaçılara hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq verməməsi nəticəsinə gəlmək üçün əsas verməmişdir. İddiaçılar hesab edirlər ki, onlara icarəyə verilmiş bağ sahələri məhz cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələridir və cavabdehlər tərəfindən onların həmin sahələrə dair hüquqları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmə k məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçılar onlara verilmiş bağ sahələrindən istifadə ilə bağlı hüquq və azadlıqlarının pozulmasını iddia edərkən məhkəmə müdafiəsi hüququndan istifadə etmişlər. İş materiallarından görünür ki, Dövlət Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusu əsasında iddiaçılara verilmiş bağ sahələri ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrinin üst-üstə düşməsi məsələsinin araşdırılmasına cəhd göstərilmiş, lakin bağ sahəsinə baxış keçirilməsinə şərait yaradılmamışdır. (1-ci cild, səh.254) Dövlət Reyestri Xidməti məhkəməyə ünvanlandığı sonrakı məkubunda isə təsdiq edilmiş ayrıc aktının təqdim olunmaması əsas göstərilərək tərəflərin iddia etdikləri bağ və torpaq sahələrinin üst-üst ə düşməsinin yoxlanılmasının mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Kollegiya hesab edir ki, məhkəmə kollegiyası iş üzrə həqiqətə nail olmaq üçün tərəflərə lazımi şərait yaratmamış, iddiaçıların dəlillərinin yoxlanılması və iş üzrə mütəxəssis rəyinin əldə edilməklə mübahisəyə aydınlıq gətirilməsi üçün qanunda müəyyən olunmuş bütün imkanlardan istifadə etməmişdir. Hər iki tərəfin izahatlarından görünür k i, onlar eyni sahəyə iddia edirlər. Belə olduqda isə torpaq sahəsinə kimin qanuni əsaslarla hüquq əldə etməsi baxımından mübahisə həll olunmalıdır. Kollegiya iddia tələbinin rədd olunmasını işin yuxarıda göstərilən hallarını nəzərə almadan qanuni saymaqla faktiki olaraq mübahisəni həll etməmiş, mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını və pozulmuş hüquqların real bərpasını təmin etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4№-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qor unan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etmələri üçün əsas olmuş bağ icarə müqavilələri indiyə kimi qüvvədədir. Həmin müqavilələrin qüvvədə olduğu vəziyyətdə ayrıc aktının təqdim olunmaması və torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsinin mümkün olmaması əsası ilə iddianın rədd olunması əsaslı sayıla bilməz. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasd ır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3945/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3945/2019
12.06.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver