Məhkəmə qərarları › İş №2(105)-867/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-867/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-867/2025 25.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Notariat Ofisi, Xızı rayonu Dövlət Notariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 olmaqla) mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız sayılması, torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi) X26 Süleymanovanın sədrliyi və məruzəsi, X4 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh4, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Notariat Ofisi, Xızı rayonu Dövlət Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 olmaqla) daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız sayılması, torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(060)-362/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanılmış 28 avqust 2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 04 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının etibarsız sayılması, Sumqayıt şəhəri,“Corat bağlan” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh5 arasında Xızı rayonu dövlət notariat kontorunda bağlanılmış 30 may 2024-cü il tarixli,4Ə-1560 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri,“Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 25 iyun 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının etibarsız sayılması, Sumqayıt şəhəri,“Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh5 ilə Cavabdeh6 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış 08 avqust 2024-cü il tarixli, 4Ə-2262 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri,“Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsi üzərində Cavabdeh6 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 25 iyun 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinin Cavabdeh6 tərəfindən boşaldılaraq Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi, Sumqayıt şəhəri “Corat bağları” ərazisində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinin məhkəmə qaydasında etibarsız sayılmış hüquq müəyyənedici sənədləri əsasında sənədləşmə işlərinin aparılması ilə bağlı olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi sonradan iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, məhkəmədən Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanılmış 28 avqust 2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 04 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının etibarsız sayılması, Sumqayıt şəhəri,“Corat bağlan” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh5 arasında Xızı rayonu dövlət notariat kontorunda bağlanılmış 30 may 2024-cü il tarixli, 4Ə-1560 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri,“Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının etibarsız sayılması, Sumqayıt şəhəri,“Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh5 ilə X32 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış 30 avqust 2024- cü il tarixli, 4Ə-2489 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinin boşaldılaraq Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 saylı qətnaməsi ilə ilkin iddiaçı X2 cavabdehlər Cavabdeh3 və qeydlərinə qarşı “şəhadətnamə-müqavilənin etibarsızlığı və çıxarışın ləğvinə dair” iddia tələbi rədd olunmuş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi haqqında” iddia ərizəsi isə təmin edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağları” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təqdiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X23, X5 ilə Cavabdeh3 arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən,sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi qət olunmuşdur. Eyni zamanda Sumqayıt Şəhər Məhkəmənin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 saylı xüsusi qərardadı çıxarılaraq İsmayılov Mədət Heydər oğlunun vərəsələri X5, X23, Cavabdeh3 və İsmayılov Ramiq Mədət oğlu, eləcə də torpağa dair müvafiq sənədlərin verilməsində iştirak edən vəzifəli şəxslərin əməllərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 191-ci, 308.2- ci və 320.1-ci maddələri üzrə hüquqi qiymət verilməsi və əməllərində cinayət tərkibi müəyyən edilmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri barədə Sumqayıt şəhər prokurorluğuna məlumat verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 saylı qətnaməsi ilə cavadehlərlər X14 və Cavabdeh3, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)- 19/2022 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin bu iş üzrə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(102)-748/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 da Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(102)- 3151/2023 saylı qərarı ilə rədd edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin tərtib etdiyi 16 dekabr 2005-ci il tarixli “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının Texniki Pasportu” əsasında Süleymanova (Bədəlova) Mənsurə Həsən qızına ayrılmış, lakin rəsmiləşdirilməsi tam başa çatmamış bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda müəyyən olunmuşdur ki, müvafiq arxiv sənədlərinə əsasən mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında icarə müqaviləsinin bağlanıldığı iddia edilən 2284 saylı bağ torpaq sahəsi “Corat bağları” massivində deyil, ’’Saray bağları” ərazisində yerləşmiş və sahəsi də 1200 kvadrat metr deyil, 2000 kvadrat metr təşkil etməklə X27 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X16 istifadəsinə verilmişdir. Məhkəmə müəyyən etmişdir ki, mərhum İsmayılov Mədət Heydər oğlunun adına hüquqmüəyyənedici sənədlər verilərkən aidiyyəti orqanlar tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və saxta sənədlər əsasında hüququn qeydiyyatı həyata keçirilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin cavabdehlərin adına apardığı qeydiyyat etibarsız hesab edilməklə ləğv olunmuşdur. Lakin baxmayaraq ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağları” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması və Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təqdiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X23, X5 ilə Cavabdeh3 arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışların etibarsız hesab olunması qət edilmişdir, cavadehlər etibarsız sayılmış reyestr çıxarışı ilə mübahisələndirilən bağ sahəsi qanunsuz şəkildə özgəninkiləşdirilməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hüquqi nəticələrini aradan qaldırmağa çalışmışlar. Belə ki, hələ məhkəmə çəkişmələrinin getdiyi və mübahisəli bağ sahəsi üzərində sənədləşməyə məhdudiyyət qoyulduğu vaxtda Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, məhkəmənin etibarsız saydığı daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 28 avqust 2018-ci il tarixli, 4Ə- 3055 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına özgəninkiləşdirilmiş və 04 sentyabr 2019-cu il tarixində ********** qeydiyyat nömrəli reyestr çıxarışı ilə sonuncunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh4 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)- 1603/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli,2( 102)- 3151/2023 saylı qərarı qəbul edildikdən sonra Cavabdeh4 torpağı geri qaytarmamaq və bir növ “vicdanlı alıcı” görünüşü yaratmaq məqsədi ilə Xızı rayon Dövlət Notariat Kontorunda bağlanılmış 30 may 2024-cü il tarixli, 4Ə-1560 reyestr mönrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında mübahisəli torpaq sahəsini Cavabdeh5 adına özgəninkiləşdirmiş, sonuncu da Sumqayıt şəhər 4 saylı notariat ofisində rəsmiləşdirilmiş 08 avqust 2024-cü il tarixli,4Ə2262 reyestr nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında torpağı Cavabdeh6 satmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin səhlənkarlığı və qanunsuz hərəkətləri nəticəsində məhkəmənin etibarsız saydığı hüquq müəyyənedici sənədlər əsasında bələdiyyə mülkiyyətində olan bağ torpaq sahəsi başqa şəxslərin adlarına özgəninkiləşdirilməsinə və onların mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilməsinə nail olunmuşdur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi mübahisəli bağ sahəsi ilə bağlı yuxanda sadalanan sənədlərin mötəbərliyini mübahisələndirməyi və məhkəməyə müraciət edərək özünün torpaq üzərində mülkiyyət hüququnu müdafiə etməyi zəruri sayır. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi və həmin torpaq sahəsi üzərində cavabdehlərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tamamilə qanunsuzdur və Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnu pozmaqla yanaşı, müvafiq qanunvericilik aktlarının tələbləri ilə də aşkar şəkildə ziddiyyət təşkil etmişdir. Adı çəkilən torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanılmış 28 avqust 2018-ci il tarixli,4Ə- 3055 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, eləcə də Cavabdeh4 ilə Cavabdeh5 arasında Xızı rayon Dövlət Notariat Kontorunda bağlanılmış 30 may 2024-cü il tarixli,4Ə-1560 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, həmçinin Cavabdeh5 ilə Cavabdeh6 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində rəsmiləşdirilmiş 08 avqust 2024- cü il tarixli, 4Ə-2262 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilələr əsasında torpaq sahəsi üzərində adları çəkilən şəxslərin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və reyestr çıxarışları ləğv edilməli, mübahisələndirilən torpaq sahəsi də Cavabdeh6 qanunsuz sahibliyindən alınaraq Sumqayıt Bələdiyyəsinə qaytarılmalıdır.

4. Cavabdeh4 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız sayılması, torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi haqqında” iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Sumqayıt bələdiyyəsi cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız sayılması, torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən sahəsi 600 kv.metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, 4Ə-3055 reyest nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi və sair” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. İddiaçı Sumqayıt bələdiyyəsi hazırki iddia ərizəsində tələbinin əsası kimi iddiaçı X2 və müstəqil tələb irəli sürən Sumqayıt bələdiyyəsinin iddia tələbləri üzrə qəbul edilmiş Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsinə və həmin iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 nömrəli qətnaməsinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarına istinad edir. İlk olaraq məhkəmənin nəzərinə çatdırır ki, Sumqayıt bələdiyyəsi istinad etdiyi məhkəmə qərarları ilə müəyyən edilmiş və qət edilmiş halları təhrif etməyə cəhd göstərir. Belə ki, əvvəla yuxarıda qeyd olunan məhkəmə qərarlarından göründüyü kimi, həmin iş üzrə ilk iddiaçı X2 ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə həmin iş üzrə müstəqil tələb irəli sürən və hazırki işdə iddiaçı olan Sumqayıt bələdiyyəsinin iddia etdiyi torpaq sahələri eyni iddia obyektidir. Belə ki, əvvəlki işdə hər iki iddiaçı mübahisələndirdikləri torpaq sahəsinin bələdiyyə tərəfindən X7 ayrıldığını bildirərək, öz tələblərini əsaslandırmışlar. Göründüyü kimi, həmin işdə X10 ilə Sumqayıt bələdiyyəsi eyni mövqedən çıxış etmişlər. Sumqayıt bələdiyyəsi çaşqınlıq yaratmaq məqsədi ilə bilərək hazırki iddia ərizəsində əvvəlki iş üzrə X2 iddia tələbini tam şəkildə göstərməmişdir. Lakin qəbul edilmiş məhkəmə qərarlarından məlum olur ki, X2 iddia tələbi həm də, mübahisələndirilmiş torpaq sahəsinə dair Cavabdeh4 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə olmuşdur. X2 tələbi isə Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)- 19/2022 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən də həmin tələbin rəddi qüvvədə saxlanılmışdır. Hər üç məhkəmə qərarında Cavabdeh4 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsinin rədd edilməsi barədə məhkəmələr gəldikləri nəticənin maddi hüquqi əsaslandırması kimi reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad etmişlər. Lakin, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsində Cavabdeh4 vicdanlı alıcı olaraq hüquqlarının qorunmalı olması açıq şəkildə göstərilmədiyinə görə, gələcəkdə baş verə biləcək əsassız iddiaların və çaşqınlığın aradan qaldırılması üçün Cavabdeh4 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin yenə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad olusa da, Cavabdeh4 vicdanlı alıcı olaraq hüquqlarının qorunmalı olması açıq şəkildə göstərilməmişdir. Bu səbəbdən Cavabdeh4 tərəfindən kassasiya şikayəti verilmişdir. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarında Cavabdeh4 vicdanlı alıcı olaraq hüquqlarının qorunmalı olması açıq-aşkar və mübahisəsiz şəkildə öz təsdiqini tapmışdır. Belə ki, Ali Məhkəmənin adı çəkilən qərarının 67, 68, 69-cu bəndləri ilə müəyyən edilmişdir ki; Apellyasiya instansiya məhkəməsinin qətnaməsini mübahisələndirən kassator (Cavabdeh4) məhkəmə tərəfindən etibarsız sayılmış sənədlərdən irəli gələn hüquq münasibətlərində tərəf olmamışdır. Kassatorun mübahisəli torpaq sahəsi üzərində hüquqları 28 avqust 2018-ci il tarixli 4Ə-3055 reyestr nömrəli alqısatqı müqaviləsi və həmin müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrində 4 sentyabr 2019-cu il tarixdə aparılmış qeydiyyat əsasında yaranmışdır. Həmin hüquqlar qüvvədədir və qanunla qorunur. Baxılan iş üzrə həmin alqı-satqı müqaviləsi mübahisələndirilmir. Əgər bu barədə gələcəkdə iddia verilərsə, mübahisə Mülki Məcəllənin 140 və 182-ci maddələrində müəyyən olunmuş dispozisiya şərtləri əsasında həll ediləcəkdir. Beləliklə, Ali Məhkəmə qeyd olunan məsələyə, yəni vicdanlı alıcı olan Cavabdeh4 hüquqlarının qüvvədə olması və qanunla qorunması məsələsinə son nöqtəni qoymuş, bu məsələ öz ali təsdiqini tapmışdır. Ali Məhkəmə hətta gələcəkdə Cavabdeh4 mübahisələndirilən torpaq sahəsinə hüquqları mübahisələndirilərsə, mübahisənin yalnız Mülki Məcəllənin 140 və 182-ci maddələrində müəyyən olunmuş dispozisiya şərtləri əsasında həll edilə biləcəyini təsbit etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, əvvəlki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsinin özgəninkilləşdirilməsinin qadağan olunması barədə qərardad qəbul edilmişdir. Lakin sonradan yenə Sumqayıt şəhər məhkəməsinin qərardadı ilə həmin qadağa ləğv edilmiş, torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmışdır. Bundan sonra mübahisələndirilən torpaq sahəsinin əvvəlcədən qanuni mülkiyyətçisi olduğu məhkəmə qərarları ilə təsbit edilmiş Cavabdeh4 tərəfindən digər şəxslərə satılması üçün heç bir hüquqi maneə qalmamışdır. Beləliklə, müəyyən olunur ki, artıq hazırki işdə Sumqayıt bələdiyyəsinin də tərəf (müstəqil tələb irəli sürən üçüncü şəxs) olduğu iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə (Cavabdeh4 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə Sumqayıt bələdiyyəsi ilə eyni mövqedən və eyni əsaslarla çıxış edən X2 iddia tələbinin rədd edilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsi ilə) mübahisələndirilən torpaq sahəsi üzərində Cavabdeh4 qanuni şəkildə əldə edilmiş mülkiyyət hüququnun mövcud olması faktı müəyyən və təsbit edilmişdir. Bu isə o deməkdir ki, artıq həmin xüsusat başqa məhkəmə işində mübahisələndirilə bilməz və eləcə də Cavabdeh4 reyestrdə qeydə alınmış mülkiyyət hüququna dair qeydə əsaslanaraq mübahisələndirilən torpaq sahəsini əldə etmiş şəxslərin də həmin hüquqları qanunla qorunur. Sumqayıt bələdiyyəsi əgər mövcuddursa ona dəymiş ziyanın ödənilməsi tələbini aidiyyəti şəxslərə qarşı irəli sürmək əvəzinə, mübahisələndirilən torpaq sahəsi üzərində qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmış mülkiyyət hüququna malik olan Cavabdeh4 qarşı əsassız iddia qaldırmaqla yanaşı, dəfələrlə öz işçiləri vasitəsi ilə ona qarşı təzyiqlər, hədə-qorxu və digər təsir vasitələri göstərmişlər və onun öz mülkiyyətindən sərbəst istifadəsinə maneələr yaratmışlar. Bununla əlaqədar olaraq Cavabdeh4 tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə şikayət ərizələri ilə müraciətlər olunmuşdur. Məhkəmədən də xahişləri, işin tam və obyektiv araşdırılaraq, Cavabdeh4 pozulmuş hüquqlarının bərpa edilməsini təmin etməkdir.

6. X3 ifadəsində bildirmişdir ki, 2005-ci il tarixdə torpağı bələdiyyənin qərarı əsasında almışdır. Hal-hazırda onun istifadəsindədir. Əvvəlki bələdiyyədən torpağı almışdır. Yarım tikili kimi tikmişdir. Yarımçıq qalmış və başı qarışmışdır. Hal-hazırda o nəzarət edir. Əvvəl mülkiyyətçiləri olmuş və saxta sənədlə satmışlar.

7. X1 ifadəsində bildirmişdir ki, Tərlanı çoxdan tanıyır. 7-8 il bundan öncə demişdir ki, torpaq almışdır. Alğı-satqı etmək istəmişdir. Məhkəmə qərarı ilə torpaq üzərinə həbs qoyulmuşdur. Onda məhkəməyə onla gedib-gəlmişdir. Başqalarına satılıbsatılmadığını bilmir.

8. AZ-İ seriyalı, ******* nömrəli, 8 avqust 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh5, alıcı isə Cavabdeh6 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satılan daşınmaz əmlak ƏMDKnin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh5 verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə satıcıya məxsusdur. Real vaxt rejimində daşınmz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********XT71501 olan arayışa əsasən müqavilə bağlananadək Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 60000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən 0.0620 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh5 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-748/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1603/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh3 və X23, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın rədd edilməsi, iddiaçı X10 tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh3, İsmayılov Ramiq Mədət oğlu, X23, X5, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağlan” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən tədqiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X23, X5 ilə Cavabdeh3 arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış Çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi qət edilmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsinə dair sənədləri qanunsuz olaraq əldə etməsinə əsaslı şübhə olan xx.xx.2006-cı il tarixdə ölmüş İsmayılov Mədət Heydər oğlunun vərəsələri X5, X23, Cavabdeh3 və İsmayılov Ramiq Mədət oğlunun, həmçinin müvafiq sənədlərin verilməsində iştirak edən vəzifəli şəxslərin əməllərinə Azərbaycan Respublikası CM-nin 191-ci, 308.2-ci və 320.1-ci maddələri üzrə hüquqi qiymət verilməli və əməlində cinayət tərkibi müəyyən edilmiş şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə Sumqayıt Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

15. AN-İ seriyalı, ******* nömrəli, 28 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3, alıcı isə Cavabdeh4 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satılan daşınmaz əmlak ƏMDKnin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh3 verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə satıcıya məxsusdur. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 44000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.

16. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən 0.0620 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 21 noyabr 2024-cü il tarixli, 3-21-3-31/2-4398/2024 nömrəli daşınmaz əmlakın hüquqi rejimi barədə müraciətə cavabdan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2284 ünvanında yerləşən torpaq sahəsi Sumqayıt şəhər XDS İK KTİB Bağ Təsərrüfatı sahəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli müqavilənamə əsasında İsmayılov Mədət Heydər oğlunun adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2018-ci il tarixli, 3M-293 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında sözügedən bağ torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notarit kontorunun xüsusi notariusunun təsdiq etdiyi xx.xx.2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-1560 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi üzərinə Cavabdeh5 mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh6 mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, 4Ə-2262 reyestr nömrəli alqı-satqı müqaviləsi ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə daxil olsa da, xx.xx.2024-cü il tarixli müqavilənin ləğvinə dair müqavilə əsasında ərizənin icrasından imtina edilmişdir. Sonradan, Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X21 mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, 4Ə-2489 reyestr nömrəli alqı-satqı müqaviləsi ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə daxil olmuşdur. Lakin, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5690/2024 nömrəli bildirişi əsasında qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi üzərində məhdudiyyət olduğundan ərizənin icrasından imtina edilmişdir. Sumqayıt şəhər XDS İK KTİB Bağ Təsərrüfatı sahəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli müqavilənamə əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarış və Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2018-ci il tarixli, 3M-293 reyestr nömrəli miras payın bağışlanma müqaviləsiəsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-19/2022 saylı icra vərəqəsi əsasında ləğv olunmuşdur.

18. 30 may 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh4, alıcı isə Cavabdeh5 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh4 verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə satıcıya məxsusdur. Real vaxt rejimində daşınmz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********İQ72002 olan arayışa əsasən müqavilə bağlananadək Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 450000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.

19. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən 0.0620 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır.

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1301618 saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İsmayılov Mədət Heydər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır.

21. xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş İsmayılov Mədət Heydər oğlunun vərəsəsi X5, X23, Cavabdeh3 və ismayılov Ramiq Mədət oğlu miras əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə İsmayılov Mədət Heydər oğluna verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən ümumi sahəsi 0.062 ha olan torpaq sahəsindən ibarətdir.

22. xx.xx.2018-ci il tarixli “Miras payın bağışlama müqaviləsi”nin surətindən görünür ki, X5, X23, İsmayılov Ramiq Mədət oğlu Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı 0.062ha torpaq sahəsindən onlara düşən miras paylarını Cavabdeh3 bağışlamışlar.

23. X39, X28 və X29 tərəfindən imzalanmış 13 yanvar 2025-ci il tarixli aktdan görünür ki, qonşuluqda yerləşən 2284 nömrəli bağ sahəsinin sahibi kimi X8 tanıyırlar. Belə ki, uzun illərdir ki, həmin bağ sahəsinə X2 qohumu olan X11 qulluq etdiyinə, onun tərəfindən bağ sahəsinə darvaza və qapı qoyaraq bağ sahəsini daş hasara aldığına, bağda tikinti işləri apardığına və bağa mütəmadi olaraq gəlib-getdiyinə şahidlik edirlər. Həmin bağ sahəsinin başqa şəxslər tərəfindən satın alındığını bir müddət əvvəl eşitsələr də, onlardan heç kimi tanımırlar. Həmin şəxslərin bağa gəlib-getmələrini görməmişlər. Qeyd edilən 2284 nömrəli bağ sahəsinə bugün də X20 gəlibgedir, həmin bağ sahəsi yenə də onun nəzarətində və istifadəsindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

24. Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(060)-362/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanılmış AN-İ № ******* saylı, 28 avqust 2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsi, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeydin etibarsız hesab edilməsi, Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh5 arasında Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanılmış 30 may 2024-cü il tarixli, 4Ə-1560 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsi, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeydin etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinə dair Cavabdeh5 ilə X32 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış 30 avqust 2024-cü il tarixli, 4Ə-2489 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsi və iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 125-ci maddəsinin Vİİ hissəsi, 127-ci maddəsinin İİ və Vİİ hissələri, 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.1, 148.2, 324.1, 324.4, 324.5, 404.1, 337.1, 337.2, 337.3, 340.2, 152.1, 19, 149.2, 405.1, 144.1, 146.8, 157.2, 157.4, 158.1.2, 158.2, 158.4-cü maddələri, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12.1, 23.1, 23.3-cü maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2 və 3-cü hissələri, “İnsan Hüquqlarının və X12 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1, 9.3, 217.3, 217.4, 14.2, 77.1, 119.1, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

26. Cavabdehlər Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsi Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(060)-362/2025 nömrəli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişlər.

27. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tamamilə qeyri-obyektiv, əsassız və qanunsuzdur. İddiaçı Sumqayıt bələdiyyəsi öz iddia ərizəsində tələbinin əsası kimi iddiaçı X2 və müstəqil tələb irəli sürən Sumqayıt bələdiyyəsinin iddia tələbləri üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsinə və həmin iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1603/2022 nömrəli qətnaməsinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarına istinad etmişdir. İlk olaraq məhkəmənin nəzərinə çatdırır ki, Sumqayıt Bələdiyyəsi istinad etdiyi məhkəmə qərarları ilə müəyyən edilmiş və qət edilmiş halları təhrif etməyə cəhd göstərir. Belə ki, əvvəla yuxarıda qeyd olunan məhkəmə qərarlarından göründüyü kimi, həmin iş üzrə ilk iddiaçı X2 ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə həmin iş üzrə müstəqil tələb irəli sürən və hazırkı işdə iddiaçı olan Sumqayıt Bələdiyyəsinin iddia etdiyi torpaq sahələri eyni iddia obyektidir. Belə ki, əvvəlki işdə hər iki iddiaçı mübahisələndirdikləri torpaq sahəsinin bələdiyyə tərəfindən X7 ayrıldığını bildirərək, öz tələblərini əsaslandırmışlar. Göründüyü kimi, həmin işdə X10 ilə Sumqayıt Bələdiyyəsi eyni mövqedən çıxış etmişlər. Sumqayıt Bələdiyyəsi çaşqınlıq yaratmaq məqsədi ilə bilərək hazırkı iddia ərizəsində əvvəlki iş üzrə X2 iddia tələbini tam şəkildə göstərməmişdir. Lakin qəbul edilmiş məhkəmə qərarlarından məlum olur ki, X2 iddia tələbi həm də, mübahisələndirilmiş torpaq sahəsinə dair Cavabdeh4 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə olmuşdur. X2 tələbi isə Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən də həmin tələbin rəddi qüvvədə saxlanılmışdır. Hər üç məhkəmə qərarında Cavabdeh4 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsinin rədd edilməsi barədə məhkəmələr gəldikləri nəticənin maddi hüquqi əsaslandırması kimi reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad etmişlər. Lakin, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsində Cavabdeh4 vicdanlı alıcı olaraq hüquqlarının qorunmalı olması açıq şəkildə göstərilmədiyinə görə, gələcəkdə baş verə biləcək əsassız iddiaların və çaşqınlığın aradan qaldırılması üçün Cavabdeh4 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)- 1603/2022 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin yenə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad olunsa da, Cavabdeh4 vicdanlı alıcı olaraq hüquqlarının qorunmalı olması açıq şəkildə göstərilməmişdir. Bu səbəbdən Cavabdeh4 tərəfindən kassasiya şikayəti verilmişdir. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarında Cavabdeh4 vicdanlı alıcı olaraq hüquqlarının qorunmalı olması açıq-aşkar və mübahisəsiz şəkildə öz təsdiqini tapmışdır. Konkret olaraq Ali Məhkəmənin adı çəkilən qərarının 67, 68, 69-cu bəndləri ilə müəyyən edilmişdir ki: Apellyasiya instansiya məhkəməsinin qətnaməsini mübahisələndirən kassator (Cavabdeh4) məhkəmə tərəfindən etibarsız sayılmış sənədlərdən irəli gələn hüquq münasibətlərində tərəf olmamışdır. Kassatorun mübahisəli torpaq sahəsi üzərində hüquqları 28 avqust 2018-ci il tarixli 4Ə-3055 reyestr nömrəli alqısatqı müqaviləsi və həmin müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrində 4 sentyabr 2019-cu il tarixdə aparılmış qeydiyyat əsasında yaranmışdır. Həmin hüquqlar qüvvədədir və qanunla qorunur. Baxılan iş üzrə həmin alqı-satqı müqaviləsi mübahisələndirilmir. Əgər bu barədə gələcəkdə iddia verilərsə, mübahisə Mülki Məcəllənin 140 və 182-ci maddələrində müəyyən olunmuş dispozisiya şərtləri əsasında həll ediləcəkdir. Beləliklə, Ali Məhkəmə qeyd olunan məsələyə, yəni vicdanlı alıcı olan Cavabdeh4 hüquqlarının qüvvədə olması və qanunla qorunması məsələsinə son nöqtəni qoymuş, bu məsələ öz ali təsdiqini tapmışdır. Ali Məhkəmə hətta gələcəkdə Cavabdeh4 mübahisələndirilən torpaq sahəsinə hüquqları mübahisələndirilərsə, mübahisənin yalnız Mülki Məcəllənin 140 və 182-ci maddələrində müəyyən olunmuş dispozisiya şərtləri əsasında həll edilə biləcəyini təsbit etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, əvvəlki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsinin özgəninkilələşdirilməsinin qadağan olunması barədə qərardad qəbul edilmişdir. Lakin sonradan yenə Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə həmin qadağa ləğv edilmiş, torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmışdır. Bundan sonra mübahisələndirilən torpaq sahəsinin əvvəlcədən qanuni mülkiyyətçisi olduğu məhkəmə qərarları ilə təsbit edilmiş Cavabdeh4 tərəfindən digər şəxslərə satılması üçün heç bir hüquqi maneə qalmamışdır. Beləliklə, müəyyən olunur ki, artıq hazırkı işdə Sumqayıt Bələdiyyəsinin də tərəf (müstəqil tələb irəli sürən üçüncü şəxs) olduğu iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə (Cavabdeh4 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə Sumqayıt bələdiyyəsi ilə eyni mövqedən və eyni əsaslarla çıxış edən X2 iddia tələbinin rədd edilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsi ilə) mübahisələndirilən torpaq sahəsi üzərində Cavabdeh4 qanuni şəkildə əldə edilmiş mülkiyyət hüququnun mövcud olması faktı müəyyən və təsbit edilmişdir. Bu isə o deməkdir ki, artıq həmin xüsusat başqa məhkəmə işində mübahisələndirilə bilməz və eləcə də Cavabdeh4 reyestrdə qeydə alınmış mülkiyyət hüququna dair qeydə əsaslanaraq mübahisələndirilən torpaq sahəsini əldə etmiş şəxslərin də həmin hüquqları qanunla qorunur. Azərbaycan Respubılikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, Sumqayıt Bələdiyyəsi əgər movcuddursa ona dəymiş ziyanın ödənilməsi tələbini aidiyyəti şəxslərə qarşı irəli sürmək əvəzinə, mübahisələndirilən torpaq sahəsi üzərində qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmış mülkiyyət hüququna malik olan Cavabdeh4 qarşı əsassız iddia qaldırmaqla yanaşı, dəfələrlə öz işçiləri vasitəsi ilə ona qarşı təzyiqlər, hədə-qorxu və digər təsir vasitələri göstərmişlər və onun öz mülkiyyətindən sərbəst istifadəsinə maneələr yaratmışlar. Bununla əlaqədar olaraq Cavabdeh4 tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə şikayət ərizələri ilə müraciətlər olunmuşdur. Odur ki, yuxarıda qeyd olunanlarla bərabər Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-362/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qeyri-obyektiv, əsassız və qanunsuz olduğundan, həmçinin aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. İşə baxan birinci instansiya məhkəməsi onun müqaviləsini etibarsız hesab edərkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını, o cümlədən vicdanlı alıcı olmasını nəzərə almamış, nəticədə onun Konstitusiyanın 13, 29 və 60-cı maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Çox təəsüf olsun ki, iş materiallarına əlavə edilmiş və qanuni qüvvədə olan məhkəmə aktları ilə Cavabdeh4 vicdanlı alıcı olması, hər hansı hüquq normasının pozulmaması müəyyən olunsa da, habelə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə onun mülkiyyət hüquqlarının müdafiəsinə dövlət tərəfindən təminat verilsə də, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən işə qərəzli, qeyriobyektiv və birtərəfli yanaşılmaqla tamamilə qanunsuz və əsassız məhkəmə aktı qəbul olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi işə baxan birinci instansiyası məhkəməsi Cavabdeh4 hüquqlarına səthi və birtərəfli yanaşaraq, işin tam, hərtərəfli və obyektiv tədqiqi üçün lazımi şərait yaratmayaraq, işə formal mülahizələrlə yanaşaraq iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsi qəbul olunmasını tamamilə qanunsuz və əsassız hesab edir. Qənaətinə görə məhkəmə iddianı təmin etməklə digər normalarla bərabər Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələblərini pozmuşdur. Əgər işə baxan birinci instansiyası məhkəməsi sübütlara obyektiv qiymət verib, işi hərtərəfli, qanuna müvafiq araşdırsaydı, iddianı təmin etməməliydi. Halbuki, Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən işə baxan məhkəmələr işin obyektiv, tam və hərtərəfli tədqiq üçün lazımi şərait yaratmalıdır. Bundan başqa, məhkəmədə müəyyən edilmişdir ki, tərəflər arasındakı mübahisənin predmetini təşkil edən torpaq sahəsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Belə olan halda birinci instansiyası məhkəməsinin iddianın təmin edilməsi qənaəti anlaşılmazdır. İddianı təmin edən məhkəmə nəzərə almırmı ki, həmin torpaq sahəsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır?! Məgər bu hal gələcəkdə hüquqi qeyri-müəyyənliyə, habelə yeni məhkəmə çəkişmələrinə yol açmayacaqmı?! Hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməklə birinci instansiya məhkəməsi MPM-nin 82.3-cü maddəsinin tələblərini də kobudcasına pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-362/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini tamamilə ilə ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur.

28. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan bütün hallar sübut olunmadığından Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-362/2025 saylı qətnaməsi qismən ləğv olunmalıdır. İddiaçı Sumqayıt Bələdiyyəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-19/2022 saylı qətnaməsi ilə ilkin iddiaçı X2 cavabdehlər Cavabdeh3 və qeydlərinə qarş “şəhadətnamə-müqavilənin etibarsızlığı və çıxarışın ləğvinə dair” iddia tələbi rədd olunmuş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi haqqında” iddia ərizəsi isə təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağları” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təqdiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X23, X5 ilə Cavabdeh3 arasında bağlanılmış reyestrd3M-293 nömrəsi ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakınDövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən,sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi qət olunmuşdur. Eyni zamanda Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(060)-19/2022 saylı xüsusi qərardadı çıxarılaraq İsmayılov Mədət Heydər oğlunun vərəsələri X5, X23, Cavabdeh3 və İsmayılov Ramiq Mədət oğlu, eləcə də torpağa dair müvafiq sənədlərin verilməsində iştirak edən vəzifəli şəxslərin əməllərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 191-ci, 308.2- ci və 320.1-ci maddələri üzrə hüquqi qiymət verilməsi və əməllərində cinayət tərkibi müəyyən edilmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri barədə Sumqayıt şəhər prokurorluğuna məlumat verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1603/2022 saylı qətnaməsi ilə cavadehlərlər X14 və Cavabdeh3, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 19/2022 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin bu iş üzrə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-748/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyaNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazİdarəsinin verdiyi kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)1603/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 da Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)- 1603/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)3151/2023 saylı qərarı ilə rədd edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin tərtib etdiyi xx.xx.2005-ci il tarixli “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının Texniki Pasportu” əsasında Süleymanova (Bədəlova) Mənsurə Həsən qızına ayrılmış, lakin rəsmiləşdirilməsi tam başa çatmamış bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda müəyyən olunmuşdur ki, müvafiq arxiv sənədlərinə əsasən mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında icarə müqaviləsinin bağlanıldığı iddia edilən 2284 saylı bağ torpaq sahəsi “Corat bağları” massivində deyil, ’’Saray bağları” ərazisində yerləşmiş və sahəsi də 1200 kvadrat metr deyil, 2000 kvadrat metr təşkil etməklə X27 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış xx.xx.1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X16 istifadəsinə verilmişdir. Məhkəmə müəyyən etmişdir ki, mərhum İsmayılov Mədət Heydər oğlunun adına hüquqmüəyyənedici sənədlər verilərkən aidiyyəti orqanlar tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və saxta sənədlər əsasında hüququn qeydiyyatı həyata keçirilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin cavabdehlərin adına apardığı qeydiyyat etibarsız hesab edilməklə ləğv olunmuşdur. Lakin baxmayaraq ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-19/2022 saylı qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 7 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağları” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən xx.xx.1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması və Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təqdiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X23, X5 ilə Cavabdeh3 Mədə oğlu arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlə qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışların etibarsız hesab olunması qət edilmişdir. Cavadehlər etibarsız sayılmış reyestr çıxarışı ilə mübahisələndirilən bağ sahəsini qanunsuz şəkildə özgəninkiləşdirilməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hüquqi nəticələrini aradan qaldırmağa çalışmışlar. Belə ki, hələ məhkəmə çəkişmələrinin getdiyi və mübahisəli bağ sahəsi üzərində sənədləşməyə məhdudiyyət qoyulduğu vaxtda Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, məhkəmənin etibarsız saydığı daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə- 3055 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına özgəninkiləşdirilmiş və xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəli reyestr çıxarışı ilə sonuncunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh4 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1603/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2( 102)- 3151/2023 saylı qərarı qəbul edildikdən sonra, Cavabdeh4 torpağı geri qaytarmamaq və bir növ “vicdanlı alıcı” görünüşü yaratmaq məqsədi ilə Xızı rayon Dövlət Notariat Kontorunda bağlanılmış xx.xx.2024-cü il tarixli, 4Ə-1560 reyestr mönrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında mübahisəli torpaq sahəsini Cavabdeh5 adına özgəninkiləşdirmiş, sonuncu da Sumqayıt şəhər 4 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli,4Ə2262 reyestr nömrəli “daşınmaz əmlakın alqısatqı müqaviləsi” əsasında torpağı Cavabdeh6 satmışdır. Göründüyü kimi, “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsinin səhlənkarlığı nəticəsində məhkəmənin etibarsız saydığı hüquq müəyyənedici sənədlər əsasında bələdiyyə mülkiyyətində olan bağ torpaq sahəsi başqa şəxslərin adlarına özgəninkiləşdirilməsinə və onların mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilməsinə nail olunmuşdur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi mübahisəli bağ sahəsi ilə bağlı yuxanda sadalanan sənədlərin mötəbərliyini mübahisələndirməyi və məhkəməyə müraciət edərək özünün torpaq üzərində mülkiyyət hüququnu müdafiə etməyi zəruri sayır. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bağ Təsərrüfatı İdarəsinin xx.xx.1991-ci il tarixli, 5167 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən 0,062 ha bağ torpaq sahəsi üzərində ilkin olaraq İsmayılov Mədət Heydər oğlunun mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və xx.xx.2018-ci il tarixli, 3M-293 reyestr nömrəli miras payının bağışlama müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmiş və xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt "ASAN xidmət" notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirilmiş və xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli **********26 reyestr nömrəli çıxarış ilə tam mülkiyyət hüququ ilə dşınmaz əmalkın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Daha sonra İdarəyə icra üçün daxil olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-19/2022 saylı icra vərəqəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 8 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatın ləğv edilməsi, Mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağlan” massivind yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən xx.xx.1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqayıt şəhəri 1 saylı notariat kontoru tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən tədqiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X23, X5 ilə Cavabdeh3 arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-19/2022 saylı icar vərəqəsi İdarə tərəfindən icra olunaraq Sumqayıt şəhəriCorat bağları ərazisi, 2284 ünvanında yerləşən torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş xx.xx.2018-ci il tarixl ********** qeydiyyat nömrəli çıxarış və Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə rəsmiləşdirilmiş hüquqlar ləğv edilərək dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır.1 saylı Xaçmaz rayon notariat kontorunun xx.xx.2024-cü il tarixli, 4Ə-1560 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 adına özgəninkiləşdirilmiş və xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli **********26 reyestr nömrəli çıxarış ilə tam mülkiyyət hüququ ilə dşınmaz əmalkın dövlət reyestrində Cavabdeh5 adına qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, 4Ə-2489 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X21 adına özgəninkiləşdirilmiş, lakin Sumqayıt şəhəri, “Corat bağları” massivində yerləşən 2284 nömrəli bağ torpaq sahəsinə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5690/2024 saylı mülki işinə dair məhkəmə bildirişi və ona əlavə edilmiş iddia ərizəsi İdarəyə daxil olduğundan, iş üzrə məhkəmə mübahisəsi yekunlaşana qədər xx.xx.2024-cü il tarixli, 4Ə-2489 reyestr nömrəli alqı-satqı müqaviləsi dşınmaz əmalkın dövlət reyestrində qeydiyyat alınmamışdır. Bununla bağlı X24 xx.xx.2024-cü il tarixli 3-21-3-31/3453/2024 məktub ilə imtina olunmuşdur.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən 0,062 ha bağ torpaq sahəsi ilkin olaraq Bağ Təsərrüfatı İdarəsinin xx.xx.1991-ci il tarixli, 5167 nömrəli bağ icarə müqaviləsinə əsasən İsmayılov Mədət Heydər oğlunun adına mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-362/2025 saylı qətnaməsi ilə əvvəllər qeyd edilən bağ torpaq sahəsi üzərində Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı halda, Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyat bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi yolu ilə aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Ümumiyyətlə, qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bu hallar da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-362/2025 saylı qətnaməsinin qismən, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsi üzərində Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun bərpa edilməsi hissəsində ləğv edilməsi və iddia ərizəsinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

29. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

30. Cavabdeh4 və nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməsinə etirazları olmadığını bildirdilər.

31. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, digər Cavabdeh4 apelyasiya şikayətini qismən qəbul edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

32. İddiaçı Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 Cavabdeh4 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Eyni zamanda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsinin şikayətinə etirazları olmadığını bidirdilər.

33. İş üzrə gəlməyən digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsi isə verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsi üzərində Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun bərpa edilməsi hissəsində ləğv edilməsi və iddia ərizəsinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 125. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Maddə 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 404-1. Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

37. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X15 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

38. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.

41. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.

42. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Mübahisələndirilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən 2005-ci ildə ayırdığı X2 istifadəsindədir və torpaq sahəsi İsmayılov Mədət Heydər oğlunun vəfat etdiyi 2006-cı ilin iyul ayından sonra onun vərəsələri tərəfindən və faktiki olaraq, nə də vərəsəlik hüququ əsasında miras əmlak kimi qəbul olunmamışdır, verilmiş vərəsəlik sənədlərinin və mülkiyyət hüququna dair sənədlərin hüquqi əsasının olmadığı tam olaraq üzrə çıxır. Bundan əlavə iş materiallarında olan ekspertiza rəylərində saxtalığı aşkar olan göstərilən torpaq icarə müqaviləsi əhəmiyyətsiz sənəd kimi hər hansı hüquqi qüvvəyə malik olmadığından, mərhum İsmayılov Mədət Heydər oğlunun adına vərəsələrinin mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı hüquqları yarana bilməz və mübahisələndirilən torpaq sahəsi, ümumiyyətlə 2284 saylı bağ sahəsi olmamaqla, torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyəti kimi Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə keçmiş torpaq sahələrinə aiddir.

43. Həmin qətnamə ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı ləğv edilmiş, bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab olunmuş, reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsi etibarsız sayılmış, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışlar, torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilmişdir.

44. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış daşınmaz əmlakın hüquqi rejimi barədə müraciətə cavabdan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar massivi, 2284 ünvanında yerləşən torpaq sahəsi Sumqayıt şəhər XDS İK KTİB Bağ Təsərrüfatı sahəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli müqavilə əsasında İsmayılov Mədət Heydər oğlunun adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2018-ci il tarixli, 3M-293 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında sözügedən bağ torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

45. Lakin məhkəmə qətnaməsi ilə çıxarışın ləğv olunmasına baxmayaraq, AN-İ seriyalı, ******* nömrəli, 28 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh3, alıcı isə Cavabdeh4 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 44000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.

46. Daha sonra 30 may 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh4, alıcı isə Cavabdeh5 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 450000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Göründüyü kimi birinci müqavilə ilə sonrakı müqavilədə qiymət fərqində əhəmiyyətli dəyişiklik müşaiət olunur.

47. Bundan sonra AZ-İ seriyalı, ******* nömrəli, 8 avqust 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh5, alıcı isə Cavabdeh6 olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2284 ünvanında yerləşən, ümumi sahəsi 0.062 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0.062 ha hissəni alıcının mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 60000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Göründüyü kimi müqavilələr arasında kəskin qiymət fərqləri vardır.

48. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qeyd edilən alqısatqı müqavilələri torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyatlar aparılmış və çıxarışlar verilmişdir.

49. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir.

50. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi qeyd olunan alqısatqı müqavilələrinin və onların bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, həmin müqavilələr alqı-satqı niyyəti olmadan bağlanmış əhəmiyyətsiz əqddirlər. Belə ki, məhkəmənin etibarsız saydığı hüquq müəyyənedici sənədlər əsasında bələdiyyə mülkiyyətində olan bağ torpaq sahəsi başqa şəxslərin adlarına özgəninkiləşdirilmiş və onların mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmişdir.

51. İşin həqiqi faktiki hallarından göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun mübahisələndirilən əqdə dair iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, məhkəmə araşdırması zamanı sübuta yetirlmişdir ki, miras payın bağışlama müqaviləsi etibarsız hesab edildiyindən, həmçinin Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edildiyindən, həmin aktlar əsasında bağlanmış bütün mülki-hüquqi əqdlər etibarsız hesab edilməldir. Çünki, sonrakı əqdlər etibarsız hesab edilmiş müqavilələr əsasında bağlanmışdır. Yəni, sonradan bağlanmış müqavilənin əsası olan əqdlər məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə görə, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”.

52. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh4 etirazının əsası olan vicdanlı alıcı olması, yəni torpaq sahəsinin onun istifadəsində olması və qeyd olunan digər xüsusatlar öz təsdiqini tapmamışdır. Formal vicdanlı olması işin mübahisə ediməyən halı olub mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir.

53. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ cavabdehlərdən daha əvvəl əldə edildiyindən, torpaq sahəsinin faktiki sahibliyi cavabdehlərdə olmaması baxımından vicdanlı alıcı olaraq iddiaçının mülkiyyət hüququ müdafiə edilməli, cavabdehlər isə vicdanlı əldə edən hesab edilməməlidir.

54. Məhkəmə qeyd etmişdir ki, müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir.

55. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

56. Cavabdehlər Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsi Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(060)-362/2025 nömrəli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişlər.

57. Cavabhdeh Cavabdeh4 apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

58. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayəti üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilməlidir.

59. Göründüyü məhkəmə qətnaməsi ilə «……iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilsin» qət edilmişdir.

60. Kollegiya hesab edir ki, qeyd olunan hissədə məhkəmə tərəfindən MPM-nin 218.3-cü maddəsinin tələbləri pozulmuş, iddia tələbində nəzərdə tutulmadığı halda qətnamədə qeyd olunan nəticəyə gəlinmişdir. Odur ki, qeyd olunan hissədə qətnamə ləğv edilməlidir.

61. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh4 apellyasiya şikayəti təmin olunmamalı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(060)-362/2025 nömrəli qətnaməsi qismən - iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilsin- hissədə ləğv olunmalıdır. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(060)-362/2025 nömrəli qətnaməsi qismən - iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilsin- hissədə ləğv olunsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar