Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2050/2023 19.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdehnə qarşı «05 yanvar 2023-cü il tarixli, 3-29-31/3-1- 01K/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad olunması barədə «05 yanvar 2023-cü il tarixli, 3-29-31/3-1-01K/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə Gəncə şəhər Təhsil İdarəsinə müddətsiz əmək müqaviləsi ilə mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Gəncə şəhər Təhsil İdarəsi ləğv edilmiş və onun bazası əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yaradılmışdır. Bundan sonra bütün işçilər kimi onunla da müddətsiz əmək müqaviləsi ləğv edilərək, müddətli əmək müqaviləsi bağlanılmışdır. 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ləğv edilmiş, onun əsasında Cavabdeh yaradılmışdır. 11 may 2022-ci il tarixdə onunla 7 ay 25 gün müddətinə müddətli əmək müqaviləsi bağlanılmış və xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsinin bitməsi ilə əlaqədar işdən çıxarılmışdır. Hesab edir ki, işdən çıxarılması qanunsuz və əsassız olmuşdur. Birincisi: cavabdeh tərəfindən Əmək müqaviləsinin 9.3-cü maddəsinin tələbləri pozulmuş, yəni əmək müqaviləsi ləğv edilərkən o, 1 təqvim ayı öncədən xəbərdar edilməmişdir. İkincisi: cavabdeh orqan tərəfindən Əmək Məcəlləsinin 45-ci və 47-ci maddəsinin f) bəndinin tələbləri pozulmuşdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, o, xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək eyni binada mühasib vəzifəsində işləmişdir. Uzun illər ərzində işləyən şəxslə sınaq müddəti ilə 3 ay müddətində əmək müqaviləsinin bağlanılması işə götürənin səlahiyyətlərindən sui-istifadə etməsinin nəticəsdir. Burada tərəflər arasında bağlanılmış müqavilənin hüquq bərabərliyindən söhbət gedə bilməz. Belə ki, Məcəllənin 45-ci Maddəsinin 4-cü hissəsinə müvafiq olaraq əmək müqaviləsi bir qayda olaraq müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnaya: 1) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallar və 2) bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar aiddir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5ci hissə). Məcəllənin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir. Hal-hazırda məhkəmə tərəfindən mübahisə üzrə həmin maddədə sadalanan "a-ə", "g" və "ğ" bəndlərində sadalanan halların mövcudluğu müəyyən edilməlidir. Həmçinin qeyd olunan maddənin "f' bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir. Sonuncu bəndlə bağlı nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilələrin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçi İddiaçı iddia ərizəsində göstərdiyi kimi onunla xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsinin 9.3-cü bəndi işəgötürən tərəfindən pozulmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 9.3-cü bəndi, yəni işçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməsi müddəası işçiyə dair qoyulmuş tələbdir. İddiaçının bildirdiyi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45 və 47-ci maddələri pozulmamışdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsi özlüyündə əmək müqaviləsi tərəflərin qarşılıqlı razılıq əsasında bağlanılmasını təsbit edir, hansı ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə qarşılıqlı razılıq əsasında xx.xx.2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45 və 47-ci maddələri özü-özlüyündə işəgötürəni və işçini məcbur etmir ki, hökmən müddətli və ya müddətsiz əmək müqaviləsi bağlasınlar. Bu yalnız onlara belə müqavilələri bağlamaq imkanı verir. Bununla yanaşı iddiaçının da bildirdiyi kimi müxtəlif vaxtlarda mühasib vəzifəsinin əvvəl Gəncə şəhər Təhsil İdarəsinə, sonradan Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə, daha sonra, yəni xx.xx.2022-ci il tarixdə yeni yaradılmış Cavabdehnə keçməsini, yeni yaradılmış idarənin vəzifə ştatlarının gələcəkdə dəyişdirilməsi, artırılması və ya azaldılması ehtimallarını nəzərə alaraq, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmadığına görə, həmçinin Əmək Məcəlləsinin 47-ci maddəsinin "ç" bəndinə (müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan hallarda) əsaslanıb İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi bitdikdən sonra, yəni növbəti iş günü onunla cavabdeh arasında olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdehndə işləyən zaman ona qarşı heç bir hüquqa zidd hərəkətlər olunmamışdır. Eyni zamanda iddiaçını normal işçi kimi tanımışdır. Buna baxmayaraq iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı və Cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı adıçəkilən idarəyə mühasib vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinə müvafiq olaraq tərəflər arasında əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətə bağlandığı qeyd edilmişdir. Cavabdeh 05 yanvar 2023-ci il tarixli 3-29-31/3-1-01K/2023 nömrəli əmrindən görünür ki, mühasib İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə göstərilən tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Gəncə 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞG-1-00224 nömrəli arayışından görünür ki, iddiaçı cavabdehlə arasında olan əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən mediasiya prosesini davam etdirmək barədə razılıq verilməmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 70 manat xərci iddiaçı ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında 11 may 2022-ci ildə 7 ay 20 gün müddətinə - 30 dekabr 2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, daha sonra 05 yanvar 2023-cü il tarixdə isə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən qabaq, yəni 2023-cü ilin yanvar ayında cavabdehlə arasında olan əmək mübahisəsini nizama salmaq məqsədilə mediasıya təşkilatına müraciət etmiş, lakin orada tərəflər arasında barışıq əldə olunmadığından İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad olunması barədə «05 yanvar 2023-cü il tarixli, 3- 29-31/3-1-01K/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə etmiş, lakin cavabdeh iddianı etiraf etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, 2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, 3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 11-ci maddəsinin 1-ci hissəsinin «b» və «ə» bəndlərinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək və bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 42-ci maddəsinin 1-bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan müddətli əmək müqaviləsinə 05 yanvar 2023-cü il tarixdə müqavilənin qüvvədə olma müddətinin bitməsi əsasına görə xitam verilmiş, iddiaçı bununla razılaşmamış və işə bərpa tələbi ilə bağlı əvvəlcə 2022-ci ilin yanvar ayında mediasiya təşkilatına müraciət etmiş, tərəflər arasında barışıq mümkün olmadığından 22 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, işçi pozulan hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməmişdir. Eyni zamanda, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilə müddətli əmək müqaviləsi olmaqla, həmin əmək müqaviləsi 11 may 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək 7 ay 20 gün müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd olunan qanun normalarından göründüyü kimi hər kəs azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Müqavilə bağlamaq vəzifəsi qanunda və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 05 yanvar 2023-ci il tarixli 3-29- 31/3-1-01K/2023 nömrəli əmrinə əsasən mühasib İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə göstərilən tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən edilir ki, İddiaçı Cavabdehndə müddətli əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, müqavilənin müddəti bitdikdən sonra isə İdarə tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Göründüyü kimi Əmək Məcəlləsi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Brumаresku Rumıniyаyа qаrşı» işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmənin qənaətinə əsasən İddiaçı Cavabdehnə qarşı “işdən azad olunması barədə «05 yanvar 2023-cü il tarixli, 3-29-31/3-1-01K/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən mediasiya ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı “işdən azad olunması barədə «05 yanvar 2023-cü il tarixli, 3-29-31/3-1-01K/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərci ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2050/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2050/2023
19.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver