Məhkəmə qərarları › İş №2(102)-4/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4/2022

16.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka və kredit öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası müddətinin keçməsi əsası ilə kredit və ipoteka öhdəliklərinə xitam verilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdehin vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2020-ci il i tarixli, 2(103)6906/2020 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 05 oktyabr 2007-ci il tarixli müqavilə ilə QSC "xxxx" Kommersiya Bankı İddiaçı2 illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 86080 manat məbləğində kredit vermişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə, 04 oktyabr 2007-ci il tarixli müqavilə ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində olan 0,06 ha torpaq sahəsində yerl əşən 2 mərtəbəli, 6 otaqlı, 118,5 kv.m. yaşayış, 212,8 kv.m. köməkçi sahədən ibarət 183 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliyin müddətinin keçməsi ilə əlaqədar İddiaçı2 ilə Ləğv prosesində olan QSC "xxxx" KB arasında bağlanmış 100A034007 saylı kredit müqaviləsi üzrə İddiaçı2 kredit öhdəliyinə xitam verilməsi, İddiaçı1 ilə Ləğv prosesində olan QSC "xxxx" KB arasında bağlanmış 04 oktyabr 2007-ci il tarixli, 100A034007 saylı ipoteka öhdəliyinə xitam verilməsi və ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində o lan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 118,5 kv.m yaşayış, 212,8 kv.m köməkçi sahədən ibarət 183 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müvafiq arayışın verilməsi vəzifəsinin Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin müddəti 07 oktyabr 2009-cu il tarixdə bitməsinə baxmayaraq, bu müddət ərzində öhdəliyinin icrası ilə əlaqədar bank tərəfindən heç bir tədbir görülməmiş, eləcə də məhkəməyə müraciət edilməmişdir. İddiaçı2 tərəfind ən Ləğv prosesində olan QSC "xxxx" KB-yə 28 oktyabr 2019-cu il tarixli ərizə ilə müraciət olunaraq, kredit müqaviləsinin müddətinin bitməsindən 10 il keçdiyini və Mülki Məcəllənin 551-ci maddəsinin tələbini nəzərə alaraq öhdəliyə xitam verilməsi xahiş olunmuşdur.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(006)2157/2020 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka və kredit öhdəliyinə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı2 05 oktyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və kredit verən bank iddiaçı lara qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550 və 551.1-ci maddələrini təfsir edərək hesab etmişdir ki, bank, yaxud ləğvedicisi tələb hüququndan istifadə edərək məhkəməyə müraciət etmədiyindən iddia təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(006)-2157/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2020-ci il i tarixli, 2(103)-6906/2020 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi il ə, hakimlər Ş.A.Məmmədovadan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) iddiaçıların apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(006)-2157/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(006)-4154/2019 nömrəli qətnaməsi ilə İddiaçı2 cavabdeh Ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilə üzrə öhdəliyə xitam verilməsi” tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tar ixli, 2(103)-13511/2019 nömrəli qətnaməsi ilə İddiaçı2 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2020-ci il i tarixli, 2(103)-6906/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 551.1 və 560.1-ci maddələrinin tələbləri pozulmuş, kredit və ipoteka müqavilələrinin müddətinin bitməsindən 10 ildən çox vaxt keçməsi nəzərə alınmamışdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi MPM-in 52.3-cü maddəsinə istinad etməklə də səhvə yol vermişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi qəbul edilərkən 10 illik müddət ötməmiş, həmin iddiada Mülki Məcəllənin 551.2-ci maddəsinə əsasən 5 illik müddətə istinad edilərək iddia irəli sürülmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KB-nın vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə la zımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi fakt lara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddiaçılardan İddiaçı2 tərəfindən mübahisələndirilsə də, iddia tələbləri bir birindən asılı olduğundan və kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. 19. "xxxx" Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, eks pertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməs ini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş ha llar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq mü nasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda v erilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, eyni zamanda prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

23. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Mülki Məcəlləsinin 550 və 551.1-ci maddəsini düzgün təfsir etməmişlər.

24. Belə ki, yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi iddianı rədd edərkən, habelə apellyasiya məhkəməsi qətnaməni dəyişdirilmədən saxlayarkən mövqelərini onunla əsaslandırmışlar ki, müddətin keçməsi ilə bağlı öhdəliyə xitam verilməsi üçün tələb etmək hüququna malik olan şəxs müvafiq tələbi irəli sürməlidir. Yəni həmin mövqeyə görə öhdəlik üzrə qanunla müəyyən olunmuş müddət keçdiyi halda da, tələb irəli sürülmədikdə öhdəlik qüvvədə qalmış olur.

25. Məhkəmə kollegiyası qənaətinə görə, Mülki Məcəllənin öhdəliyə müddətin keçməsinə görə xitamına dair müddəalarının yuxarıda qeyd olunan formada təfsiri kreditorlara müddəti keçmiş öhdəliklər üzrə məqsədyönlü olaraq müvafiq tələbi irəli sürməməyə və borcluların öhdəliklərinin qeyri-müəyyən müddətə qüvvədə qalmasına şərait yaradır ki, bu müddətin keçməsinə görə öhdəliyə xitam verilməsi institutunun məqsədinə və son nəticədə hüquqi müəyyənlik prinsipinə ziddir.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 2 1-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarları).

27. Həmçinin qeyd olunmalıdır ki, Məcəllənin 550-ci maddəsində müddətin keçməsi ilə bağlı tələbə xitam verilməsi nəzərdə tutulsa da, Məcəllənin 527.1-ci maddəsində müddətin keçməsi məhz öhdəliyə xitam verilməsinin əsaslarından biri kimi göstərilmişdir. Eyni zamanda Məcəllənin XXVİİ-ci Fəslinin 5-ci paraqrafı da Müddətin keçməsinə görə öhdəliyə xitam verilməsi adlan ır.

28. Eyni zamanda Mülki Məcəllənin 554.1-ci maddəsi də nəzərə alınmalıdır. Həmin müddəada müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsə öhdəliyin icrasından imtina etmək hüququ verilmiş və bu imtina qarşı tərəfin tələbi ilə şərtləndirilməmişdir.

29. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, hazırki işə baxılarkən Balakən Rayon Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və "xxxx" Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı dərc olunduqda n sonra icraat təzələnmişdir.

30. Konstitusiya Məhkəməsinin həmin Qərarında Mülki Məcəllənin 550 və 551-ci maddələrinə şərh verilməsə də, göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləs inin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsi qeyd olunan şərhi iddia müddəti keçmiş tələblər üzrə ipotekaya xitam verilməsi barədə vermiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia müddətinin ötməsi öhdəliklərin mövcud olması və onların aradan qalxmasına səbəb deyildir. Lakin MM-in 551-ci maddəsində nəzərdə tutulmuş müddətlərin ötməsi Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyin aradan qalxması (öhdəliyə xitam verilməsi) üçün əsas olduğundan kreditorun tələb hüququnu tam olaraq aradan qaldırır.

33. Beləliklə, məhkəmə k ollegiyasının qənaətinə görə MM-in 551-ci maddəsi ilə nəzərdə tutulmuş müddətlərin ötməsi faktı artıq özü özlüyündə borcluya öhdəliyinin icrasından imtina etmək hüququ verdiyindən, tələb etmək hüququna malik olan şəxsin tələbi olmadan da öhdəliyə xitam verilir.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi MPM-in 82.3-cü maddəsinə istinad edərkən də səhvə yol vermişdir.

35. Belə ki, iddiaçılar hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktları mübahisələndirmir və yenidən sübut etməyə çalışmır. İddiaçılar eyni tələblər məhkəməyə müraciət etsələr də, əvvəlki tələblərinin hüquqi əsasını Mülki Məcəllənin 551.2.1-ci maddəsi, hazırki tələbin hüquqi əsasını isə Məcəllənin 551.1-ci maddəsi təşkil edir. Yəni iddiaç ılar əvvəllər 5 illik müddətin ötməsi ilə bağlı öhdəliklərinə xitam verilməsini xahiş etsələr də, hazırda tələbin icra müddətinin çatmasından 10 il keçməsini əsas götürərək eyni tələbi irəli sürmüşlər. Odur ki, yuxarında qeyd olunan qətnamə hazırki işin həlli üçün preyudisial əhəmiyyətə malik deyildir və iddianın rəddi üçün əsas ola bilməz.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin məhkəmənin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

37. Bu zaman nəzərə alınmalıdır ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallara əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi ü zrə öhdəliklərin icrası tarixi 05 oktyabr 2009-cu ildə bitmiş və Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliyə xitam verilməsi müddətin axımı 06 oktyabr 2009-cu il tarixdən hesablanmaqla, Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müddət 06 oktyabr 2019-cu ildə tamamlanmışdır.

38. İddiaçılar isə hazırki iddia ilə 30 yanvar 2020-ci il tarixdə məhkəməyə müraciət etmişlər.

39. Odur ki, QSC "xxxx" KB ilə İddiaçı2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyə müddətin keçməsi ilə xitam verilməlidir.

40. Daha sonra məhkəmə kollegiyası hesab edir ki, əsas öhdəliyə xitam verildiyindən Mülki Məcəllənin 554.3-cü və "xxxx" Qanununun 48.1.2-ci maddələrinə əsasən əlavə öhdəlik olan QSC "xxxx" KB və İddiaçı1 arasında bağlanmış ipoteka öhdəliyinə də xitam verilməli və qeyd olunan Qanunun 48.2-ci maddəsinə əsasən ipoteka saxlayan üzərinə ipotekaya xitam verilməsi barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə verilməsi vəzifəsi qoyulmalıdır.

41. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2020-ci il i tarixli, 2(103)-6906/2020 nömrəli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən e dilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Öhdəliyin müddətinin keçməsi ilə əlaqədar Ləğv prosesində olan QSC "xxxx" KB və İddiaçı2 arasında bağlanmış 04 oktyabr 2007-ci il tarixli, 100A034007 saylı kredit müqaviləsi üzrə İddiaçı2 öhdəliyinə xitam verilsin. Həmin kredit müqaviləsinin icrasının təminatı məqsədi ilə Ləğv prosesində olan QSC "xxxx" KB və İddiaçı1 arasında bağlanmış 04 oktyabr 2007-ci il tarixli, 100A034007 saylı ipotekaya xitam verilsin. İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 118,5 kv.m yaşayış, 212,8 kv.m köməkçi sahədən ibarət 183 nömrəli fərdi yaşayış evinə dair 04 oktyabr 2007ci il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müvafiq ərizənin verilməsi vəzifəsi Ləğv prosesində olan QSC "xxxx" KB-yə həvalə edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar