Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4010/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2019-cu il tarixli, 2(107)293/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 11 oktyabr 2018-ci il tаrixli, 2(075)1530/2018 saylı qətnaməsi ilə İddiaçı ***ərazisində yerləşən JN: 106C (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 xüsusi mülkiyyətində olan 13.0941 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə onun arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması tələbinə dair iddiasının rədd edilməsi, 252 (iki yüz əlli iki) manat ekspertiza xərci İddiaçı alınaraq Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi və Dövlət büdcəsinə ödənilmiş 10 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) 17.01.2019-cu il tarixli, 2(107)-293/2019 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təminedilmiş, Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və onların vəkili X3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı *** iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ***ərazisində yerləşən JN: 106C (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 xüsusi mülkiyyətində olan 1.30941 hektar kənd dəsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cava bdehlərlə onun arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə iddia tələbinin “həcminin artırılması və dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, ***ərazisində yerləşən JN: 106C (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 xüsusi mülkiyyətində olan 13.0941 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə onun arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavab deh5 və onların vəkili X3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qeyd olunan münasibətə qeyri-obyektiv yanaşmış, bağışlanmanı alqı-satqı kimi dəyərləndirmişdir. Bundan başqa, cavabdehlər bildirmişlər ki, ataları daima yataqlarda çobanlıq etdiyindən onlar hər hansı təhsil almammış, yazmağı və oxumağı bacarmırlar. Onlar hər hansı sa alqı-satqı müqaviləsini imzalamamış və onlara həmin torpağa görə hər hansı pul məbləği verilməmişdir. ***ərazisində yerləşən cavabdehlərə məxsus torpaq sahəsi barəsində cavabdehlərlə onun arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayıla bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.01.2019-cu il tari xli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin edib, iş üzrə Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, uzun müddət Şəki rayonu Qayabaşı kənd İcra Nümayəndəliyində müavin işləmişdir. 28 fevral 2003-cü il tarixdə Şəki rayon Qayabaşı kəndi ərazisində yerləşən JN: 106C (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 xüsusi mülkiyyətində olan 13.0941 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən pulu tam ödəməklə onlardan satın alındığını təsdiq etmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-106, KOD 40402048 saylı Dövlət Aktına əsasən, Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mülkiyyətində olan 13.0941 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi vardır. Şəki 2 saylı Notariat Kontorunun 11 may 2018-ci il tarixli cavab məktubuna əsasən, Şəki Notariat Kontorunda Cavabdeh1, X4, Cavabdeh6 və Cavabdeh7 ilə bağlı hər hansı əməliyyat aparılmamışdır. AZ-İ 716129 saylı nikah haqqında şəhadətnaməyə əsasən, Cavabdeh3 ilə X5 arasında nikah bağlanmışdır. AZ-İ 805491 saylı ölüm haqqında şəhad ətnaməyə əsasən, Cavabdeh3 31.08.2016cı il tarixdə vəfat etmişdir. Şəki rayonu Qayabaşı İcra nümayəndəliyi tərəfindən təsdiqlənmiş 28.02.2003-cü il tarixli əlyazmalara əsasən, Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 hər biri ayrı-ayrılıqda özlərinə düşən torpaq payını İddiaçı ömürlük bağışladıqlarını qeyd etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 avqust 2018-ci il tarixli, 17402 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 2(075)-1530/2018 nömrəli mülki işin 15-ci vərəqəsində olan Cavabdeh4 adından olan 28 fevral 2003-cü il tarixli təsdiq olunmamış bağışlama sənədində “Rəhimov E” yazısı önündəki yazılar, i/v 101-də olan Cavabdeh4 adından olan 28 fevral 2003-cü il tarixdə Şəki rayonu Qayabaşı kənd İcra Nümayəndəliyi tərəfindən təsdiq olunmuş bağışlama sənədində “İmza” yazısı qarşısındakı yazılar, i/v 18də olan 28 fevral 2003-cü il tarixli təsdiq olunmamış bağışlama sənədində “Cavabdeh4” yazıları önündəki yazılar, “Cavabdeh6” yazıları önündəki yazılar, i/v 13-də olan Cavabdeh6 adından olan tarixsiz təsdiq olunmamış bağışlama sənədində “Rəhimоv Rəşаd” yazıları önündəki yazılar, i/v 103-də olan Cavabdeh6 adından olan 28 fevral 2003-cü il tarixdə Şəki rayonu Qayabaşı kənd İcra Nümayəndəliyi tərəfindən təsdiq olunmuş bağışlama sənədində “İmza” yazısı qarşısındakı yazılar Cavabdeh6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 2(075)-1530/2018 nömrəli mülki işin 12-ci vərəqəsində olan Cavabdeh7 adından olan 28 fevral 2003-cü il tarixli təsdiq olunmamış bağışlama sənədində “Rəhimov R” yazısı önündəki imza, i/v 100-də olan Cavabdeh7 adından olan 28 fevral 2003-cü il tarixdə Şəki rayonu Qayabaşı kənd İcra Nümayəndəliyi tərəfindən təsdiq olunmuş bağışlama sənədində “İmza” yazısı qarşısındakı imza, i/v 18-də olan 28 fevral 2003-cü il tarixli təsdiq olunmamış bağışlama sənədində “Cavabdeh4” yazıları önündəki yazılar, “Cavabdeh7” yazıları önündəki yazılar - Cavabdeh7 tərəfindən icra olunmuşdur. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 noyabr 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi nə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. “*** şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı 12.08.2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335, 647-ci maddələri ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. “*** şikayəti ilə əlaqədar Azər baycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünüdüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Məhkəmə kollegiyası iddia tələbinə münasibət bildirərək aşağadakıları qeyd etmişdir. Bi rincisi əqdin yazılı formasına riayət edilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazmalardan görünür ki, Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 hər biri ayrı-ayrılıqda özlərinə düşən torpaq payını İddiaçı ömürlük bağışladıqlarını qeyd etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, burada söhbət bağışlama müqaviləsindən deyil alqı-satqı müqaviləsinin müddəalarından bəhs edilir. Çünki həmin yazıların hərfi məzmununa deyil onun məqsədinə diqqət yetirmək lazımdır. Bağışlama müqaviləsi bir tərfli əqd olmaqla onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Halbuki, iş materialları ilə müəyyən edilir ki, cavabdehlər həmin müqavilə əsasında müəyyən miqdarda pul almışlar. Yəni tərəflər alqı-satqı müqaviləsinin yazılı formasına riayət etmişlər və bu müqavilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərarının müddəalarına uyğun olaraq əqdin yazılı formada tərtib edilməsinə əməl edilmişdir. İkincisi iş materialları iə müəyyən edilir ki, cavabdeh tərəf notariat orqanına getməkdən imtina etmişlər. Üçüncüsü cavabdehlərin torpaq sahəsinin alqı-satqısından müəyyən miqdarda pul almaları təsdiq olunur. Beləliklə kollegiya hesab etmişdir ki, mübahisənin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə rayət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstər ilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Yəni Cavabdeh6 bağladığı müqavilə valideynləri tərfindən bəyənildiyindən etibarlı sayılmalıdır. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşd irən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh3 hüquqi varisi X1 hüquqi varis kimi cəlb edilməsi qanuni və əsaslı olmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli vəobyektivaraşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən k assasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2019-cu il tarixli, 2(107)-293/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4010/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4010/2019
03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver