Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-40/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti nə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Nuriyev) İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx xxxx 2016-c tarixli D042 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu ünvan 1 ünvanında yerləşən lizinq obyekti olan mənzilin Cavabdeh oğlundan alınaraq İddiaçı MMC-yə qaytarılnası, Cavabdeh oğlunun lizinq obyekti olan mənzildən çıxarılması, xx xxxx 2016-cı il tarixli D042 saylı Daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 AB Ş dolları, faiz məbləği üzrə 2483 ABŞ dolları, 5475 ABŞ dolları hesablanmış cərimə, ümumilkdə 41755 (qırx bir min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh oğlundan İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər V.Məmmədov və A.İmanov) ) Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən Ə.Mirzəliyev, hakiml ər T.Qoldman və G.Quliyev) Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məmmədova, hakimlər V.Həsənov və X.Sarıyev) Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh oğlundan lizinq mükafatı üzrə 6868.65 (altı min səkkiz yüz altmış səkkiz manat, altmış bes qəpik) manat məbləğində pul vəsaitinin tutul araq iddiaçıya ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatına dair digər hissələrdə rədd olunması, apellyasiya şikayətinin qalan hissədə və apellyatora münasibətdə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qətt edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin “apellyasiya şikayətinin qalan hissə də və apellyatora münasibətdə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı MMC Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx xxxx 2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Lizinqə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən lizinq obyektinin İddiaçı MMC-yə qaytarılması və Cavabdeh oğlunun lizinq obyekti olan mənzildən çıxarılması, Daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dolları, faiz məbləği üzrə 2483 ABŞ dolları, 5475 ABŞ dolları hesablanmış cəri mə, ümumilikdə 41755 ABŞ dolları ekvivalentində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə,xx.xx.2016-cı ıl tarixli daxılı lızınq müqaviləsinə əsasən İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı 24 ay müddətinə Cavabdeh oğluna lizinqə vermişdir.Müqavilə ilə lizinq alanın ilkin öhdəliyi 35.000 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin tərkib hissəsi olan lizinq ödəniş cədvəlinə görə lizinq alanın əsas məbləğ və lizinq mükafatı üzrə aylıq ödəniş 1300 ABŞ dolları olmuşdur. İddiaçının nümayəndəsi bildirir ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında xx xxxx 2016-cı il tarixdə D042 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. X 5 müqaviləsinin 1 saylı əlavəsinə əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzili 24 ay müddətinə D042 saylı xx xxxx 2016-cı il tarixli Daxili Lizinq müqaviləsinə Əlavə-1 uyğun olaraq hər ay üçün 1782 ABŞ dolları ödənilməsi şərti ilə 35000 ABŞ dolları lizinqə verilmişdir. Bundan sonra Cavabdeh oğlu müqavilə öhdəliklərini lazımı qaydada icra etməməyə başlamışdır Ona bununla əlaqədar irad bildirildikdə ödənişlərlə bağlı çətinlikləri olduğunu demişdir. Hazırda bu müqavilə uzrə ödəmələr aparılmır. Belə ki, cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Sonuncu dəfə xx.xx.20 16-cı il tarixdə borc ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilsə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmək istəməmişdir. Eyni zamanda cavabdeh lizinqə verilmiş İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzili də iddiaçıya təhvil verməkdən imtina etmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli borca dair arayışdan görünür ki, cavabdehin İddiaçı MMC-yə 24.01,2017-cı il tarixinə lizinq məbləği üzrə 33797 ABŞ dolları, faiz məbləği üzrə 2483 ABŞ dolları, 5475 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 41755 ABŞ dolları ekvivalentində borcu vardır. Cavabdeh bildirir ki, ödənişlərin ABŞ dolları ilə qəbul edilməsinə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən heç bir razılı q verməyib. Həmçinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən pul vahidinin dəyərinin dəyişməsi ilə məzənnənin dəyişdirilməsi yolverilməzdir. Məhkəmə isə iddiaçının xarici valyutada lizinq müqaviləsi' bağlanması barədə lisenziyasının olub-olmamasını araşdırmadan əsassız qətnamə qət etmidir. İddiaçı MMC-nin nizamnaməsində onun ABŞ dolları ilə lizinq müqaviləsi bağlama səlahiyyəti və əmlakı xarici valyuta ilə lizinqə verilməsi barədə səlahiyyəti olması göstərilməmişdir. O, heç bir zaman ödəməni həyata keçirməkdən qəsdən boyun qaçırmamış, öz üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etmişdir. Digər tərəfdən, heç bir əsas olmadan ödəmənin ləyata keçirildiyi pul vahidinin dəyişdirilməsi halı qanunsuz və əsassızdır. Qanunvericiliyə əsasən, lizinq obyekti olan mən zil Azərbaycan Respublikasıda yalnız manatla alına bilər. Lakin iddiaçı onu aldadaraq onunla müqaviləni manatla deyil, ABŞ dolları ilə bağlamışdır. Müqavilə bağlayarkən iddiaçı məhz vicdansızlıq nümunəsi göstərərək, onun etimadından sui-istifadə etmişdir. Həmçinin iddiaçı onunla mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salmamış, riayət etməmiş, buna dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa iddiaçı tərəfindən onun ödənişləri tam nəzərə alınmamış, ona ödənilməmiş qalıq borc şişirdilmişdir. Belə ki, İddiaçı MMC məhkəməyə müraciət etdikdən sonra Cavabdeh tərəfindən 5300 ABŞ dolları məbləğində ödəniş həyata leçirilmişdir. Lakin məhkəmə qətnamə qət edərkən həmin ödənişləri nəzərə almamışdır, Bundan başqa aylıq faiz hesablanması əsassız və qanunsuzdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən borca hesablanmış faizlər müvafiq ilin sonunda ödənilməlidir. Bundan əlavə cərimə həddindən artıq yüksək məbləğdə hesablanmış və tənasübsüz surətdə artırılmışdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək, iddia qismən təmin edilməli, Cavabdeh lizinq məbləği üzrə 33,797 ABŞ dolları, lizinq mükafatı üzrə 2483 ABŞ dolları, dəbbə pulu üzrə 200 ABŞ dollarının manatla məzənnəsi alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə cavabdeh lizinqə götürdüyü mənzilə görə 35,000 ABŞ dolları məbləğində pulu lizinq borcu üzrə, 10,278 ABŞ dolları məbləğində pulu isə lizinq mükafatı üzrə ödəməli və ödədiyi halda mənzil onun mülkiyyətinə keçməli idi. İddiaçı cavabdehin lizinq müqaviləsi üzrə ödənişləri tam həyata keçirmədiyini və qeyd edilən hala görə sonuncunun lizinq borcu üzrə 33797 ABŞ dolları, lizinq mükafatı üzrə 2483 ABŞ dolları öhdəliyi qaldığını göstərməklə həmin məbləğləri, dəbbə pulunu, o cümlədən lizinqə verdiyi mənzil i geri tələb edir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd olunan normanın tələbinə görə lizinq müqaviləsi üzrə nəzərdə tutulan məbləğin tam ödənilməsi halında lizinq obyekti olan mənzil lizinq alanın mülkiyyətində qalmalıdır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı lizinq müqaviləsi üzrə lizin borcunu və lizinq mükafatını tam tələb etməkdə haqlı olsa da, lizinq obyekti olan mənzili də tələb etməkdə haqlı olmamışdır. Bununla yanaşı iş materiallarından görün ür ki, lizinq ödənişlərini vaxtında icra etmədiyinə görə iddiaçı cavabdehdən 5475 ABŞ dolları məbləğində dəbbə pulu tələb edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddənin tələblərini və tələb edilən dəbbə pulunun məbləğinin tənasübsüz surətdə yuxarı olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 200 ABŞ dolları məbləğində dəbbə pulu tutulmalıdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsi işin bütün hallarını araşdırsa d a həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh oğlu kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Caavbdeh Cavabdeh oğlundan lizinq məbləği üzrə 33,797 ABŞ dolları, lizinq mükafatı üzrə 2483 ABŞ dolları, dəbbə pulu üzrə 200 ABŞ dollarının manatla məzənnə si alınaraq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-40/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-40/2020
21.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver