Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4010/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov AbiddinQabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh və onun vəkili X10 iştirakı ilə, İddiaçı və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13337/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Həqiqət Əhmədova) 2(007)25 86/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-4165/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilmiş, X2 qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2002-ci il il təvəllüdlü X7 xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 250 manat cəmi 750 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X9 və Cavabdeh tərəf indən verilmiş apelyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan uşaqların saxlanması üçün Cavabdeh xeyrinə üç övladının saxlanılması üçün müəyyən edilmiş alimentin azaldılması və hər ay hər uşağına görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment tutlmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, yalnız ssnə işləyir və əmək haqqım 550 manat təşkil edir. Ondan qanunvericiliklə müəyyən olunmuş qaydada, yəni hər ay 3 uşağa görə 1500 manat sabit pul məbləğində tutulacaq aliment də təbii olaraq 2019-cu il üçün uşaqlara görə müəyyən olunmuş 160 manat məbləğində yaşayış minimumumdan dəfələrlə, hətta 10 dəfədən də yüksəkdir. Məhkəmələrdə cavabdeh tərəfindən başqa yerlərdə işləməyi, qazancının yüksək olması barədə səsləndirilmiş fikilər isə sadəcə cavabdehin mülahizəsidir və heç bir faktlara, sübutlarla məhkəmədə təsdiq olunmamışdır. Bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsi əmək haqqının məbləği barədə təqdim edilmiş arayışa sübut kimi münasibət bildirmədən qətnamə qəbul etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv e dilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmasını qət etməkdə düzgün nəticəyə gəlməmişdir. Ailə Məcəlləsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi andan tutulmalıdır. O, yalnız aylıq məvacibi 550 manat olan bir iş yerində işləyir, bundan başqa isə Rəssamlıq Akademiyasında bir neçə ay işləmiş və aylıq qazandığı məbləğ 50-80 manatdan artıq olmamışdır. O, birinci instansiya və digər məhkəmələrdə hər uşağa 200-300 manat aliment ödəyə biləcəyini deməmişdir. Yalnız Nizami Rayon Məhkəməsində 3 uşağa ümumilikdə 200250 manat aliment ödəyə biləcəyini demişdir, məhkəmə qətnaməsində iddiaçının ifadəsi düzgün yazılmamışdır. Cavabdeh tərəf iddia tələbinin əsasını təşkil edən mötəbər sübutları məhkə məyə təqdim etməmiş, fərziyyədən ibarət olan fikirlər səsləndirmişdir. Bunun əksi olaraq məhkəmə baxışı zamanı iddiaçı tərəfindən iddiaçının aylıq əmək haqqının və gəlirinin 530 manat olmasını təsdiq edən arayışın məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə təqdim edilmiş sübuta heç bir hüquqi qiymət verməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nizami Rayon Məhkəməsində onun tələbi üzrə işə baxılarkən müəyyən edilmişdir ki, övladı X3 “PSORİAZ” diaqnozu ilə xəstədir, müalicəsinin davam etdirilməsinə ehtiyacı vardır. X5 isə “Göz zəifliyi” diaqno zu ilə cərrahi əməliyyat olunmalıdır. Həmçinin də X3 “HƏDƏF” kursunda hazırlığa gedir. Onun həmin kursa aylıq ödənişi 220 manat olmuşdur və hər ay onun (cavabdeh) tərəfindən ödənilmişdir. X5 və X4 isə fərdi hazırlığa gedirlər. Onların da ödənişləri onun tərəfindən həyata keçirilir. Onun əmək haqqı heç uşaqların təhsil haqqına olan ödəniş xərclərinə çatmır. Digər tələbatlarını isə ümumiyyətlə ödəmək mümkün deyildir. Bu səbəbdən də uşaqlar ağır duruma düşmüşlər. Cavabdehin isə 3 yerdə (Xəzər Universiteti Dünya məktəbində rəssam müəllim və Mince Sənət Qalleriyasənda qeyri rəsmi rəssam müəllim, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim vəzifələrində) işləməsi həm də fərdi dərslər keçməklə, uşaq hazırlığı ilə həmçinin də mənzillərdə sulu aboy ilə divar rəsmləri işlərini görmək üçün şəx si sifarişlər həyata keçirməklə, instaqram “araz.shahveledov” səhifəsi vasitəsilə sifarişlər qəbul etməsi, bundan əlavə “Mince Sənət Qalleriya”sında qeyri rəsmi rəssam müəllim işləməklə yanaşı həm də hər nəfər üçün 100 manatdan olmaqla 50 nəfərdən çox şəxslərin də Rəssamlıq Akademiyasına hazırlığını da həyata keçirməsi, həm də rəssam kimi işlədiyi əsərlərinin də orada satışını həyata keçirməklə yüksək məbləğdə əlavə gəlirə malik olmaqla aylıq gəliri 5000 manatdan çox olması məhkəmədə müəyyən edilmişdir. Həmin vaxt cavabdeh alimentin miqdarının azaldılması məqsədilə rəsmi iş yerlərindən öz ərizəsinə əsasən azad olunmaqla Ali Məhkəməyə bu barədə arayışlar təqdim etmişdir. Ali Məhkəmənin Mülki kollegiyası isə həmin qərarında cavabdehdən ümumilikdə 1500 manat alimentin tutulmasmda birinci inst ansiya və apelyasiya instansiya məhkəmələrinin haqlı olaması qənaətinə gəlməklə İddiaçı qeyri rəsmi iş yerlərindən əldə etdiyi əlavə gəlirlərə münasibət bildirmişdir. Bundan dərhal sonra İddiaçı rəsmi iş yerlərindən azad edilməsini əsas gətirərək alimentin azaldılması barədə hazrıki iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bunun üçün də qabaqcadan planlaşdıraraq hələ iş Ali Məhkəmənin icraatında olanda qəsdən alimentin məbləğini azaltmaq məqsədi ilə öz ərizəsi ilə işlədiyi rəsmi iş yerlərindən çıxmışdır. Lakin bununla yanaşı qeyri rəsmi iş yeri olan və yüksək məbləğdə qazanc əldə etdiyi “Mince Sənət Qalleriy”asında fəaliyyətini davam etdirərək həmin qaleriya vasitəsi ilə əsərlərinin Avropa ölkələrində sərgisini və satışını təşkil edərək hazırda bu üsulla işlərini həmin ölkələrdə davam etdirərək əvvəlkindən daha yüksək qazanclar əldə edir. Tərəflərin izahatları: İddiaçı vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Cavabdeh və onun vəkili X13 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxsləri izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılm alı, kassasiya şikayətləri təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16.112018-ci il tarixli 2(007)-4165/2018 saylı qətnaməsinə əsasən, İddiaçı xx.xx.2002-ci il il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 500 manat, cəmi 1500 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Qətnamə apelyasiya və kassasiya qaydasında mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı həmin qətnamə ilə müəyyən edilmiş alimentin azaldılmasını xahiş edir Tələbin hüquqi əsasını Ailə Məcəlləsinin 112-ci maddəsi təşkil edir. Həmin n ormaya görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olma masını və s. məsələləri nəzərə almalıdır. Plenumun qərarında həmçinin qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.” Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya madd i vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. Xəzər Universiteti Dünya Məktəbinin xx.xx.2019-cu il tarixli 60 saylı əmrin surətindən görünür ki, rəsm müəllimi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsini 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Xəzər Universiteti Dünya Məktəbinin xx.xx.2019-cu il tarixli 54 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə xx.xx.2019-cu il tarixədək məktəbin rəsm müəllimi vəzifəsində çalışmışdır. Aylıq əmək haqqı 2018/2019-cu iş ili üçün 531 manat təşkil edir. Nərimanov Rayon İcra və Probasiya şöbəsinin məktubuna əsasən əmək haqqından işlədiyi son günə kimi 70% tutularaq tələbkarın bank hesabına köçürülmüşdür. Xəzər Universiteti Dünya Məktə binin xx.xx.2019-cu il tarixli 27 saylı arayışının surətindən görünür ki, İddiaçı Təhsil Mərkəzinin rəsm dərnəyində çalışmır. “XXX”ının xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Həmin Qalareyanın əməkdaşı deyildir və heç bir məvacib almır. AR Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin İddiaçı barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli siqnal vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müxtəlif şikayətlərlə psixoloji Mərkəzə müraciət etmişdir. Ona müalicə təyin olunmuş və psixoterapiya məsləhət görülmüşdür. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı 2018/2019-cu il tədris ilində xx.xx.2018-ci il tarixdə 32/ s-h saylı əmrlə “Rəsm” kafedrasına əmək haqqı saathesabı ödəmək şərti ilə müəllim vəzifəsində çalışmışdır. Dərs ilinin başa çatması ilə əlaqədar xx.xx.2019-cu il tarixli 25/s-h nömrəli əmrə əsasən işdən azad edilmişdir. 2019/2020-ci tədris ilində kafedrada vakant saat yaranarsa, Şahvələdovun əmək haqqı saathesabı ödəmək şərti ilə müəllim vəzifəsində çalışması məsələsinə baxıla bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bundan əvvəl olmuş aliment işi il bağlı apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi çıxarılandan iş üzrə Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarı çıxarılan aralıqda iddiaçı ona alimentin hesablanmasına əsas olmuş gəlirlərinin formalaşdığı Xəzər Universiteti Dünya Məktəbindən işdən azad olunmuş, həmin məktəbin rəsm dərnəyində çalışmır, XXXı ilə əməkdaşlıq etmir, ordan məv acib almır, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını müəllim vəzifəsindən azad olunmuşdur. Həmçinin məhkəmə müəyyən etmişdir ki, iddiaçı bir sıra psixoloji problemləri ilə bağlı psixoloq müalicəsi götürmüşdür. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə 1500 manat sabit pul məbləğində alimentin müəyyən olunduqdan sonra iddiaçının müntəzəm gəlirlərinin olmamasını, onun iş yerlərindən azad olmasının onun maddi vəziyyətində baş verən dəyişiklik kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərini əsas götürərək iddiaçıdan sabit pul məbləğində tutulan alimentin məbləğinin dəyişdirilərək hər uşağa görə 250 manat məbləğində müəyyən edilməsi barədə düzgün nəticəyə gəldiy indən apelyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının kassasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr alimentin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi andan hesablamaqla düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki tələb alimnetin tutulması deyil, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılması barədədir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Cavabdehin kassasiya şikayətinin dəlillərini də məhkəmə kollegiya sı əsasssız hesab edir. Belə ki, işdə olan sübutlarla məhk qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir. Cavabdeh isə bunun əksinə dəlalət edəcək (iddiaçının daha çox gəlirə malik olması, bilərəkdən işdən çıxması və s.) hər hanası bir sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi bu halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13337/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4010/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4010/2020
24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver