Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3953/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3953/2023 Açar sözlər: əmrin ləğvi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1622/2023 nömrəli iş üzrə 11 iyul 2023-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məh kəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı (bundan sonra- iddiaçı) və Cavabdeh (bundan sonra - ncavabdeh orqan) arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı adıçəkilən idarəyə mühasib vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinə müvafiq olaraq tərəflər arasında əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətə bağlandığı qeyd edilmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-29-31/3-1- 01K/2023 nömrəli əmrinə əsasən bir neçə işçilərlə, o cümlədən mühasib İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə göstərilən tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
4. Gəncə 1 saylı Mediasiya təşkilatının xx. xx.2023-cü il tarixli, MŞG-1- 00224 nömrəli arayışına əsasən iddiaçı cavabdehlə arasında olan əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən mediasiya prosesini davam etdirmək barədə razılıq verilməmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 70 manat xərci iddiaçı ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli, 3-29-31/3-1-01K/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının ödənilməsinə dair qətnamə qəbul olunmasını xаhiş etmişdir.
6. İddia tələbi o nunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə Gəncə şəhər Təhsil İdarəsinə müddətsiz əmək müqaviləsi ilə mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Gəncə şəhər Təhsil İdarəsi ləğv edilmiş və onun bazası əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yaradılmışdır. Bundan sonra bütün işçilər kimi onunla da müddətsiz əmək müqaviləsi ləğv edilərək, müddətli əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ləğv edilmiş, onun əsasında Cavabdeh yaradılmışdır. xx.xx.2022-ci il tarixdə onunla 7 ay 25 gün müddətinə müddətli əmək müqaviləsi bağlanılmış və xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsinin bitməsi ilə əlaqədar işdən ç ıxarılmışdır. İşdən çıxarılması qanunsuz və əsassız olmuşdur. Cavabdeh tərəfindən Əmək müqaviləsinin 9.3-cü maddəsinin tələbləri pozulmuş, yəni əmək müqaviləsi ləğv edilərkən o, 1 təqvim ayı öncədən xəbərdar edilməmişdir. Cavabdeh orqan tərəfindən Əmək Məcəlləsinin 45-ci və 47-ci maddəsinin f) bəndinin tələbləri pozulmuşdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, o, xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək eyni binada mühasib vəzifəsində işləmişdir. Uzun illər ərzində işləyən şəxslə sınaq müddəti ilə 3 ay müddətində əmək müqaviləsinin bağlanılması işə götürənin səlahiyyətlərindən sui-istifadə etməsinin nəticəsdir. Burada tərəflər arasında bağlanılmış müqavilə baxımından onların hüquq bərabərliyindən söhbət gedə bilməz. Belə ki, Məcəllənin 45-ci Maddəsinin 4-cü hissəsi nə müvafiq olaraq əmək müqaviləsi bir qayda olaraq müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnaya: 1) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallar və 2) bu Məcəllənin 47- ci maddəsi ilə müəyyən edilən hallar aiddir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə). Məcəllənin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir. Hal-hazırda məhkəmə tərəfindən mübahisə üzrə həmin maddədə sadalanan "aə", "g" və "ğ" bəndlərində sadalanan halların mövcudluğu müəyyən edilməlidir. Həmçinin qeyd oluna n maddənin "f' bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir. Sonuncu bəndlə bağlı nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilələrin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.
7. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi kimi onunla xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsinin 9.3-cü bəndi işəgötürən tərəfindən pozulmamışdır.İddiaçı ilə bağlanmış əmə k müqaviləsinin 9.3-cü bəndi, yəni işçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməsi müddəası işçiyə dair qoyulmuş tələbdir. İddiaçının bildirdiyi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45 və 47-ci maddələri pozulmamışdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsi özlüyündə əmək müqaviləsi tərəflərin qarşılıqlı razılıq əsasında bağlanılmasını təsbit edir, hansı ki, iddiaçı ilə xx.xx.2022-ci il tarixdə qarşılıqlı razılıq əsasında xx.xx.2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45 və 47-ci maddələri özü-özlüyündə işəgötürəni və işçini məcbur etmir ki, hökmən müddətli və ya müddətsiz əmək müqaviləsi bağlasınlar. Bu yalnız onlara belə müqavilələri bağlamaq imkanı verir. Bununla yanaşı iddiaçının da bildirdiyi kimi müxtəlif vaxtlarda mühasib vəzifəsinin əvvəl Gəncə şəhər Təhsil İdarəsinə, sonradan Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə, daha sonra, yəni xx.xx.2022-ci il tarixdə yeni yaradılmış Cavabdehnə keçməsini, yeni yaradılmış idarənin vəzifə ştatlarının gələcəkdə dəyişdirilməsi, artırılması və ya azaldılması ehtimallarını nəzərə alaraq, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaq cadan bəlli olmadığına görə, həmçinin Əmək Məcəlləsinin 47-ci maddəsinin "ç" bəndinə (müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan hallarda) əsaslanıb iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi bitdikdən sonra, yəni növbəti iş günü onunla cavabdeh arasında olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh orqanda işləyən zaman ona qarşı heç bir hüquqa zidd hərəkətlər olunmamışdır. Eyni zamanda iddiaçını normal işçi kimi tanımışdır. Buna baxmayaraq iddia tələbi əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 aprel 2023-ci il tarixli 2(125)-2050/2023 saylı qətnaməsi ilə (hakim Zaman İmanov) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh orqan arasında bağlanan müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə müqavilənin qüvvədə olma müddətinin bitməsi əsasına görə xitam verilmiş, iddiaçı bununla razılaşmamış və işə bərpa tələbi ilə bağlı əvvəlcə 2022-ci ilin yanvar ayında mediasiya təşkilatına müraciət etmiş, tərəflər arasında barışıq mümkün olmadığından xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İşçi pozulan hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməmişdir.
10. Məhkəmə onu da qeyd etmişdir ki, hər kəs azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Müqavi lə bağlamaq vəzifəsinin qanunla və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. İddiaçı ilə cavabdeh orqan arasında bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Göründüyü kimi Əmək Məcəlləsi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir. İddiaçı isə əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir.
12. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125.7ci,Əmək Məcəlləsinin 2, 3.3, 3.5, 11.1, 42.1, 45.1, 68.1, 294.1, 296.2, 296.3-cü, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətini işin halları və iddia tələbinə uyğun əsaslandıraraq əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 2013-cü ildən xx.xx.2016-cı il tarixədək müddətsiz əmək müqaviləsi üzrə Gəncə şəhəri Təhsil İdarəsində işləmişdir. Uzun illər ərzində işləyən şəxslə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması işəgötürənin səlahiyyətlərindən sui-istifadə etməsinin nəticəsidir. Burada tərəflər arasında bağlanmış müqavilədə tərəflərin hüquq bərabərliyindən söhdət gedə bilməz.
15. Gəncə Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2023-ci il i tarixli, 2(104)-1622/2023 nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Rəhman Muradovdan və Fikrət Mehdiyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə çıxarılmış, yeni qətnamə ilə cavabdehin xx.xx.2023-ci il tarixli 3-2931/3-1- 01K/2023 nömrəli əmri iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi hissəsində ləğv edilmiş, iddiaçı əvvəlki - mühasib işinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gə ldiyi nəticəni əsaslı hesab etməyərək vurğulamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar vardır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda bir neçə aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə ça lışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
18. Kollegiya hesab etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının xx.xx.2013-cü ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, sonradan yeni yaradılmış qurumda cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi və daha sonra bir neçə dəfə təkrarən yenidən müəyyən müddətə əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Bu məq amda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ilə ilk dəfə müddətli müqavilənin bağlandığı xx.xx.2016-cı il tarixdən sonrakı fasiləsiz bağlanmış əmək müqavilələrinin ümumilikdə müddəti sonuncu müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixədək (xx.xx.2016 -xx.xx.2022) 5 ildən çox bir müddət təşkil edir. Ona görə də iddiaçı ilə baglanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi Əmək Məcəlləsinin 45.5.-ci maddəsinin tələblərinə əsasən, müddətsiz sayılan əmək müqaviləsinin qarşılıqlı razılıq əsasında bağlanmış müddətli əmək müqaviləsi kimi qiymətləndirilməməlidir. İşçinin bu cür dəyişikliyə getməsi ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
19. Məhkəmə kollegiyası apellyasiya şikay ətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Ona görə də iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın qismən təmin olunmasına əsas vermişdir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35.6-ci, Əmək Məcəlləsinin 9, 12.1, 42.1, 45,1, 45,2, 45,3, 45.4, 45,5,47,56,1,56,2,73, 296,2, 300cü, MPM-in, 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etir azın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və pozulmuşdur. Nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. 2
3. Kasssator Əmək Məcəllənin 73-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Göründüyü kimi, əvvəlki əmək müqaviləsinə iddiaçının özünün təşəbbüsünə (yazılı ərizəsinə) əsasən xitam verilmiş, bu zaman əvvəlki işəgötürənlə əmək münasibətləri başa çatmışdır. Yalnız bundan sonra digər işəgötürənlə qarşılıqlı razılaşma əsasında müddətli əmək müqaviləsi bağlanmış və məhz həmin əmək müqaviləsinin müddəti qurtardığına görə ona xitam verilmişdir ki, bu da işəgötürənin müstəsna hüquqlarından biridir. Yəni, burada hər hansı bir qanunsuzluqdan söhbət belə gedə bilməz. Lakin, buna baxmayaraq, məhkəmə kollegiyası tamamilə əsassız olaraq həmin əmrin ləğv edilməsi barədə qanunsuz bir qətnamə qəbul etmişdir.
24. Məhkəmə kollegiyasının gəldiyi qənaətinə əsasən iddiaçı işəgötürənin təzyiqi altında müddətli əmək müqaviləsi bağlamağa məcbur edilmişdir. Lakin, əgər belə hal olsaydı iddiaçı ən azından bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutlmiş müddət ərzində müvafiq orqanlara, və yaxud məhkəməyə müraciət etmiş olardı. Cavabdeh orqanda ümumiyyətlə belə bir hal baş verməmişdir. Buna baxmayaraq, işə baxan məhkəmə kollegiyası məhz bu əsasla sözügedən qanunsuz qətnaməni qəbul etmiş, bununla da əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur.
25. İddiaçı tərəfindən məhkəməyə cavabdeh orqanla bağlanan müddətli əmək müqaviləsinin işəgötürənin təzyiqi altında bağlanmasını təsdiq edən hər hansı bir sübut təqdim edilməmiş, buna baxmayaraq məhkəmə kollegiyası hər hansı bir sübuta əs aslanmadan sözügedən qanunsuz qətnaməni qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq Əmək Məcəlləsi
29. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
30. Maddə 45, hissə
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
31. Maddə 45, hissə
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
32. Maddə 45, hissə
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləs i müddəti müəyyən edilmədən bağlanmalıdır.
33. Maddə 45, hissə
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
34. Maddə 47, bənd (f). əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
35. Maddə 56, hissə
1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
36. Maddə 56.2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
37. Maddə 68, hissə 2, bənd “b”. Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər.
38. Maddə 73, hissə
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
39. Maddə 30 0, hissə
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosess ual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddia çının əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən azad edilməsi əmək qanunvericiliyinə uyğun olmamışdır.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olun muşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1622/2023 nömrəli iş üzrə 11 iyul 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.