Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4003/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: Özbaşına tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma, ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul tələbi"nə dair qarşılıqlı iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(107)-236/22 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. X2, X8 və X3 “satıcılar” qismində, İddiaçı “alıcı” qismində olmaqla tərəflər arasında 09 fevral 2017-ci il tarixdə bağlanmış AN-İ N nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə görə satıcılar ünvan 2i ərazisində yerləşən, paylı mülkiyyət hüququ üzrə onlara məxsus ümumi sahəsi 0,67 ha olan torpaq sahəsindən müqavilədə göstərilən hissəni “alıcının” mülkiyyətinə verirlər, fərdi yaşayış evi və torpaq sahəsinin qalan hissəsi mülkiyyətçilərdə qalır. Müqavilənin 4-cü bəndinə əsasən satıcılar daşınmaz əmlakı 20000 manat (iyirmi min manat) qi ymətinə satdılar, alıcı isə həmin qiymətə aldı.
2. Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı adına mülkiyyəti hüququ üzr dövlət qeydiyyatına alınmışdır.
3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına xx.xx.2017-cı il tarixdə tərtib olunmuş A №185555 saylı «Torpaq sahəsinin planı və ölçüsü»nə görə 0,45 ha torpaq sahəsinin M 1:24000 miqyasında ölçü planı göstərilmişdir.
4. İddia çı ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş beh müqaviləsinə görə alıcı satıcıya məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsini gələcəkdə 20000 manata almağı öhdəsinə götürür və bu məqsədlə satıcıya 5000 (beş min) manat məbləğində beh verir. Qalıq qalmış 15000 (on beş min) manatı isə 1 (bir) il müddətinə kimi ödəniləcək və ödəniş başa çatdıqdan sonra alq-satqı müqaviləsi rəsmiləşdiriləcəkdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilə rəsmiləşdirildiyi gündən bir il müddətinə bağlanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o digər tərəfə behin iki məslini qaytarmalıdır.
5. İddiaçı tərəfindən verilmiş və 01 noyabr 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Cavabdeh ilə 19 saylı notariat ofisində aralarında bağlanılan xx.xx.2019-cu il tarixli 3M-885 reyestr nömrəli beh müqaviləsinə əsasən Cavabdeh 3000 manat pulu nağd şəkildə almışdır. Eyni zamanda həmin ərizədə xx.xx.2020-ci il tarixdə ““aldı” İddiaçı, “verdi” Cavabdeh” qeyddən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh İddiaçı 3000 manat pulu vermişdir.
6. Qəbələ rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, rayon icra hakimiyyətinin nümayəndələri bir neçə dəfə qeyd olunan ərazidə olmuş, Nohurqışlaq kənd sakinləri X9, X2 və X7 il ə söhbət aparılmış, satılmış 0,45 ha torpaq sahəsinin mülkiyətçiyə təhvil verilmələri və həmin torpaq sahəsinə daxil olmaq və ondan istifadə etmək üçün maneələri aradan qaldırmaları tövsiyyə olunmuş, lakin aparılmış danışıqlara baxmayaraq vətəndaşlar hər dəfə özlərinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışmış və torpaq sahəsini təhvil verməkdən imtina etmişlər. Bu səbəbdən qeyd edilən məsələ mülki məsələyə aid olduğundan onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.
7. Qəbələ rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda X10 barəsində mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduğu tövsiyyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək ********** qeydiyyat nömrəli, 09 sentyabr 2017-ci il qeydiyyat tarixli, seriya RX, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan Qəbələ rayonun Nohurqışlaq kəndi ərazisində yerləşən 0,45 hektar torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikililərin onun öz hesabına sökülməsi və həmin torpaq sahəsindən onun məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 09 sentyabr 2017-ci il qeydiyyat tarixli, seriya RX ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən xüsusi mülkiyyətində olan torpa q sahəsinin alqı-satqısı üzrə beh müqaviləsində göstərilən öhdəlikləri cavabdeh əməl etməmişdir. Əksinə həmin torpaq sahəsində özbaşına tikililər inşa etdirmişdir. Tikintinin dayandırılması, mövcud tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılmasını dəfələrlə tələb etsə də, cavabdeh özbaşına hərəkətlərini davam etdirmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
10. Cavabdeh qarşılıqlı iddia qaldıraraq cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı ona qarşı olan “qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” iddiasının rədd olunması və onunla Ceyhun Gülməmədov arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh sonradan iddia tə ləbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizələr təqdim edərək İddiaçı beh müqaviləsinə görə üzərinə düşən öhdəlikləri icra etmədiyinə görə 20000 (iyirmi min) manat real ziyan və 16 (on altı min) manat tikiliyə çəkdiyi xərc, cəmi 36000 (otuz altı min) manat pulun məcburi qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh göstərmişdir ki, İddiaçıla aralarında torpaq alqı-satqısı olmuşdur. Ceyhunun mülkiyyətində Qəbələ rayonun Nohurqışlaq kəndində 0,45 ha torpaq sahəsi olmuşdur. O, həmin torpaq sahəsini ona almağı təklif etmiş, o da həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Torpaq sahəsini cavabdeh 20000 manat qiymətləndirmişdir. Onlar torpağın alqı-satqısı barədə razılaşmışlar. Lakin onun torpağın qiymətini verməyə 20000 manat nağd pulu olma mışdır. Razılığa əsasən İddiaçı 5000 manat beh vermiş. 15000 manatı isə bir il müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən də aralarında 21 avqust 2019-cu il tarixli beh müqaviləsi bağlanmış və həmin müqavilə eyni tarixdə Bakı şəhəri, notarius ofisində 3M-885 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. Beh müqaviləsinin 1.1.1-ci bəndində qeyd edilmişdir ki, birinci tərəf İddiaçı, özünə məxsus olan ünvan 2i ünvanında yerləşən mülkiyyətində olan 0,45 ha torpaq sahəsini ikinci tərəf Cavabdeh 20000 (iyirmi min) manata satır. Ödəniləcək məbləğ tam hazır olmadığı üçün notariat qaydasında alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilinmir. Beh olaraq ikinci tərəf birinci tərəfə 5000 (beş) manat notariusun depozit hesabı vasitəsilə ödəyir. Qalıq qalmış 15000 (on beş min) manatı isə 1 (bir) il müd dətinə kimi ödəniləcək və ödəniş başa çatdıqdan sonra alqı-satqı müqaviləsi rəsmiləşdiriləcəkdir. Həmçinin beh müqaviləsində MM-nin 491492-ci maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Onların danışıqlarında, eləcə də beh müqaviləsi bağlanarkən Ceyhunun atası Mahmud Gülməmmədov iştirak etmişdir. Aralarında olan müqavilə rəsmi olaraq Ceyhunla bağlanmış olsa da bütün danışıqlar və sövdələşmələr onun atası ilə olmuşdur. Beh müqaviləsində göstərilmiş bir il müddət ərzində də hər dəfə cavabdehin atası ilə danışıqlar aparılmışdır. Aralarında beh müqaviləsi bağlandıqdan sonra 02 noyabr 2019-cu il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində cavabdehə notarial qaydada 3000 manat pul ödəmişdir. Bundan başqa 26 yanvar 2020-ci il tarixdə də 3000 manat ödəmişdir. Həmin ödəniş 02 noyabr 2019-cu il tarixdə notarial qaydada ödədiyi sənədin (ərizənin) aşağısında daha 3000 manat ödəməsi hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Ondan sonra beh müqaviləsində göstərilən bir il ərzində Cehunun atasına dəfələrlə pul ödəmişdir. Ümumiyyətlə cavabdehin atasına 17000 (on yeddi) min manat pul ödəmişdir. Qalıq 3000 (üç) min manat pulu da vermək üçün dəfələrlə dəvət etsə də, müxtəlif bəhanələrlə onlar gəlməkdən imtina etmişlər. Ümumiyyətlə müxtəlif bəhanələrlə pulu almaqdan imtina etmişlər ki, beh müqaviləsində göstərilən bir il müddət başa çatsın. Cavabdeh bunu qəsdən etmişdir ki, beh müqaviləsinə guya əməl edilməməsinə görə o məsuliyyət daşısın. Bu barədə cavabdehin atasının onunla telefon danışığı var və o, həmin danışığı diskə köçürmüşdür. Diski Ceyhunun ona qarşı Qəbələ Rayon Məhkəmə sində “qanunsuz tikililərin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsinə əlavə etmişdir. Belə olan halda hesab edir ki, İddiaçı notariusa gələrək alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən qəsdən yayınmaq üçün ona qarşı əsassız iddia qaldırır və iddia ərizəsində qeyd etdiklərinin çoxu həqiqətə uyğun deyildir. O, beh müqaviləsində göstərilən şərtlərə əməl etmiş, lakin cavabdeh tərəf həmin şərtləri yerinə yetirməyinə qərəzli şəkildə mane olmuşlar. Onların mane olmaları telefon danışıqları ilə təsdiq olunur və cavabdehin yeganə marağı torpaq sahəsini onun adına rəsmiləşdirilməsindən boyun qaçırmaqdır. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, nəticədə ondan aldığı 17000 (on yeddi min) manatı əsassız olaraq özündə saxlamışdır. Qüvvədə olan mülki qanunveric iliyin tələbinə görə cavabdeh ona əvvəlcədən ona beh kimi verdiyi 5000 (beş min) manat pulun iki mislini qaytarmalıdır.
13. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 sentyabr 2021-ci il tarixli 2(025)-1043/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) ilk iddia təmin olunmuş, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********75; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,45 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin onun hesabına sökülməsi və həmin torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilm əsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 11000 (on bir min) manat pulun alınaraq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid olunması qət edilmişdir.
14. Məhkəmə hesab etlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsini İddiaçı Cavabdeh satmaq barədə razıla şmışlar. Razılaşmaya uyğun olaraq Bakı şəhəri 19 saylı notariat ofsində rəsmiləşdirilmiş 3M-885 reystr nömrəli, 21 avqust 2019-cu il tarixli “Beh Müqavilə”sinə əsasən İddiaçı 0,45 ha torpaq sahəsini 20000 (iyirmi min) manata Cavabdeh satmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə görə, iddiaçı özünə məxsus Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən 0,45 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsini 20000 (iyirmi min) manata Cavabdeh satır. Ödəniləcək məbləğ tam hazır olmadığına notariat qaydasında alqısatqı müqaviləsi rəsmiləşdirilə bilinmir. Beh olaraq ikinci tərəf, yəni Cavabdeh birinci tərəfə, yəni iddiaçıya 5000 (beş min) manat notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalıq qalmış 15000 (on beş min) manatı isə 1 (bir) il müddətinə ödənilə cək və ödəniş başa çatdıqdan sonra alqı-satqı müqaviləsi rəsmiləşdiriləcəkdir. Daha sonra isə Cavabdeh tərəfindən 2 dəfəyə ümumilikdə 6000 manat İddiaçı ödənilmiş, qalan məbləği isə ödəməmişdir.
15. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir.
16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Ağayev X1 Ceyhun Mahmud oğlu ilə xx.xx.2019-cu il tarixdə bağlanmış beh müqaviləsinin tələblərinə onun tərəfindən əməl edildiyini, lakin İddiaçı beh müqaviləsinin icra edilməsindən yayındığını, bu səbəbdən İddiaçı beh müqaviləsinə görə üzərinə düşən öhdəlikləri icra etmədiyinə görə 20000 (iyirmi min) manat real ziyan və 16000 (on altı min) manat tikiliyə çəkdiyi xərc, cəmi 36000 (otuz altı min) manat pulun məcburi qaydada alınıb ona verilməsini xahiş etmişdir.
17. Göründüyü kimi, hal-hazırda ilkin və qarşılıqlı iddia ərizələrindən, ilkin və qarşılıqlı iddiaçının, onların vəkillərinin məhkəmə iclaslarında verdikləri izahatlarından müəyyən olunur ki, hər bir tərəf beh müqaviləsinin şərtlərinin digər tərəfdən pozulduğunu iddia edirlər. İlkin iddiaçı beh müqaviləsinin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməyini, məhz bu səbəbdən beh müqaviləsi bağlanarkən və ondan sonra ödənilmiş məbləğlərin Cavabdeh qaytarılmasından imtina etdiyini göstərir. Qarşılıqlı iddiaçı Cavabdeh isə beh müqaviləsinin şərtlərinə İddiaçı tərəfindən əməl edilmədiyini, bu səbəbdən beh müqaviləsinə görə üzərinə düşən öhdəlikləri icra etmədiyinə görə İddiaçı 20000 (iyirmi min) manat real ziyan və 16000 (on altı min) manat tikiliyə çəkdiyi xərc, cəmi 36000 (otuz altı min) manat pulun məcburi qaydada alınıb ona verilməsini xahiş edir.
18. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Beləliklə, məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh beh müqaviləsinin şərtlərinə İddiaçı tərəfindən əməl edilməməsini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh beh müqaviləsində göstərilən şərtlərə əməl etdiyini, lakin cavabdeh tərəfin həmin şərtləri yerinə yetirməyinə qərəzli şəkildə mane olduğunu bildirsə də, bunu təsdiqləyəcək faktları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəməyə İddiaçı atası ilə apardığı telefon danışıqlarını sübut kimi təqdim etmişdir. Lakin məhkəmə mülki prosessual qanunvericiliyin tələbləri baxımından həmin telefon danışıqlarını mötəbər sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-in 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasi təsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
20. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.
21. Göstərilənlərlə yanaşı məhkəmə qeyd etmişdir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.
22. Beləliklə, tərəflər arasında 21 avqust 2019-cu il tarixdə bağlanmış beh müqaviləsində Cavabdeh 5000 (beş min) manatı ilkin olaraq, 15000 (on beş) min manatı isə 1 il ərzində ödəmək barədə öhdəlik götürsə də, 15000 (on beş) manat öhdəliyin icra üsulu və yeri barədə tərəflər arasında hər hansı bir şərt göstərilməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, ilkin İddiaçı Cavabdeh beh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında beh müqaviləsindən irəli gələn qalan 15000 manat öhdəliyin 1 il ərzində hansı qaydada və hansı yerdə ödənilməsi (bank vasitsəsiilə, əlbəəl və s. formada) barədə razılıq olmamışdır. Eyni zamanda beh müqaviləsinin icra edilməsinə görə İddiaçı Cavabdeh xəbərdarlığın edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə Cavabdeh beh müqaviləsinin şərtlərini yerinə yetirmək istədiyini, lakin İddiaçı bundan yayınmasın ı bildirsə də, beh müqaviləsinin onun tərəfindən icrasına yönəlmiş hərəkətlərin nədə ifadə olunması ilə bağlı sübut təqdim etməmişdir. Göstərilən bu hallar beh müqaviləsinin icra edilməməsində İddiaçı və Cavabdeh hər ikisinin məsuliyyət daşıdığını, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməmələrini göstərir.
23. Beh, müqavilənin bağlanmasını təsdiq etməklə yanaşı icranı təmin etmək məqsədilə razılığa gələn tərəflərin birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir və beh, müqavilə öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Behlə təmin edilmiş öhdəliyin icra edilməməsi, belə pozuntuya yol verən tərəflərdən hansının yol verdiyindən asılı olaraq məhz həmin tə rəf üçün əlverişsiz əmlak nəticələri yaradır. Bu baxımdan hazırki iddia tələbi ilə sübuta yetirilmişdir ki, behlə təmin edilmiş öhdəliyin icrası həm ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən, həm də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən təmin edilməmişdir. Belə olan halda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən beh müqaviləsinə əsasən İddiaçı ödənilmiş 11000 (on bir min) manat pul alınaraq Cavabdeh ödənilməlidir. Bu zaman məhkəmə o halı da nəzərə alır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış beh müqaviləsinin bağlanması səbəbi Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsinin alqı-satqısı olmuşdur ki, hazırkı mülki iş üzrə və ilkin iddia üzrə həmin torpaq sahə sinin İddiaçı qaytarılması qət edilmişdir.
24. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbində beh müqaviləsinə əsasən İddiaçı ümumilikdə 17000 (on yeddi min) manat ödədiyini qeyd etsə də, 17000 manat ödəməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş beh müqaviləsindən, İddiaçı tərəfindən verilmiş və 01 noyabr 2019-cu il tarixdə 19 saylı notariat kontorunda təsdiq edilmiş ərizədən və həmin ərizədə xx.xx.2020-ci il tarixdə edilmiş qeyddən Cavabdeh tərəfindən İddiaçı 11000 (on bir min) manatın verilməsi müəyyən olunur ki, Ceyhun Gülmməmdov tərəfindən də həmin məbləğ etiraf edilmişdir.
25. İlkin iddia üzrə ca vabdeh, qarşılıqlı iddiaçı Ağayev X6 Gülmməmədovun atası Mahmud Gülməmmədova beh müqaviləsinə əsasən əlavə olaraq 4000 (dörd min) manat verdiyini bildirsə də, Mahmud Gülməmmədov hazırki iş üzrə cavabdeh olmadığından, Ceyhun Məmmədovun isə bundan xəbəri olmadığını və başqasına ödənilmiş hər hansı pul məbləğinə görə məsuliyyət daşımadığını qeyd etdiyindən, məhkəmə həmin məsələyə münasibət bildirərək göstərmişdir ki, Cavabdeh izah edir ki, həmin məsələ ilə bağlı İddiaçı atası Mahmud Gülməmmədova qarşı ayrıca iddia qaldıra bilər.
26. Bundan başqa, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı 16000 (on altı min) manat tikiliyə çəkdiyi xərcin ödənilməsini tələb edir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, hazırki iş üzrə Ceyhun Gülmmədov ilə Cavabdeh arasında Qəbələ rayonu Noh urqışlaq kəndində yerləşən 0,45 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi deyil, həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı beh müqaviləsi bağlanmışdır. Məhz beh müqaviləsinin şərtlərinə əməl etmədən və tərəflər arasında alqı-satqı müqaviləsi bağlamadan Cavabdeh tərəfindən sözügedən torpaq sahəsində tikilmiş tikintiyə görə məsuliyyəti İddiaçı daşıya bilməz. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı mülkiyyətinə veril mişdir. Beləliklə İddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikili aparıldığına görə qarşılıqlı iddia tələbi 16000 (on altı min) manat tikiliyə çəkdiyi xərcin ödənilməsi hissəsində təmin edilə bilməz.
27. Beləliklə, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilkin iddia təmin edilməli, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********75; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,45 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər onun hesabına sökülməli və həmin torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, Qarşılıqlı iddia qism ən təmin edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıdan 11000 (on bir min) manat pul alınaraq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 152, 157.2, 157.4, 324, 385.1, 386.1, 386.2, 389.1, 425, 491.1, 491.2. 491.3, 492.1 və 492.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın “beh müqaviləsi üzrə ödənilmiş 11000 manat pulun qaytarılması” hissəsinə münasibətdə ləğv edilməsini və qarşılıqlı iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılimasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyin tələblərinə görə beh iki halda və formada qaytarıla bilər; birinci halda öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalı, ikinci halda isə əgər müqavilənin icra edilməməsi üçün beh a lmış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini qaytarmalıdır. Göründüyü kimi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı ilə bağlanmış müqavilə üzrə icraata xitam verilməmiş, müqavilənin şərtləri tərəfindən pozulmamışdır. Qarşı tərəf həmin halların baş verməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, beh müqaviləsi üzrə müqavilə müddəti başa çatan günə beh müqaviləsi üzrə borclu olmasını etiraf etmişdir.
31. İşə baxan məhkəmə qarşılıqlı iddianın “ödənilmiş behin qaytarılması” hissəsində təmin etməklə səhv nəticəyə gəlmiş, qarşılıqlı iddianın həmin hissədə təmin edilməsini ətraflı əsaslandırmamış, sübutları əlaqəli şəkildə şərh etməmiş, beh müqaviləsinin şərtlərinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən pozulduğunu müəyyən etsə də, behin qaytarılmasının səbəblərini ətraflı əsaslandırmamışdır. Bununla da işə baxan məhkəmə nəticədə qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız qətnaməsini qəbul etmişdir.
32. Məhkəmə tərəflər arasında bağlanmış beh müqaviləsinin mötəbərliyini tanısa da və onun birmənalı şərtlərinin behin bir il ərzində ödənilməməsi halında behin batması, bir il ərzində ödəniləcəyi halda isə alqı-satqı müqaviləsinin bağlanacağı barədə dəqiq şərtlər göstərilməsinə baxmayaraq özünün formal mülahizələrinə əsasən ondan ödənilmiş 11000 manat behin qaytarılması qənaətinə gəlmişdir. Beləliklə beh müqaviləsinin şərtlərini heçə saymışdır və adi borc müqaviləsi kimi yanaşmışdır. Halbuki, beh müqaviləsi özünün konkret şərtləri ilə tərəfləri məsuliyyət li olmağa çağırır, hər bir tərəfin götürdüyü öhdəliyi vaxtında və tam şəkildə icra etməyə sövq edir. Beh müqaviləsinin şərtləri mülki Məcəllədə dəqiq göstərilmişdir. Söhbət burada behin məbləğindən getmir, beh müqaviləsi üzrə ödənlən məbləğ bir manatla və ya milyon manatlarla ifadə oluna bilər, burada beh müqaviləsinin məqsədi tərəflərin razılaşdırılmış şərtlərlə müqaviləni vaxtında və tam icra edilməsinə məsuliyyət daşıdıqlarını vurğulmaqla behin ikiqat qaytarılması və ya behin batması sonluğu ilə nəticələnəcəyi ilə xəbərdar edir.
33. Birinci instansiya məhkəməsi Geyhun Gülməmmədovdan ödənilmiş 11000 manat pulun alınaraq Cavabdeh verilməsi qənaətinə gələrkən beh müqaviləsi üzrə pulun verilməsinin icra yeri və üsulunun göstərilmədiyinə əsaslanmışdır. Halbuki, tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, müqavilə bağlandıqdan sonra Cavabdeh İddiaçıla iki dəfə görüşmüş. Birinci dəfə notariat ofisində ona 3000 manat, iki dəfə öz aralarında yazmaqla təkrar 3000 manat pulu ödəmişdir. Bundan sonra Pərviz tərəfindən ödəniş dayandırılmışdır. Cavabdeh izahatına görə o pulun qalan hissəsini vermək üçün İddiaçı pandemiya səbəbindən əlaqə saxlaya bilməmişdir. Halbuki, Cavabdeh qalıq pulu poçt və ya bank vasitəsi ilə Geyhun Gülməmmədova göndərə bilərdi, həmçinin onun iş yerinə və yaşayış yerinə gedib pulu ona verə bilərdi və yaxud istənilən digər formada pulun ödənilməsini həyata keçirə bilərdi. Tərəflərin ünvanları və əlaqə vasitələri beh müqaviləsində də qeyd olunmuşdur və Cavabdeh tərəfindən qalan pulun yuxarıda qeyd olunan vasitələrlə ödənilməsi əsaslı sayılardı, müqavilə nin Cavabdeh tərəfindən icra edilməsi sübut oluna bilərdi. Məhkəmənin qalan pulun qaytarılmasının əsası kimi icra üsulunun və yerinin müəyyən olunmamasına istinad etməsi işin yuxarıda qeyd olunan həqiqi hallarına uyğun gəlmir.
34. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-236/22 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli, A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, birinci instansiya məhkəməsi qətnaməsinin qarşılıqlı iddianın təmin olunmuş 5000 manata aid hissəsində ləğv ediməsi, həmin hissədə yeni qətnamənin qəbul olunması, Cavabdeh İddiaçı qarşı 36000 manat pul tələbinə dair qarşılıqlı iddia ərizəsi əvvəlcədən ödə nilmiş 5000 manata aid hissədə təmin edilməsi, 5000 manat Cavabdeh alınıb İddiaçı verilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmış, lakin hesab etmişdir ki, məhkəmə qarşılıqlı iddianı qismən təmin edərkən yanlış maddi hüquq normasına istinad etdiyi üçün qətnamə qarşılıqlı iddianın təmin olunduğu 5000 manata aid hissədə ləğv edilməlidir.
36. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki halda Cavabdeh tərəfindən İddiaçı 21 avqust 2019-cu il tarixli müqavilə əsasında ödənilmiş 5000 manat pul beh kimi deyil, avans kimi nəzərdən keçirilməlidir.
37. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh İddiaçı əvvəlcə depozitə qoymaq yolu ilə 5000 manat, sonra isə ayrı-ayrı vaxtlarda 2 dəfə 3000 manat – cəmi 6000 manat ödəniş etmişdir. Daha sonra hər iki tərəfin günahı üzündən cavabdeh tərəfindən əlavə ödənişlərin edilməsi baş tutmamışdır. 38.Beh, öhdəliklərin yerinə yetirilməsi üçün müəyyən bir zəmanət olmasına baxmayaraq, daşınmaz əmlakla bağlı müqavilələr həyata keçirilərkən müqavilənin bağlanmasının təmin edilməsinin ən geniş yayılmış üsulu praktikada avans hesab olunur. 39.Avans ödənişinin qanunvericilikdəki populyarlığı kiçik olduğu qədər də rolu böyükdür. Mülki qanunvericiliyin heç bir maddəsində avans ödənişi nəzərdə tutulmadığına baxmayaraq daşınmaz əmlakın alqı-satqısı zamanı ilk növbədə bu hal baş verir. Alıcının torpağı almaq niyyətini qeydə almaq üçün ilkin müqaviləyə əsasə n torpağın dəyərinin bir neçə faizinə ekvivalent pul məbləği ondan qəbul edilir ki, bu məbləğ də avans adlanır və tərəflər onun verilməsini avans sazişi ilə təsbit etməli və eyni zamanda nəzərdə tutulan əqdin bütün incəliklərini müzakirə etməlidirlər. 40.Avans - görülən işlərin, göstərilən xidmətlərin ödənilməsi ilə bağlı qarşıdakı xərcləri ödəmək üçün qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi və ya fiziki şəxsə əvvəlcədən verilən pul məbləğidir. Avans ödənişi hesablaşmaların ilkin üsuludur. Avans behdən fərqli olaraq yalnız ödəniş funksiyasını yerinə yetirir. Ölçüsü əmlakın tam dəyərinin hansısa hissəsini təşkil etməsinə baxmayaraq, onun tətbiqi nəzərdə tutulan əqdin ilkin mərhələsində əhəmiyyətli rol oynayır. Avans - hesablaşmaların ilkin üsuludur və qanunla əgər əqd baş tutmamışd ırsa, o, istənilən halda qaytarılmalıdır. Avans artıq çəkilmiş xərclər çıxılmaqla qaytarılır (mətbuatda reklam, sənədlərin toplanması və yoxlanılması və s.). Belə ki, əgər alıcı (avans verən tərəf) əqdin aparılmasından imtina edirsə, onda avans satıcıda qalır. Əgər satıcı (avans qəbul etmiş tərəf) əqdi aparmaqdan imtina edirsə, avans tam həcmdə qaytarılmalıdır. Avans hər zaman xərclər çıxılmaqla qaytarılır. 41.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 152, 157.2, 157.4, 324, 385.1, 386.1, 386.2, 389.1, 425, 491.1, 491.2. 491.3, 492.1 və 492.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən – qarşılıqlı iddianın t əmin edilməsi hissədə ləğv olunması, qarşılıqlı iddia tələbinin həmin hissədə rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 43.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış beh müqaviləsini qətnamədə heç bir əsaslandırılmış hüquq olmadan sübhə altına alaraq avans müqaviləsi kimi bağlanmış hesab etmiş və bununla da, maddi hüquq normalarının tələblərini pozmuş, müqaviləni düzgün təfsir etməmiş, tətbiq olunmalı olmayan normaları tətbiq etməklə tərəflər arasında olan münasibətlər üzrə düzgün olmayan nəticəyə gəlmişdir. 44.Məhkəmə beh müqaviləsinin şərtlərinin pozulmasında iddiaçının hansı hərəkət ya hərəkətsizliyinin olmasını əsaslandırmamışdır. İddiaçı o halda beh müqaviləsinin şərtini pozmuş olardı ki, beh müqaviləsi üzrə ona 1 il ərzind ə ödənilməsi nəzərdə tutulan 20000 manat ödənilərdi və bundan sonra o, alqı-satqı müqaviləsi bağlamaqdan imtina edərdi. Beh müqaviləsi üzrə iddiaçının üzərinə yalnız bu məsuliyyət qoyulmuşdur. Beh müqaviləsinin icra üsulu və qaydası ilə bağlı məhkəmələrinin gəldiyi mövqe heç bir halda bu müqavilə, mülki qanunvericilik və tərəflər arasında olan münasibətlər ilə üzlaşmır. 45.Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 491.1, 491.2, 491.3 və 492.2-ci, MPM-nin 14.2, 77.1, 217.3, 218.1 və 372.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 46.Cavabdeh nümayəndəsi Vəkil2 Cama oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəm əsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq Mülki Məcəllə 47.Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 48.Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 49.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 50.Maddə
152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququəmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 51.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 52.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 53.Maddə
324. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 54.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) x eyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 55.Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 56.Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 57.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. 58.Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdiri lmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 59.Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 60.Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 61.Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 62.Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 63.Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riay ət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 64.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 65.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 66.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 67.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 68.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 69.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 70.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 71.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 72.Maddə 41 8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 73.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. İddiaçı isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın “beh müqaviləsi üzrə ödənilmiş 11000 manat pulun qaytarılması” hissəsinə ləğv edilməsini və qarşılıqlı iddianın həmin hissədə rədd olunmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxaraq qətnaməni qisməq ləğv etmiş, həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə qəbul etmişdir. İddiaçının kassasiya şikayəti də qarşılıqlı iddia tələbinin həmin hissədə apellyasiya məhkəməsi tərəfindən təmin olunmasındandır. Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh isə kassasiya şikayəti verməmişlir. Ona görə də məhkəmə kollegiyası hazırkı kassasiya baxışında apellyasiya instansiyası məhkəməsi qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 75.Məhkəm ə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinə əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 76.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirm ək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 77.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 78.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-236/22 nömrəli mülki iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.