Məhkəmə qərarları › İş №2(102)-3970/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3970/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3970/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, “” ASC, Cavabdeh4 və Cavabdeh3 oğluna qarşı iddia tələbinə, Müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X3 və X1 cavabdeh “” ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 12 saylı Notariat Kontoru, 38 saylı Notariat Kontoru) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qətnaməsinin preyudisiallığı, vicdanlı əldə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ü lviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh “” ASC-nin nümayəndəsi Nümayəndə və vəkili X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-561/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 10 dekabr 2014-cü il tarixli bərpa olunan Baş kredit razılaşmasına əsasən “” ASC tərəfindən X5 120 ay müddətinə 10000000 manat kredit xətti, 12.12.2014-cü il tarixli bərpa olunan kredit xətti müqaviləsinə əsasən 12 ay müddətinə ******* ABŞ dolları kredit xətti açılmış, 16.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən isə X4 nümayəndəsi X8 60 ay müddətinə, illik 12,5 faiz olmaqla, ******* manat kredit verilmiş, ünvanndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kvadrat metr olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kvadrat metr, yaşayış sahəsi 101,07 kvadrat metr, yardımçı sahəsi 112,91 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, ünvan küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kvadrat metr yaşayış, 57,3 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kvadrat metr-dən ibarət 1 otaqlı fərdi yaşayış evi Cavabdeh2-nin xeyrinə 10.12.2014-cü il tarixli Baş Kredit Razılaşması ilə ipoteka ilə y üklü edilmişdir. AR-İ seriyalı, 398747 saylı, 12.03.2015-ci il tarixli etibarnaməyə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X22 döngəsi küçəsi, ev 48 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. 12.03.2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən Cavabdeh3 X8 ******* manat borcu vardır. AN-İ seriyalı, ******* saylı, 18.03.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh1 ünvanndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kvadrat metr olan qeyri-yaşayış sahəsini 100000 manata Cavabdeh4 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kvadrat metr, yaşayış sahəsi 101,07 kvadrat metr, yardımçı sahəsi 112,91 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi 190 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. AN-İ seriyalı, ******* saylı, 18.03.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kvadrat metr, yaşayış sahəsi 101,07 kvadrat metr, yardımçı sahəsi 112,91 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evini 80000 manata Cavabdeh4 satmışdır. AN-İ seriyalı, ******* saylı, 18.03.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, ünvan küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kvadrat metr yaşayış, 57,3 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evini 80000 manata Cavabdeh4 satmışdır. AR-İ seriyalı, 398748 saylı, 12.03.2015-ci il tarixli etibarnaməyə əsasən İddiaçı ünvanndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kvadrat metr olan qeyri-yaşayış sahəsi üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kvadrat metrdən ibarət 1 otaqlı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi 131 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. AN-İ seriyalı, ******* saylı, 29.03.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kvadrat metr-dən ibarət 1 otaqlı fərdi yaşayış evini 50000 manata Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışa əsasən ünvanndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kvadrat metr olan qeyriyaşayış sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi 24 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, ünvan küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kvadrat metr yaşayış, 57,3 kvadrat metr köməkçi sahəd ən ibarət 4 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi 14 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. AR-İ seriyalı, 398763 saylı, 17.03.2015-ci il tarixli etibarnamə ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, ünvan küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evi üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. AR-İ seriyalı, 398749 saylı, 12.03.2015-ci il tarixli etibarnamə ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kvadrat metr-dən ibarət 1 otaqlı fərdi yaşayış evi üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. 05.06.2015-ci i l tarixli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən ünvanndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kvadrat metr olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kvadrat metr, yaşayış sahəsi 101,07 kvadrat metr, yardımçı sahəsi 112,91 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, ünvan küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kvadrat metr yaşayış, 57,3 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi “” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 05.06.2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77, 34 kvadrat metr-dən ibarət 1 otaqlı fərdi yaşayış evi “” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kvadrat metr, yaşayış sahəsi 101,07 kvadrat metr, yardımçı sahəsi 112,91 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evi Cavabdeh4 xüsusi mülkiyyəti kimi 190 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən, ünvanndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kvadrat metr olan qeyri-yaşayış sahəsi Cavabdeh4 xüsusi mülkiyyəti kimi 24 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş ərizə ilə X7 ünvanndə istifadədə olan 17 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin “” ASC-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş ərizə ilə X7 ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və fərdi yaşayış evinin “” ASC-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş ərizə ilə X7 Bakı şəhəri, Xəzər rayonu, ünvan küçəsi, 4 saylı fərdi yaşayış evinin “” ASC-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, ünvan küçəsi, 4 saylı ev Cavabdeh4 xüsusi mülkiyyəti kimi 14 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kvadrat metr-dən ibarət 1 otaqlı fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyəti kimi 131 nömrəli r eyestr kitabında qeydiyyatdan keçmişdir. Cavabdeh1 ilə X5 qızı 1996-cı il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş ərizə ilə X12 Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kvadrat metr-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin “” ASC-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, ünvan küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kvadrat metr yaşayış, 57,3 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kvadrat metr, yaşayış sahəsi 101,07 kvadrat m etr, yardımçı sahəsi 112,91 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evinin, ünvanndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kvadrat metr-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, ünvan küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kvadrat metr yaşayış, 57,3 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərin də ümumi sahəsi 213,98 kvadrat metr, yaşayış sahəsi 101,07 kvadrat metr, yardımçı sahəsi 112,91 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evindən, ünvanndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kvadrat metr olan qeyri-yaşayış sahəsindən və Cavabdeh1 müllkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kvadrat metrdən ibarət 1 otaqlı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2015-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri qismində mübahisə həll edilənədək və yekun məhkəmə aktı qüvvəyə minənədək Bakı şəhəri, Xəzər rayonu, ünvan küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kvadrat metr yaşay ış, 57,3 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kvadrat metr, yaşayış sahəsi 101,07 kvadrat metr, yardımçı sahəsi 112,91 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evinin, ünvanndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kvadrat metr olan qeyri-yaşayış sahəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 müllkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kvadrat metr-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, yekun məhkəmə qərarı qanuni qüvvəyə minmədiyi halda həmin məhkəmənin 18 may 2015-ci il tarixli qərardadı ilə həmin əmlakların üzərindən həbs götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 dekabr 2015-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 birgə verdikləri apellyasiya şikayəti təmin edilməyərək, İddiaçı apellyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 31 avqust 2015-ci il tarixli qətnamə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi barədə ilk iddiası, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddiaçıya qarşı fərdi yaşayış evinin boşaldılması və sair tələbləri barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 16 may 2016-cı il tarixli qərarı ilə Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi X14 oğlunun kassasiya ş ikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyasınin həmin iş üzrə 04 dekabr 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X15 küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kvadrat metr yaşayış, 57,3 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kvadrat metr, yaşayış sahəsi l01,07 kvadrat metr, yardımçı sahəsi 112,91 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evi nin, ünvanndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kvadrat metr-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin yüklü edilməsinə dair ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, göstərilən əmlakların yüklülükdən azad edilərək tərəflərin ilkin vəziyyətə qaytarılması və cavabdehlərdən mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan məhkəmə aktlarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı tərəfindən ona verilmiş 17.03.2015-ci il tarixli etibarnaməl ərə əsasən etibarnamədə göstərilən əmlaklar barədə 18.03.2015-ci il və 29.03.2015-ci il tarixli müqavilələrlə öz öhdəlikləri üçün “” ASC-də ipoteka qoymuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 14 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, ünvan küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kvadrat metr yaşayış, 57,3 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kvadrat metr, yaşayış sahəsi l01,07 kvadrat metr, yardımçı sahəsi 112,91 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evinin, ünvanndə istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv adrat metr olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, ünvani küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kvadrat metr-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin yüklü edilməsinə dair 05.06.2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqavilələri etibarsız hesab edilməsi, göstərilən əmlakların yüklülükdən azad edilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh X17 İddiaçı tərəfindən ona verillmiş 17.03.2015-ci il tarixli etibarnamələrə əsasən etibarnamədə göstərilən əmlakları etibardan sui-istifadə edərək 18.03.2015-ci il və 29.03.2015- ci il tarixli müqavilələrlə öz öhdəlikləri üçün “” ASC-də ipoteka qoymuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisələndirdiyi ipoteka müqavilələrinin etibarsızlığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində müəyyən olunmuş 1 illik iddia müddətini ötürməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2015-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 birgə verdikləri apellyasiya şikayəti təmin edilməyərək, İddiaçı apellyasiya şikayəti təmin edilərək iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 avqust 2015-ci il tarixli qətnamənin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı alqı-salqı müqaviləsinin ləğv edilməsi tələbi barədə ilk iddiasına, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddiaçıya qarşı fərdi yaşayış evinin boşaldılması və sair tələbləri barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə icraata xitam verilməsi, qarşılıqlı iddia ərizəsində irəli sürdükləri tələbi ümumi əsaslarla müstəqil iddia kimi irəli sürmələri qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2016-cı il tarixli qərarı ilə Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi X14 oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 04 dekabr 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh “” ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: İsmayıl Xəlilov - sədrlik edən və məruz əçi, Xəyalə Cəmilova, İlham Kərimli) 2(103)-190/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh X17 və Cavabdeh3 oğlu İddiaçı tərəfindən onlara verilmiş etibarnamələrə əsasən etibarnamələrdə göstərilən əmlakları hüquqdan sui-istifadə edərək özgəninkiləşdirmişlər. Müvafiq əmlaklar kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi “” ASC-də ipoteka qoyulmuşdur. Müəyyən olunmuşdur ki, müvafiq alqısatqı müqavilələri məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə etibarsız hesab olunmuşdur. Ona görə də məhkəmə bu hissə ilə bağlı qiymətləndirməni aparmayaraq hesab etmişdir ki, qüvvədə olan məhkəmə qərarları ilə əmlakların iddiaçının mülkiyyətindən onun qəsdi olmadan çıxması artıq sübuta yetirilmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, hazırkı işdə iddiaçı etibarsız hesab olunmuş alqı-satqı müqaviləsinin nəticəsi olaraq əmlakların ipoteka ilə yüklü edilməsi barədə əqdləri mübahisələndirir. Mübahisələndirilən ipoteka müqavilələri məhkəmə tərəfindən etibarsız hesab olunmuş alqı-satqı müqavilələri əsasında bağlanmışdır. 1-ci əqd etibarsız hesab edildiyi təqdirdə, 2-ci və sonrakı əqdlərin hamısı etibarsız sayılır. Bu qayda MM-nin 337-ci maddəsindən irəli gəlir. Çünki 2-ci və sonrakı əqdlər 1-ci əqdin nəticəsi kimi çıxış edir. 1-ci əqd etibarsız olduğuna görə onun nəticəsi də etibarsız sayılır. 2-ci və sonrakı mülkiyyətçilərin bu vəziyyətin yaranmasında təqsiri olmasa da 1-ci mülkiyyətçinin də təqsi ri yoxdur. Ona görə də 2-ci və sonrakı mülkiyyətçilərin təqsirinin olmaması 1ci mülkiyyətçinin mülkiyyət hüququnun pozulmasına əsas ola bilməz. Bankın vicdanlı əldə edən olması ilə bağlı dəlilə qiymət verən apellyasiya məhkəməsi göstərmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeyd (alqı-satqı müqavilələrinin) vicdanlılıqla bağlı məsələni dəyişmir. Çünki 1-ci mülkiyyətçinin mülkiyyət hüququ daha əvvəl pozulduğuna, 2-ci və ipoteka saxlayanın hüququ isə həmin pozuntunun nəticəsində yarandığına görə daşınmaz əmlak üzərində 1-ci mülkiyyətçinin mülkiyyət hüququ qorunmalıdır. Müvafıq alqısatqı müqavilələrinin etibarsızlığı mülkiyyət hüququnun verilməsinə səbəb olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrindəki qeyd səhvdir. Buna görə də bağlanmış ipoteka müqavilələri etibarsız hesab olunaca qdır. Çünki əmlakı ipoteka qoyan onun əsl mülkiyyətçisi olmamışdır. Bank bu vəziyyətin yaranmasında təqsirkar olan şəxslərə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia verə bilər. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tatbiq olunmuşdur Cavabdeh “” ASC qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Q ürbət Əsgərov, Əhməd Əhmədov) 2(102)5781/2019 nömrəli iş üzrə 16.09.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə istinad edərək müvafiq alqı-satqı müqavilələrinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə etibarsız hesab olunduğu üçün bu hissə ilə bağlı qiymətləndirməni aparmamasına dair nəticəsi qanuni və əsaslı sayıla bilməz. Çünki iş materiallarında olan qanuni qüvvəyə minmiş qərarlardan görünür ki, “” ASC həmin işlər üzrə tərəf olmamışdır. Məhkəmə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar yalnız işdə iştirak edən şəxslərə münasibətdə üstün hüquqi qüvvəyə malikdir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını inztizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Məhkəmə həmçinin apellyasiya instansiyası məhkəməsinin bankın vicdanlı əldə edən olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydin (alqı-satqı müqavilələrinin) vicdanlılıqla bağlı məsələni dəyişməməsinə dair nəticəsi ilə də razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın əsasından kənara çıxma halına yol vermiş və mübahisəli əmlaklar ipoteka il ə yüklü edilən zaman həmin əmlaklar barədə qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilmədiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydin səhv ola bilməməsinə, eləcə də, mübahisələri əmlaklara dair qeydin Daşınmaz Əmlakın Dövlət Reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına uyğun olaraq aparılmasına düzgün hüquqi qiymət verməmişdir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirəni n adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Kassasiya məhkəməsi qeyd etmişdir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci mad dələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Mülki iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(001)-28/2018 saylı qərardadı ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli 2(001)-28/2018 saylı qətnaməsindən məhkəmə aktı maraqlarına toxunan şəxslər qismində Maraqlı şəxs, X3 və X2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət bərpa olunmuş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 21 may 2020-ci il tarixli məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X3 və X1 cavabdeh “” ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi onlar birinci instansiya məhkəməs ində iştirak etmədiklərindən icraata qəbul edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X3 və X1 cavabdeh “” ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi onların yuxarıda göstərilən apellyasiya şikayətinin məzmunu ilə oxşar olmaqla belə əsaslandırılmışdır ki, 05.06.2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kvadrat metr olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kvadrat metr, yaşayış sahəsi 101,07 kvadrat metr, yardımçı sahəsi 112,91 kvadrat metr olan 6 otaqlı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu. ünvan k üçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kvadrat metr yaşayış, 57,3 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi “Bank VTB(Azərbaycan)” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dress, Dənizkənarı küçəs, ev 4 saylı mənzildə qeydiyyatda və həmin mənzildə yaşamalarına baxmayaraq məhkəmənin icraatında olan mülki iş üzrə maraglı şəxs kimi cəlb olunmamışlar. Apellyasiya qaydasında işə maraqlı şəxs qismində cəlb olunmuşlar. Aşağıdakı əsaslara görə qaldığı evə dair bağlanmış ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, onlar həmin mənzildə yaşamalarına baxmayaraq mübahisəli mənzil kreditin təminatı kimi banka ipotekaya qoyularkən həmin mənzilə “” ASC tərəfi ndən baxışa gələn olmamışdır və onların ümumiyyətlə həmin mənzilin ipotekaya qoyulması barədə məlumatı və razılığı olmamışdır. Həmin ünvan yaşamaq üçün İddiaçı tərəfindən onlara verilmişdir. Bütün bunlar bankın vicdanlı olmadığını və digər cavabdehlə qanunsuz razılaşmasından irəli gəlir. İddiaçılar iddia tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 355.1 və 356-cı maddələrinə, ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olan “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu maddəsiinə istinad etmişlər və yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən 05.06.2015-ci il tarixli daşınmaz əmlakın Bakı şəhəri. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dress, Dənizkənarı kiiçəsi ev 4 saylı mənzilə dair ipo teka müqaviləsi onların razılığı olmadan bağlanması əlavə əsası ilə etibarsız hesab olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh “” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X3 və X2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi rədd edilmişdir. Məhkəmə Ali Məhkəmənin qərarındakı göstərişləri nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan müvafiq alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarından görünür ki, “” ASC həmin işlər üzrə tərəf olmayıb. Ona görə də, həmin qərarlarla müəyyən edilmiş hallar hazırki işə baxılan zaman preyudisial xarakter daşımır. Bankın vicdanlı əldə edən olması ilə bağlı apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq qeyd etmişdir ki, bankın vicdanlı əldə edən olmasını istisna edən hər hansı bir hal müəyən edilməmiş, iddiaçı və maraqlı şəxslər bu barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda baxılan iş üzrə imzalanmış və mövcud olan əqdlərin hamısının etibarsız hesab edilməsinə dair Ali Məhkəmənin qanuni qüvvəsini almış qərarı vardır. Məhz bu səbəblərdən də qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında əldə etdiyi tələb hüququ kifayət qədər müəyyən olunmuş və hüquqi cəhətdən realizə edilə bilən hüquq olmaqla, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxmından “mülkiyyət” hüququdur. Bundan başqa məhkəmə bankın vicdanlı alıcı kimi subyekt olmasını ümumiyyətlə araşdırmamış və bu hüququn olmadığı halda ona vicdanlı alıcı olmasının hüq uq normalarını istinad etməklə bankı haqlı çıxarmağa çalışmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh “” ASC kassasiya şikayətinə yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindənmaddi və ya prosessual hüquq normalarının pozulması baş verməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh “” ASC-nin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 12 saylı Notariat Ofisi və 38 saylı Notariat Ofisi məhkəməyə məktub göndərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər üçüncü şəxslərin nümayəndələri gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsa sən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni yalnız onun iddia tələbinin təmin edilməməsi hissədə mübahisələndirdiyindən, müstəqil tələb irəli sürən üçüncü şəxslər onların iddia tələbinin rədd edilməsi hissədə qətnamədən kassasiya şikayəti vermədiklərindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının MPM: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarı: “...preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arası ndakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halları təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23.02.2016-cı il tarixli qərarı: “...preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər”. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, m ülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Kassa siya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlilləri iddia tələbinin əsası ilə eynilik təşkil edir, apellyasiya instansiyası məhkəməsində baxılarkən də irəli sürülmüş və məhkəmə həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermiş dir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. İpotekaya qoyulmuş əmlakların ipoteka qoyanlara satılmasına dair müqavilələrin qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli qətnaməsi etibarsız hesab edildiyinə görə müvafiq olaraq Mülki Məcəlləni 337-ci maddəsinə əsasən ipoteka müqavilələrinin də etibarsız sayılmalı olması, ipoteka müqaviləlləri bağlanan zaman kredit verən bankın vicdanlı olmaması, bankın rəhbərliyinin cavabdehlərlə əlbir olmaları barədə, bir milyon manat kreditin Cavabdeh3 digər cavabdelərə olan külli miqdarda borcuna görə ona məxsus əmlakın hesabına bankdan çıxarılmasını bilmələri barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iş üzrə Ali M əhkəmənin əvvəlki qərarına müvafiq qiymət vermiş, hesab etmişdir ki, tərəflər arasındakı mübahisə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarından görünür ki, “” ASC həmin işlər üzrə tərəf olmamışdır. Ona görə də, həmin qərarlarla müəyyən edilmiş hallar hazırki işə baxılan zaman preyudisial xarakter daşımır. Bankın vicdanlı əldə edən olmasını istisna edən hər hansı bir hal, o cümlədən bankın rəhbərliyinin cavabdehlərlə əlbir olmaları barədə, bir milyon manat kreditin Cavabdeh3 digər cavabdelərə olan külli miqdarda borcuna görə ona məxsus əmlakın hesabına bankdan çıxarılmasını təşkil etmələrini təsdiq edən sübutları iddiaçı və maraqlı şəxslər məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-561/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar