Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1622/2023 11.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Qətnaməsi Açar söz: əmrin ləğvi, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqının ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2050/2023 saylı mülki iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan İddiaçı və Cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı adıçəkilən idarəyə mühasib vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinə müvafiq olaraq tərəflər arasında əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətə bağlandığı qeyd edilmişdir..
2. İşdə olan Cavabdeh 05 yanvar 2023-ci il tarixli 3-29-31/3-1- 01K/2023 nömrəli əmrindən görünür ki, bir neçə işçilərlə, o cümlədən mühasib İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə göstərilən tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
3. İşdə olan Gəncə 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞG-1-00224 nömrəli arayışından görünür ki, iddiaçı cavabdehlə arasında olan əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən mediasiya prosesini davam etdirmək barədə razılıq verilməmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 70 manat xərci iddiaçı ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiаçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması barədə 05 yanvar 2023-cü il tarixli, 3-29-31/3-1-01K/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə Gəncə şəhər Təhsil İdarəsinə müddətsiz əmək müqaviləsi ilə mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2016cı il tarixdə Gəncə şəhər Təhsil İdarəsi ləğv edilmiş və onun bazası əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yaradılmışdır. Bundan sonra bütün işçilər kimi onunla da müddətsiz əmək müqaviləsi ləğv edilərək, müddətli əmək müqaviləsi bağlanılmışdır. 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ləğv edilmiş, onun əsasında Cavabdeh yaradılmışdır. 11 may 2022-ci il tarixdə onunla 7 ay 25 gün müddətinə müddətli əmək müqaviləsi bağlanılmış və xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsinin bitməsi ilə əlaqədar işdən çıxarılmışdır. Hesab edir ki, işdən çıxarılması qanunsuz və əsassız olmuşdur. Birincisi: cavabdeh tərəfindən Əmək müqaviləsinin 9.3-cü maddəsinin tələbləri pozulmuş, yəni əmək müqaviləsi ləğv edilərkən o, 1 təqvim ayı öncədən xəbərdar edilməmişdir. İkincisi: cavabdeh orqan tərəfindən Əmək Məcəlləsinin 45-ci və 47-ci maddəsinin f) bəndinin tələbləri pozulmuşdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, o, xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək eyni binada mühasib vəzifəsində işləmişdir. Uzun illər ərzində işləyən şəxslə sınaq müddəti ilə 3 ay müddətində əmək müqaviləsinin bağlanılması işə götürənin səlahiyyətlərindən sui-istifadə etməsinin nəticəsdir. Burada tərəflər arasında bağlanılmış müqavilənin hüquq bərabərliyindən söhbət gedə bilməz. Belə ki, Məcəllənin 45-ci Maddəsinin 4-cü hissəsinə müvafiq olaraq əmək müqaviləsi bir qayda olaraq müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnaya: 1) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallar və 2) bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar aiddir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə). Məcəllənin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir. Hal-hazırda məhkəmə tərəfindən mübahisə üzrə həmin maddədə sadalanan "aə", "g" və "ğ" bəndlərində sadalanan halların mövcudluğu müəyyən edilməlidir. Həmçinin qeyd olunan maddənin "f' bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir. Sonuncu bəndlə bağlı nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilələrin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.
6. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2050/2023 saylı iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.İmanov) İddiaçı Cavabdehnə qarşı işdən azad olunması barədə 05 yanvar 2023-cü il tarixli, 3-29-31/3-1-01K/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, mediasiya xərci ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət etilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 2050/2023 saylı mülki iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildən xx.xx.2016-cı il tarixədək müddətsiz əmək müqaviləsi üzrə Gəncə şəhəri Təhsil İdarəsində işləmişdir. Uzun illər ərzində işləyən şəxslə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması işəgötürənin səlahiyyətlərindən sui-istifadə etməsinin nəticəsidir. Burada tərəflər arasında bağlanmış müqavilədə tərəflərin hüquq bərabərliyindən söhdət gedə bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, idarədə altmış nəfər əməkdaş işləyir. İdarənin baş mühasibi X2 göstərişlərinə əsasən hər bir əməkdaş növbə ilə ilin müəyyən ayını müdir müavini Rövşən Kərimovun yanında katibə kimi işləməli idi. Həmin təklif ona ediləndə razı olmadığı üçün qərəzli olaraq onu işdən azad etdilər. Sonda iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 35. (Vİ) Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
13. Maddə 9. “ə” Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək.
14. Maddə 12. 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq və s.
15. Maddə 42.1.Əmək müqavilələri sərbəst bağlanır.Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
16. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
17. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
18. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
19. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
20. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
21. Maddə 47.(f) əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
22. Maddə 56 1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
23. Maddə 56.2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. .24. Maddə 68.(2 “b”) Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər
25. Maddə 73 (1)müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 26.Maddə 296 (2) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 27.Maddə 300 (1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir.
31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
36. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
37. Maddə MPM-in 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə MPM-in 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Gəncə şəhər Təhsil İdarəsinə müddətsiz əmək müqaviləsi ilə mühasib işinə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Gəncə şəhər Təhsil İdarəsi ləğv edilmiş və onun bazası əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yaradılmışdır. Bundan sonra, xx.xx.2016-cı il tarixdə İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi ləğv edilərək, onunla müddətli-3 ay müddətə əmək müqaviləsi bağlanılmışdır. Bündan sonra İddiaçı ilə daha 6 dəfə fasiləsiz müddətli əmək müqavilələri bağlanılmışdır. 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ləğv edilmiş, onun əsasında Cavabdeh yaradılmışdır. 11 may 2022-ci il tarixdə İddiaçı ilə 7 ay 25 gün müddətinə müddətli əmək müqaviləsi bağlanılmış və daha sonra-05 yanvar 2023-cü il tarixdə isə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən qabaq, yəni 2023-cü ilin yanvar ayında cavabdehlə arasında olan əmək mübahisəsini nizama salmaq məqsədilə mediasıya təşkilatına müraciət etmiş, lakin orada tərəflər arasında barışıq əldə olunmadığından İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad olunması barədə «05 yanvar 2023-cü il tarixli, 3-29-31/3-1-01K/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin etməmişdir. İrəli sürülən iddianı təmin etməyərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış bərabər hüquqlu əmək müqaviləsinin müddəti bitdiyindən, iddiaçının əmək müqaviləsinə xitam verilmişdir və zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. 41.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar vardır. 42.Belə ki, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda bir neçə aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. 43.Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. 44.Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 18 oktyabr 2013-cü ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, sonradan yeni yaradılmış qurumda cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi və daha sonra bir neçə dəfə təkrarən yenidən müəyyən müddətə əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Bu məqamda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə ilk dəfə müddətli müqavilənin bağlandığı 02 fevral 2016-cı il tarixdən sonrakı fasiləsiz bağlanmış əmək müqavilələrinin ümumilikdə müddəti sonuncu müqavilənin bağlandığı 11 may.2022-ci il tarixədək (xx.xx.2016 -xx.xx.2022) 5 ildən çox bir müddət təşkil edir. Ona görə də iddiaçı ilə baglanmış 11 may.2022-ci il tarixli əmək müqaviləsi Əmək Məcəlləsinin 45.5.-ci maddəsinin tələblərinə əsasən, müddətsiz sayılan əmək müqaviləsinin qarşılıqlı razılıq əsasında bağlanmış müddətli əmək müqaviləsi kimi qiymətləndirilməməlidir. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. 45.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətdədir ki, Cavabdeh 05 yanvar 2023-ci il tarixli 3-29-31/3-1- 01K/2023 nömrəli əmri İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi hissədə qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi isə maddi hüquq normalarını pozulması ilə qəbul edilmişdir. .
46. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın qismən təmin olunmasına əsas verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2050/2023 saylı mülki iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05 yanvar 2023-ci il tarixli 3-29-31/3-1- 01K/2023 nömrəli əmri İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi hissədə ləğv edilsin, İddiaçı əvvəlkimühasib işinə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.