Məhkəmə qərarları › İş №2(102)-3945/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3945/2020

18.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3945/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)2905/2019 saylı qətnaməsi ilə (hakim M.Bağırova) iddiaçı Məmmədov Mirağa Mirəli oğlunun cavabdeh AR Fövqəladə Hallar Nazirliyinin X1-xilasetmə Xidmətinə qarşı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi), T.Səmədov və İ.Şirinov, 2(103)-1673/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2905/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Fövqəladə Hallar Nazirliyinin X1-xilasetmə Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xidmətin Dib Dərinləşdirmə İşləri İdarəsində xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək işlədiyi müddət ərzində məcburi iş buraxma müddət üçün ödənilməmiş əmək haqqının və son haqq-hesabın hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi şdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair qərar qəbul etməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiy ası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İşdə olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı və digər şəxslər iş yerindən oğurluq etmələrinə dair şübhələr olduğuna görə xx.xx.2018-ci il tarixdən material üzrə araşdırma başa çatana qədər müvafiq əmrlə müvəqqəti olaraq işdən kənarlaşdırılmışlar. Neftçala Rayon Məhkəməsinin 1(053)-14/2019 saylı, xx xxx 2019-cu il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs iddiaçı CM-in 177.2.1, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və ondan 1454,75 manat tutularaq X1-xilasetmə Xidmətinin Dib Dərinl əşdirmə İşləri İdarəsinin hesabına keçirilməsi qərara alınmışdır. Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndi və «c» yarımbəndinə əsasən iş vaxtı ərzində iddiaçı bilavisitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdiyinə görə cavabdehin xx xxx 2019-cu il tarixli əmri ilə işdən kənarlaşdırılmışdır. Bundan əlavə, Əmək Məcəllənin 62-ci maddəsinin 3-cü bəndinin imperativ tələbinə əsasən işdən kənar edilən vaxt ərzində iddiaçıya əmək haqqı verilməməlidir. Buna baxmayaraq, iddiaçı həmin dövrü məcburi iş buraxma müddəti kimi qiymətləndirərək əmək haqqının ona ödənilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilmə si və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar