Məhkəmə qərarları › İş №2(102)-4001/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4001/2021

12.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4001/2021 12.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6673/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən ver ilmiş kassasiya şikayəti üzrə işə 12 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28500 manat əsas borc, 18810 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 47340 manat pulun alınaraq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov, iş № 2(008)-518/2020) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23500 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-6673/2021) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-518/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi qismən təmin edilməsi, Cavabdeh2 9764,8 (doqquz min yeddi yüz altmış dörd manat 8 qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddia tələbinin qalan h issədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilməsi qət edilmişdir. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-6673/2020) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6673/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6673/2020 saylı, 07 sentyabr 2020-ci il ta rixli qətnaməsi Cavabdeh2 ünvanına göndərilmiş və 07.10.2020-ci il tarixdə onunla eyni ünvanda yaşayan iş üzrə digər Cavabdeh1 tərəfindən qəbul edilmiş (iş səh.149 poçt xəbərnaməsi), bununla belə Cavabdeh2 qətnamədən verdiyi kassasiya şikayəti 18.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə, şikayət müəyyən edilmiş müddət ötürülməklə verilərək buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, cavabdeh X1 həmin qətnamədən kassasiya şikayəti verilməsi və həmin qətnamənin ləğv edilməsi barədə marağı olmamış ya bu üzdən və ya hansısa səbəbdən qətnamənin surəti ona təqdim edilməmişdir. Məhkəmə cavabdehlərin marağı arasında artıq ziddiyyətin yaranmasını görüb, hər bir cavabdehə ayrı poçt göndərişi ilə bir qətnamə göndərməli olduğu halda bunu etməmiş, iki cavabdehə bir qətnamə göndərmiş, qətnamə digər cavabdeh tərəfindən qəbul edilmiş və göstərildiyi kimi qətnamə ona təqdim olunmamışdır. Ərizə verərək qətnamənin surətini rəsmən almış, rəsmən qəbul etdikdən sonra isə qətnamədən kassasiya şikayəti vermiş, qanunla nəzərdə tutulan müddəti ötürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdirlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli 2(103)-6673/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli q ərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatları dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normalarının pozulduğuna istinad edərək, qətnamənin rəsmən ona göndərilmədiyini, digər cavabdehlə maraqları arasında ziddiyyətlərin olması səbəbindən qətnamənin surətinin ona çatdırılmadığını qeyd edir. İşin halları baxımından apellyasiya instansiya məhkəməsinin qətnamənin surətinin hər iki cavabdehin ünvanlarının eyni olması səbəbindən bir ünvana göndərilməsi və həmin ünvanda qətnamənin surətinin digər Cavabdeh1 tərəfindən qəbul edilməsi mübahisəsizdir. Qeyd edilməlidir ki, iş materiallarında kassatorun hə r hansı digər ünvanda yaşamasına və fərqli ünvanın mövcud olmasına dair heç bir sübut yoxdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi ona məlum olan ünvana qətnamənin surətini göndərmiş və həmin ünvanda poçt göndərişi alınmışdır. Belə olan halda poçt göndərişi catmış hesab olunur. Həmin tarixdən 5 aydan artıq olan müddətdən sonra kassasiya şikayəti verildiyindən apellyasiya məhkəməsi haqlı olaraq müddəti ötürülmüş hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəri geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6673/2020 nömrəli iş üzrə 29 mart 202 1-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar