Məhkəmə qərarları › İş №2(102)-3953/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3953/2020

19.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3953/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)13996/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev, iş № 2(007)-468/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın bölünməsi, pa yın müəyyən edilməsi, hərracdan satılaraq vəsaitin bölünməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən - N saylı evin 64 saylı mənzilinin Cavabdeh1 və Cavabdeh2 arasında bərabər paylarda bölünməsi, həmin əmlakın Cavabdeh2 məxsus ½ hissəsinin hərracdan satılaraq əldə olunmuş vəsaitin 65.000 manat məbləğində hissəsinin iddiaçıya ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddianın qismən təmin edilib mənzilin Cavabdeh2 ilə Cavabdeh1 arasında bölünməsi, mənzilin Cavabdeh2 məxsus ½ hissəsinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsi üzrə tələbkar İddiaçı xeyrinə tutulmalı olan məbləğin ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və həmin sazişə əsasən Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixə kimi İddiaçı 65.000 manat məbləğində borcunu tam ödəmək barədə üzərinə öhdəlik götürmüşdür və s. Həmin qərardada əsasən verilmiş xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinə başlanılmışdır. 2018-ci ilin noyabr ayında İddiaçı iddia və dəqiqləşdirilm iş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 başqa əmlakının olmamaqla ödənişin onun 134,03 manat məbləğində olan pensiyasına yönəldilməsini, N saylı mənzilinin Cavabdeh2 Cavabdeh1lə birgə nikahda olduğu dövrdə əldə edilməsini və 2015-ci ildə onların nikahının pozulmasını əsas göstərməklə həmin mənzilin onlar arasında bölünməsi və dövlət reyestrindən qeydiyyata alınması, Cavabdeh2 payına düşən ½ hissəsinin açıq hərracdan satılmaqla əldə olunan pul vəsaitinin hesabına onun xeyrinə tutulmalı olan pul məbləğinin ödənilməsi, mənəvi ziyana görə Cavabdeh1 və Cavabdeh2 hər birindən onun xeyrinə 3000 manat tutulmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kasasiya şikayəti verərək mənzilin Cavabdeh1 mülkiyyətində olmaqla orada heç bir payının olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında Cavabdeh2 vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsi nə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh2 65.000 manat tutulmalı olsa da onun adına hər hansı bir əmlak olmadığına görə icra sənədinin icrasını birdəfəlik təmin etmək mümkün olmamışdır. Mübahisəli mənzil cavabdehin keçmiş əri Cavabdeh1 adına olsa da həmin mənzil onların birgə nikahda olduqları dövrdə əldə olunmaqla onların ümumi birgə mülkiyyəti olduğundan İddiaçı tutmanın Cavabdeh2 ümumi əmlakdakı payına yönəldilməsi barədə tələb irəli sürmüşdür. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əmlaklar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sairə əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. “İcra haqqında” A zərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. İşin müəyyən olunmuş halları və tətbiq olunan maddi hüquq normaları icra vərəqəsi üzrə tutmanın cavabdehin ümumi əmlakdakı payına yönəldilməsi üçün əsas verdiyindən, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq no rmalarının tələblərinə uyğun qəbul edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar