Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3949/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3198/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şik ayəti üzrə işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ağstafa Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 1(015)-5/2020 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Hökmə əsasən Cavabdeh 02.09.2018-ci il tarixdə saat 20:00 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə və ayıq vəziyyətdə mülkiyyətində olan “Mercedes Benz” markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Ağstafa – Sadıqlı avtomobil yolunun Ağstafa rayon K öçvəlili kəndindən keçən hissəsində Ağstafa şəhəri istiqamətində yolun sağ hərəkət hissəsi ilə idarə edən zaman “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək hərəkəti davam etdirərkən həmin zaman onunla eyni istiqamətdə hərəkətdə olan heyvan sürüsünü və heyvanlara nəzarət edən piyada Ağstafa rayon Köçvəlili kənd sakini İddiaçı vurmuş, nəticədə 34 baş xırdabuynuzlu heyvan ölmüş, İddiaçı baş beynin silkələnməsi halında qapalı kəllə-beyin travması, sağ çiyin qurşağının əziyi, sağ saidin çapılmış yar ası, sağ yuxarı ətrafın plegiyası, sağ bazu kələfinin pleksopatiyası, postkomossion sindrom, sağ aşağı ətrafın parezi, üzün çoxsaylı cırılmış-didilmiş yaraları, sağ gözün küt travması, konyuktivit kimi xəsarətləri ilə müşayiət olunmaqla ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50%) dayanıqlı itirilməsinə səbəb olan və zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərərvurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Ağstafa Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 1(015)-5/2020 saylı hökmündə olan MTE və PA ETT Birliyinin Ağstafa şöbəsindən təqdim edilmiş 08.11.2018ci il tarixli 492 saylı ekspert rəyinə əsasən İddiaçı bədənində müəyyən edilmiş xəsarətlər QKBT-sı, baş beynin sarsılması, üzün çox saylı cırılmış-didilmiş yaraları, sağ çiyin qurşağının əzniyi, sağ saidin cırılmış yarası, OD küt travma, konyuktivit, sağ yuxarı ətrafın plegiyası, sağ aşağı ətrafın parezi küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 02.09.2018-ci il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Ağstafa Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 1(015)-5/2020 saylı hökmündə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyindən təqdim edilmiş 11.03.2019-cu il tarixli T130/2019 saylı ekspert rəyinə əsasən İddiaçı 13.03.2019-cu il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı sağ bazunun aşağı 1/3-dən saidin yuxarı və orta 1/3 -nə keçən, sağ sağrıda, alt çənədə sağda, boyunun sağ yan səthində, sağ qaşda, sağ alın qabarı proyeksiyasında, sağ gözün üst qapağında, burun belində, sağ qulaq seyvanında, sağ gözün bayır ucunda çoxsaylı çapıqlar sağalışmış yaraların izləri, sağ yuxarı ətrafda travma nəticəsində onun funksiyasının tam iyməsi aşkar edildi. İddiaçı tibbi sənədlərinə əsasən onda baş beynin silkələnməsi halında qapalı kəllə-beyin travması, sağ çiyin qurşağının əzniyi, sağ saidin çapılmış yarası, sağ yuxarı ətrafın plegiyası, sağ bazu kələfinin pleksopatiyası, postkomossion sindrom, sağ aşağı ətrafın parezi, üzün çoxsaylı cırılmış-didilmiş yaraları, sağ gözün küt travması, konyuktivit kimi xəsarətlər olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilə n müddətdə və şəraitdə, yəni 02.09.2018-ci il tarixdə hərəkətdə olan avtomobilin toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə hal-hazırda ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50 faiz) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir. Ağstafa Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 1(015)-5/2020 saylı hökmündə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyindən təqdim edilmiş 201/MEŞ saylı ekspert rəyinə əsasən İddiaçı üzün çoxsaylı cırılmış-didilmiş yaraları, sağ gözün küt travması, konyuktivit baş beynin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ çiyin qurşağının əzniyi, sağ saidin çapılmış yarası, sağ yuxarı ətrafın plegiyası, sağ bazu kələfinin pleksopatiy ası və postkomossion sindrom ilə əlaqədar yuxarı ətrafın (ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50 faiz) dayanıqlı itirilməsi) funksiya pozğunluğu (hərəkətsizliyi); sağ sağrı nahiyəsinin cırılmış yarası, sağ aşağı ətrafın parezi kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 02.09.2018-ci il tarixdə hərəkətdə olan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə hal-hazırda ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50 faiz) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir. İddiaçı almış olduğu xəsarətlər dərəcəsinə görə, həyat üçün təhlükəli olmayan, lakin nəticəsinə görə, yəni sağ yuxarı ətrafın funksiya pozğunluğu (hərəkətsizliy i) əlamətinə görə, ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir. Ağstafa Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 1(015)-5/2020 saylı hökmündə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.12.2018-cı il tarixli 31934 nömrəli rəyinə əsasən təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz C200” markalı **-BX-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısının almağa texniki imkanı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı oğluna qarşı iddia tələbi ilə məhkəməyə müarciət edərək cavabdehdən maddi və mənəvi zərərə görə 52476,80 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri aldığına görə xeyli problemlər yaranmış, 2-ci qrup əlil olmuş, şəkər xəstəliyinə tutulmuş, hal-hazıradək sağlamlığı ağır olaraq qalmış və iş yerini itirmişdir. Cavabdeh ilk vaxtlar müalicə xərclərini ödəyəcəyinə söz verərək müalicəsinin 3-4 faizini ödəsə də, qalan xərcləri ödəməmiş, məhv etdiyi heyvanlardan isə 4 başını hər biri 200 manat olmaqla cəmi 800 manatını qaytarmamışdır. O, kənd sakini olduğuna görə özünün və ailə üzvlər ini əsasən kənd təsərrüfatı və maldarlıqla məşğul olub dolandırır. Lakin aldığı xəsarətlərə görə həmin işlərlə məşğul ola bilmir. İndiyə kimi onun müalicə, iynə-dərman, həkim, Respublika daixilində və xaricdə nəqliyyat və sair xərclərini hesablamış, həmin xərclər Respublika daxilində 9326,80 manat və xaricdə 6750 manat olmaqla, son iki ayda 350 manat olmaqla, cəmi 16326 manat təşkil edir. Həkimlər onun təkcə sifətinin əvvəlki vəziyyətinin bərpası və müalicəsi üçün ondan 6000 manat, qolunun əməliyyatı və müalicəsi üçün 5000 manat pul tələb edirlər. Gələcək bərpa, əməliyyat və müalicəsi üçün xərclər 11000 manat təşkil edir. Digər tərəfdən uzun müddətdir ki, xarici görkəmi və sağlamlığı ilə əlaqədar mənəvi iztirablar və əzablar çəkir. Ona dəymiş mənəvi zərəri isə 15000 manat məbləğində dəyərl əndirir. Bundan başqa, sağlamlığı ilə əlaqədar əvvəlki iş yeri, yəni hazırda əmək haqqı 500 manat olan iş yeri Azərbaycan Dəmir yolu QSC YDD Qərb istiqaməti şöbəsinin Böyük-Kəsik stansiyasında “Vaqonların nömrəsinin yazılması üzrə operator” vəzifəsi, müvəqqəti işi Böyük-Kəsikdəki “Şuşa yaşıllıq zolağı təsərrüfatı”nda əmək haqqı 250 manat olan işə bağban vəzifəsinə keçmiş və hər ay 250 manat gəliri əldən çıxmışdır. Beləliklə ona dəymiş ziyan indiyə kimi çəkdiyi xərc olaraq 16326,80 manat, bundan sonra çəkilməli olan xərc olaraq 11000 manat, əldən çıxmış gəlir isə iş yerinin dəyişməsinə görə 1250 manat + heyvandarlıq əkinçilik və sair görə 8000 manat = 9250 manat, mənəvi zərər olaraq 15000 manat, dəyəri ödənilməmiş 4 baş qoyuna görə 800 manat olmaqla, cəmi 52476,80 manat təşkil edir. Ağsta fa Rayon Məhkəməsinin (sədrlik edən hakim Zamiq Rəsulov) 2(015)-450/2020 nömrəli iş üzrə 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, maddi zərərin əvəzi olaraq 2500 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat, cəmi 3000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissəsi təmin olunmaması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin yol-nəqliyyat hadisəsi törətməsi, iddiaçını vuraraq ehtiyatsızlıqdan ona sağ sirkə kasası və büzdüm sümüklərinin yerini dəyişməyən sınıqları, sağ bud çanaq oynağının əzilməsi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməsi müəyyən edilmişdir. Ona görə də, cavabdehdən 2500 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin rədd edilən hissəsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, baş vermiş hadisə ilə cavabdeh tərəfindən əvvəllər də xərc çəkilməsi müəyyən edilmişdir. Həmçinin iddiaçı tələb etdiyi məbləğlərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddia tələbinin mənəvi zərərin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, baş vermiş hadisə nəticəsində iddiaçı müxtəlif dərəcəli bədən xəsarətləri almış və bunun nəticəsində mənəvi sarsıntı keçirmişdir. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb oimuş hərəkətin təhlükəiilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakterini, cavabdehin təqsirini, yəni ehtiyatsızlıqdan zərər vurmasını, cavabdehin əmlak vəziyyətini və iddiaçının fərdi xüsusiyyətlərini nə zərə alaraq hesab etmişdir ki, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 500 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi tam və hərtərəfli araşdırmamış, iddiaçının uzun müddət Gürcüstan Respublikasında müalicə olunmasını təsdiq edən sənədlərə əhəmiyyət verməmiş nəticədə maddi və prosessual hüquq normaları pozaraq qətnamə qəbul etmişdir. Yol nəqliyyat hadisəsi 2018-ci ildə törədildikdən sonra o, kifayət qədər müalicə almışdır. Lakin cavabdeh ona cəmi 2000 manat məbləğində pul ödəmişdir. Halbuki, ona dəyən zərər olduqca yüksə kdir. Bundan başqa ona mənəvi zərər də dəymişdir. Çünki, o, həmin hadisədən sonra mənəvi sarsıntı keçirmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası “xxxx” MMCnin 30.10.2020-ci il tarixli 690 nömrəli arayışında qeyd edilmişdir ki, 1981-ci il təvəllüdlü İddiaçı həqiqətən də “xxxx” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı klinikasında 30.09.2020-ci ildən 30.10.2020-ci il tarixədək “Fizioterapiya” prosedurlarından keçmişdir. İddiaçı 30.09.2020-ci il tarixdən 30.10.2020-ci il tarixədək cəmi 984,97 manat məbləğində pul ödəmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fikrət Mehtiyev - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Rəşad Mamedov) 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apell yasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində qismən, yəni maddi zərərə görə iddia olunan 984,97 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsinin təmin edilməməsi hissəsində ləğv olunmuş və həmin hissədə iddia tələbi təmin olunaraq, maddi zərərə görə əlavə 984,97 manat pul, cəmi isə 3484,97 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddiasında ona dəyən zərərin ümumlikdə 52476,80 manat olmasını göstərmişdir. İddiaçı ona dəymiş ziyanın olduqca yüksək olduğunu bildirsə də, apellyasiya instansiya məhkəməsinə yalnız müalicəsi üçün cəmi 984,97 manat pulun “xxxx ” MMC-yə ödədiyi barədə ödəniş cədvəlini və arayışı təqdim etmişdir. İddiaçı onun müalicəsi üçün çəkdiyi xərclərlə bağlı ödəniş qəbzlərini və ya digər sənədi nə birinci nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi maddi ziyanı məhkəməyə verilən edilən sənəd əsasında müəyyən olunmuş hissədə təmin etmişdir. Mənəvi zərərlə bağlı isə məhkəmə birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğlə razılaşaraq qeyd etmişdir ki, məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakterini, cavabdehin təqsirini, yəni ehtiyatsızlıqdan zərər vurmasını, cavabdehin əmlak vəziyyətini və iddiaçının fərdi xüsusiyyətlərini düzgün qiymətləndirə rək nəzərə almışdır. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya ş ikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, şikayətin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatları dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni iddia tələbinin rədd edilən hissələrində mübahisələndirdiyindən məhkəmə mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüq uqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhl ükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilərək mənəvi zərərin məbləği 5000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiya sı ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi maddi ziyanın tutulması hissədə düzgün nəticəyə gəlmiş, qeyd edilən hissədə maddi və ya prosessual hüquq normalarınıən pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir. Belə ki, ididaçı ona dəymiş maddi ziyanın apellyasiya instansiyası məhkəməsinin qət etdiyi məbləğdən çox olmasını iddia etmiş, lakin tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, bu barədə sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutlara əsasən iş üzrə maddi ziyanın tutulması hissədə düzgün nəticəyə gəlmişdir. Bu hissədə iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin cavabdehdən mənəvi zərərin tutulması hiss əsində maddi hüquq normalarını düzgün tədbiq etsə də, cavabdehdən 500 manat mənəvi zərər tutulması hissədə işin hallarına düzgün qiymət verməmiş, tədbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüq uqu, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunve riciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin a çıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya h ərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənə ti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya sağ sirkə kasası və büzdüm sümüklərinin yerini dəyişməyən sınıqları, sağ bud çanaq oynağının əzilməsi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməsi müəyyən edilmiş, bu xəsarətlər iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir. Belə ki, baş vermiş hadisə nətiəsində iddiaçının məruz qaldığı xəsarətlər nəticəsində onun həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi izdirabların ağırlığını, zərərin baş verməsinə səbəb olmuş yolnəqliyyat hadisəsinin ağırlığını kifayət qədər nəzərə almamışdır ki, bu da zərərin miqdarının az müəyyən edilməsinə gətirib çıxarmışdır. Məhkəmə kollegiyası mənəvi zərərin həddinin 2000 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Mənəvi zərərə görə iddiaçının tələb etdiyi məbləğlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 15000 manatın iddiaçının xeyrinə tutulması, onun pozumuş hüquqlarının ədalət li şəkildə bərpasından çox onun zənginləşməsinə xidmət etmiş olacaqdır ki, bu da mənəvi zərərlə bağlı institutun məqsədlərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 417.1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3198/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulması hissədə dəyişdirilsin. Cavabdeh 2000 (iki min) manat mənəvi ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni iddia tələbinin rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3949/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3949/2021
12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver