Məhkəmə qərarları › İş №2(102)-3987/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3987/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3987/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperatinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3987/2024 (Açar sözlər: yeni inşa olunan yaşayış binasında mənzilə dair hüquqların müəyyən edilməsi, müqavilənin etibarsızlığı, öhdəliyin icrası-mənzillərin təhvil verilməsi Kateqoriya: Mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1169/2024 nömrəli 20 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilə ilə sonuncu, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, BakıŞamaxı yolunun 14-cü kmdə MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzili 51000 manata almışdır. Pul məbləğlərinin onun tərəfindən MTK-ya ödənilməsi ilə bağlı maliy yə arayışı verilmişdir.

2. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2022-ci il tarixində AB01M47 nömrəli müqavilə ilə Cavabdeh2 Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzili 56115 manata almışdır. Pul məbləğlərinin onun tərəfindən MTK-ya ödənilməsi ilə bağlı maliyyə arayışı verilmişdir.

3. Cavabdeh1 MTK-nın xx.xx.2019-cu il tarixli əmri ilə “xx.xx.2018-ci tarixində vətəndaş İddiaçı ilə bağlanmış AB01M47 saylı müqavilədə texniki olaraq buraxılmış mənzil nömrəsindəki səhvin aradan qaldırılması müqavilədə qeyd olunmuş mənzil nömrəsi olan 47 dəyişdirilərək 35 yazılması, əmrin icrasına nəzarət satış və maliyyə şöbələrinə həval ə olunması əmr edilmişdir.”

4. Abşeron Rayon Məhkəməsinin 6(012)-47/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, İddiaçı məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilərək, Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Eldəniz Əskərovun 11 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının ləğv edilməsi, toplanmış materialların əlavə yoxlama və araşdırma aparılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır.

5. Ağsu Rayon Məhkəməsinin 2(016)-665/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 MTK-nın cavabdeh X3 qarşı “müqavilənin etbarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtina etmə barədə ərizəsi qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 6( 012)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilərək Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Eldəniz Əskərovun 27 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının ləğv edilməsi, qərarın surətinin cinayət işi üzrə yenidən araşdırma aparılması üçün Abşeron Rayon Prokurorluğuna göndərilməsi, qərarın icrasının Abşeron Rayon Polis İdarəsinə, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror- Abşeron Rayon Prokurorluğuna həvalə edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan isə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında “Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTKya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin” alqı-satqısına dair bağlanmış 16 iyun 2022-ci il tarixli, AB01M47 nömrəli müqavilənin etibarsız hesab edilməsi, bu müqavilə əsasında verilmiş daşınmaz əmlaka dair **********97-05301-093018 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, mübahisəli mənzilin üzərində onun sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi və həmçinin yaşayış sahəsindən istifadəyə maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İd diaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 MTK arasında yaşayış evinin alqı-satqısı haqqında müvafiq müqavilə bağlanılmış müqaviləyə əsasən “Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı Şamaxı yolunun 14-cü km-də MTKya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87 kv.m ümumi sahəsi olan 47 saylı mənzili almış, müqavilə üzrə əmlakın dəyəri olaraq 51000 manat pulu MTK-ya ödəmiş, MTK da ödənişin edilməsi, qalıq borcunun olmaması barədə maliyyə arayışını, özlərinə məxsus nümunədə tərtib edilən mənzil haqqında çıxarış vermişdir. Mənzili aldıqdan sonra iddiaçı sözügedən mənzili daima nəzarətdə saxlamışdır. Hər dəfə evinin dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün müraciət etdikdə MTK-nın direktoru X1 ona bildirmişdir ki, binalar hələ istismara verilmir, sənədləşmələr qaydasına düşəndə ona məlumat veriləcək. Cari ilin əvvəlində evə gedib baxan zaman ona məxsus mənzilə giriş edə bilməmiş, dərhal MTK-ya müraciət etdikdə direktor onunla kobud davranaraq, mənzili ona verməyəcəyini, başqasına satacağını bildirmişdir. Bu səbəbdən o, müxtəlif hüquq-mühafizə orqanlarına müraciət edərək ona məxsus müqavilənin qüvvədə olmasına baxmayaraq onun mənzilə girişinə mane olduqlarını bildirmişdi. Lakin heç bir qanuni tədbir görülməmişdir. Onun qanuni şikayətlərindən sonra MTK əsassız şəkildə Ağsu Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. O da sübutları təqdim edərək iddia ərizəsinin əsassız olmasını sübut etmişdir. Bundan sonra MTK tərəfindən iddiadan imtina barədə ərizə təqdim edilmiş, ərizəyə onun tərəfindən etiraz olunsa da məhkəmə ərizəni təmin edərək iddiaçının iddiadan imtina etməsi səbəbindən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Lakin buna baxmayaraq MTK onun hüquqlarını kobud şəkildə pozmağa davam edir. Belə ki, aralarında müqavilənin hüquqi qüvvəsinə, özləri tərəfindən maliyyə arayışının verilməsinə baxmayaraq onun sözügedən yaşayış sahəsindən istifadə etməsinə əsassız maneə yaradır.

9. İddiaçı həmçinin dəqiqləşdirmə barədə ərizəsində ilk iddia ərizəsindəki mövqeyini təsdiq edərək qeyd etmişdir ki, cavabdeh ona qarşı Ağsu Rayon Məhkəməsinə müraciət edən zaman, eləcə də onun hüquq-mühafizə orqanlarına verdiyi şikayətin araşdırılması zamanı belə ona məxsus mənzili kimə satdığına dair məlumatı məqsədli şəkildə bildir məmişdir. Lakin iddianı verdikdən sonra araşdırma zamanı məlum olmuşdur ki, onunla bağlanılmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilənin predmeti olan mənzilin alqı-satqısına dair Cavabdeh2 ilə 16 iyun 2022-ci il tarixində AB01M47 nömrəli müqavilə bağlanmış və həmin şəxs də dərhal xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Sözügedən mənzili ilk dəfə iddiaçı almış və mənzilin dəyərinin tam ödənilməsi, hər hansı borcunun qalmaması barədə maliyyə arayışı verilmişdir. Cavabdeh2 isə müqaviləsinə baxdıqda aydın görünür ki, cavabdehin müqaviləsi onun qüvvədə olan müqaviləsindən 4 il sonra qanunsuz şəkildə bağlanmışdır.

10. Abşeron Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2(012)-433/2024 nömrəli qətnaməsi ilə (hakim Sevinc Quliyeva) iddia təmin edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilə ilə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzil ilkin olaraq İddiaçı satılmış, bu müqavilə hazırda qüvvədədir, bu müqavilələrin ləğv olunması haqqında razılaşma, həmin müqavilələri dəyişdirmək və ya ləğv etmək təklifi, bu təklifdən digər tərəfin imtinası iş materiallarında yoxdur və müqavilə məhkəmə qaydasında ləğv olunmamış, əksinə cavabdeh MTK tərəfindən mənzilə dair müqavilənin ləğv edilməsi barədə iddia ərizəsindən məhz MTKnın imtina etməsi nəticəsində iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur.

12. Məhkəmə qeyd etmişdir ki, həmçinin iddiaçının mübahisə predmeti olan mənzili qanuni şəkildə ilkin olaraq əldə etməsini müqavilə, maliyyə arayışı və digər sübutlarla yanaşı mənzilin ona təhvil verilməsi, onun isə mənzilin açarını dəyişərək davamlı olaraq nəzarətdə saxlaması, yəni ona sahiblik etməsi sübut edilir.

13. Məhkəmə araşdırması zamanı MTK texniki səhvi əsas tutaraq iddiaçıya əmrdə göstərilən mənzilin verilə biləcəyini, barışıq sazişi bağlanmasını təklif etdiklərini qeyd etdiklərindən məhkəmə baxış prosesi bir dəfə təxirə salınmış, lakin tərəflər arasında razılıq əldə edilməmiş və buna baxmayaraq cavabdeh MTK öz çıxışında iddiaçının istənilən zaman əmrdə qeyd edilən mənzili əldə etməsinin, yəni mənzil in və açarının iddiaçıya təhvil verilməsi mümkünlüyünü qeyd etmişdir. Lakin MTK məhkəmədə mənzilin nömrəsində texniki səhv olmasına dair əmri təqdim etsə də, sözügedən əmrin icrası üzrə verilmiş tapşırıqlar, eləcə də iddiaçıya bu barədə hər hansı məlumatın verilməsinə dair mötəbər sübutlar təqdim etməmişdir.

14. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, digər Cavabdeh2 mübahisə predmeti olan mənzili vicdanlı şəkildə aldığını, mənzili təmir etdirdiyini, hazırkı gün də orada yaşadığını qeyd etsə də, bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş yerində baxış prosesi məhz mübahisə predmeti olan mənzildə kimsənin olmaması, yəni qapının bağlı olması səbəbindən baş tutmamışdır. Cənnət Park MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı mövcud de yildir, cavabdehlər bu barədə sübutları məhkəməyə təqdim etməmişlər.

15. Məhkəmə qeyd etmişdir ki, həmin nüanslar sözügedən mənzilin hazırda Cavabdeh2 çıxarışla mülkiyyətində olsa da, onun sahiblik və istifadəsində olduğunu şübhə altına salır. Belə ki, iş materiallarında Xatirə Kayqısızın mülkiyyətinə mənzil verilməsilə bağlı iddiaçı tərəfə MTK-nın rəhbərliyindən binanın hələ istismara verilmədiyi qeyd edildiyi halda cavabdehlər arasında müqavilə bağlanandan qısa zaman sonra cavabdehə mülkiyyəti təsdiq edən çıxarışın verilməsi də onlar arasında bağlanmış müqavilənin etibarlılığını, tərəflərin isə vicdanlı olduğunu bir daha şübhə altına qoyur.

16. Məhkəmənin qənaətinə görə, cavabdeh MTK-nın özünün Ağsu Rayon Məhkəməsinə verdiyi iddiasının, eləcə də hüquq mühafizə orqanlarında İddiaçı şikayə tlərinin araşdırılması zamanı mənzilin Cavabdeh2 satılmasına dair hər hansı fikir bildirməməsinin, təsdiqedici sənədləri təqdim etməməsinin, eləcə də eyni mənzil üzrə 5 il fərq ilə müqavilə bağlansa da, hər iki müqavilənin də eyni nömrəli olmasının özü cavabdehlər arasında 2022-ci ildə bağlanan müqavilənin formal olduğunu, İddiaçı əmlakının əldən çıxarılması məqsədilə bağlandığını göstərir.

17. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, sözügedən mənzilin 8 dekabr 2018-ci ildən sahiblik və istifadə hüququ ilə yüklü olmasına, yəni İddiaçı satılmasına baxmayaraq, yenidən Cavabdeh2 satılmasına dair 16 iyun 2022-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməli və mənzil üzrə Cavabdeh2 verilmiş çıxarış da ləğv edilməli, mənzilin iddiaçıya təhvil verilməsi təmin edilməlidir.

18. Cavabdeh2 ilə cavabdeh MTK arasında bağlanmış müqaviləyə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdeh aidiyyəti qaydada dəymiş ziyanın tələb edilməsi, yaxud da mənzilin əvəzi olaraq başqa bir mənzilin ona təhvil verilməsini Cavabdeh1ndən tələb etmək hüququna malikdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 138, 152.1, 157.2, 324.1, 337, 340.2, 385.1, 386.1, 389.1, 390, 399.1, 404.1, 404.2, 425.1, 442, 448.1, 452.1, 560.1, 560.2, 646.1, 752.1, 752.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 25 ok tyabr 2010-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarlarına və Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Qətnamədən cavabdehlər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

21. Cavabdeh1 MTK iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini təmin edən məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, MTK ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə “yaşayış evinin alqı-s atqısı” haqqında müqavilə imzalanmışdır. Həmin müqavilədə işçilər texniki yalnışlığa yol verərək 35 saylı mənzili 47 saylı mənzil kimi göstərmişlər. Bu fakt Cavabdeh1 MTK-nın rəhbərliyi tərəfindən 2019-cu il tarixdə müəyyən olunmuş və bu barədə xx.xx.2019-cu il tarixli əmr verilmiş, müqavilədəki texniki yalnışlığın həmin əmrlə aradan qaldırılması təmin edilmişdir. Bu barədə iddiaçıya dəfələrlə şifahi məlumatlar verilmişdir. Eyni zamanda məhkəmə prosesləri dövründə iddiaçıya məxsus mobil nömrənin “whatsapp” sosial şəbəkəsində müvafiq mətn yazılaraq texniki yalnışlıq onun diqqətinə çatdırılmış, bildiriş və əmrin fotoşəkli göndərilmişdir. Lakin iddiaçı texniki yalnışlıqlı müqavilədən çıxış edərək hüquqlarından sui-istifadə edir. Məhkəməyə qeyd olunan hallarla bağlı müvafiq sənədlər, bildiriş, əmr və sosial şəbəkə vasitəsilə göndərilmiş mesajların ekran görüntüsü təqdim olunmuşdur. Lakin məhkəmə göstərilən hallara əhəmiyyət verməmiş, müqaviləni təfsir edərkən səhvə yol vermiş, müqavilə üzrə tərəflərin həqiqi iradə ifadəsini nəzərə almamışdır. Halbuki tərəflərin müqavilə üzrə həqiqi iradə ifadələri müqavilədəki texniki yalnışlıq nəticəsində göstərilən 47 saylı mənzil deyil, 35 saylı mənzillə bağlı olmuşdur. Texniki yalnışlıqla tərtib olunmuş müqaviləyə görə MTK-nın üzərinə öhdəlik qoyulması tamamilə absurddur.

23. Cavabdeh2 iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2022-ci il tarixində AB01M47 nömrəli müqaviləyə əsasən cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzili 56115 manata almışdır. Mənzilin dəyərinin onun tərəfindən MTK-ya ödənilməsi ilə bağlı maliyyə arayışı verilmişdir. Cavabdeh mənzilin dəyərini MTK-ya tam olaraq ödəyərək onu almış, təmir etmiş və faktiki olaraq ailə üzvləri ilə həmin ünvanda yaşayır. O, mənzilə dair çıxarış da almışdır. O, hazırkı mübahisə üzrə vicdanlı alıcıdır. Onun Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilədən xəbəri olmamışdır. Hazırkı vəziyyətdə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarış ın ləğv olunması cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Müqavilədə texniki səhvə yol verilmişdir, lakin məhkəmə işin bu halına diqqət yetirməmişdir. Bundan başqa, cavabdehin mənzili əldə etməsinə dair müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilirsə, onda məhkəmə cavabdeh tərəfindən ödənilmiş pul vəsatinin geri qaytarılmasını da təmin etməli idi. Cavabdeh MTK tərəfindən iddiaçıya başqa bir mənzil də təklif olunmuş, yəni iddiaçı əsaslı təmir edilmiş mənzili əldə etməklə hazırkı vəziyyətdə hüquqdan sui-istifadə edir. İşə baxan məhkəmə isə öz növbəsində qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş, cavabdehin mülkiyyət hüqununun pozulması ilə nəticələnən əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1169/2024 nömrəli 20 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Səyyad Qafari) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir.

26. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və mənzilə istifadəyə maneələrin aradan qaldırılmasından ibarətdir.

27. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürməmiş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara düzgün hüquqi qiymə t verməmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqaviləyə əsasən MTK Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzili İddiaçı verməyi, İddiaçı isə öz növbəsində mənzilin müqavilə üzrə razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Mübahisələndirilən mənzillə bağlı MTK ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, AB01M47 nömrəli müqavilə bağlanmış, sonuncu müqavilədə nəzərdə tutulmuş məbləği, yəni 56115 manatı MTK-ya ödəmiş və bundan sonra aidiyyəti orqana (DƏDRX-yə) müraciət edərək, sözügedən məzillə bağlı xx.xx.2022-ci il t arixli, ********** qeydiyyat nömrəli hüquq müəyyənedici sənəd (Çıxarış) əldə etmişdir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MTK tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili iddiaçı ilə MTK arasında müqavilə predmeti olan mənzilin nömrəsinin əslində 47 saylı deyil, 35 saylı mənzil olmasından ibarətdir. Sadəcə olaraq iddiaçı ilə bağlanmış müqavilənin tərtibatında texniki yanlışlığa yol verilmişdir.

30. Cavabdeh2 apellyasiya şikayətində də şikayətindəki dəlillər yer almaqla yanaşı, həm də sonuncu mənzilin dəyərini tam ödədikdən sonra aldığını, təmir edərək uzun müddətdir ailə üzvləri ilə həmin mənzildə yaşadığını, mənzilə dair çıxarış aldığını, müqavilə bağlanan zaman iddiaçı ilə MTK arasında hər hansı müqavilənin olmasından xəbərsiz olduğunu və sonda özünün vicdanlı alıcı olm asını bəyan etmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşmayaraq qeyd etmişdir ki, eyni mənzillə bağlı iki fərqli şəxslə ayrı-ayrılıqda müqavilə bağlanmış, lakin hazırda iddiaçı olan birinci alıcı mənzilə faktiki sahibliyi həyata keçirməməklə yanaşı, öz mülkiyyət hüququnu qeydə aldırmamış, ikinci alıcı (cavabdeh) Xatirə Kayğısız isə MTK ilə müqavilə bağladıqdan sonra, mənzili təmir etdirməklə faktiki sahibliyi həyat keçirmiş, həmçinin qanunvericiliklə müəyyən olunmuş qaydada öz adına hüquq müəyyənedici sənəd, yəni çıxarış almış və mülkiyyət hüququnun bütün elementləri üzrə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüququ qazanmışdır.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının müqaviləsinin cavabdehə münasibətdə daha əvvəl tari xə təsadüf etməsinə baxmayaaraq, cavabdeh Xatirə Kayğısızın mübahisəli mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində qüvvədə olan mülkiyyət hüququna dair qeydi mövcud olduğundan, həmin əmlakla bağlı sonuncunun adına aparılmış mülkiyyət hüququ barədə qeydin həqiqiliyi vicdanlılıq qaydaları çərçivəsində qorunmalıdır.

33. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı mübahisənin həlli sözügedən mənzillə bağlı müqavilələr bağlanan dövrdə qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsində ifadə edilmiş hüquqi mövqelərdə axtarılmalıdır.

34. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş işin hallarına görə, mübahisəli mənzillə bağlı müqavilə Usub Ağazadə ilə MTK arasında xx.xx.2018-ci il tarixdə, Cavabdeh2 ilə MTK arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, hər iki ş əxs tərəfindən ödənişlər də müvafiq olaraq müqavilə bağlanan dövrdə edilmişdir. Göründüyü kimi hər iki müqavilənin rəsmiləşdirmə tarixi 2018-ci ilin iyul ayının 1-dən sonraya təsadüf edir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən olunmuş digər hallarına görə İddiaçı ilə müqavilə bağlandıqdan sonra mənzilin ona faktiki olaraq təhvil verilməsi, bununla bağlı hər hansı sənədləşmənin aparılması (təhvi-təslim aktı, mənzilin açarlarının iddiaçıda olması və s.) müəyyən edilməmiş, qeyd edilənlərlə bağlı sonuncu tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

36. Cavabdeh2 tərəfindən isə əksinə, mənzilin onun tərəfindən təmir olunması, hazırda əşyalarını həmin mənzilə yerləşdirməklə ailəsi ilə birlikdə orada daimi olaraq yaşaması, adına hüquq müəyyənedici sənədin alması sü but olunur. Hətta məhkəmə araşdırması zamanı iddiaçı tərəfin nümayəndəsi və vəkili də “bildiyinə görə mübahisəli mənzilin cavabdehin sahiblik və istifadəsində olmasını” qeyd etmiş, sonuncu da istənilən vaxtı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir.

37. Məhkəmə kollegiyasının araşdırması zamanı Cavabdeh2 bütün bu proseslərdən yalnız birinci instansiya məhkəməsi tərəfindən onların yaşadığı mübahisəli ünvana bildirişlər, həmçinin polis əməkdaşı gələndən sonra məlumatlı olduğunu bildirmiş, bu barədə MTK-nı məlumatlandırdıqda isə, MTK problemin ona aidiyyətinin olmadığını, mübahisənin U.Ağazadə ilə onların arasında olduğunu və öz aralarında həll edəcəklərini bildirmişdir. Cavabdeh2 gedən proseslər zamanı iddiaçının həmçinin MTK-ın direktoru ilə qohumluq əlaqəsində olduğun u bildirmiş, digər cavabdeh MTK-nın və iddiaçının nümayəndələri də bunu inkar etməmişlər.

38. Bundan başqa, müəyyən olunmuşdur ki, MTK İddiaçı məktub ünvanlayaraq ona verilməli olan mənzilin nömrəsinin 47 deyil, 35 olmasını bildirmiş, sonuncuya bununla bağlı texniki səhvin aradan qaldırılması ilə bağlı müqavilə ilə birlikdə MTK-ya yaxınlaşmasını və ona yeni mənzilin verilməsini təklif etmiş, lakin iddiaçı bu təklifi də dəyərləndirməmişdir.

39. Apellyasiya icraatı zamanı da kollegiya tərəfindən tərəflərə, konkret halda MTK ilə İddiaçı barışıq (razılaşma) əldə edilməsi təklif olunmuş, lakin tərəflər arasında hər hansı barışıq əldə edilməmişdir.

40. Belə ki, cavabadeh MTK-nın nümayəndəsi qarşı tərəfin barışığa gəlmədiyini, yəni müqavilədə düzəliş edərək iddiaçıya yeni mənzilin verilməsini tək lif etdiyi halda, iddiaçının razılaşmadığını, iddiaçı tərəf isə təklifin real olmadığını, bunu texniki səhvin (yanlışlığın) nəticəsi olaraq deyil, vurulmuş ziyanın nəticəsi olaraq əvəzləşməsini təkid etmişdir.

41. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı ilə cavabdeh MTK-nın və ya onun direktoru arasında kompromis mövqenin olmaması, digər bir şəxsin (mülkiyyətçinin) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz.

42. Apellyasiya şikayətlərinin dəlilləri üzrə araşdırma aparan məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, İddiaçı cavabdeh MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da belə, onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır.

43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdimüəyyən əşya olan mənzil sonradan Cavabdeh1 MTK ilə digər Cavabdeh2 arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı mənzilin cavabdeh MTKdan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin Cavabdeh2 təhvil verildiyi andan aradan qalxmışdır.

44. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında, hüquqları reyestrdə qeydə alınmış və mənzili təmir edərək uzun müddət orada yaşayan şəxsə daha üstün mövqedən yanaşılmalı, iddiaçıya isə mübahisəli mənzilə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini ilə ba ğlı MTK-ya qarşı mülki qaydada tələb etmək hüququnun istisna edilməməsi izah olunmalıdır.

45. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir.

46. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddəsinin 2 və 3-cü hissələrinə, Mülki Məcəllənin 5.3, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 337.5, 385.1, 452.1, 452.2, 567, 568.1, 575.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarıl ması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

49. Belə ki, MTK tərəfindən texniki səhv adı ilə hazırlanmış və kökü olmayan bir əmr məhz cinayət məsuliyyətindən yayınmaq üçün edilmiş, əks halda həqiqətən texniki səhv məsələsi əvvəlcədən mövcud olsa idi, ilk öncə MTK Ağsu Rayon Məhkəməsinə ona qarşı sözügedən mənzillə bağlı başqa əsassız nüanslarla iddia qaldırmaq, istintaq orqanlarına başqa fikirlər bildirmək əvəzinə 2019-cu ildən mövcud olduğunu iddia etdikləri texniki səhvlə bağlı əmrə çoxdan istinad edərdilər.

50. Eyni zamanda işdə olan sənədlərdən də görünür ki, müqavilədə mənzilin nömrəsində texniki səhv mövcud olmayıb, sadəcə yaranmış vəziyyətdən çıxmaq üçün MTK rəhbərliyi qeyd olunan üsuldan istifadə etmişdir.

51. Kassator şikayətini Mülki Məcəllənin 339.1, 340.2, 430.1, 448.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Cavabdeh2 vəkili Vəkil4 kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

53. Maddə 13 (hissə 1).Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

54. Maddə 29 (hissə 2). Mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanun la qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.

55. Maddə 29 (hissə 3). Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

56. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

57. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

58. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

59. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, hə m də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

60. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

61. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

62. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

63. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

64. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

65. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

66. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

67. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

68. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qa nunu

69. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarı. 70...əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan ba şqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqların ın və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüq uq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, eyni mənzillə bağlı iki fərqli şəxslə ayrı-ayrılıqda müqavilə bağlanmış, lakin hazırda iddiaçı olan birinci alıcı mənzilə faktiki sahibliyi həyata keçirməməklə yanaşı, öz mülkiyyət hüququnu qeydə aldırmamış, ikinci alıcı (cavabdeh) Xatirə Kayğısız isə MTK ilə müqavilə bağladıqdan sonra, mənzili təmir etdirməklə faktiki sahibliyi həyat keçirmiş, həmçinin qanunvericiliklə müəyyən olunmuş qaydada öz adına hüquq müəyyənedici sənəd, yəni çıxarış almış və mülkiyyət h üququnun bütün elementləri üzrə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüququ qazanmışdır. İddiaçının müqaviləsinin cavabdehə münasibətdə daha əvvəl tarixə təsadüf etməsinə baxmayaraq, cavabdeh Xatirə Kayğısızın mübahisəli mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində qüvvədə olan mülkiyyət hüququna dair qeydi mövcud olduğundan, həmin əmlakla bağlı sonuncunun adına aparılmış mülkiyyət hüququ barədə qeydin həqiqiliyi vicdanlılıq qaydaları çərçivəsində qorunmalıdır.

7. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər ə mlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

8. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

9. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sü buta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

10. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

11. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tu taraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1169/2024 nömrəli iş üzrə 20 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar