Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-397/2023 30.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətin naturada bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6217/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 yanvar 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2839/2019 saylı qətnaməsinin surətinə əsasən İddiaçı (bundan sorna iddiaçı) xx.xx.2002-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh (bundan sorna cavabdeh) ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət olunmuşdur.
2. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-761/2019 saylı qətnaməsinin surətinə əsasən ilkin iddia ərizəsinin qismən təmin olunması, İddiaçı adına qeydiyyatdan keçən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin (mübahisəli mənzil 1) və Bakı şəhəri, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin (mübahisəli mənzil 2) İddiaçı adına qeydiyyatdan keçən 1 yaşayış otağının üzərində ½ hissədə ilk iddia üzrə iddiaçı Cavabdeh və ½ hissədə ilk iddia üzrə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi, ilkin iddia üzrə iddiaçı Cavabdeh övladları xx.xx.1997-ci il təvəllüdlü X4, 06.12. 2002-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri,Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinə köçürülməsi, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Cavabdeh adında qeydiyyatda olan «Nissan X-Trail» markalı, **-UC-*** (mübahisəli avtomobil ) dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə qarşılıqlı iddia üzrə İddiaçı və ½ hissədə qarşılıqlı iddia üzrə Cavabdeh paylarının müəyyən edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3054/2019 saylı qətnaməsinə əsasən tərəflər arasında xx.xx.1998-ci il tarixdə 93 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi, qətnamənin «alimentin tutulması» hissəsində dərhal icra olunması qət edilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaş Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 129 saylı evin 27 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı (1 otaqdan ½ hissədə), X5 (2 otaq), Cavabdeh (1 otaqdan ½ hissədə) adlarına daşınmaz əmlakın dövlət ryestrində qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surə tinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 2 saylı evin 72 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı (½ hissədə), Cavabdeh (½ hissədə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış paylı mülkiyyətdə payın satılması barədə bildirişinin surətinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(004)-761/2019 saylı qətnaməsi ilə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin və Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin 1 yaşayış otağının üzərində ½ hissədə Cavabdeh və ½ hissədə onun payı müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə Cavabdeh adında qeydiyyatda olan «Nissan XTrail» markalı, **-UC- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə onun və ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Lakin buna baxmayaraq ailə münasibətlərinin pozulması nəticəsində onun Cavabdeh ilə eyni mənzildə yaşaması mümkün deyil. Göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin və «Nissan X-Trail» markalı, 90-UC574 dövlət qeydiyyat nişanlı avtomobilin qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun olaraq satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında bərabər bölünməsini təklif edir. Əks halda Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 129 saylı evin 27 saylı mənzilin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzil və «Nissan X-Trail» markalı, 90- UC-574 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzil 1, mübahisəli mənzil 2 və mübahisəli avtomobildən payların naturada bölünməsi, bu mümkün olmadıqda mübahisəli mənzil 1, mübahisəli mənzil 2 və mübahisəli avtomobilin aç ıq hərracda satılaraq əldə olunan pulun tərəflər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin adında qeydiyyatda olan avtomobilin üzərində ½ hissədə onun və ½ hissədə cavabdehin payları müəyyən edilmişdir. Məhkəmənin tərəflər arasında payların müəyyən etməsinə baxmayaraq ailə münasibətlərinin pozulması nəticəsində tərəflərin həmin mənzillərdə yaşaması mümkün deyil. İddiaçının nümayəndəsi vasitəsi ilə cavabdehə paylı mülkiyyətdə payın satılması barədə bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218 və 220-ci maddələrinin tələblərinə uyğun olaraq mübahisəli mənzil 1, mübahisəli mənzil 2 və mübahisəli avtomobilin qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun olaraq satılmasını və sa tışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasınla bərabər bölünməsini, əks halda mübahisəli mənzil 1, mübahisəli mənzil 2 və mübahisəli avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi cavabdehin diqqətinə çatdırılıb. Cavabdeh tərəfindən payın satılması barədə bildirişə ərizə ilə cavab verilsə də, əmlakların qarşılıqlı razılıq əsasında satılması mümkün olmamışdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzillər məhkəmənin qeyd edilən qətnaməsi ilə müvafiq olaraq ½ hissədə paylara bölünüb. Lakin tərəflərin mübahisəli mənzillərdə yaşaması mümkün deyil. Belə ki, cavabdeh münaqişəyə meyilli şəxsdir, eyni zamanda tərəflər arasında nikah pozulub. Bundan başqa, iddiaçı mənzillərin, o cümlədən nəqliyyat vasitəsinin ona aid hissəsini satmaq istəyir. Bununla əlaqədar olaraq cavabdehə bildiriş ünvanlayaraq əmlakların qarşılıqlı razılıq əsasında satılaraq satışdan əldə edilən pulun tərəflər arasında bərabər bölünməsini təklif etmişdir. Lakin, cavabdeh təklifinə müsbət reaksiya verməmişdir.
9. Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, mübahisəli mənzil 2-nin birgə nikah dövründə, birgə vəsait hesabına əldə olunması ilə bağlı etirazı yoxdur və iddia tələbini sözügedən mənzilə münasibətdə iddianı qəbul etmiş, digər əmlaklara münasibətdə qəbul etməmişdir. Belə ki, digər mənzil iddiaçının adına rəsmiləşdirilsə də, o mənzili onun atası öz nəvələrini, yəni onun övladlarına alıb və evin pulunu o özü verib. Bununda iddiaçıya heç bir aidiyyatı yoxdur. Çıxarışı onun adına almaq onun səhvi olub. Avtomobilə gəldikdə isə onun da iddiaçıya heç bir aidiyyatı yoxdur və hal-hazırda şəxsən özü istifadə edir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1213 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən 11.1-ci sual üzrə: mübahisəli mənzilin 2 faktiki olaraq 1 giriş hissə, 1 sanitar qovşaq, 1 mətbəx və sahəsi 17,18 kv met rolan yaşayış otağından ibarət olmaqla 4 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşdiyi, mübahisəli mənzilin 1 isə faktiki olaraq 1 dəhliz, 1 sanitar qovşaq, 1 hamam, 1 mətbəx, 1 balkon və sahələri müvafiq olaraq 17,27 kv metr, 17,12 kv metrvə 11,75 kv metr olan 3 yaşayış o tağından ibarət olmaqla 9 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşdiyi müəyyən olunur. 12. 2-ci sual üzrə: mübahisə predmeti olan mənzillərin faktiki fəziyyətini, hər iki mənzilin çoxmərtəbəli yaşayış binalarının 4-cü və 9-cu mərtəbələrində yerləşməsini, mənzillərə yalnız bir giriş-çıxış yolunun olduğunu və tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz, hamam, ayaqyolu və s.) yeganə olduğunu nəzərə almaqla, tədqiq olunan mənzillərdən İddiaçı münasibətdə ½ hissə payının naturada ayrılması, İnşaat Norma və Qaydalarının 2.08.01.89* -nun 1.1,2.2,2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) xx.xx.2022ci il tarixli, 2 (006)-89/2022 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilmişdir.
14. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı və cavabdehin bərabər paylı mülkiyyətində olan əmlakların naturada ayrılmasının mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli mənzillərin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəlləsinin 220.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki,paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılması na yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
16. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan daşınar və daşınmaz əmlakların naturada bölgüsü mümkün olmadığından, bununla da ümumi əmlakların bölünməsi və ya onlardan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı vermək iqtidarında olmadığından, həmin əmlaklar açıq hərracda satılmalı və əldə olunacaq məbləğlər tərəflərin payına mütənasib şəkildə bölünməlidir.
17. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, mübahisəli mənzil 1, mübahisəli mənzil 2 və mübahisəli avtomobil açıq hərra cdan satılmalı və satışdan əldə olunmuş pul vəsaiti əmlakların paylı mülkiyyətçilər iddiaçı və cavabdeh arasında ½ paya münasibətdə bərabər bölünməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 157.1 və 220-ci Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.3, 36.8 və 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
20. Apellyaisya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddianı irəli sürməzdən əvvəl, digər paylı mülkiyyətçi cavabdeh hər ikisinin paylı mülkiyyətində olan mübahisəli mənzil 1, mübahisəli mənzil 2 və mübahisəli avtomobilin, özünə a id hissədə alınmasını rəsmi qaydada təklif etməli idi. Birinci instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədə qeyd olunan məzmunda bildirişin cavabdehə göndərilməsi barədə qeyd olunmuşdur. Lakin bu həqiqətə uyğun deyil. Cavabdeh iddiaçıdan belə bir bildiriş almamışdır. Lakin birinci instansiyası məhkəməsi işin araşdırılması zamanı bildirişin alınıb-alınmamasını yoxlamamışdır. Cavabdehin belə bir bildirişi almadığı halda, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və əmlakların naturada bölünməsinin qeyri-mümkün olması barədə rəy almışdır. Birinci instansiyası məhkəməsi payın alınmasının digər paylı mülkiyyətçiyə təklif etmədən, əmlakın naturada bölünməsi və sair tələblərə baxması və iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsi Mülki Məcəllənin 220-ci maddəs inin tələblərinin pozulmasıdır. Göründüyü kimi işə baxmış birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6217/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) cavabdehin apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-89/2022 nömrəli, 20 iyun 2022-ci il qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının cavabdehə qarşı mübahisəli mənzil 1, mübahisəli mənzil 2 və mübahisəli avtomobilin payların naturada bölünməsi, bu mümkün olmadıqda mübahisəli mənzil 1, mübahisəli mənzil 2 və m übahisəli avtomobilin açıq hərracda satılaraq əldə olunan pulun tərəflər arasında bərabər bölünməsi” barədə iddia tələbi rədd edilmişdir.
22. Apellyasiya instasniya məhkəməsi qeyd etmişdir ki, maddi hüquq normalarına əsasən iddiaçı əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdən öncə ilk növbədə cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif etməli idi.Həmçinin iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişin cavabdehə çatdırılıb-çatdırılmaması iş materialları ilə müəyyən edilməmişdir.
23. Apellyasiya instasniya məhkəməsi MM-in 220.3-220.4-cü maddələrinin ardıcıllığa əməl edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün qi ymət vermədən, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitin tərəflər arasında ½ paya münasibətdə bərabər bölünməsi barədə nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübytlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ''birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməmişdən öncə cavabdeh tərəfə bildiriş göndərilmişdir, iddia ərizəsinin mətninə və ona əlavə olunan sənədlərdən bunu görmək mümkündür. İddia ərizəsinə əlavə olunan cavabdehin bildirişə cavab məktubunda (rus dilində) bildirişdə qeyd olunanlarla razılaşmadığını qeyd etmişdir.
28. İddiaçı onuda qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehə bildiriş ünvanlayarkən əmlakların bazar qiymətinə uyğun şəkildə satılması, başqa sözlə, əmlakının dəyərini qeyd e tməklə qarşı tərəfə təklif təqdim etmişdir. Apellyasiya instansiya məhkəməsi onsuz da uzun müddətdir ki davam edən mübahisənin illərlə davam etməsinə təkan vermişdir. İddiaçı tərəfin birgə nikah dövründə əldə etdiyi əmlakların heç birinə faktiki cəhətdən sahiblik edə bilməməsi, uzun müddətdir ki, yeni qurduğu ailə ilə kirayədə yaşaması onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Apellyasiyanın mübahisələndirilən qərarı cavabdehə kömək xarakteri daşımaqla işin uzanmasına xidmət etmişdir. Çünki, iş materiallarından görünür ki, mübahisə artıq 2 il 6 aydan çox davam edir. Bu illərdə iddiaçı tərəfin kirayə mənzildə qalması artıq xərclərin yaranmasına səbəb olmuşdur.
29. İddiaçı pul kompensasiyasının ödənilməsi şəxsin hüququ olduğunu qeyd edərək hüquq mövcud olduğu halda iddiaçı tərəfə bildirişdə pul kompensasiyasının ödənilməsi barədə qeydin olmaması kimi bəhanənin qətnamənin ləğv edilməsinə əsas olması ağlasığan məsələ olmadığını qeyd etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
34. Maddə 157.1-ci Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
35. Maddə 215.1-ci Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
36. Maddə 220-ci Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı ra zılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
37. Maddə 220.3-cü Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan ə şyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
38. Maddə 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
45. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasi ya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
48. İddiaçının kassasiya şikay ətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6217/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.