Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3988/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil2 və nümayəndəsi X2, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər A, Cavabdeh4 və X qarşı «miras əmlaka dair şəhadətnamənin və daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi» tələbinə dair mülki iş üz rə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin (hakim Z.Rəsulov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər A, Cavabdeh4 və X qarşı «miras əmlaka dair şəhadətnamənin və daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən L.Süleymanov, hakimlər F.Mehtiyev və A.Bayramov) qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı məhkəmədə iddia qaldıraraq, X5 vərəsəsi kimi A adına verilmiş xx.xx.2014cü il tarixli qanun üzrə vərəsəli k hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, A adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Komitəsi DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, A ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Komitəsi DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, X5 mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsinin vərəsələr arasında bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Ağstafa rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair xxxx nömrəli şəhadətnamə ilə R, A və S mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmişdir. Həmçinin o da mübahisə edilmir ki, R xx xxxxxx 2001-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra yeganə birinci növbəli vərəsəsi olan A mirası qəbul edərək idarə etmiş və bu barədə notariat orqanına ərizə verərək miras qalmış 0.12 ha torpaq sahəsinin N aid hissəsinə, 1979-cu ildə tiklimiş bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 109,6 kv.metr, yaşayış sahəsi 46 kv.rn, yardımçı sahəsi 63,6 kv.metr olan yaşayış evinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, X9 xx xxxxxxxx 2013-cü il tarixdə vəfat etmiş, onun vəfatından sonra 0,12 ha torpaq sahəsinin miras qalmış hissəsini birinci növbəli vərəsəsi kimi A qəbul edərək idarə etmiş, bu barədə notariat orqanına ərizə verərək miras qalmış əmlaka dair müvafiq şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat kontoru tərəfindən X4 miras qalmış 0,12 ha torpaq sahəsinin miras hissəsi qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında A verilmişdir. Bununla yanaşı işin mübahisə edilməyən hallarından görünür ki, A qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105,4 kv.metr olan fərdi yaşayış evinə dövlət reyestrindən xx xxxx 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarış almış, həmin çıxarışı aldıqdan sonra mülkiyyətində olan yaşayış evini xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən oğlu Cavabdeh4 bağışlamışdır. Sonuncunun adına xx xxx 2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçı bildirir ki, X xx xxxxxx 1998-ci il tarixli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə nənəsi X3, atası A və anası X5 mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmişdir. R adına fərdi yaşayış evinə dair texniki pasport və müvafiq qeydiyyat vəsiqəsi olmuşdur. R və anası X9 vəfat etdikdən sonra anası X5 torpaq sahəsindəki payı və nənəsi R mülkiyyətində olan fərdi yaşayış evi atası A keçmiş və bununla bağlı X tərəfindən qanun üzrə vərəsəlik hüququna dair xx.xx.2014-cü il tarixli şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələr və digər sənədlər əsasında 0,12 ha torpaq sahəsi və onun üzərində inşa edil miş yaşayış evi atası A adına rəsmiləşdirilmiş və bununla bağlı xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış və ona uyğun texniki pasport verilmişdir. Atası A 0,12 ha torpaq sahəsini, fərdi yaşayış evini qardaşı Cavabdeh4 bağışlamış və bununla bağlı X xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi tərtib olunmuşdur. Həmin daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında qardaşı Cavabdeh4 adına xx.xx.2018-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı xxxx nömrəli çıxarış və ona uyğun texniki pasport verilmişdir. O və ailəsi, o cümlədən arvadı X6, övladları A, X10 və X7 mübahiləsi evdə qeydiyyatdadır. Atası X 0,12 ha torpaq sahəsini, f ərdi yaşayış evini qardaşı Cavabdeh4 bağışlayan zamanı həmin ünvanda qeydiyyatda olan şəxslərin, o cümlədən onun və ailəsinin rəsmi razılığı olmamış və onların məlumatı olmamışdır. Digər tərəfdən anası X5 mülkiyyətində olan torpaq sahəsi vərəsəlik qaydasında sadəcə atasına keçmiş, burada onun payı ilə bağlı hər hansı bir qeyd aparılmamış və bununla bağlı onun imtina ərizəsi alınmamışdır. O, anasının vəfatından sonra həmin mülkdə yaşamış və mirası faktiki qəbul etmişdir. Ona görə də X5 vərəsəsi kimi A adına verilmiş xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, A adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, A ilə Cavabdeh4 arasında bağlan mış xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlama "müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, X5 mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsinin vərəsələr arasında bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdehlər A və Cavabdeh4 bildirirlər ki, iddiaçının X1, A və X5 mülkiyyətində olan və 0.12 ha torpaq sahəsindən yalnız anası X5 payına münasibətdə vərəsə kimi hüququ olmuşdur. İddiaçı vərəsə kimi miras torpaq sahəsindən ona düşən payından atasının xeyrinə imtina etmişdir. Digər miras əmlak olan fərdi yaşayış evi iddiaçının nənəsi X1 adına ev kitabında yazılmış və həmin yaşayış evini də birinci növbəli və rəsə kimi A öz adına keçirmişdir. İddiaçı nənəsi X1 birinci növbəli vərəsəsi olmadığı üçün həmin miras evin A tərəfindən öz adına rəsmiləşdirilməsi zamanı iddiaçının razılığı tələb olunmamışdır. Cavabdeh X heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı göstərmişdir ki, o, xx xxx 2014-cü il tarixli ərizə ilə notariat kontoruna müraciət edərək, anası X4 miras qalmış əmlakdan imtina etmişdir. Həmçinin xx xxx 2014-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən 4 ildən çox müddət keçdiyindən iddiaçı Mülki M əcəllənin 354-cü maddəsində əqdin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, xx xxx 2014-cü il tarixli, X4 miras qalmış əmlakdan imtina barədə ərizədəki imza ona məxsus deyildir. Bu halı apelyasiya şikayətində qeyd etsə də apelyasiya instansiya sı məhkəməsi bu halı araşdırmamışdır. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Qeyd edilməlidir ki, mirasdan imtina barədə ərizədəki imzanın iddiaçıya aid olubolmamasının müəyyən edilməsi xüsusi bilik sahəsinə aid olduğundan bu hal müvafiq ekspertiza keçirilməklə müəyyən edilə bilərdi. Lakin iş materiallarından göründüyü kimi işin mahiyyəti üzrə həll edilməsinə aid olduğu halda apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır. Ona görə də işin yeni apelyasiya baxışı zamanı X4 miras qalmış əmlakdan imtina barədə xx xxx 2014 -cü il tarixli ərizəni imzalamış şəxsin İddiaçı olub-olmaması müəyyən ediməli və buna müvafiq olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Bununla yanaşı işə baxan məhkəmə kollegiyası İddiaçı tərəfindən mirasın faktiki qəbul edilib-edilməməsini də araşdırmalı, miras İddiaçı tərəfindən qəbul edildiyi halda sonuncunun qanunla müəyyən edilmiş müddətdə mirasdan imtina etməsi barədə ərizəsinin hüquqi nəticə yaradıb-yaratmamasına hüquqi qiymət verməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qəra rdadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3988/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3988/2020
08.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver