Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3959/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli 2(103)-1087/2019 saylı qətnaməsindən İddiaçı1 Qürbət oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Əliyev, iş № 2(009)-1733/2018) iddiaçılar İddiaçı1 Qürbət oğlu və İddiaçı2 Cavabdeh ASC-yə qarşı kredit və ipo teka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, R.Ə.Eyvazov və V.T.Həsənov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 15 mart 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı1 Qürbət oğluna 36 ay müddətinə illik 8 faiz olmaqla 10.242,45 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi İddiaçı2 məxsus olan mənzil ipoteka ilə yüklü edilmişdir. Şirvan şəhər məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 bankın xeyrinə 9.681,21 ABŞ dollarının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. qət edilmişdir. 2018-ci ilin aprel ayında N Məmmədovlar iddia ərizəsi ilə məhkəməyə edərək kreditin ölkədə ödəniş vasitəsi olan manatla deyil, onların istəyinin ziddinə olaraq ABŞ dolları ilə verilməsini, müqavilənin vacib əhəmiyyətli yanılma və aldatma təsiri altında bağlanmasını əsas göstərməklə kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı1 Qürbət oğlu kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi ni, işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçıların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddia tələbinin və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, bank aralarında olan razılaşmanın ziddinə olaraq krediti manatla deyil, xarici valyuta ilə verdiyindən kredit və ipoteka müqavilələri etibarsız sayılmalıdır. İddiaçılara görə əqd vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. İddiaçıların tələblərinin qanuni əsası kimi istinad etdikləri Mülki Məcəllənin 347-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər(347.1). Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: (347.2) şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; (3 47.2.1) şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir;.(347.2.2) tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.(347.2-3) İş materiallarından görünür ki, kredit və ipoteka müqavilələri bilavasitə tərəflərin iştirakı ilə bağlanmış, müqavilənin şərtləri, o cümlədən kreditin hansı valyuta ilə və hansı məbləğdə verilməsi, qaytarılma qaydası tərəflərə əvvəlcədən məlum olmuş və müqavilə imzalandıqdan sonra tərəflərin öhdəliklərinin icrasına başlanmışdır. Müəyyən olunduğu kimi İddiaçı1 müqavilənin şərtinə uyğun olaraq orada müəyyən olunmuş məbləğdə və valyutada kredit verilmiş, lakin İddiaçı1 krediti qismən qaytarsa da öhdəliyini lazımınca yerinə yetirmədiyinə görə kredit borcunun ondan tutulması və tutmanın ipotek aya yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı1 müqavilənin şərtlərini qəbul etməklə imzaladığından onun müqavilənin məzmunu barədə yanılması nəticəsinə gəlmək üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439-cu maddəsinə görə pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.(439.1) Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.(439.2) Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasi ya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3959/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3959/2019
29.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver