Məhkəmə qərarları › İş №2(102)-3999/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3999/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3999/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər` Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3999/22 (Açar sözlər: atalıq haqqında qeydin ləğv edilməsi) Bakı şəhəri 03 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı atalıq haqqında qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2470/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfind ən verilmiş kassasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 (bundan sonra – iddiaçı) ilə X2 (bundan sonra - cavabdeh) xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlanarkən iddiaçıya “Lalayev” soyadı verilmişdir.

2. Tərəflərin birgə nikah dövründə X4 23 may 2012-ci il tarixdə dünyaya gəlmişdir.

3. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X3 anasının yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.x x.2020-ci il tarixli 2(003)-2551/2020 saylı qətnaməsi İddiaçı Cavabdeh1 xeyrinə tutulan alimentin miqdarı artırılmış, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh1 xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

5. Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında xx.xx.2019-cu il tarix şəhadətnaməyə əsasən xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X2 adını “Yeganə”-dən “Nur”-a dəyişdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsində atalıq haqqında qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2012-ci il təvəllüdlü X3 doğum qeydiyyatı aparılan vaxtı cavabdeh onunla birgə nikahda olduğu üçün uşağın atası cavabdehin əri kimi o göstərilmişdir. Buna baxmayaraq, onun xx.xx.2012-ci il təvəllüdlü X3 bioloji atası olması ciddi şübhə altında olmaqla bu barədə kifayət qədər dəlilləri vardır. Lakin cavabdeh bunu qəbul etməyərək həqiqəti söyləməkdən imtina edir. Odur ki, məsələni məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır.

8. Cavabdeh birinci instansiya məhkəməsində bildirmişdir ki, iddiaçı əvvəlcədən uşağın onun olmadığını bilmişdir. Belə ki, uşaq iddiaçı ilə nikahlarından 4 ay sonra uşaq doğulmuşdur. İddiaçını onunl a nikah bağlamasına, nə də uşağa atalıq verməsinə məcbur etməmişdir. İddiaçı bunu bilərəkdən və könüllü şəkildə etmişdir. Ailə Məcəlləsinin 47-ci maddəsininin tələblərinə əsasən uşağın atası olmadığını bilə-bilə atası kimi yazılmasına etiraz etmədiyindən iddiaçının iddiasının təmin olunmamasını xahiş etmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-348/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhramzadə) iddia tələbi təmin edilmiş, xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X4 barəsində Bakı şəhəri Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatlar ləğv edilmişdir.

10. Mülki iş üzrə məhkəmə araşdı rması zamanı müəyyən edilmişdir ki, tərəflər birgə nikahda olmuşlar. Onların nikahda olduqları dövrdə xx.xx.2012-ci il tarixdə Səid adlı uşaq doğulmuşdur. Hazırda İddiaçı özünün həmin uşağın atası olmadığını iddia edir və onun atalığı haqqında qeydlərin ləğv edilməsini tələb edir, cavabdeh isə uşağın atası olmadığını qeyd etməklə dolayısı isə iddia tələbini etiraf edir, lakin iddiaçının bunu bilərək qəbul etməsini əsas gətirməklə iddia tələbinin təmin olunmamasını xahiş edir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər nikaha daxil olarkən cavabdeh hamilə olmuş, qanunvericiliyin tələblərinə uyğun olaraq isə həmin uşağın doğulması zamanı tərəflər nikahda olduğundan doğum haqqında şəhadətnamədə uşağın atası nikahda olan şəxs kimi iddiaçı göstərilməklə ata qrafasında qeyd edil mişdir. Cavabdeh tərəf iddiaçının uşağın atası olmamasını bildirməklə iddiaçının da məhz bunu bildiyindən iddiaya etiraz edir. Ailə Məcəlləsinin 47.2-ci maddəsində valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının ərizəsi əsasında həyata keçirildiyi halda, yəni özünün uşağın həqiqi valideyni olmadığını bilən atanın buna baxmayarq atalığın verilməsi ilə bağlı ərizə ilə müraciət etdiyi halda, atalığa dair mübahisə açma haqqında tələbin təmin oluna bilməməsi göstərilmişdir. Nikahda olan şəxslərin doğum qeydində ata və ana kimi göstərilməsi onlardan asılı olmayan səbəbdən qeyd edildiyindən göstərilən hala istinad etməklə iddianın təmin edilməməsi qanuni və əsaslı hesab edilə bilməz.

12. Məhkəmə gəldiyi nəticəni Ailə M əcəllənin 46.1-46.2, 47.1-47.2, 163.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Ailə Məcəlləsinin 47.2-ci maddəsini düzgün təfsir etməmiş, sübutlara düzgün qiymət verməmiş, uşağın iddiaçı ilə nikaha girməsindən 4 ay sonra doğulduğunu və iddiaçının uşağın atası olmadığını bilə-bilə atası kimi yazılmasına etiraz etmədiyini nəzərə almamışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apell yasiya instansiya məhkəməsi) 2(103)-2470/22 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, Ailə Məcəlləsinin 47.2-ci maddəsi həmin Məcəllənin 46.2-ci maddəsinə münasibətdə məhdudiyyət müəyyənləşdirmişdir və hazırkı işin halları baxımından həmin məhdudiyyətin tətbiqi mümkün deyildir. Başqa sözlə, Ailə Məcəlləsinin 47.2-ci maddəsi nikahda olmayan valideynlər baxımından öz ərizəsi əsasında uşağın atası kimi qeyd olunmuş və özünün uşağın həqiqi valideyni olmadığını bilən atanı n atalığa dair mübahisə açma tələbinin təmin olunmasını qadağan edir; hazırki mübahisə baxımından isə müəyyən olunan odur ki, uşaq doğularkən tərəflər nikahda olduqlarından iddiaçının uşağın atası qismində qeyd olunması onun ərizəsi əsasında deyil, qanunvericiliyin tələbinə əsasən aparılmış, hazırda o, cavabdehin də etiraf etdiyi hala (uşağın ondan törəmədiyinə) istinadla müvafiq tələbi irəli sürmüşdür.

17. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, habelə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv e dilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə sənədlərinin düzgün olmamasını, ondan sənədlərinin düzəldilməsinə köməklik göstərməsini və soyadının verilməsini xahiş edərək, onunla ailə həyatı qurmaq istədiyini, uşağını övladı kimi qəbul edib, ona atalıq edəcəyini bildirmişdir. Cavabdeh tərəfindən iddiaçının bütün istəkləri gerçəkləşdirilmişdir. Lakin sonralar iddiaçının cavabdehi yüngül həyata sövq etmək istəyini bildirməsi ilə cavabdeh tərəfindən aralarında olan nikah münasibətlərinə xitam verilmişdir. Övladı hal-hazırda uşaq psixi sağlamlıq mərkəzində qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

21. Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

22. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

23. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşma çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.

24. Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi is tinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin dəlilləri aşağıdakılara əsasən əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər nikaha daxil olarkən cavabdeh hamilə olmuş, qanunvericiliyin tələblərinə uyğun olaraq isə həmin uşağın doğulması zamanı tərəflər nikahda olduğundan doğum haqqında şəhadətnamədə uşağın atası nikahda olan şəxs kimi iddiaçı göstərilməklə ata qrafasında qeyd edilmişdir.

38. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Ailə Məcəlləsinin 47.2-ci maddəsi həmin Məcəllənin 46.2-ci maddəsinə münasibətdə məhdudiyyət müəyyənləşdirmişdir və hazırkı işin halları baxımından həmin məhdudiyyətin tətbiqi mümkün deyildir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2470/2022 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar