Məhkəmə qərarları › İş №2(102)-4016/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4016/2019

20.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4016/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tаrixli, 2(037)-80/2018 saylı qətnaməsi ilə (hakim R.Şirinov) İddiaçı İsmayıllı rayonu, ünvan 1 ünvanında yerləşən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən XİX əsrin memarlıq abidəsi kimi qeydə alınaraq mühafizə olunan “X8nın” Cavabdeh1 adına özəllə şməsinin və onun hüquqi nəticələrinin ləğv olunması barədə iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli 2(107)-218/2019 saylı qətnaməsi ilə (hakimlər: Ə.Məcidov, M.Əsədli və İ.Quliyev) İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tаrixli, 2(037)-80/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli 2(107)-218/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu, ünvan 1 ünvanında yerləşən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən XİX əsrin memarlıq abidəsi kim i qeydə alınaraq mühafizə olunan “X8nın” Cavabdeh1 adına özəlləşməsinin və onun hüquqi nəticələrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsi N.Hüseynov küçəsi 47 ünvanında yerləşən mülk iddiaçının ata babasının mülki olmuş, həmin həyətin tərkib hissəsində ana babası X8 olmuş, həmin mağaza bu gün də fəaliyyət göstərir və X8 kimi XİX əsrin memarlıq abidəsi kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydə alınaraq mühafizə olunur. Onun babası x3 məxsus olan mağaza 1983-cü ildən “Lahıc kənd istehlak cəmiyyəti” tərəfindən “xırdavat mağazası” kimi fəaliyyət göstərir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qətnaməsi ilə 06 yanvar 1886-cı ildə İsmayıllı rayonu, Lahıc qəsəbəsində anadan olmuş X1 onun ana babası, 1829-cu ildə Lahıc qəsəbəsində anadan olmuş və 1888-ci ildə vəfat etmiş Kəlbəlayı X4 isə onun ulu babası olması faktı müəyyən olunmuşdur. O, babası Məşədi Mütəllim tərəfindən inşa edilərək mağaza kimi fəaliyyət göstərən tikilini, babasından qalma miras kimi qəbul etmək üçün əlaqədar orqan və təşkilatlara müraciətlər edərək, müvafiq sənədlər əldə etmişdir. Onun müraciəti əsasında Azərbaycan Mərkəzi Korporativlər İttifaqı “AZƏRİTTİFAQ” İsmayıllı rayon Korporativ Cəmiyyəti 23 iyul 2002-ci il tarixli məktubla bildirmişdir ki, “ünvan 1 ünvanında yerləşən dükan 31 mart 2001-ci il tarixli 61 saylı qərarla “xırdavat mallar mağazası” kimi İsmayıllı rayon korporativ cəmiyyətinin balansına keçirilmişdir. İsmayıllı rayon korporativ cəmiyyətinin idarə heyə tinin 31 mart 2001-ci il tarixli qərarına əsasən heç bir fəaliyyəti olmadığı üçün Lahıc kənd istehlak cəmiyyəti ləğv edilərək hesabında olan bütün əsas vəsaitlər və inventarlar İsmayıllı rayon korporativ cəmiyyətinin hesabına keçirilmişdir. Mağazanın istehlak cəmiyyətinin istifadə olmasından və müvəqqəti sahibsiz qalmasından istifadə edilərək, mağaza heç bir sənəd-sübut olmadan qanunsuz olaraq balansa götürülmüş, sonradan özəlləşdirilərək birinci cavabdehə satılmışdır. Cavabdeh1 Nəbi qızı 1983-cü ildən həmin dükanda işləsə də, 2001-ci ildən İsmayıllı istehsal – istehlak cəmiyyətində balansa keçdikdən sonra, 2002-ci ildə texniki pasport alaraq qeydiyyat vəsiqəsi əldə etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli 2(107)-218/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, İsmayıllı rayon ünvan 1 ünvanında yerləşən mübahisəli mağaza vaxtı ilə x3 məxsus olmuşdur. x3 vəfatından sonra onun arvadı x2 və yeganə qızı olan x4 Bakı şəhərinə köçmüşlər. Həmin mağaza bir müddət fəaliyyətsiz qalmış və sonradan müxtəlif şəxslər tərəfindən götürülərək istifadə edilmişdir. Böyük Vətən müharibəsindən sonra qeyd edilən mübahisəli mağaza təxminən 1950-ci illərdə sahibsiz qalmaqla dağınıq vəziyyətdə Lahıc istehlak cəmiyyətinin balansına götürülmüş və əsaslı təmir edilərək ictimai iaşə obyekti kimi işlədilmişdir. Birinci cavabdeh mübahisəli mağazada işlədiyi 23 illik müddətdə həmin mağazanı bir neçə dəfə əsaslı təmir etdirmişdir. 2001-ci ildə Lahıc İstehlak Cəmiyyəti ləğv edilərək cəmiyyətin bütün əmlakı İsmayıllı Koorporativlər ittifaqının balansına keçirilmişdir. İsmayıllı rayon koorporativlər cəmiyyətinin 25 dekabr 2001- ci il tarixli qərarı ilə qeyd edilən mübahisəli tikili birinci cavabdehə satılmışdır. Mübahisəli mağaza birinci cavabdehin adına özəlləşdirildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin İsmayıllı rayon Şöbəsində dövlət qeydiyyatından keçirilərək birinci cavabdehə 16 mart 2002-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İsmayıllı rayon koorporativ cəmiyyəti, X11 Cəmiyyəti və Cavabdeh1 Lahıc qəsəbəsindəki “X8” olan 61-nömrəli binaya mülkiyyət hüququnun bərpa edilməsi haqqında iddia tələbi rədd edilmişdir. Digər məhkəmə qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Cavabdeh1, İsmayıllı rayon koorporativlər cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ Ərazi İdarəsinin İsmayıllı Şöbəsinə qarşı tikilinin özəlləşdirilməsinin ləğv edilməsi, dövlət qeydiyyat vəsiqəsinin balansa götürülməsinin, rayon koorporativlər cəmiyyətinin qərarının etibarsız hesab edilməsi, tikintiyə mülkiyyət hüququnun tanınması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Konstitusiyanın 13-cü maddəsinə İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikas ı MPM-nin 82.3 –cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 Nəbi qızı 1978-ci ildən Lahıc istehlak cəmiyyətinə məxsus olmuş, İsmayıllı rayonu, Lahıc qəsəbəsi N.Hüseynov küçəsi 61 saylı ünvanda yerləşən “xırdavat malları” mağazasında satıcı işləmişdir. İşlədiyi müddətdə mübahisəli mağazanı bir neçə dəfə əsaslı təmir etdirmişdir. 2001-ci ildə Lahıc istehlak cəmiyyəti ləğv edilərək cəmiyyətin bütün əmlakı İsmayıllı koorporativlər ittifaqının balansına keçirilmişdir. İsmayıllı rayon koorporativlər cəmiyyətinin 25 dekabr 2001-ci il tarixli qərarı ilə qeyd edilən mübahisəli tikili ona qanuni şəkildə satılmışdır. Tikili onun adına özəlləşdirildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin İsmayıllı Şöbəsində dövlət qeydiyyatından keçirilərək ona 16 mart 2002-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilən mübahisəli tikili 1950-ci illərdə sahibsiz qalmaqla uçuq vəziyyətdə Lahıc istehlak cəmiyyətinin balansına götürülmüş və əsaslı təmir edilərək ictimai iaşə obyekti kimi işlədilmişdir. O, mübahisəli mağazanı qanuni əsaslarla öz adına özəlləşdirərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin İsmayıllı Şöbəsindən qeydiyyat vəsiqəsi almışdır. Qeyd edilənlərlə bağlı kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar