Məhkəmə qərarları › İş №2(102)-4013/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4013/2023

28.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4013/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4013/2023 (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4460/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşa ğıdakıları müəyyən etmişlər.

2. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ndə yerləşən ümumi sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

3. RF Moskva şəhərinin notariusu tərəfindən təsdiq edilmiş 22 fevral 2018-ci il tarixli etibarnaməyə əsasən X5 bütün əmlakını idarə etməyi və ona sərəncam verməyi Nümayəndə1 etibar etmişdir.

4. X5 ilə Cavabdeh MMC (bundan sonra – MMC və ya cavabdeh) arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən X3 məxsus ünvan 1ndə yerləşən sahəsi ümumi sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsini MMC-yə 14 oktyabr 2022-ci il tarixədək aylıq 1976.76 manat, 14 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2026-cı il tarixədək 2325.60 manat məbləğində icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Müqavilə 14 oktyabr 2026-cı il tarixədək bağlanmışdır. Müqaviləni X2 adından etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 imzalamışdır.

5. X2 nümayəndəsi Nümayəndə1 MMC-yə ünvanladığı 7 dekabr 2022-ci il tarixli bildirişə əsasən müqavilənin 8-ci bəndində qeyd edildiyi kimi icarə müqaviləsinin vaxtından əvvəl bir ay xəbərdarlıq etməklə ləğv olunması şərtindən irəli gələrək, obyektini 1 ayın tamamında yəni, xx.xx.2023-cü il tarixindən gec olmayaraq, boşaldıb ona təhvil verilməsində yardımçı olmasını xahiş etmişdir.

6. MMC-nin 9 dekabr 2022-ci il tarixli, 2971-01/D-2022 nömrəli bildirişinə etirazına əsasən xx.xx.2022-ci il tarixli xitam bildirişinə cavab ol araq bildirilmişdir ki, qeyd olunan bildirişi əsassız və olduqca ədalətsiz hesab edirlər. Belə ki, 14 oktyabr 2021-ci il tarixli icarə müqaviləsinin müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmiş, həmin müqavilənin xitamına səbəb olacaq heç bir xoşagəlməz hal və ya pozuntu baş verməmiş, həmçinin MMC 14 oktyabr 2021-ci il tarixindən bu günə qədər sözügedən müqavilə üzrə bütün ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Həmin obyektdə bu günə qədər alınmış bütün əşyalar (mebellər, avadanlıqlar və s.) MMC-nin hesabına alınmışdır. Nəzərə almaq lazımdır ki, MMC 3 ilə yaxın müddət ərzində öz yüksək səviyyəli fəaliyyəti nəticəsində obyektin tanınmasına səbəb olmuş, bu səbəbdən obyektin dəyəri icarəyə verilən tarixdəki qiymətindən xeyli artmışdır. MMC həmin obyektdə yerləşən aptekə reklam, marketinq və bu kimi digər xidmətlərin göstərilməsi və əmtəə nişanının alınması üçün kifayət qədər vəsait ayırmış, beləcə özünə yetəri qədər müştəri bazası cəlb etmişdir. Bu cür nüfuzlu Şirkətin Xaçmaz şəhərində yerləşən obyektində fəaliyyət göstərən 5 əməkdaşı məvacib almışdır. İşçilərin kütləvi ixtisarı baş verərsə, bu hal təkcə işçilərə deyil, eləcə də işsizliyin artmasına və ən əsası Şirkətin nüfuzunun azalmasına səbəb olacaq. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən müqaviləyə təktərəfli xitam verilməsini ədalətsiz hesab etmiş, müqavilə müddətinin xx.xx.2026-cı il tarixdə bitməsi bir daha diqqətə çatdırılmışdır. Buna görə də, sözügedən müqavilə üzrə xitam bildirişinin geri götürülməsini tələb etmişdir. Əks təqdirdə MMC-yə dəymiş zərərin və əldən çıxmış faydanın tələb olunması ilə bağl ı tərəflərindən məhkəməyə müraciət ediləcəkdir.

7. X2 nümayəndəsi Nümayəndə1 MMC-yə ünvanladığı 16 dekabr 2022-ci il tarixli ikinci bildirişə əsasən müqavilənin 8-ci bəndində qeyd edildiyi kimi icarə müqaviləsinin vaxtından əvvəl bir ay xəbərdarlıq etməklə ləğv olunması şərtindən irəli gələrək, obyektini 1 ayın tamamında yəni, xx.xx.2023-cü il tarixindən gec olmayaraq, boşaldıb ona təhvil verilməsində yardımçı olmasını xahiş etmişdir. Bu obyekt onun şəxsi istifadəsində olacaq və hər ay 5000 manat məbləğində qazanc olacaqdır. Buna görə də xx.xx.2023-cü il tarixindən gec olmayaraq mülkiyyət hüququnu məhdudlaşdırmamış, onun obyektinin özünə təhvil verilməsini xahiş və tələb etmişdir.

8. MMC-nin 30 dekabr 2022-ci il tarixli, 3819-01/D-2022 nömrəli bildirişinə etirazına əsasən xx.xx.2022-ci i l tarixli xitam bildirişinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 42-ci maddəsinə əsasən, müqavilənin ləğv edilməsinə dair müqavilə istənilən notariat ofisində müqavilə tərəflərinin iştirakı ilə təsdiq edilə bilər. Bu halda həmin məlumat dərhal “Elektron notariat” informasiya sisteminə daxil edilməli, daşınmaz əmlaka münasibətdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestri orqanına ötürülməlidir. X5 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi notarial qaydada bağlandığı nəzərə alınsa, həmin müqavilə yalnız notarial qaydada və tərəflərin hər ikisinin təsdiqi ilə ləğv edilə bilər. Əks təqdirdə, icarə müqaviləsinə məhkəmə qaydasında xitam verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən müqaviləyə təktərəfli xitam verilməsini ədalətsiz hesab etmiş, müqavilə müddətinin xx.xx.2026-cı il tarixdə bitməsi bir daha diqqətə çatdırılmışdır. Buna görə də, sözügedən müqavilə üzrə xitam bildirişinin geri götürülməsini tələb etmişdir. Əks təqdirdə MMC-yə dəymiş zərərin və əldən çıxmış faydanın tələb olunması ilə bağlı tərəflərindən məhkəməyə müraciət ediləcəkdir.

9. X5 ilə "xxxx" MMC arasında bağlanmış 13 mart 2023-cü il tarixli ilkin icarə müqaviləsinə əsasən X3 məxsus ünvan 1ndə yerləşən ümumi sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə aylıq 5500 manat məbləğində icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Müqaviləni X2 adı ndan etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra – iddiaçı) MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC ilə arasında bağlanmış ünvan 1ndə yerləşən ümumi sahəsi 150 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə olan xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, MMC-də tərəfindən göndərilmiş hər iki məktub hədə və təhdid xarakterli yazılmış, onlardan müqa vilədə və qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etsələr də iddiaçıdan bildirişi geri götürmək tələb olunmuş, əks təqdirdə onlara ziyan vurulması ilə bağlı hədə gəlinmişdir. Hər iki məktubda göstərilən məsələlərlə bağlı ‘‘obyektin dəyərinin artması”, reklama və marketinqə vəsait yatırılması və s. məsələlər nə müqavilədə öz əksini tapmış, nə şifahi qaydada razılaşdırılmış, nə də qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Avadanlıqlar və əşyalar MMC”-yə məxsus olmuş və onların iddiaçının mülkiyyətində olan obyektdən geri götürülməsi ilə bağlı hər hansı bir maneə olmamış, reklam və marketinq işləri onun adı üçün olmamış, MMC-nin adına aparılmış və qeyri-maddi dəyər kimi elə həmin MMC-nin adında da qalmış, bunun mülkiyyətçiyə heç bir aidiyyətı və təsiri olmamışdır. M üqaviləyə bir tərəfli qaydada xitam verilməsi müqavilədə nəzərdə tutulduğu üçün və qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunvericilik normalarına uyğun olduğu üçün tam haqlı tələbdir və məhkəmə tərəfindən təmin edilməlidir. O, həmin obyektin icarəyə verilməsi ilə bağlı digər bir sahibkarla 5000 manat məbləğində icarə haqqı ilə bağlı razılığa gəlmişdir. Odur ki, MMC tərəfindən müqaviləyə xitam verilməməsi ona maddi ziyan vurduğundan bu barədə ayrıca iddia tələbi irəli sürüləcəkdir. Göründüyü kimi, müqaviləyə, onun şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən xitam verilməməsinə görə, o, mülkiyyət hüquqları əsasında olan ona məxsus olan obyektindən öz mülahizəsinə uyğun istifadə edə bilməmiş, sərbəst müqavilələr bağlaya bilməmiş, öz mülkiyyətindən öz istədiyi kimi bəhrə götürə bilməmiş və bütün bunlar cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının kobud surətdə pozulmasını sübut etmişdir.

12. Cavabdeh MMC-nin direktoru X4 iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə MMC arasında bağlanmış icarə müqaviləsinin 3-cü bəndində “İcarə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir.” İcarə müqaviləsində icarə müddəti qeyd olunmuş və həmin bəndə əsasən xx.xx.2026-cı il tarixə 1 ay qalmış, yəni xx.xx.2026-cı il tarixi başa düşülmüşdür. Cavabdeh tərəfindən müqavilənin xitamına səbəb ola biləcək heç bir xoşagəlməz hal və pozuntuya yol veri lməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-889/2023 nömrəli iş üzrə 1 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, 14 oktyabr 2021-ci il tarixli icarə müqaviləsi 14 oktyabr 2026-cı il tarixədək bağlanmışdır. İcarəçi MMC tərəfindən həmin müqavilənin xitamına səbəb olacaq hər hansı qanunazidd hal və ya pozuntunun baş verməsi barədə iddiaçı heç bir sənəd təqdim etməmiş, MMC 14 oktyabr 2021-ci il tarixindən bu günə qədər sözügedən müqavilə üzrə bütün ödənişlə ri vaxtlıvaxtında ödəmişdir. Həmçinin MMC 3 ilə yaxın müddət ərzində obyektin müştəri bazasını yığmışdır. Bununla yanaşı MMC həmin obyektdə yerləşən aptekə reklam, marketinq və bu kimi digər xidmətlərin göstərilməsi və əmtəə nişanının alınması üçün kifayət qədər vəsait xərcləmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllədə təsbit olunmuş icarə müqaviləsinin ləğvinə dair tələbdən görünmüşdür ki, əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Lakin 14 oktyabr 2021-ci il tarixli icarə müqaviləsində müqavilənin son müddəti 14 oktyabr 2026-cı il tarixi müəyyən edilmişdir. Göründüyü kimi Mülki Məcəllədə qeyd olunan müqavilənin ləğvinə dair altı aylıq xəbərdarlıq müddəti müəyyən edilməyən müqavilələrə aiddir. Sözügedən icarə müqaviləsi isə müddətli müqavilə olmuşdur.

16. Məhkəmə qeyd etmişdir ki, qeyd edilən icarə müqaviləsi şablon xarakterli bir müqavilə olmuşdur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icarəyə verən icarə haqqının artırılması ilə bağlı icarəçi MMC-yə təklif irəli sürməmişdir. İddiaçının vəkili və nümayəndəsi də etiraf etmişdir ki, daha yüksək məbləğdə icarəyə götürmək istəyən olduğundan icarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda icarəçi MMC tərəfindən icarə haqqının gecikdirilməsi yaxud müəyyən olunmuş məbləğdən az verməsi halı müəyyən olunmamışdır. İddiaçı tərəfin təqdim etdiyi ilkin icarə müqaviləsindən görünmüşdür ki, Nümayəndə1 "xxxx" MMC ilə 13 mart 2023-cü il tarixdə 5500 manat məbləğində icarə haqqı ödəmək şərti ilə ilkin icarə müqaviləsi bağlamışdır.

17. Məhkəmə qeyd etmişdir ki, yalnız başqa icarəçi daha yüksək məbləğdə icarə haqqı verməsi səbəbindən icarəyə verən formal əsaslarla icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, bu hal işgüzar adətlərə zidd olmuşdur. Belə ki, MMC qeyri-yaşayış sahəsindən aptek kimi istifadə etmişdir. Təbii ki, hər fəaliyyət növünün özünə məxsus dizaynı və avadanlığı mövcuddur. MMC həmin qeyriyaşayış sahəsini uzunmüddətli yəni 2026-cı ilə kimi icarəyə götürdüyündən müvafiq xərclər çəkərək avadanlıqlar almış, reklam quraşdırmış və müştəri cəlb etmişdir. İcarəyə verənin yanaşmasından belə qənaətə gəlmək olar ki, hər dəfə icarə müqaviləsi bağlayı b daha yüksək icarə haqqı verən icarəçi olduqda icarə müqaviləsini ləğv edə bilər.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, MMC ilə bağlanan icarə müqaviləsi ləğv edilməmiş, Nümayəndə1 "xxxx" MMC ilə 13 mart 2023-cü il tarixdə ilkin icarə müqaviləsi bağlayaraq iddiaçıya məxsus ünvan 1ndə yerləşən sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsini 5500 manat məbləğində icarə haqqı ödəmək şərti ilə "xxxx" MMC-yə icarəyə vermişdir. Göründüyü kimi bir əmlaka dair iki icarə müqaviləsinin bağlanması qanunvericiliyə zidd olmuşdur.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 691, 700, 704-cü, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7, 12, 13-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrini n əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər müqavilənin tərəfləri 8-ci bəndində nəzərdə tutulan “Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.” barədə razılığa gəliblərsə və bu mövcud qanunvericiliyə zidd deyilsə, tərəflər buna əməl etməlidirlər. Bu bənddə müqavilənin ləğvinin müqavilə öhdəliklərinin icra edilib-edilməməsi ilə hər hansı bir bağlılığı olmam ışdır. Odur ki, İcarəçi tərəfindən “müqavilənin xitamına səbəb olacaq heç bir xoşagəlməz hal və ya pozuntu baş verməmişdir” arqumenti qəbul edilə bilməz. Məhkəmə də öz qətnaməsində bu hala istinad etmişdir, halbuki, müqavilənin 8-ci bəndində müqavilənin birtərəfli qaydada ləğvinin tərəflərin öhdəliklərini icra edib-etməməsi ilə hər hansı bir bağlılığı olmamışdır. Məhkəmə öz qətnaməsində 704.2-ci maddəyə istinad etmişdir, həmin maddəyə əsasən İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. Odur ki, qətnamədə 691.4.2-ci maddəyə istinad etmək düzgün olmamışdır. İcarəyəverən tərəfindən İcarəçiyə icarə haqqının artırılması ilə bağlı hər hansı bir təklifin verilməməsi barədə məhkəmənin gəldiyi qənaəti də tamamilə səhv olmuş, İcarəyəverənin belə bir öhd əliyi müqavilədə nəzərdə tutulmamış və bu məsələdə tam sərbəst olmuşdur. Məhkəmənin “işgüzar münasibətlərə” istinad etməsi də qəbul edilə bilməz. İcarəyəverən mülkiyyət hüquqları AR Konstitusiyası və Beynəlxalq Konvensiyalarla qorunur, o öz mülkiyyətindən istifadə etməkdə tam azaddır və bu hər hansı bir mənası aydın olmayan “işgüzar adətlər”lə məhdudlaşdırıla bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, “MMC ilə bağlanan icarə müqaviləsi ləğv edilməmiş, Nümayəndə1 "xxxx" MMC ilə 13 mart 2023-cü il tarixdə ilkin icarə müqaviləsi bağlayaraq iddiaçıya məxsus ünvan 1ndə yerləşən sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyri-yaşayış sahəsini 5500 manat məbləğində icarə haqqı ödəmək şərti ilə "xxxx" MMC-yə icarəyə vermişdir. Göründüyü kimi bir əmlaka dair iki icarə müqaviləsinin bağlanması qanunv ericiliyə ziddir.” Elə bu mətndən göründüyü kimi icarəyəverənlə "xxxx" MMC arasında ilkin müqavilə bağlanmışdır, bu isə o deməkdir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürmüşlər.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4460/2023 nömrəli mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaş an apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, hazırkı işdən Mülki Məcəllənin 421.2, 422.1-ci maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması olmamışdır. Cavabdehin isə müqaviləni əhəmiyyətli dərəcədə pozması, o cümlədən müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər bağladıqları icarə müqaviləsinin qüvvədə olma müddətini xx.xx.2024-cü il tarixinədək müəyyən etmişlər. İddiaçının iddia ərizəsində göstərdiyi hallar da mübahisə predmeti olan müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi üçün əsas olmamışdır. ünvan 1 ünvanında yerləşə n ümumi sahəsi 150,2 kv.m olan qeyri-yaşayış sahəsi barədə hər hansı üçüncü şəxslə müqavilə bağlanması hazırda mübahisə predmeti olan müqavilənin xitamına əsas ola bilməz. Qeyd olunan bu hal icarəyə verənin birbaşa iradəsinə bağlı olmuş və nə mübahisələndirilən müqavilədə, nə də ki mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrində, müqavilə əsasında yaranmış öhdəlik hüquq münasibətlərinin ləğv olunması üçün əsas ola bilməz. Əksinə iddiaçının özünə məxsus əmlakla bağlı müvafiq öhdəlik hüquq münasibətlərinə girməsinə baxmayaraq bu münasibətlərin qüvvədə olduğu dövrdə eyni əmlak barəsində başqa şəxslə müqavilə münasibətlərinə girməsi mülki qanunvericiliyin təməl prinsiplərinə zidd olmuşdur. Həmçinin iddiaçının istinad etdiyi müqavilənin 8-ci bəndi ilə əlaqədar məhkəmə kollegiyası münasib ət bildirərək qeyd etməyi zəruri saymışdır ki, müqavilənin bu şərti əvvəlcədən ifadə edilmiş və dəfələrlə istifadə üçün nəzərdə tutulmuş standart şərt olmuş və müqavilənin istənilən halda ləğv olunmasını deyil, qanunvericiliklə yol verilən hallarda ləğv olunma qaydasını ehtiva etmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 421, 422, 423, 560, 700-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şiikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Etirazın dəlilləri birinci instansiya məhkəməsində təqdim edilmiş etirazın dəlilləri ilə eyni olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

31. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavi lədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

32. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

33. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

34. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

35. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

36. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsi dir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, iddiaçı, cavabdehlə bağladığı müqavilənin ləğvinin təsbit olunmasını xahiş etsə də, işə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları əsasında bu qənaətə gəlmişlər ki, müqavilənin 8-ci bəndi ləğv üçün qanunda nəzərdə tutulan əsaslar olduğu halda tətbiq edilə bilər. Lakin müqavilə öhdəliyinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları sübuta yetirilməmişdir.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qə naətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4460/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar