Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3953/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə, ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax şəhər Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ipotekaya xitam vermə, ipoteka yüklülüyündən azad etmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil1 iştir akı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-337/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Mingəçevir şəhəri Y.Mansurov küçəsi 11 saylı evin 7 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin (hal-hazırda ləğv prosesindədir, bundan sonra – Bank) Mingəçevir filialı ilə xxxxxxarasında bağlanmış 23.07.2009-cu il tarixli, MFŞ/205K №-li kredit müqaviləsinə əsasən Bank borcluya 34000 ABŞ dolları məbləğində kredit verilmişdir. 23.07.2009-cu il tarixli ipo teka müqaviləsinə əsasən mübahisəli mənzil həmin müqavilənin təminatı kimi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-10/2012 nömrəli iş üzrə 31 yanvar 2012-ci il tarixli qətnaməsi ilə XXXoğlundan 22062 manat əsas, 9133 manat faiz borcu olmaqla, cəmi 31195 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub Banka verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş başqa bir mənzillə yanaşı mübahisəli mənzilin açıq hərracda satışa çıxarılması, satışdan əldə olunmuş vəsaitdən 31195 manat kredit borcunun və dövlət rüsumunun tutularaq Banka verilməsi, mənzillərin açıq hərracdan satışından kredit borcunun ödənilməsindən sonra qalan hissəsinin mənzillərin ayrılıqda dəyərləri nəzərə alınmaqla mülkiyyətçilərinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, icra icraatı başlanmış, icra sənədi mübahisəli mənzilin satılması üçün hərrac mərkəzinə göndərilmişdir. Əmlak hərracda satılmadığından icra sənədi 07.01.2013-cü il tarixli qərarla “İcra haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən icra olunmadan geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzil üzrə onunla Bankın Mingəçevir şəhər filialı arasında Mingəçevir şəhər 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 23 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, həmin ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi, ipoteka üzərində dövlət qeydiyyatının ləğv inin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinə (bundan sonra – Reyestr xidməti) həvalə edilməsi və ipotekaya qoyulmuş sənədlərin ona qaytarılmasının Cavabdeh2nə (bundan sonra – İcra şöbəsi) həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının uzaqdan tanıdığı və sahibkarlıq fəaliyyəti ilə məşğul XXXoğlu iddiaçını və başqa bir şəxsi aldadaraq onların mülkiyyətində olan mənzilləri Bankdan kredit götürərək ipoteka ilə yüklü etmişdir. XXXoğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə Bank məhkəməyə müraciət etmiş, borcun ödənilməsinin ipoteka predmetlərinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamə icraya yönəldilsə də icra edilməmişdir. Hazırda iddiaçının təl əbi ilə eyni məzmunlu digər cavabdeh olmuş xxxx də Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, onun iddiası təmin olunmamış, qətnamədən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən şikayət təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Eyni kreditin təminatı olmuş və eyni ipoteka müqaviləsi əsasında, 23 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almış, XXXin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 77 saylı evin 14 saylı mənzili yüklülükdən azad edilmiş, sənədləri özünə qaytarılmışdır. Ona görə də iddiaçı hesab edir ki, onun da iddiası təmin edilməlidir. Birinci instansiya məhkəməsində Bankın nümayəndəsi iddia tələbi ilə razı olmadığını bildirərək, i zahatında göstərmişdir ki, sözügedən qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra prosesində mənzil bir neçə dəfə hərraca çıxsa da satılmamışdır. İddianın heç bir əsası yoxdur. İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, sözügedən qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra sənədi onun icraatında olmuş və icra tədbirləri görülmüşdür. İcra sənədi üzrə hərrac baş tutmamış, Bank isə sözügedən mənzili almamışdır. Ona görə də icra sənədi “İcra haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən icra olunmadan geri qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-1540/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia qismən təmin edilərək mübahisə li mənzil üzrə Bankın Mingəçevir şəhər filialı ilə iddiaçı arasında bağlanmış 23 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və həmin ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka saxlayan (Bank) hərraca çıxarılmış, lakin satılmamış əmlakları 2-ci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etmədiyindən, ipoteka qoyan iddiaçının mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi haqqında tələbi “İpoteka haqqında” Qanuna və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə uyğundur. Məhkəmə iddia tələbinin ipoteka üzərində dövlət qeydiyyatının ləğvinin Reyestr xidmətinə həvalə edilməsi və ipotekaya qoyulmuş əmlakın sənədlərinin Bankdan iddiaçıya qaytarılmasının İcra şöbəsinə həvalə edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, inzibati orqanın üzərinə vəzifə qoyulması ilə bağlı iddialara mülki icraat qaydasında baxılması mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı qətnamənin surətini əldə edərək ipoteka üzərində dövlət qeydiyyatının ləğvi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax şəhər Ərazi İdarəsinə müraciət etməli, əgər inzibati orqan bundan imtina edərsə, onun üzərinə müvafiq vəzifə qoyulması ilə bağlı inzibati icraat qaydasında iddia qaldıra bilər. Eyni qaydada, hazırkı qətnamə ilə ipoteka müqaviləsinə xitam verildiyindən sənədlərin geri qaytarılması ilə bağlı Banka müraciət edilməli, əgər bundan imtina edilərsə müvafiq iddia qaldırılmalıdır. Odur ki, iddia tələbi həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 307.3, 309.1, 309.2, 385.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43, 48-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88-ci maddələrinə, ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şək i Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-337/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, Bankın apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını aydınlaşdırmış və qətnamədə göstərilən nəticə işin hallarına uyğundur. Kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələb əsaslıdır. Çünki ipoteka predmeti olan fərdi yaşayış evi birinci və təkrar hərraclarda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Belə olan halda ipoteka qoyan hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual əsasları düzgün müəyyən edilmiş, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə çıxarılmışdır. Bankın apellyasiya şikayətində hərracın keçirilməsi barədə bildirişlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən onlara göndərilmədiyini, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların po zulmaqla keçirildiyini, hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmədiyini, hərracların keçirilməsi ilə bağlı bildiriş göndərmədiyini əsas gətirərək keçirilmiş hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməli olduğunu bildirsə də, iş materiallarına əlavə edilmiş bildirişlərin təsdiq edilmiş surətlərindən də məlum olduğu kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı hərracların keçirilmə yerləri və vaxtları barədə ipoteka saxlayan lazımınca xəbərdar edilmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi tələbi əsaslıdır. Cavabdeh tərəfin qənaətini formalaşdıran halları təsdiq edən sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim olunmadığından, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün kifayət edici hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni eynilə təkrarlamaqla düzgün olmayan nəticəyə gəlmiş, öz qənaətini işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsas landırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MP M-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya mə hkəməsinin qətnaməsini Bankın apellyasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bu nun üçün verilən müddət göstərilməlidir (415.2). “İpoteka haqqında” Qanun Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tu tulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). İpoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər (maddə 43.8). ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı.....“İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikd ə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur....Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulm asına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır....“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edi lməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqi üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-337/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3953/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3953/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver