Məhkəmə qərarları › İş №2(105)-1169/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1169/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1169/2024 20.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: yeni inşa olunan yaşayış binasında mənzilə dair hüquqların müəyyən edilməsi, müqavilənin etibarsızlığı, öhdəliyin icrası-mənzillərin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MTK-ın nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(012)- 433/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilənin surətindən görünür ki, sonuncu, Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzili 51000 (əlli bir min) manata almışdır. Pul məbləğlərinin onun tərəfindən MTKya ödənilməsi ilə bağlı maliyyə arayışı verilmişdir.

2. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2022-ci il tarixində AB01M47 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2, Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzili 56115 (əlli altı min bir yüz on beş) manata almışdır. Pul məbləğlərinin onun tərəfindən MTK-ya ödənilməsi ilə bağlı maliyyə arayışı verilmişdir.

3. Ağsu Rayon Məhkəməsinin 2(016)-665/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh1 MTK-nin cavabdeh X4 qarşı “müqavilənin etbarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtina etmə barədə ərizəsi qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 6(012)-47/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilərək Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Eldəniz Əskərovun 11 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın ləğv edilməsi, toplanmış materialların əlavə yoxlama və araşdırma aparılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır.

5. İşdə olan Cavabdeh1 MTK tərəfindən sistemə əlavə edilmiş xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, “xx.xx.2018-ci tarixində vətəndaş İddiaçı ilə bağlanmış AB01M47 saylı müqavilədə texniki olaraq buraxılmış mənzil nömrəsindəki səhvin aradan qaldırılması müqavilədə qeyd olunmuş mənzil nömrəsi olan 47 dəyişdirilərək 35 yazılması, əmrin icrasına nəzarət satış və maliyyə şöbələrinə həvalə olunması əmr edilmişdir.”

6. Abşeron Rayon Məhkəməsinin 6(012)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilərək Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Eldəniz Əskərovun 27 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın ləğv edilməsi, qərarın surətinin cinayət işi üzrə yenidən araşdırma aparılması üçün Abşeron Rayon Prokurorluğuna göndərilməsi, qərarın icrasının Abşeron Rayon Polis İdarəsinə, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror- Abşeron Rayon Prokurorluğuna həvalə edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə tələbin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında “Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü kmdə MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin” alqı-satqısına dair bağlanmış 16 iyun 2022-ci il tarixli, AB01M47 nömrəli müqavilənin etibarsız hesab edilməsi; -bu müqavilə əsasında verilmiş daşınmaz əmlaka dair **********97-05301-093018 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi; -Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTKya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin üzərində onun sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi və həmçinin yaşayış sahəsindən istifadəyə maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 MTK arasında yaşayış evinin alqı-satqısı haqqında xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilə bağlanılmış müqaviləyə əsasən “Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87 kv.m ümumi sahəsi olan 47 saylı mənzili almış, müqavilə üzrə əmlakın dəyəri olaraq 51000 manat pulu MTK-ya ödəmiş, MTK da ödənişin edilməsi, qalıq borcunun olmaması barədə maliyyə arayışını, özlərinə məxsus nümunədə tərtib edilən mənzil haqqında çıxarış vermişdir. Mənzili aldıqdan sonra iddiaçı sözügedən mənzili daima nəzarətdə saxlayıb. Onu da qeyd edir ki, hər dəfə evinin rəsmiləşdirilməsi, yəni dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün müraciət etdikdə MTK-nın direktoru X1 ona bildirirdi ki, binalar hələ istismara verilmir, sənədləşmələr qaydasına düşəndə ona məlumat veriləcək. Cari ilin əvvəlində evə gedib baxan zaman isə gördü ki, ona məxsus mənzilə giriş edə bilmir. Dərhal məsələyə aydınlıq gətirilməsi üçün MTK-ya müraciət etdikdə direktor onunla kobud davranaraq, hətta MTK-dan qovaraq mənzili ona verməyəcəyini, başqasına satacağını bildirdi. Bu səbəbdən o, müxtəlif hüquq-mühafizə orqanlarına müraciət edərək ona məxsus müqavilənin qüvvədə olmasına baxmayaraq onun mənzilə girişinə mane olduqlarını bildirmişdir. Lakin heç bir qanuni tədbir görülməmişdir. Onun qanuni şikayətlərindən sonra MTK əsassız şəkildə Ağsu Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etdi. O, da aidiyyəti qaydada əsaslı etiraz-mülahizəni, əlindəki mötəbər fakt və sübutları təqdim edərək iddia ərizəsinin əsassız olmasını sübut etdi. Bundan sonra MTK tərəfindən iddiadan imtina barədə ərizə təqdim edilmiş, ərizəyə onun tərəfindən etiraz olunsa da məhkəmə ərizəni təmin edərək iddiaçının iddiadan imtina etməsi səbəbindən iş üzrə icraata xitam verilməsi barədə 11 sentyabr 2023-cü il tarixli qərardad qəbul etmişdir. Lakin buna baxmayaraq MTK onun hüquqlarını kobud şəkildə pozmağa davam edir. Belə ki, aralarında müqavilənin hüquqi qüvvəsinə, özləri tərəfindən maliyyə arayışının verilməsinə baxmayaraq onun sözügedən yaşayış sahəsindən istifadə etməsinə əsassız maneə yaradır. Hətta qeyd etdiyi və əlavə olunan məhkəmə qərardadından da göründüyü kimi MTK iddiasından tam şəkildə imtina etmiş, lakin buna baxmayaraq onu əmlakına buraxmayaraq özbaşınalığına davam edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. İddiaçı dəqiqləşdirmə barədə ərizəsində ilk iddia ərizəsindəki mövqeyini təsdiq edərək qeyd etmişdir ki, cavabdeh ona qarşı Ağsu Rayon Məhkəməsinə müraciət edən zaman, eləcə də onun hüquq-mühafizə orqanlarına verdiyi şikayətin araşdırılması zamanı belə ona məxsus mənzili kimə satdığına dair məlumatı məqsədli şəkildə bildirməmişdir. Lakin iddianı verdikdən sonra araşdırma zamanı məlum olmuşdur ki, onunla bağlanılmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilənin predmeti olan “Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin alqı-satqısına dair Cavabdeh2 ilə 16 iyun 2022-ci il tarixində AB01M47 nömrəli müqavilə bağlanmış və həmin şəxs də dərhal xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İşin hallarından da göründüyü kimi sözügedən mənzili ilk dəfə xx.xx.2018-ci il tarixində iddiaçı almış və mənzilin dəyərinin tam ödənilməsi, hər hansı borcunun qalmaması barədə maliyyə arayışı verilmişdir. Cavabdeh2 isə müqaviləsinə baxdıqda aydın görünür ki, cavabdehin müqaviləsi onun qüvvədə olan müqaviləsindən 4 il sonra qanunsuz şəkildə bağlanmışdır. Bir daha qeyd edir ki, o, mənzili əldə edərkən heç bir problemlə, mənzillə bağlı mübahisə ilə qarşılaşmamış, pulu isə bir dəfəyə ödəmiş və müqaviləsi də hazırda tam qüvvədədir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

10. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(012)-433/2024 nömrəli qətnaməsi ilə (hakim S.Quliyeva) iddia təmin edilərək, - Cavabdeh1 ilə Cavabdeh2 arasında “Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTKya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin” alqı-satqısına dair bağlanmış 16 iyun 2022-ci il tarixli, AB01M47 nömrəli müqavilə etibarsız hesab edilmiş, - həmin müqavilə əsasında verilmiş daşınmaz əmlaka dair **********97-05301-093018 reyestr nömrəli, xx.xx.2022- ci il qeydiyyat tarixli çıxarış ləğv edilmiş; - Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzil iddiaçıya təhvil verilsin və həmçinin yaşayış sahəsindən istifadəyə maneçilik törədilməməsi vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi, Cənnət Park” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilə ilə Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı- Şamaxı yolunun 14-cü km-də MTKya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzil ilkin olaraq İddiaçın satılmış, bu müqavilə hazırda qüvvədədir, bu müqavilələrin ləğv olunması haqqında razılaşma, həmin müqavilələri dəyişdirmək və ya ləğv etmək təklifi, bu təklifdən digər tərəfin imtinası iş materiallarında yoxdur və müqavilə məhkəmə qaydasında ləğv olunmamış, əksinə cavabdeh MTK tərəfindən mənzilə dair müqavilənin ləğv edilməsi barədə iddia ərizəsindən məhz MTK-nın imtina etməsi nəticəsində iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı ilə mövcuddur. Həmçinin iddiaçının mübahisə predmeti olan mənzili qanuni şəkildə ilkin olaraq əldə etməsini müqavilə, maliyyə arayışı və digər sübutlarla yanaşı mənzilin ona təhvil verilməsi, onun isə mənzilin açarını dəyişərək davamlı olaraq nəzarətdə saxlaması, yəni ona sahiblik etməsi sübut edir. Məhkəmə araşdırması zamanı MTK texniki səhvliyi əsas tutaraq iddiaçıya əmrdə göstərilən mənzilin verilə biləcəyini, barışıq sazişi bağlanmasını təklif etdiklərini qeyd etdiklərindən məhkəmə baxış prosesi bir dəfə təxirə salınmış, lakin tərəflər arasında razılıq əldə edilməmiş və buna baxmayaraq cavabdeh MTK öz çıxışında iddiaçının istənilən zaman əmrdə qeyd edilən mənzili əldə etməsinin, yəni mənzilin və açarının iddiaçıya təhvil verilməsi mümkünlüyünü bir daha qeyd etmişdir. Lakin o da nəzərə alınmalıdır ki, MTK baxış prosesində mənzilin nömrəsində texniki səhv olmasına dair əmri təqdim etsə də sözügedən əmrin icrası üzrə verilmiş tapşırıqlar, eləcə də iddiaçıya bu barədə hər hansı məlumatın verilməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Digər Cavabdeh2 mübahisə predmeti olan mənzili vicdanlı şəkildə aldığını, mənzili təmir etdirdiyini, hazırki gün də orada yaşadığını qeyd etsə də bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş yerində baxış prosesi məhz mübahisə predmeti olan mənzildə kimsənin olmaması, yəni qapının bağlı olması səbəbindən baş tutmamışdır. Cənnət Park MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı mövcud deyildir, cavabdehlər bu barədə sübutları məhkəməyə təqdim etməmişlər.Qeyd edilən nüanslar sözügedən mənzilin hazırda Cavabdeh2 çıxarışla mülkiyyətində olsa da onun sahiblik və istifadəsində olduğunu şübhə altına salır. Belə ki iş materiallarında Xatirə Kayqısızın mülkiyyətinə mənzil verilməsilə bağlı iddiaçı tərəfə MTKnın rəhbərliyindən binanın hələ istirmara verilmədiyi qeyd edildiyi halda cavabdehlər arasında müqavilə bağlanandan qısa zaman sonra cavabdehə mülkiyyəti təsdiq edən çıxarışın verilməsi də onlar arasında bağlanmış müqavilənin etibarlılığını, tərəflərin isə vicdanlı olduğunu bir daha şübhə altına qoyur. Cavabdeh MTK-nın özünün Ağsu Rayon Məhkəməsinə verdiyi iddiasının, eləcə də hüquq mühafizə orqanlarında İddiaçı şikayətlərinin araşdırılması zamanı mənzilin Cavabdeh2 satılmasına dair hər hansı fikir bildirməməsinin, təsdiqedici sənədləri təqdim etməməsinin, eləcə də eyni mənzil üzrə 5 il fərq ilə müqavilə bağlansa da hər iki müqavilənin də eyni nömrəli olmasının özü cavabdehlər arasında 2022-ci ildə bağlanan müqavilənin formal olduğunu, İddiaçı əmlakının əldən çıxarılması məqsədilə bağlandığı göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, sözügedən mənzilin 08 dekabr 2018-ci ildən sahiblik və istifadə hüququ ilə yüklü olmasına, yəni İddiaçı satılmasına baxmayaraq, yenidən Cavabdeh2 satılmasına dair 16 iyun 2022-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməli və mənzil üzrə Cavabdeh2 verilmiş çıxarış da ləğv edilməli, mənzilin iddiaçıya təhvil verilməsi təmin edilməlidir. Cavabdeh2 ilə cavabdeh MTK arasında bağlanmış müqaviləyə münasibətdə isə məhkəmə qeyd edib ki, cavabdeh aidiyyəti qaydada dəymiş ziyanın tələb edilməsi, yaxud da mənzilin əvəzi olaraq başqa bir mənzilin ona təhvil verilməsini Cavabdeh1ndən tələb etmək hüququna malikdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 138, 152.1, 157.2, 324.1, 337, 340.2, 385.1, 386.1, 389.1, 390, 399.1, 404.1, 404.2, 425.1, 442, 448.1, 452.1, 560.1, 560.2, 646.1, 752.1, 752.2, maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

14. Cavabdeh1 MTK apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini təmin edən məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. İşin əsli ondan ibarətdir ki, MTK ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə “yaşayış evinin alqı-satqısı” haqqında müqavilə imzalanmışdır. Həmin müqavilədə işçilər texniki yalnışlığa yol verərək 35 saylı mənzili 47 saylı mənzil kimi göstərmişlər. Bu fakt Cavabdeh1 MTK-nın rəhbərliyi tərəfindən 2019-cu il tarixdə müəyyən olunmuş və bu barədə xx.xx.2019-cu il tarixli ƏMR verilmiş, müqavilədəki texniki yalnışlığın həmin ƏMR-lə aradan qaldırılması təmin edilmişdir. Bu barədə iddiaçıya dəfələrlə şifahi məlumatlar verilmişdir. Eyni zamanda məhkəmə prosesləri dövründə iddiaçıya məxsus mobil nömrənin “whatsapp” sosial şəbəkəsində müvafiq mətn yazılaraq texniki yalnışlıq onun diqqətinə çatdırılmış, bildiriş və əmrin fotoşəkli göndərilmişdir. Lakin iddiaçı texniki yalnışlıqlı müqavilədən çıxış edərək hüquqlarından sui-istifadə edir. Məhkəməyə qeyd olunan hallarla bağlı müvafiq sənədlərbildiriş, əmr və sosial şəbəkə vasitəsilə göndərilmiş mesajların ekran görüntüsü təqdim olunmuşdur. Lakin məhkəmə göstərilən hallara əhəmiyyət verməmiş, müqaviləni təfsir edərkən səhvliyə yol vermiş, müqavilə üzrə tərəflərin həqiqi iradə ifadəsini nəzərə almamışdır. Halbuki tərəflərin müqavilə üzrə həqiqi iradə ifadələri müqavilədəki texniki yalnışlıq nəticəsində göstərilən 47 saylı mənzil deyil 35 saylı mənzillə bağlı olmuşdur. Texniki yalnışlıqla tərtib olunmuş müqaviləyə görə MTK-nın üzərinə öhdəlik qoyulması tamamilə absurddur. MTK-nın öhdəliyi tərəflərin iradə ifadəsinə uyğun olaraq müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə sadalanan hallara heç bir əhəmiyyət verməmiş, iş üzrə səthi araşdırma aparmaqla kifayətlənmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

15. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsi ilə nəticələnən məhkəmə qətnaməsi ilə razılaşmır. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2022-ci il tarixində AB01M47 nömrəli müqaviləyə əsasən cavabdeh Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzili 56115 manata almışdır. Mənzilin dəyərinin onun tərəfindən MTK-ya ödənilməsi ilə bağlı maliyyə arayışı verilmişdir. Cavabdeh mənzilin dəyərini MTK-ya tam olaraq ödəyərək onu almış, təmir etmiş və faktiki olaraq ailə üzvləri ilə həmin ünvanda yaşayır. O, mənzilə dair çıxarış da almışdır. Hazırkı mübahisə üzrə vicdanlı alıcıdır. Onun Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqavilədən xəbəri olmamışdır. Hazırkı vəziyyətdə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa işin araşdırılan halından müəyyən olundu ki, Cavabdeh1 MTK tərəfindən sistemə əlavə edilmiş xx.xx.2019-cu il tarixli əmrlə “xx.xx.2018-ci tarixində vətəndaş İddiaçı ilə bağlanmış AB01M47 saylı müqavilədə texniki olaraq buraxılmış mənzil nömrəsindəki səhv aradan qaldırılmış, müqavilədə qeyd olunmuş mənzil nömrəsi olan 47 dəyişdirilərək 35 kimi yazılmış və əmrin icrasına nəzarət saş və maliyyə şöbələrinə həvalə edilmişdir. Göründüyü kimi iddiaçının mənzili 47 yox 35 saylı mənzildir . Müqavilədə texniki səhvə yol verilərək, 47 kimi qeyd olunmuşdur. Lakin məhkəmə işin bu halına diqqət yetirməmişdir. Bundan başqa əgər cavabdehin mənzili əldə etməsinə dair müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilirsə, onda məhkəmə cavabdeh tərəfindən ödənilmiş pul vəsatinin geri qaytarılmasını da təmin etməli idi. İddiaçı hüquqdan sui-isfadə edir. Belə ki, Cavabdeh2 mənzili almış, dəyərini tam olaraq ödəmiş, mənzili təmir etdirmiş, təmir üçün xeyli məbləğdə pul vəsait sərf etmişdir. Hazırda isə ailəsi birlikdə həmin mənzildə yaşayır. Cavabdeh MTK tərəfindən iddiaçıya başqa bir mənzil də təklif olunur. Lakin iddiaçı hər vəchlə hazırkı mənzili tələb edir. Yəni iddiaçı əsaslı təmir edilmiş mənzili əldə etməklə hazırkı vəziyyətdə hüquqdan sui-istifadə edir. İşə baxan məhkəmə isə öz növbəsində qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş, cavabdehin mülkiyyət hüqununun pozulması ilə nəticələnən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş apellyator Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, işə baxan məhkəmə iddia tələbini təmin etməklə onun hüquqlarını pozmuşdur. Mübahisəli mənzilə dair hüquqlarının daşınmaz əmlakda qeydə alınmasına dair ona Çıxarış verilmişdir. Həmin mənzili o öz vəsaiti hesabına təmir etdirmiş və 2 ildən çoxdur ki, orada yaşayır. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfə Cavabdeh1 MTK tərəfindən mənzil təklif olunmuş hətta bununla bağlı tərəflər arasında danışıqların aparılması məqsədilə məhkəmə iclası təxirə salınmışdır. Lakin daha sonra İddiaçı məhkəmə iclasında qəti surətdə başqa mənzil istəmədiyini bildirmişdir. Göründüyü kimi o qanuni formada dəyərini ödəməklə mənzil əldə etmiş və bugün də həmin mənzil üzərində onun hüquqlarının qeydə alınmasına dair müvafiq Çıxarış qüvvədədir. O mənzilin mübahisəli olduğunu bilsəydi almazdı. Bütün bu proseslərdən məhkəmə tərəfindən bildiriş və yaşadığı ünvana polis əməkdaşı gələndən sonra məlumatlı olmuşdur. Məhkəmə isə sadalanan halları nəzərə almamış və iş üzrə əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən Cavabdeh2 sonda apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil4 Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 16 iyun 2022-ci il tarixdə müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 hazırkı mübahisəli mənzili almışdır. Daha sonra cavabdeh sözügedən mənzili təmir etdirmiş və öz ailəsi ilə birlikdə mənzildə yaşamağa başlamışdır. Hazırkı iş üzrə İddiaçı onunla Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandığını və həmin mənzili aldığını iddia edir. Bildirir ki, hətta iddiada qeyd edilənlər doğru olsa belə Cavabdeh2 mübahisəli mənzilə münasibətdə vicdanlı alıcıdır və illərdir ki, həmin mənzildə yaşayır. Əgər mübahisəsi gedən mənzil 2018-ci ildə iddiaçıya satılmışdısa, bu illər ərzində iddiaçı həmin mənzilə dair hüquqlarını həyata keçirmək üçün müəyyən hərəkətlər edərdi. Göstərilən hallar işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. Ona görə də nümayəndə sonda Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə iclasında iştirak etmiş apellyator Cənnət Park” MTK-ın nümayəndəsi və vəkili Vəkil5 MTK-nın apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə texniki yanlışlıq olmuşdur. Daha konkret ifadə edilsə həmin müqavilədə mənzilin nömrəsi 35 yerinə 47 kimi qeyd edilib. Daha sonra qeyd edilən yanlışlıq MTK-tərəfindən aşkarlanmış müvafiq əmrlə aradan qaldırılaraq, bu barədə iddiaçıya məlumat verilmişdir. Məhkəmə mübahisəsi müqavilədən yaranan mübahisə olduğundan məhkəmə ilk növbədə müqavilənin təfsirinə baxmalı idi. Bu təfsir hərfi mənada deyil, geniş mənada, yəni tərəflərin həqiqi iradə ifadəsinə uyğun olmalıdır. İddiaçıya MTK-tərəfindən hal-hazırda da ona məxsus olan mənzili təhvil almaq təklifi edilir. Lakin iddiaçı bundan imtina edir. Digər tərəfdən iş üzrə Cavabdeh2 mübahisəli mənzilə münasibətdə vicdanlı alıcıdır. Məhkəmə isə işin bu halına da düzgün hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən nümayəndə və Vəkil5 sonda MTK-nın apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək bildirdi ki, mübahisəli mənzilə dair MTK tərəfindən əmr təqdim edilərək müqavilədə mənzilin nömrəsindəki texniki yanlışlığın aradan qaldırıldığı və iddiaçıya bu barədə məlumat verildiyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə müqavilədə mənzilin nömrəsində texniki səhvin olması sübutlarla təkzib olunmuşdur. Eyni zamanda işdə olan sənədlərdən də görünür ki, müqavilədə mənzilin nömrəsində texniki səhv mövcud olmayıb, sadəcə yaranmış vəziyyətdən çıxmaq üçün MTK rəhbərliyi qeyd olunan varianta əl atmışdır. İddiaçı hazırkı müraciətinin oxşar məzmununda hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra MTK tərəfindən Ağsu Rayon Məhkəməsinə müraciət edilərək uydurma əqd anlayışına istinad edilməklə MTK ilə iddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələb edilmişdir. Həmin iddia ərizəsində müqavilədə texniki səhvin olması bildirilməmişdir. Bundan başqa, Abşeron rayon Polis İdarəsinin 27 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında MTK-nın rəhbəri iddiaçı ilə bağlanmış müqavilənin formal olduğunu, məhkəmə gedişatında isə həmin müqavilədə texniki səhvə yol verildiyini bildirmişdir. Göründüyü kimi MTK tərəfindən bildirilən fikirlər bir-birilə ziddiyət təşkil edir. Cavabdeh2 vicdanlı alıcı olduğunu bildirsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş mənzilə yerli baxış prosesi evdə kimsənin olmaması səbəbi ilə mənzilə yerli baxış keçirilə bilməmişdir. Əlavə olaraq həm 2018-ci il tarixli, həm də 2022-ci il tarixli müqavilənin nömrəsi AB01M47dir. İddiaçı mübahisəli mənzili ilk alan şəxsdir. Cavabdeh2 vicdanlı alıcı olması ilə bağlı mövqeyi birinci instansiya məhkəməsində sübutlarla öz təsdiqini tapmamışdır. İşə baxan məhkəmə hərtərəfli və lazımı qaydada araşdırma aparmış və iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətlərinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyası;

13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarı. ... əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirirlər. Apellyasiya şikayətləri qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, verilən apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul olunmalıdır.

27. İddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və mənzilə istifadəyə maneələrin aradan qaldırılmasından ibarətdir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürməmiş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir.

29. İşin müəyyən edilmiş hallarına görə Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AB01M47 nömrəli müqaviləyə əsasən MTK Abşeron Rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cu mərtəbə, 87,00 kv.m ümumi sahəsi olan 47 saylı mənzili İddiaçı verməyi, U. Ağasızadə isə öz növbəsində mənzilin müqavilə üzrə razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

30. Araşdırılan iş üzrə müəyyən edilən digər hal ondan ibarətdir ki, mübahisələndirilən mənzillə bağlı MTK ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, AB01M47 nömrəli müqavilə bağlanmış, sonuncu müqavilədə nəzərdə tutulmuş məbləği, yəni 56115 manatı MTK-ya ödəmiş və bundan sonra aidiyyəti orqana (DƏDRX-yə) müraciət edərək, sözügedən məzillə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquq müəyyənedici sənəd (Çıxarış) əldə etmişdir.

31. İddiaçı iddia edir ki, tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq, MTK t müqavilənin şərtlərini pozaraq mənzili ona təhvil verməmiş, əksinə həmin mənzil bilmədiyi səbəbdən digər şəxsə satılmışdır. Halbuki, o müqavilədə nəzərdə tutulmuş pulu tam olaraq ödəmiş, qarşı tərəf də bununla bağlı maliyyə arayışı vermiş, həmçinin mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Bu isə onun hüquqlarının pozulması deməkdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə iddianı yuxarıda göstərilən qaydada təmin etmiş, narazı qalan cavabdehlər qətnamədən ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər.

32. Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ilə MTK arasında müqavilə predmeti olan mənzilin nömrəsi əslində 47 saylı deyil, 35 saylı mənzildir. Sadəcə olaraq iddiaçıyla bağlanmış müqavilənin tərtibatında texniki yanlışlığa yol verilmişdir. Bu fakt MTK tərəfindən müəyyən edildikdən sonra dərhal iddiaçıya bu barədə şifahi məlumat verilmiş, lakin sonuncu razılaşmadan yayınmış nəticədə qeyd olunan texniki yanlışlıq MTK rəhbərliyinin xx.xx.2019-cu il tarixli əmr ilə aradan qaldırılmışdır.

33. Cavabdeh2 apellyasiya şikayətində də yuxarıda qeyd olunan dəlillər yer almaqla yanaşı, həm də sonuncu mənzilin dəyərini tam ödədkdin sonra aldığını, təmir edərək uzun müddətdir ailə üzvləri ilə həmin mənzildə yaşadığını, mənzilə dair çıxarış aldığını, müqavilə bağlanan zaman iddiaçı ilə MTK arasında hər hansı müqavilənin olmasından xəbərsiz olduğunu və sonda özünün vicdanlı alıcı olmasını bəyan edir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşmayaraq qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

35. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

36. Qeyd edilir ki, mülki qanunvericiliyə əsasən, bir fərdi müəyyən əşya üzərində yalnız bir mülkiyyət hüququ mövcud ola bilər və həmin hüquq yalnız bir nəfərə (fərdi mülkiyyət) və yaxud eyni anda birdən çox şəxsə aid ola bilər (ümumi mülkiyyət). Yəni hər hansı əşya üzərində iki və ya bir neçə şəxsin tam mülkiyyət hüququnun eyni vaxtda mövcud olması mümkün deyildir. Əks yanaşma mülkiyyət haqqı sahiblərinin bu haqlarından irəli gələn səlahiyyətlərinin istifadəsini mümkünsüz edər.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir.

38. Baxılan işin mübahisəsiz hallarından görünür ki, eyni mənzillə bağlı iki fərqli şəxslə ayrı-ayrılıqda müqavilə bağlanmış, lakin hazırda iddiaçı olan birinci alıcımənzilə faktiki sahibliyi həyata keçirməməklə yanaşı, öz mülkiyyət hüququnu qeydə aldırmamış, ikinci alıcı (cavabdeh) Xatirə Kayğısız isə MTK ilə müqavilə bağladıqdan sonra, mənzili təmir etdirməklə faktiki sahibliyi həyat keçirmiş, həmçinin qanunvericiliklə müəyyən olunmuş qaydada öz adına hüquq müəyyənedici sənəd, yəni çıxarış almış və mülkiyyət hüququnun bütün elementləri üzrə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüququ qazanmışdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, baxmayaraq ki, iddiaçının müqaviləsi cavabdehə münasibətdə daha əvvəl tarixə təsadüf edir, cavabdeh Xatirə Kayğısızın mübahisəli mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində qüvvədə olan mülkiyyət hüququna dair qeydi mövcud olduğundan, həmin əmlakla bağlı sonuncunun adına aparılmış mülkiyyət hüququ barədə qeydin həqiqiliyi vicdanlılıq qaydaları çərçivəsində qorunmalıdır.

40. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, hazırki mübahisənin həlli sözügedən mənzillə bağlı müqavilələr bağlanan dövrdə qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsində ifadə edilmiş hüquqi mövqelərdə axtarılmalıdır.

41. Belə ki, MPM-in 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Kollegiya tərəfindən müəyyən olunmuş işin hallarına görə, mübahisəli mənzillə bağlı müqavilə Usub Ağazadə ilə MTK arasında xx.xx.2018-ci il tarixdə, Cavabdeh2 ilə MTK arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, hər iki şəxs tərəfindən ödənişlər də müvafiq olaraq müqavilə bağlanan dövrdə edilmişdir. Göründüyü kimi hər iki müqavilənin rəsmiləşdirmə tarixi 2018-ci ilin iyul ayının 1-dən sonraya təsadüf edir.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin dövrdə qüvvə olmuş 178.8ci maddəsinə görə tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (178.8-ci maddənin 2018-ci il iyulun 1-dən qüvvədə olan mətni) (Əvvəlki redaksiya) MM-in 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (178.8-ci maddənin 2018-ci il iyulun 1-dək qüvvədə olan mətni)

44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

45. Oxşar hüquqi vəziyyətə dair Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 mart 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe mövcuddur.

46. Göründüyü kimi hər iki Plenum Qərarı MM-in 178.8-ci madddəsinin birinci redaksiyasının qüvvədə olduğu dövrə təsadüf edir və bu da onu deməyə əsas verir ki, sözügedən Qərarlar maddənin ikinci redaksiyasına şamil olunmur.

47. Kollegiyanın qənaətinə görə hazırki mübahisənin həllinə Mülki Məcəllənin 178.8-ci maddəsinin 2018-ci il iyulun 1-dən sonra qüvvədə olan mətnini, həmçinin məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna edən hallar müəyyən edilməmişdir. Konkret halda isə hazırki icraatda olan iş mülki qanunvericiliyin 178.8-ci maddəsinin əvvəlki redaksiyasına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyi ilə uzlaşmır.

48. Araşdırması aparılan işin müəyyən olunmuş digər hallarına görə İddiaçı ilə müqavilə bağlandıqdan sonra mənzilin ona faktiki olaraq təhvil verilməsi, bununla bağlı hər hansı sənədləşmənin aparılması (təhvi-təslim aktı, mənzilin açarlarının iddiaçıda olması və s.) müəyyən edilməmiş, qeyd edilənlərlə bağlı sonuncu tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

49. Cavabdeh X. Kaygısız tərəfindən isə əksinə, mənzilin onun tərəfindən təmir olunması, hazırda əşyalarını həmin mənzilə yerləşdirməklə ailəsi ilə birlikdə orada daimi olaraq yaşaması, adına hüquq müəyyənedici sənədin alması sübut olunur. Hətta məhkəmə araşdırması zamanı iddiaçı tərəfin nümayəndəsi və vəkili də “bildiyinə görə mübahisəli mənzilin cavabdehin sahiblik və istifadəsində olmasını” qeyd etmiş, sonuncu da istənilən vaxtı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir.

50. Kollegiyanın araşdırması zamanı X.Kayğısız bütün bu proseslərdən yalnız birinci instansiya məhkəməsi tərəfindən onların yaşadığı mübahisəli ünvana bildirişlər, həmçinin polis əməkdaşı gələndən sonra məlumatlı olduğunu bildirmiş, bu barədə MTK-nı məlumatlandırdıqda isə, MTK problemin ona aidiyyətinin olmadığını, mübahisənin U.Ağazadə ilə onların arasında olduğunu və öz aralarında həll edəcəklərini bildirmişdir. Cavabdeh2 gedən proseslər zamanı iddiaçının həmçinin MTK-ın direktoru ilə qohumluq əlaqəsində olduğunu bildirmiş, digər cavabdeh MTK-nın və iddiaçının nümayəndələri də bunu inkar etməmişlər.

51. Araşdırılan iş üzrə müəyyən edilən hallardan biri də ondan ibarətdir ki, MTK İddiaçı məktub ünvanlayaraq ona verilməli olan mənzilin nömrəsinin 47 deyil, 35 olmasını bildirmiş, sonuncuya bununla bağlı texniki səhvin aradan qaldırılması ilə bağlı müaqavilə ilə birlikdə MTK-ya yaxınlaşmasını və ona yeni mənzilin verilməsini təklif etmiş, lakin sonuncu bu təklifi də dəyərləndirməmişdir.

52. Apellyasiya icraatı zamanı da kollegiya tərəfindən tərəflərə, konkret halda MTK ilə İddiaçı barışıq (razılaşma) əldə edilməsi təklif olunmuş, lakin tərəflər arasında hər hansı barışıq əldə edilməmişdir.

53. Belə ki, cavabadeh MTK-nın nümayəndəsi qarşı tərəfin barışığa gəlmədiyini, yəni müqavilədə düzəliş edərək iddiaçıya yeni mənzilin verilməsini təklif etdiyi halda, iddiaçının razılaşmadğını, iddiaçı tərəf isə təklifin real olmadığını, bunu texniki səhvin (yanlışlığın) nəticəsi olaraq deyil, vurulmuş ziyanın nəticəsi olaraq əvəzləşməsini təkid etmişdir. Kollegiya tərəfindən dəfələrlə təklif olunmasına baxmayaraq tərəflər hər biri öz mənafelərindən çıxış edərək, sonda təqdim olunmuş sübutlar əsasında qərar verilməsini xahiş etmişlər. Göründüyü kimi tərəflər, xüsusən də iddiaçı tərəf təklif olunan kompromis təklifdən istifadə etməmişdir. Bu isə tərəflər arasında hansısa prinsipal çəkişmənin olmasını istisna etmir. Kollegiyanın qənaətinə görə iddiaçı ilə cavabdeh MTK-nın və ya onun direktoru arasında kompromis mövqenin olmaması, digər bir şəxsin (mülkiyyətçinin) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz.

54. Apellyasiya şikayətlərinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya eyni zamanda qeyd edir ki, İddiaçı cavabdeh MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da belə, onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdimüəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır.

55. Həmin maddəyə istinad edən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı ilə cavabdeh MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdi-müəyyən əşya olan mənzil sonradan Cavabdeh1 MTK ilə digər cavabdeh X.Kayğısız arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı mənzilin cavabdeh MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin X.Kayğısıza təhvil verildiyi andan aradan qalxmışdır.

56. Qeyd olunanları nəzərə alan kollegiya qeyd edir ki, hazırki mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında, hüquqları reyestrdə qeydə alınmış və mənzili təmir edərək uzun müddət orada yaşayan şəxsə daha üstün mövqedən yanaşılmalı, iddiaçıya isə mübahisəli mənzilə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini ilə bağlı MTK-ya qarşı mülki qaydada tələb etmək hüququnun istisna edilməməsi izah olunmalıdır.

57. Beləliklə, yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin istinad etdiyi maddələr fərqli dispozisiyaya malik olmaqla, məzmunu işin sadalanan faktiki hallarına uyğun gəlmir.

58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(012)- 433/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

59. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(012)-433/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar