Məhkəmə qərarları › İş №2(102)-399/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-399/2023

25.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-399/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə qarşı “qanuni istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mənzilə gedən su borusuna müdaxilə, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2* sentyabr 2*22-ci il tarixli, 2(1*3)5354/2*22 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni qəsəbə, bina 8, 57 saylı mənzilində, Cavabdeh1 isə həmin bananın aşağı mərtəbəsində yerləşən 53 saylı mənzildə yaşırılarlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil istismar departam entinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən onun istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni qəsəbə, bina 8, 57 nömrəli mənzilə gələn su təchizatına yaradılmış maneələrin, qeyri-qanuni olaraq qoyulmuş ventillərin götürülərək aradan qaldırılması, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti və Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərciyi üzrə) tərəfindən 26 noyabr 2*13-cü il tarixli kirayə müqaviləsi üzrə mənzilə lazımi keyfiyyətlə su təchizatının xidmətlərin göstərilməsini təmin etmək öhdəliyinin icra edilməsi, cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərciyi üzrə) tə rəfindən ona dəymiş 3*** manat maddi və 3*** manat mənəvi ziyana görə kompensasiyanın, 5** manat hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı məcburi köçkün kimi 2*13-cü ildən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni qəsəbə, bina 8, mənzil 57-də məskunlaşmışdır. Həmin məcburi köçkün şəhərciyində yaşayan, onunla qonşu olan Cavabdeh1 (53-cü mənzil) ümumi birgə yaşayış qaydalarını pozaraq, mütəmadi olaraq bilərəkdən narahatlıqlar, dava-dalaş, münaqişələr yaratmış, qonşularla onu dalaşdırmağa çalışmışdır. Bu məsələ ilə bağlı iddiaçı Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə, Azərbaycan Respublikası Qaçqınların və X1 üz rə Dövlət Komitəsinin Mənzil istismar departamentinə, Qaradağ Rayon Polis İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinə, DİN-ə şikayətlər etmiş, lakin müsbət nəticə verilməmişdir. Cavabdeh 2*21-ci ilin mart ayının 16-da mənzilinə gələn su borularının sonuncunun mənzilinin su şaxtasından keçən hissəsini (isti və soyuq olmaqla hər iksini) bilərəkdən qıraraq, zədələmiş, nəticədə evinə 5 gün su gəlməmiş və o, eləcə də, blokda olan digər qonşular tamamilə susuz qalmışlar. Müraciəti əsasında Mənzil İstismar Sahəsinin ustası gəlmiş, polisə şikayət etdikdən sonra Cavabdeh1 mənzilə ustanı buraxmış, su borusu təmir edilərək bərpa edilmiş, lakin usta Arzu Əliyev və MİS-in rəisinin köməkçisi Üzeyir Quliyevin bildirdiyinə görə, Cavabdeh1 onları məcbur edərək mənzilinə gələn su borularına özbaşına olaraq ventil qoyduraraq evinə gələn suyu nizamlamağı öz əlinə almışdır. Buna görə də, evinə yenə də su az gəlir və ya heç gəlmir, hər gün suyu bağlayaraq Cavabdeh1 mənzilinə normal suyun gəlməsinə qəsdən maneə yaradır. Bu həmçinin kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti ilə onun arasında bağlanmış 2*13-cü il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsinin 2.2.4-cü bəndinə əsasən kirayəçiyə lazımi keyfiyyətlə kommunal xidmətlərin göstərilməsini təmin etmək və göstərilən kommunal xidmətlərin keyfiyyətlərinə nəzarət etmək kirayəyə verənin vəzifəsidir. Müqavilənin 4.1-ci bəndinə əsasən kirayəyə verən və kirayəçi bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmə dikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Lakin, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərciyi üzrə) və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti öz üzərinə düşən vəzifələri yerinə yetirmir, iddiaçının istifadəsində olan mənzilə gələn su təchizatının fasiləsizliyinə, normal gəlməsinə şərait yaradılmır. Onun mənzildən istifadə hüququ kobud şəkildə pozulur və təminatına şərait yaradılmır. Buna görə də, istifadəsində olan mənzilə gələn su təchizatına yaradılmış süni maneələrin (qeyri-qanuni olaraq özbaşınalıqla qoyulmuş ventillərin) məhkəmə qaydasında aradan qaldırılması zəruridir.

4. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə m ühəndis-texniki ekspertizasının *5 mart 2*22-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8, mənzil 57 ünvana gələn isti və soyuq su xəttində olan borularda hər hansı problem aşkar edilməmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8, mənzil 57 ünvana gələn suyun təzyiqində problem mövcuddur. Digər mənzillərə nisbətən iddiaçının mənzilində suyun təzyiqi aşağıdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8, mənzil 57 ünvanı üçün isti və soyuq su gəlməsində yaranmış problemə dair hər hansı mütəxəssis rəyi daxil olmamışdır. Problemin texniki səbəbi m üəyyənləşdirildikdən sonra, həmin problemin həllinin texniki cəhətdən aradan qaldırılmasının mümkünlüyü müəyyən edilə bilər. Cavabdehin mənzilində quraşdırılmış sayğaca baxış keçirilən zaman hər-hansı bir ventilə rast gəlinmədi.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2* aprel 2*22-ci il tarixli, 2(**2)82/2*22 nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə alınmış ekspert rəyinə istinad etmiş və hesab etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

7. Məhkəmə həmçinin göstərmişdir ki, Qaradağ rayon MKİS tərəfindən məhkəməyə 16 iyul 2*21-ci il tarixli *76 saylı məktub göndərilərək, məktubda iddia tələbi ilə bağlı real durum müfəssəl şəkildə izah edilmişdi r. Həmin məktubda qeyd olunur ki, iddiaçının mənzilindən cavabdehin mənzilinə su axıntısı müşahidə olunur, MKİS-in işçiləri problemin həll edilməsi, araşdırılması üçün həmin mənzilə getsələr də, iddiaçı işçiləri mənzilə buraxmamış, təmir etməyə şərait yaratmamışdır. Bu zəmində iddiaçı ilə cavabdeh arasında münasibətlər pozulmuş, cavabdeh mənzilinə su axıdıldığına görə 17 mart 2*21-ci il tarixdə iddiaçının mənzilinə gedən su borusunu qırmışdır, 18 mart 2*21-ci il tarixdə xətt bərpa olunmuşdur. Sakinlərin isti suya görə ödəniş etməməsi səbəbindən "xxxx" ASC tərəfindən qəsəbəyə verilən isti su təchizatı tamamilə dayandırılmışdır. Soyuq su ilə bağlı saat *1-dən *3-dək məhdudiyyət qoyulub, qalan 22 saat ərzində bütün sakinlər məhdudiyyətsiz içməli su ilə təmin olunur. Cavabdehin mənzilinə baxış keçirilib və iddiaçının mənzilinə gedən su xətlərində hər hansı ventil aşkar edilməyib və s.

8. Göstərilənləri ümumiləşdirən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 tərəfindən iddiaçının yaşadığı mənzilə gələn su xəttinə hər hansı müdaxilə edilməmiş, ventil quraşdırılmamış, suyun təzyiqinin zəif olması cavabdehlərin hüquqa zidd hərəkət və yaxud hərəkətsizliyi ilə bağlı deyildir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2* aprel 2*22-ci il tarixli, 2(**2)-82/2*22 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2* sentyabr 2*22-ci il tarixli, 2(1*3)-5354/2*22 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və F.Ş.Talışinskinin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2* aprel 2*22-ci il tarixli, 2(**2)82/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı Cavabdeh1 onun mənzilinə normal suyun gəlməsinə qəsdən maneə yaratdığını, cavabdehlərin onun şərəf və ləyaqətini alçaltmasını, ona mənəvi zərər vurulduğunu bilirsə də, bunu təsdiq edən heç bir sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya məhkəməsinə təqdim edə bilməmiş, bunu nla da, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2* sentyabr 2*22-ci il tarixli, 2(1*3)-5354/2*22 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 71, 125-ci, Mülki Məcəllənin 23, 17*.2, 1*97.1-ci, Mənzil Məcəlləsinin 29.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.1, 76.1, 87.1-ci maddələrinin tələbləri pozulmuş, işin halları tam araşdırılmamış, şahidlərin iştirakı təmin edilməmiş, cavabde h tərəfindən iddiaçının mənzilinə gedən su xəttinə ventilin quraşdırıldığını və suyun verilişinə cavabdeh tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutlar nəzərə alınmamışdır.

15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

16. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

18. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Konstitusiyasının: 6*-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəs inə təminat verilir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işg üzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 17*.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirl əri qadağandır.

21. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 1*1.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 1*3.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilm əli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 22*.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tu tduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respubli kasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2**5-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irə li gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

25. Belə ki, iddianın mahiyyətindən müəyyən olunur ki, iddiaçı onun yaşadığı mənzilə g ələn su borusuna müdaxilə olunması səbəbindən evin su təchizatında yaranan problemlərdən şikayət etmiş, tələbini həm aşağı mərtəbədəki qonşusu olan Cavabdeh1, həm də Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə qarşı irəli sürmüşdür.

26. İddianı rədd edən məhkəmələr hesab etmişlər ki, iddiaçı tələbini sübut edə bilməmişdir.

27. Lakin, məhkəmələrin də istinad etdikləri məhkəmə mühəndis-texniki ekspertizanın rəyi ilə iddiaçının şikayətinin əsaslı olması müəyyən olunur.

28. Belə ki, yuxarıda qeyd olunan rəylə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8, mənzil 57 ünvana gələn suyun təzyiqində probl em mövcuddur. Bu problem isə digər mənzillərə nisbətən iddiaçının mənzilində suyun təzyiqi aşağı olmasından ibarətdir. (bax bənd 4). Yəni iddiaçının tələbinin istinad etdiyi hal, mənzilinin su təchizatında problemlərin olması keçirilmiş ekspert rəyi ilə sübut olunmuşdur.

29. Məhkəmələr tələbi araşdırarkən, yalnız qeyd olunan problemin Cavabdeh1 münasibətdə əsaslığına hüquqi qiymət vermişlər. Lakin iddiadan görünür ki, iddiaçı həmin cavabdehə münasibətdə qeyri-qanuni müdaxilələrin, qoyulmuş ventillərin götürülərək aradan qaldırılmasını tələb etsə də, cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamentindən və Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsindən mənzilinə lazımi keyfiyyətlə su təchizatının xidmətlərin gö stərilməsini təmin etmək öhdəliyinin qoyulması məhkəmədən xahiş etmişdir.

30. Lakin, su probleminin Cavabdeh1 müdaxiləsi ilə əlaqəli olmamasını qəbul edilsə də belə, onun mövcudluğu obyektiv olaraq müəyyən edildiyi üçün apellyasiya məhkəməsi tərəfindən cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamentinə və Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə qarşı yönəlmiş tələb üzrə ümumiyyətlə hüquqi dəyərləndirmə aparmamış və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

31. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə alınmış ekspert rəyi qiymətləndirilərkən də Mülki Prosessual Məcəlləsinin 1*1.7 və 1*3.1-ci maddələrinin tələbləri pozulmuşdur.

32. Belə ki, ekspe rt rəyi ilə iddiaçının mənzilində su təchizatında problemlərin olması qeyd edilməklə, bunun texniki səbəblərinin mütəxəssis rəyi əsasında müəyyən edilməli olması qeyd olunmuşdur. Lakin birinci instansiya məhkəməsi su təchizatında olan problemlərin texniki səbəblərinin araşdırılması məqsədi ilə mütəxəssis rəyinin alınmasını tərəflərlə müzakirə etməmiş və ekspertin natamam bu rəyini əsas götürərək qətnamə qəbul etmiş, apellyasiya məhkəməsi isə həmin qətnaməni dəyişdirilmədən saxlamışdır.

33. Nəzərə alınmalıdır ki, iş materiallarına əsasən cavabdehin mənzilindən keçən binanın ümumi istilik və su boruları sonuncu tərəfindən özbaşına kəsilərək, iddiaçının mənzilinə su təchizatında problemlər yaranmış, bu barədə MKİS-nin əməkdaşları tərəfindən 17 mart 2*21-ci il tarixdə akt tərtib olunmuş və son ra su boruları bərpa olunmuşdur. Yəni cavabdehin mənzilindən yeni su boruları keçirilərkən, su axımına maneə yaradan texnik çatışmazlıqlara yol verilməsi də istisna olunmur.

34. Bundan əlavə, iş materiallarında olan ekspert rəyinin təsviri hissəsindən müəyyən olunur ki, ekspert Teymur Məmmədov "xxxx" ASC-nin və MKİS-in əməkdaşları ilə birgə cavabdehin mənzilində quraşdırılmış sayğaca baxış keçirmiş və hər hansı ventilin quraşdırılmasını müəyyən etməmişlər. Lakin ekspert rəyində su borusunun cavabdehin mənzilindən keçən digər hissələrində (su sayğacından kənar) baxış keçirilərkən, ventilinin mövcud olub-olmamasının araşdırılması görünmür.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsi də yuxarıda qeyd olunan məsələlərin həllindən asılıdır. 3

6. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2*11-ci il tarixli Qərarı).

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə *9 dekabr 1994-cü il tarixli qərarında gö stərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

38. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə ba xarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

40. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

41. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə mütəxəssis rəyinin alınması və əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2* sentyabr 2*22-ci il tarixli, 2(1*3)-5354/2*22 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar